Məşhur vegetarianlar sırasında XX əsrin qaniçən insanlarından biri olan Adolf Hitlerin adını tez-tez görmək mümkündür. Bu isə ümumi vegetarianlıq anlayışına heç də fəxr deyil. Lakin Hitlerin vegetarianlıq xurafatı artıq öz izahını çoxdan tapıb, sadəcə hələ də bir çoxlarının məlumatsızlığı bu mövhumatın hələ də aktual qalmasına səbəb olur. Belə isə bu yaxınlarda qarşıma maraqlı məqalələr və mənbələr çıxıb, onları sizlə paylaşmaq istərdim. Bu yazının davamını oxu »

1936-cı il. İspaniyada qardaş qanı axıdılan münaqişənin başlanğıcı. Ölkəni parçalayacaq vətəndaş müharibəsi. Hakimiyyətdə olan demokratik respublikaçılarla qarşı həmin dönəmdə İspaniyanın yenidən ənənəvi “sağ dəyərlərə” uyğun monarxiya, hərbiçi və katolisizmə qayıtmağını istəyənlər mübarizə aparırdılar.

Bütün münaqişələrdə olduğu kimi bunda da gündəlik fəaliyyətlərin təşkil olunması praktiki olaraq qeyri-mümkün olurdu. Futbol da bunun ilkin qurbanlarından birinə çevrilir. Hərbi dəstələr tərəfindən idarə olunan müxtəlif şəhərlərə ediləcək səfərlər zamanı komandaların təhlükəsizliyini qorumaq riskini gözə alaraq milli çempionatın oyunları dayandırılmışdı. Klublar öz çıxışlarını davam etdirmək üçün öz ərazilərindəki regional liqalarda iştirak etməyə başladılar. Bunu təşkil edənlərdən Kataloniya və Valensiya isə İspaniyanın cənubunda və Madriddə baş verən münaqişənin yaratdığı xaos və qırğınlardan uzaqda qalmışdılar.

Müharibənin başlanğıcında “Real Madrid” bu münaqişədən daha çox ziyan çəkən klublardan biri olaraq heç bir yarışlarda iştirak edə bilmirdi. “Madrid”in direktorlarından biri olan Pablo Ernandes Korondonun ideası yarandı. Klubun öz axarında, oyunçuların isə formada qalması üçün o, “Madrid”in 1936-cı ilin 4 oktyabrında start veriləcək Kataloniyanın regional liqasında qonaq komanda kimi iştirak etməsi üçün Kataloniya Futbol Federasiyasına müraciət etdi.

 Korondo “Real Madrid”in Kataloniya Çempionatında iştirakı üçün aparılacaq danışıqlara “Madrid”in kataloniyalı məşqçisi, eyni zamanda öz vətənində böyük hörmətə sahib olan Pako Brunu göndərdi. Brunun Kataloniyada iştirakı və “Madrid”in çempionatda çıxışı “Espanyol”, “Sabadel” və “Badalona” da daxil olmaqla parktiki olaraq bütün klublar tərəfindən müsbət qarşılandı və qəbul edildi.

 Hətta “Espanyol”un rəhbərliyi bir az da irəli gedərək “Madrid”ə öz stadionunda məşq etmək və ehtiyac olsa, tam futbol təchizatı ilə təmin etməyi də təklif etdi. Kataloniyanın Professional Futbolçular Assossasiyası da bu ideanı iki prinsipə görə təqdir etdi. Birincisi, ona görə ki, kataloniyalı futbolçular “Madrid”li həmkarlarına çətin zamanlarda onlarla həmrəy olduqlarını nümayiş etdirmək istəyirdilər. İkincisi isə, onlar elə hesab edirdilər ki, “Madrid” təmsilçisinin çempionatda iştirak etməsi turnirə olan marağı daha da yüksəldəcək, stadionlara daha çox tamaşaçılar üz tutacaq və matçlardan daha çox pul qazanmaqla futbolçuların məvaciblərini ödəyə biləcəklər. Bütün bunlardan arxayın olan Pako Bru hətta Kataloniya sahillərində yerləşən Masnou şəhərində “Madrid” futbolçularının qala biləcəyi böyük bir ev də kirayə götürmüşdü.

 20 oktyabrda Kataloniya Futbol Federasiyasının prezidenti Ramon Eropes “Madrid”in çempionatda iştirakını tam qanuniləşdirmək üçün bütün katalon klublarının prezidentlərini bir araya yığdı. Bütün klubların “Madrid”lə onun çempionatda iştirakını təsdiqləyən müqavilələri olduğu halda, təəssüflər olsun ki, yeganə böyük bir istisna vardı. “Barselona”nın təmsilçisi Rosendo Kalvet bəyan etdi ki, onun klubu “Madrid”in çempionatda iştirakına qarşıdır, buna səbəb olaraq Kataloniyanın ikinci liqasında iştirak edən kiçik klublara ziyan olacağını göstərdi. Kalvet “Madrid”in istifadə etdiyi bütün arqumentləri inkar etdi.

 Toplantı zamanı Eroles üzr istəyərək zəng etməli olduğunu bildirdi. Qayıdanda isə o bildirdi ki, naməlum mənbədən vacib məlumat alıb. Həmin mənbə iddia edirmiş ki, ikinci divizyonda iştirak edən klublar tərəfindən təsdiq olunmuş və “Madrid”in çempionatda iştirakına qarşı çıxılaraq imzalanmış ümumi bir sənəd Kataloniya Futbol Federasiyasına göndərilməkdədir və indilərdə gəlib çıxacaq. Sənədin gəlib çatması üçün toplantı təcili şəkildə dayandırıldı.

 Sənəd isə gəlib çatmaq bilmədi. Toplantı iştirakçıları isə bunun sadəcə müqavilənin imzalanmasını təxirə salmaq üçün Kalvetin və onun həmkarlarının bir hiyləsi olduğundan şübhələnirdilər. Yeddi gün ötdükdən sonra Epores Kataloniya Futbol Federasiyası adından çıxış edərək mətbuata bəyan etdi ki, “Real Madrid” Kataloniya Çempionatında iştirak edə bilməyəcək, buna səbəb olaraq isə kiçik katalon klublarına ziyan olacağını göstərdi.

 Lakin tarix bununla bitmədi. Eropesin ismarıcından sonra ikinci liqada iştirak edən kiçik katalon klubları özləri ümumi bir bəyənatla çıxış edərək bildirdilər ki, onlar heç zaman “Madrid”in çempionatda çıxışına qarşı olmayıblar və Kataloniya Futbol Federasiyası bu mövzuda heç onların fikirləri ilə də maraqlanmayıb. O zaman hər kəs əmin oldu ki, Eroles məhz “Madrid”in çempionatda iştirakının qarşısını almaq üçün “Barselona”dan olan həmkarları və Rosendo Kalvet tərəfindən rüşvətlə alınıb.

1906-cı ildən 1916-cı ilə qədər “Barselona”nın heyətində oynamış və “Madrid” klubunun baş məşqçisi olan Pako Bru özünü keçmiş klubu tərəfindən aldadılmış hiss etdi, hansı ki, sabiq klubunu hələ də çox sevirdi və “Madrid”ə pis xəbərlərlə qayıtmağa məcbur olduğunu anlayırdı. “Real Madrid” isə öz futbolçularına klubu tərk etmək, vətəndaş müharibəsi qurtarana kimi digər klublarda özlərinə yer tapmağa imkan yaratmaqdan başqa əlacı qalmadı.

Mənbə: elcentrocampista.com/2012/03/when-real-madrid-almost-joined-the-catalan-football-league

3 Dekabr – Dünya Əlillər Günü

Dərc edildi: Dekabr 3, 2011 / Dünya və Biz

Bu gün Dünya Əlillər Günüdür. İnsanlığın bəzən saymadığı, görməzdən gəldiyi əlil insanların günü. Lakin, heç kim düşünmür ki, hər kəs potensial əlildir və sabah başına gələcəklərdən siğortalanmayıb. Haqqında danışdığımız insan sağlamlığıdırsa, bu mövzuda heç kim özünü siğortalaya bilməz.

Hazırda bizim ölkədə də əlillərə qarşı münasibət hökümət tərəfindən birmənalı deyil. Kiçik təqaüdlər hesabına öz həyat axarına buraxılan əlillər üçün demək olar ki, heç bir şərait yaradılmır. İşlə təmin olunmaqdan tutmuş sosial həyatda iştiraklarına qədər.

Adicə, şəhərimizdəki keçidlərdən keçən zaman əlillər üçün quraşdırılmış pandusların vəziyyətinə fikir verməmiş olmazsınız. Həmin meyillikdən heç bir əlil öz arabasını qolları hesabına düşürdə bilməz. Hələ kimsə kömək etdiyi təqdirdə belə onu rahat düşürtmək mümkün deyil. Bu yaxınlarda adı çəkilən mövzu barəsində Gənclərin Səsi radiosunda maraqlı bir araşdırma hazırlanmışdı. Özünüz baxa bilərsiniz.

Çox uzatmadan bircə onu onu demək istərdim ki, içimizdəki insanlığı heç zaman itirməyək. Əlil də ola bilərik, sağlam da, lakin bu bizə içimizdəki sevgini azaltmağa səbəb olmamalıdır. Yerləşdirdiyim foto isə sadəcə olaraq, bir çoxlarına ibrət olmalıdır…

Boikot – “Korsakov” (tərcümə)

Dərc edildi: Oktyabr 10, 2011 / SOL musiqi

Dəmir pərdə qopdu artıq
Əlçatmaz Berlinin divarlarını dağıtdıq.
İndi isə birlikdə biz qardaş tək
“Burger King”də yeməyə gedək.

Birdən Lenin mavzoleydə oyansa,
Babaya cavab olaraq nə deyərdik?
Ona pendir parçalı çizburger verərdik
Axı amerikan imperializmi
Rusiya, Polşa və Berlinə də girdi.

Əsrdən çox davam etdi kommunizm mübarizəsi,
Və budur mübarizə burada bitir
Əgər ki Moskvada kapitalizm fahişəliyi hökmranlıq edir
Kuba xalqı əvəzində dirənməlidir.

Hazırki demokratiyada bizim nəyimiz var?
Dollar mafiyası burada olub havadar.
Hazırki demokratiyada bizim nəyimiz var?
Aclığın, səfaflətin sıxdığı bizim qaykalar.

Qaldırmayacağam daha heç bir bayraq qarşımda
Yoxdur vətən, yoxdur sərhəd, yoxdur qanun rahat yaşamağa
Ədalətlə çalışdığı torpaqları qalıb xalqımın
O yer ki, mən yaşamışam və sakit istərəm ölmək.

Hazırki demokratiyada bizim nəyimiz var?
Dollar mafiyası burada olub havadar.
Hazırki demokratiyada bizim nəyimiz var?
Aclığın, səfaflətin sıxdığı bizim qaykalar.

YouTube-dakı azərizavrlar

Dərc edildi: Sentyabr 16, 2011 / Bura Azərbaycandır!

Artıq bir neçə aydır ki, YouTube-dan daha aktiv istifadə etməyə başlamışam. Əvvəllər sadəcə bir videonu bəyənmək üçün açdığım hesab indi mənə daha yararlıdır. Çoxumuz da YouTube-dan bu cür istifadə etməyi bilirik və onun əlavə imkanlarından demək olar ki, xəbərdar deyilik. Başqa ölkələrin insanları ilə əlaqə yaratmaq, öz maraqlarına uyğun kanalları izləmək və seçimin kifayət qədər geniş olması bu video saytının ən böyük üstünlüklərindən biridir. Lakin, gəlin, bizim cəmiyyətdə ondan necə istifadə edildiyinə bir anlıq və qısa olaraq fikir verək.

Bunu deməzdən öncə bir şeyi xatırlatmaq istərdim ki, özüm daha çox ingilis və rusdilli kanallara üstünlük verirəm. Hətta, onların təcrübəsi əsasında mənə bir çox maraqlı idealar gəlib, yaxın zamanlarda həmin ideaları həyata keçirtməyi də çox istəyirəm. Lap mübahisəli mövzularda belə müzakirə apardığın zaman bir-iki debili çıxmaq şərti ilə (təbii ki, meşə çaqqalsız olmur prinsipi) qalan hər kəs normal öz fikirlərini bölüşür, təhqir filan etmir, nə də ki, PM-də sənin ömrünü-gününü “Siyəzənə göndərmirlər”.

İndi isə əks tərəfə baxaq. Facebook kimi digər sosial şəbəkələri bir kənara qoyaq, çünki orada istifadəçi haqqında informasiya daha çox olduğundan bir az ehtiyatlı addım atırlar. Lakin, məhz YouTube-da azərbaycanlıların kütləvi qeyrət, vətənşüvənlik və səviyyə söhbətləri elədikləri Azərbaycan dilində olan videolara şərh yazmaqdan, fikir bölüşməkdən daha axmaq heç nə ola bilməz. Bu axmaqlığı mən dəfələrcə etmişəm və hələ də etməkdə davam edirəm. Bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Bir dənə əks fikir yazdığın halda inbox-un qeyrətli petuxların mobil nömrələri ilə dolur və səni erməni, peysər zad elan edirlər. bir dəfə mırta hesabladım, əgər inbox-a gələm bu qeyrətli petuxların sayını onlarla görüşəcəyim və söhbət çürüdəcəyim vaxtın nisbətinə böldüm, nəticə belə oldu ki, mən hər günümün ən azı 15 saatı məhz bu dölləri səhv tutulmuş gicd… öhö, gicbəsərlərə sərf olunmaldır. Allah varsa, sizi vurmuşdu elə! Nə isə, qısacası, bircə onu bilirəm ki, bu cəmiyyətə və ən əsas da “gəncliyə” olan nifrətimin sərhədləri gündən-günə daha da genişlənir!

Viktor Robertoviç Çoy

Dərc edildi: Avqust 15, 2011 / SOL musiqi, Şəxsiyyətlər

Bu gün 1962-ci ildə Leninqradda dünyaya göz açmış Viktor Çoyun vəfatından 21 il ötür. Bu müddət ərzində onun ifaları əvvəlki kimi dinlənilməkdə davam edir və nəsildən nəsilə ötürülür. Viktorun özü şəxsiyyət olaraq hər zaman mənə çox maraqlı olmuşdur. Xalqların qardaşlığını göstərən milliyəti (yarı rus, yarı koreyalı olması), SSRİ tarixində özünə məxsus musiqi cərəyanı və ən əsas da “Kino” qrupunu yaratması, xarici görünüşü, rəssamlıq qabiliyyəti, bəstəkarlığı və s. kimi amillər məndə ona qarşı simpatiya doğurub. 28 yaşında Latviyada (15 avqust 1990) faciəli bir şəkildə (avtomobil qəzası nəticəsində) bizləri tərk etməsinə baxmayaraq, özündən sonra tarixə adını yazdırmağı çox yaxşı bacarmışdır. Hətta, bəzi fanatları bu xəbəri həzm edə bilməyərək intihar etmişdilər. SSRİ-nin ayrı-ayrı hissələrindən yüzlərlə insan onun dəfni üçün yol qət etmişdilər. Ölümündən sonra onun adına bir neçə ölkədə küçələr, abidələr, hətta 2740 nömrəli asteroidə onun adını vermişlər. Bu yazının davamını oxu »

Yaşamağın yaşadır

Dərc edildi: İyul 29, 2011 / Halüsunasiyalarım...

Ucu-bucağı olmayan böyük bir səhranın ortasında olmusanmı? Olmasan da, nə zamansa belə bir vəziyyətə düşəcəyini təsəvvür etmisənmi? Fikirlər səhrası necə, beyin fırtınası – ora düşməyən normal insanın mövcud olduğunu heç cür qəbul edə bilmərəm…

Hər kəsin öz həyat hekayəsi var, hər kəsin acılı-şirinli keçən günləri, öz mübarizəsi var. Düşün ki, həyatın özü də səhra kimi ucsuz-bucaqsızdır, sən isə yaşamağa susadığın bir zamanda bu səhranın ortasında özünü pərişan vəziyyətdə tapırsan. İlk öncə nəyin nə olduğunu, harada olduğunu dərk etmirsən, amma vəziyyətinin də həmişəki kimi olmadığını anlayırsan. Başlayırsan yola düşməyə. Gedirsən, gedirsən, gedirsən… səni qovurmaqda israrlı olan dözülməzliyə sinə gərirsən, bədənində gücünü hiss etdiyin müddətdə də dayanmağa dair qəti bir fikrin yoxdur, eləcə də bu səhranın nə zaman sona çatacağı, həyata dair kiçik bir işırtının görüləcəyinə dair heç bir fikrinin olmadığı kimi. Bu cür hallarda insanı idarə edən heç də fikirləri olmur, məhz içindəki yaşamaq eşqi və bununla bağlı yaranmış inamı olur. Lakin, inam ümid deyil ki, ən sonuncu ölsün. Ümid elə bir mövhumdur ki, ona heç kim və heç nə təsir edə bilməz, ta onu içində özünlə birlikdə öldürməyi qərarlaşdırmayana kimi… Bu yazının davamını oxu »

Bir az da musiqili…

Dərc edildi: İyul 26, 2011 / Halüsunasiyalarım...

Səhərin açılmasına az qalıb, mən isə yenə də yatmıram. Əslində, buna xroniki yuxusuzluq demək olmaz, çünki özüm bilərəkdən, istəyərək yatmıram. Zamanımın yuxuda keçməsi mənə həyatımdan itki kimi gəlir. Maraqlı deyil ki, sabah gözümün altında torbalar yaranacaq, bir az da sərxoş kimi gəzəcəyəm, lakin əvəzində gecənin bütün həzzini yaşaya bilirsən. Bir siqaret yandırıb tüstüsünü havaya buraxıram, solğun düşən işığın fonunda şaxələnərək ətrafa dağılır… Sakitlik, səssizlik, özün və xəyalların, bir də ki, səni daha çox düşündürməyə vadar edən sevimli musiqilərin… Musiqidən söz düşmüşkən, bir az bu barədə qısa haşiyəyə çıxmaq istərdim. Bu yazının davamını oxu »

“Yüzdə bir saniyə”

Dərc edildi: Aprel 29, 2011 / Dünya və Biz, Layihələr

Qısametrajlı film kriteriyalarına görə ən görkəmli və məşhurlardan biri – 2007-ci ildə Manhettendə keçirilmiş “Qısametrajlı Filmlər Festivalı”nın qalibi. Cəmi 5 dəqiqə, lakin emosiyalar, hisslər və fikirlər bir çox iki saatlıq filmlərdə gördüyümüzdən daha artıqdır.

Bu film haqqında bir çox internet səhifələrdə müxtəlif rəylər oxudum. Bəziləri düşünürlər ki, buradakı fotoqraf qadın demokratik “mundarların” diqqətini Serbiyaya çəkmək məqsədi ilə, seyircilərin diqqətində qazanmaq məqsədi ilə onları manipulasiya edir. Bu cür filmləri çəkməyin “aşağı” bir hərətək olduğunu qeyd edirlər.

Bəziləri isə, əksinə, filmin çox yaxşı alındığını deyirlər. Dərindən yanaşdıqda, fotooperator olan bu qızın sırf öz işini gördüyünü, ortaya çıxacaq yekun nəticənin hər şeydən üstün tutduğunu və hətta balaca qızın həyatından da üstün tutduğunu qeyd edirlər. Və həmin anda heç onun ağlından belə keçmirdi ki, qız öldürülə bilər. O, yalnız çəkilişin hansı yolla və necə edərək daha əla keyfiyyətdə alınması haqqında düşünürdü. Və o, bunu etdi. Eyforiyada idi, başqa cür desək affekt vəziyyətində, yalnız fotoaparatın düyməsindən asılı halda idi… Bu yazının davamını oxu »

Yuri Alekseyeviç Qaqarin

Dərc edildi: Aprel 12, 2011 / Şəxsiyyətlər

Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.
1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağrılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. Bu yazının davamını oxu »