12 İyun Uşaq İşçiliyi ilə Mübarizə Günüdür!

Dərc edildi: İyun 12, 2010 / Kapitalizm iyrənclikləri


Unicef-in rəsmi hesablamalarına görə hər 6 uşaqdan biri (158 milyon) 5-14 yaşlarında uşaq muzdlu əməyinə yönəlir. Daha çox küçələrdə əşyalar satmaq, evlər təmizləmək, və ya kiçik fabriklərdə işləyərək qanun keşikçiləri və müffətişlərin gözlərindən uzaqda həyat sürürlər.

Bir çox təşkilatların və ölkələrin istismarçılarla ciddi mübarizəsinə baxmayaraq, uşaq əməyi hələ də Hindistan və Qvatemala, ABŞ və Birləşmiş Krallıq kimi ölkələrdə davam etməkdədir.

Uşaq əməyi köklü yoxsulluqdan irəli gəlir. Bir çox kasıb ailələrdə uşaq əməyi ailənin vəziyyətinin daha da pisləşməməsinə yardımçı olur. Məhsul boykotları və fabrik reydləri çox zaman uşaq əməyinin daha ziyanlı tərəflərə – pul qazanmaq məqsədi ilə dağ-mədən sənayesi və fahişəliyə yönəlmələrinə gətirib çıxardır.

“Slate Magazine”in 1942-ci ildə işləyən uşaqlarla bağlı yerləşdirdiyi fotolarda körpə uşaqların həyatlarının bu gözəl zamanlarında necə istismara məruz qalaraq işləməkləri insanın ürəyini ağrıdır.

Uşaqlar daş atmasın, qarşımızda diz çöküb bulaşıq ayaqqabılarımızı təmizləsin deyirlər… Amma məsum bir uşağın əlləri belə bunların çirkabını təmizləməyə qadir deyil! Şərəfsiz kapitalist istismarçı itləri, uşaqları təhsilə göndərmək lazımdır, bu dərəcəyə gətirərək işləməyə yox!

Advertisements
şərhlər
  1. obrazlar dedi ki:

    İş yoldaşım bir neçə dəfə eyni uşaqlarla gecə vaxtı avtobuda rastlaşıb. Uşaqlar bir-birinə həvəslə gündəlik gördükləri iş və qazancları barədə danışırmış. Deməli, bir qız və iki oğlan uşağı imarətləri gəzib, öz xidmətlərini təklif edirlər. Qazandıqları pula da ərzaq alıb, evə aparırlar. Uşaqlar Nobel prospektində düşüblər avtobusdan.

  2. Elshen Amirov dedi ki:

    Problem ciddi problemdir. Amma bunu kapitalizmin üstünə atmaq lazım deyil. Bü cümləmlə elə başa düşülər ki, kapitalist düşüncəliyəm. Amma yo, nə kapitalist, nə kommunist, nə də başqa bir şey. Bunu belə demək olmaz. Problemin olması Marks demiş, nə qədər ki, cəmiyyət var, bir o qədər də cinayət olacaq. Kommunizm dövründə orta məktəb şagirdləri də pambıq yığılmasına aparılırdı. May ayında toyların keçirlməməsi səbəbi də bununla bağlıdır. Bir sözlə, insanların pul sevgisi nə qədər çox olsa , bir o qədər qurbanlar çoxalacaq.

  3. Action Meinhof dedi ki:

    Elşən bəy, SSRİ dövründə uşaqları sosialist əməyə öyrəşdirmək üçün birgə işləməyə aparırdılar, istismar üçün yox, aralarındakı fərq söylənilməyəcək ölçüdədir.

  4. Elshen Amirov dedi ki:

    Əməksevər olmaq üçün pambıq yığılmasına aparılmasına heç bir ehtiyac yoxdur. Sadəcə bu pərdələnmədir. Yenə deyirəm kapitalizmin tərəfin saxlamaq üçün yox, bunun günahının insanlarda olduğu üçün. Uşaq əməyin istismar edənlər heç bilmirlər kapitalizm nədir, kommunizm. Onlar üçün hər şey puldan ibarətdir. Pul gözlərin o qədər bağlayıb ki, heç nə görmür və bilmirlər.

  5. Action Meinhof dedi ki:

    Nəyin pərdələnməsindən söhbət gedir?

  6. Elshen Amirov dedi ki:

    Guya sosialist əməyə öyrəşdirilməsindən.
    Sənin keçən yazında tənqid etdiyin azərbaycanlılar SSRİ dövründə sosialist düşüncə ilə böyüyüblər. Nəticəsi nədir. Uçuruma gedən Azərbaycan.

    • Action Meinhof dedi ki:

      Azərbaycanlıları sosialist quruluş mədrəsədən məktəbə, universitetə dartıb aparıb, kitablarını tərcümə edərək təhsilə yararlı edib, ölkədə universitetlər açıb. Başqa nə etməli idi SSRİ? Bir millət ki, bazarda al-ver etməyi təhsildən üstün tutursa, buna sosializm he nə edə bilməz. Təbii ki, hamısının adından danışmaq olmaz, amma böyük əksəriyyət elədir.

  7. Elshen Amirov dedi ki:

    Aqşin, mən də sənlə eyni şeyi deyirəm. fərdiliyi üstün tutan bir xalqı pambıq yığmağa aparmaqla heç cürə sosialist əmək öyrədilə bilinməz. Bir şey içdən gəlmədi, onu apar tulla. Məcburi kiməsə nəsə etdirmək olar. Amma bu daimi olmaz.

  8. Elshen Amirov dedi ki:

    Səncə, bu inkişaf ancaq kommunist rejimlə olar?

  9. Elshen Amirov dedi ki:

    Niyə elə düşünürsən? Səbəbi həqiqətən maraqlıdır. Çünki inkişaf etmiş ölkələrin əksəriyyəti kapitalist ölkələridir.

    • Action Meinhof dedi ki:

      Sən dediyin inkişaf etmiş ölkələr imperialist siyasət apararaq pereferik kapitalist ölkərini kölə vəziyyətinə salır və “inkişaf edir”. Əslində, heç bir inkişaf yoxdur, sadəcə, əzən və əzilən tərəf var, əzən tərəf isə güclü görsəndiyindən ona İEÖ adını verirlər. Bu barədə gələcəkdə bir yazı hazırlayaram, oxuyarsan. Belə isə, sən iqtisadiyyatın səthi tərəfini görürsən, dərinliyinə varsan, özün anlayarsan, necə ki, əvvəllər mən də sənin kimi düşünürdüm, başıma hava gəlmədi ki, sonradan zamanla fikrim dəyişməyə başladı.

  10. Elshen Amirov dedi ki:

    Növbəti yazını gözləyəcəm görüm nəyi bilmirmişəm 🙂

  11. fantina dedi ki:

    Aqşin, yazın çox maraqlıdı. Amma Elşən Amirovun şərhlərdəki fikri ilə razıyam. Belə ki, həmişə mama mayda pambıq yığımına getdiklərindən, günün altında yandıqlarından, yorulub əldən düşdüklərindən, yığdıqları pambığın hər kilosuna yanılmıramsa, 5 qəbik aldıqlarından fəxrlə, sevinclə danışanda, bu, məndə ikrah hissi doğurur. Mənə də elə gəlir ki, lap sən deyən kimi uşaqları sosialist əməyə öyrəşdirmək üçün də olsa, bu, doğru bir şey olