Azərbaycanlının “inkişaf” yolu…

Dərc edildi: İyun 11, 2010 / Bura Azərbaycandır!

Neçə illərdir azərbaycanlıların konkret inkişaf yolu insanlıq üçün çox maraqlı qalmaqdadır. Bəzi alimlər hələ də sübut edə bilməyiblər ki, necə olar bilər ki, bir dəfə özün üçün mütləq hansısa bir tərzi qəbul edəsən və bu yolnan da sona kimi gedəsən. Azərbaycanlılar söyməyə və söyüşə çox qəribə bir baxışları var, elə bəlkə də özlərinə bu yoldan əl çəkməməyə söyüş qoyduqları üçün mentalitet ağacının qeyrət budaqlarını qırmağa cəhd etmirlər.
Bizim cəmiyyətdə yeni bir uşaq dünyaya gəlir. Ailədə uzun-uzadı bir müzakirə və mübahisələrdən sonra bir ad vermək qərara alınır. Ana deyir ki, uşağın adı rəhmətlik dədəmin adı olan Lazım olmalıdır, kişi isə babasının adını ortaya salaraq Gülalı olmasını istəyir. Bəli, demokratik ailə sonda demokratik bir qərar verərək uşağın adını Lazımgül qoyurlar. Maraqlıdır, təsadüfən bu uşaq gələcəkdə adam kimi bir adam olarsa öz adından necə utanacağını valideyinləri heç düşünmək belə istəmirlər, əsas olan onların dedikləridir, və buradan da uşağa diqtə etməyin ilk toxumları səpilir.
Lazımgül böyüyür, artıq baxçaya getməyə başlayır, atası isə hər axşam işdən gələndən sonra övladını oynadır və ona “köpək oğlu” kimi ilk ibtidai söyüşləri öyrətməyə başlayır, evə gələn qonaqları isə uşaq gördükdə atası “əmini söy bir dənə” deyərək uşağının bacarıqlarını göstərmək istəyir, uşaq isə birtəhər bunu dedikdən sonra atasının “kişi qırığıdır e bu” deyərək gözlərindəki qürur hissini bir anlıq görmək lazımdır. Lazımgül daha öz məqsədlərini anlamalıdır. Anası ona “böyü, sənə qızı özüm seçəjəm”, atasının isə “sənə maşın alajam, ev alajam” kimi bir məqsədlərə kökləməyə başlayırlar, artıq uşaq getdikcə anasının sözləri ilə beynində “halal süd əmmiş, qeyrətli ev qızı”, atasının fikirləri ilə də “əsl kişi və peysər” anlayışlarını özündə formalaşdırmağa başlayır. Uşaq 1-ci sinifə gedəndə artıq özündə bir çox cəmiyyət üçün şablon keyfiyyətləri formalaşdırmağa başlayır. Uşaq saymağı maşınların markalarını əzbərləməklə öyrənir, 11-ci sinifə çatdıqda isə maşının ayrı-ayrı hissələri haqqında o qədər biliyə malik olur ki, “motorist” sözünü 2-3 qrammatik səhvlə yazmasına baxmayaraq, rahatlıqla bu peşəyə sahib ola bilir, amma olmaz, azərbaycanlılar “bizim uşaq da hamı kimi institut oxumalıdır, yoxsa qohum-əqrəbədən ayıbdır” utancı ilə yaşaya bilməzlər axı. Bundan sonra ağızdan-burundan kəsilən pulnan uşaq repetitorlarla hazırlaşmağa göndərilir, məktəbdə isə direktora pul verilir ki, bizim uşağa dərs lazım deyil, al, bu pulu, uşağa dəyib-dolaşma. Bunu ancaq azərbaycanlılar bacara bilərlər, yerli-yersiz rüşvət vermək bu xalq üçün bir hobbiyə çevrilib sanki. Bəli, qəbul imtahanları yaxınlaşır, bir həftə əvvəldən kənddən nənəsi və babası da gəlir, bütün nəsil uşaqdan nəticə gözləyir, imtahan günü isə binanın qarşısında Lazımgülü dəstəkləməyə gələn qohum-əqrəbələri onu imtahan veriləcək yerə elə bir göz yaşı ilə yola salırlar ki, yazıq Lazımgül imtahana yox, evdə ona aşılanan axirət imtahanına getdiyini düşünür. Yanında oturan birindən köçürdür və oğlan artıq qəbul olur, qəbul olubsa deməli, savadlıdır, artıq o nəslin gözüdür, çünki valideyinləri düşünür ki, sabah hansı qapıya getsələr “oğlumun diplomu var” ifadəsi qarşısında qızın valideyinlərindən “həri” alacaqlar. Deməli, azərbaycanlı üçün diplom həm də bir həyati məsələdir. Lazımgül oxumağa başlayır, onun artıq institutdan dost-tanışları da var, onlar parkda oturub “semiçka” çırtlamaqla, keçən qızların arxasına baxaraq şərh verməklə mədəni zaman keçirdirlər. Artıq Lazımgülün kumiri də var, dostlarından fərqlənmək üçün o, polad alemdara deyil də mematiyə özünü oxşadır. Sifətində senzurasız bir mimika alır, boğula-boğula da olsa siqaret çəkir, çünki memati belə edir. Lazımgülün problemli zamanları başlayır, hər axşam evdə “mənim telefonum köhnə modeldir, dostların yanında çıxartmaqdan utanıram” başlığı altında başlayan müzakirələr gedir və bir müddət sonra anası dözməyib də, “uşaq şişər e birdən, almaq lazımdır” deməyi ilə Lazımgülün gözlərinə işıq gəlir, çünki o da artıq dostlarından geri qalmayacaq, iki gün əvvəl dostunda əlikramın mahsumla DJ tərəfindən hazırlanmış duetini görmüşdü, lakin onu yaza bilməmişdi, sabah isə artıq bunu bacaracaq, ən əsas da telefonunda blutuz olacaq, bunun vasitəsi ilə o daha hər gün 20 qəpiyindən keçib də internet kluba gedib “sexs” yazıb da google-a əziyyət verməyəcək, o artıq blutuzu ilə birbaşa onanizm üçün öz telefonunu maraqlı videolarla təmin edəcək. Bunları görəndən sonra isə artıq onda azərbaycanlı üçün qadının ayaqları arasından başlayan qeyrət anlayışı da yarancaq. Dostunun sevdiyi qızla oral sekslə məşğul olmasını fəxrlə hamıya danışacaq, ancaq özü namuslu, anasının dediyi kimi halal süd əmmiş birini axtaracaq. 5-ci sinifdə oxuyan bir qızın əlindən tutub, onu aparıb-gətirəcək, 18 yaşına çatan kimi isə öz pedofil istəklərini nigah adı altında rəsmiləşdirərək bu qızcığazı özünə arvad edəcək, çünki yaş ötür, gec evlənsə Lazımgülün kişiliyinə şübhə edərlər, ayıbdır axı. Lazımgülə valideyinləri ən bahalı restoranda toy edirlər, çünki bilirlər ki, çox toylara gediblər, getdikləri isə mütləq gəlməlidirlər, baxmayaraq ki, evlənən Lazımgüldür, ancaq onun fikirlərini soruşan belə yoxdur. Toyun ilk gecəsində Lazımgül həyat yoldaşının qanını yorğan-döşəyə tökərək fəxrlə otağına buna şahidlik etmək üçün yengə çağırmağı özünə borc bilir, o, bəlkə də bunu heç zaman ağlına belə gətirməzdi, ancaq insanın heyvani düşüncələrini zamanla ona mentalitet adı altında yeridiblər. Bundan sonra isə atasının ona bir gün öncə verdiyi qızıl bir məsləhəti yadına salaraq “arvadın başından qapazı heç zaman əskik etmə” fikrini xatırlayır, qeyrətini qorumaq üçün yeganə çıxış yolunu məhz bunda görür. Lazımgülün bəxti onda gətirib ki, onun bacısı yoxdur, yoxsa öhdəliklərinin nə qədər olacağını təsəvvür etmək lazımdır. Aha, artıq onun dostları ibadətlə məşğul olmağa başlayır, Lazımgül isə onlardan geri qalmaq istəmir, hər gün əlində dini kitablarla gəzir və ibadət edir. Axşamlar dostları ilə bazlığa gedir, 10 manat fahişəyə pul verib deyə yazığı peşman edir. Evə qayıdıb dəstəmaz alır, namazını qılıb, yatır. O, artıq Allah adamıdır, mömindir. Bir dəfə əlinə fəlsəfi bir kitab keçmişdi, ona şeytanın lənətlənmiş kitabı damğasını vuraraq bir kənara atır, çünki başqa bir şey oxumaq da ona haram buyurulub. Sabah uzun saqqal saxlayıb, şalvarını qısaldaraq özünü klona oxşatsa heç də şübhələnməmək lazımdır. Əslində, onun heç bir günahı yoxdur, o gözünü açandan ətrafında və içində olduğu cəmiyyətdə doğru kimi yalnız bunları görür. Lazımgülün öz doğruları yoxdur, o, başqasını doğru bildikləri ilə yaşamağa öyrəşib. Lazımgül kimi bu cəmiyyətdə həddindən çox azərbaycanlı var, onların fikirlərində sadəcə olaraq, inqilab etmək lazımdır. Onlar bəlkə də bir balaca təkan gözləyirlər, ancaq bu təkanı verəcək insanların sayı nə qədərdir bax, onu artıq demək olmur.

Advertisements
şərhlər
  1. obrazlar dedi ki:

    “…gec evlənsə Lazımgülün kişiliyinə şübhə edərlər…”

    Bir məqam da var, bəy. Yoldaşı gec hamilə olsa, bekar ətrafı məşvərətə başlayacaq.

  2. RaqfoR dedi ki:

    Azərbaycanlılar söyməyə və söyüşə çox qəribə bir baxışları var, elə bəlkə də özlərinə bu yoldan əl çəkməməyə söyüş qoyduqları üçün mentalitet ağacının qeyrət budaqlarını qırmağa cəhd etmirlər… Bax ona görə də biz zibilxanada yaşayıb,üfunəti öz ciyərlərinə çəkməyə məcbur olan adamlar kimiyik.

  3. dann dedi ki:

    Maraqlidir, mence oturub pivelenmeliyik ve sonra sen bu metni qisaldib elavelerle sindirasan

  4. fantina dedi ki:

    Son cümlələrində artıq dözə bilmədim. İçimdəki burulğan gözyaşları ilə özünü biruzə verdi..

    İnsanın içindəki o üsyan istəyini oyada bilirsən. Sağ ol, Aqşin!

  5. biowaterfowl dedi ki:

    Bu tip yazı oxumuşdum…. Amma ad maraqlı gəldi…

  6. sapsan dedi ki:

    dayaz və durğun sularda, üstəlik küləksiz havada yelkən açmısan möhtərəm müəllif..

  7. Anar dedi ki:

    “Lazımgülə valideyinləri ən bahalı restoranda toy edirlər, çünki bilirlər ki, çox toylara gediblər, getdikləri isə mütləq gəlməlidirlər…”
    Bu fikirlər bezdirim artıq məni. Bu kasiblar da toyları ona görə belə sevirlər ki, görmədikləri cah-cəlalı orda görə bilərlər. Başqa nə vaxt qistmət olacaq cürbəcür müğənnilər, ekzotik yağlı yeməklərimiz, əla akustik baş gicəlləndirici səs effektləri…fuuu.
    Mlya, utanırame toyxana toy eləməyə.Ümumiyyətlə bu cəmiyyətdə evlənməyə utanıram, bütün arvad nəsli sənin yeni arvadından danışacaq. Tutarsız eyiblərini bir-birinə deyib üz gözünü turşudacaq.

    • Action Meinhof dedi ki:

      Ona görə də bu ölkədə evlənirsənsə, banket tərzində bir şey təşkil edib, sözün əsl mənasında daxilində normal insan olan yaşlıları və gənc olduğunun fərqinə varan gəncləri çağırasan, başqa cür yuxarıda dediyiniz hallar ürək bulandıracaq.

  8. enes dedi ki:

    iptidai deyil, ibtidai`dir.

  9. Tofiq dedi ki:

    Gozel yaziya gore tesekkurler Aqsin !!!
    Bize usaqliqda ayib olani ayob olmayan kimi ve atib olmayani ayib olan kimi oyredirler.Nedense usaq balaca vaxti emisine kopek oglu deyirse bu ayib deyil, amma boyuyub … deyende ayibdi. ………………………………………………………….. nedense bu saat ne yazacagimi bilmirem.cunki ureyimden kecenleri cox gozel sekilde qeleme almisan. aponent olmayanda danismaq olmur, ne desem tekrarciliq cixacaq.bir daha tesekkurler 🙂

    • Action Meinhof dedi ki:

      Diqqətinizə görə mən təşəkkür edirəm! 🙂 Həqiqətən, bu ölkədə vəziyyət kritik həddədir, bəziləri hələ bunu qəbul edib, görmək istəməsələr də… Mədəniyyətsizlikdən mədəniyyət düzəldirik özümüz üçün.

  10. sapsan dedi ki:

    :))) görmək istəyərdim başda müəllif olmaqla sizin hər birinizin toylarınızı, hər birinizə qismət olsun..
    burda nifrətlə inkar etdiyiniz halların hər hansı biri sizin toyunuzda baş verəcəksə, onda “şərəf” yükünüzü yenidən tərəziyə qoyub-qoymayacağınızı bilmək istərdim.. valideynlərinizin və yaxın qohumlarınızın da sizi diksindirən davranişlarına yerində münasibətinizi görsəm xoşbəxt olaram..
    müəllifin öz toy məclisində cəhətləri necə təyin elədiyinin canlı şahidi olmaq da savab olar..

  11. Aqşin Mahmudov dedi ki:

    Eldəniz, narahat olma, səni də dəvət edəcəyəm mütləq, amma ümid edirəm ki, ürəyin sıxılıb da yarıda germəzsən 😀

  12. sapsan dedi ki:

    sən dəvət etməkdə ol, iştirak etməmək qəbahət olar.. 🙂

  13. Mislina dedi ki:

    Salam. Basha dushurem ki ichiniz yanir. rushvet ve s. sohbetler hamini bezdiirb. amma axirda korlamisiz. dini bura qatmaq lazim deyil. insanlar dini Lazimgullerden yox, ALLAH(cc)-in kitabindan oyrenirler. ayri-ayri ferdler umumilikde cemiyyeti temsil eleye biler, cunki cemiyyet qanunlarini insanlar yazir. amma İslami ayri-ayri ferdlere gore hokm elemek duzgun deyil. cunki dini qanunlari ALLAH(cc) yazib. xahish eleyirem bele meselelerde bir az ehtiyatli olasiz.

    Derin hormetle
    Mislina

    • Aqşin Mahmudov dedi ki:

      İslam kimi bu insanların beynini zombiləşdirən və cəmiyyətin düşməni edən ikinci heç nə yoxdur. Məhz bu iylənmiş mentalitet də öz kökünü İslamın tör-töküntülərindən götürür. Din insanlara yalnız manqurtlaşmanı öyrədir, nəticəsi isə lazımgüllərin meydana gəlməsi olur. Mən deməyim, sadəcə, özünüz bir anlıq analiz edin özünüz üçün, suallar verməkdən çəkinməyin, qorxmayın, o zaman görəcəksiniz ki, müntalitetin də kökü haradan gəlir.

      Diqqətinizə görə təşəkkür edirəm!

      • Mislina dedi ki:

        Aqressiyanizi basha dushurem. cunki heyatda istediklerine nail olmayan insanlar ancaq bu cur davranirlar. Islam 7-ci esrden beri cahillikle mubarize aparir. Amma teessufler olsun ki sizin kimi ne istediyini bilmeyen ve heyatda psixoloji problemler yashayan insanlar var olduqca cahillik ve iylenmish mentalitet azalmayacaq. Che Qevara sizin ucun Kainatin Efendisi olan Peygemberden (SAV) daha deyerli bir insan oldugu muddetce, siz istediklerinize nail olmayacaqsiz. Relax, men ozume lazimi suallari vermishem ve shukur ki lazimi cavablari da almisham. Heyatimdan memnunam ve ne mene, ne de milletime hec bir xeyri olmayan menasiz inqilabcilarin shuarlari ile yashamiram. Ne danishanda, ne de comment yazanda sizin kimi ellerimin ichi terlemir, ureyim doyunmur. Sakit olun.
        Bu yazima cavab yazmaginiza ehtiyac yoxdu. Aqressiyaniz meni manqurtlashdira bilmeyecek.

        Son nefesinizde “Le ilahe illellah” demeyiniz umidile

        Hormetle
        Mislina

      • Aqşin Mahmudov dedi ki:

        Həyatda nəyəsə nail olmaq? Siz nə bilirsiniz ki, həyatda nəyəsə nail olmaq nədir. Ömrü boyu burnundan qabağı baxa bilməyən bir insan nəyə nail olmaqdan ağız dolusu danışa bilməz. VII əsrdən cahilliklə mübarizə aparan İslam hələ indiyə qədər dünayaya bir dənə adlı-sanlı alim və kəşf verməyib. İslamın nəticəsi bu gün özünü Ərəbistan yarımadası və İranda çox gözəl göstərir – sabah neftləri qurtarandan sonra acından öləcəklər.
        Belə isə, Çe Qevara ilə Məhəmmədi bir tərəziyə qoymaq insanlığa qarşı ən böyük ədalətsizlik, haqqsızlıqdır. Biri inqilab arxasıyca, xalqları azad etmək üçün yaşayan insan idi, digəri isə Qurana necə bir ayə atım ki, müharibədə həlak olan oğulluğumun arvadıya yata bilim düşünən insan. Aradakı fərqə baxın.
        O ki, qaldı mənim əlimin əsməyinə, gündə sizin kimi düşünən insanlardan topa ilə görürəm, immun sistemim güclüdür, narahat olmayın.
        Yeganə inancınızın vicdanınız olması ümidi ilə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma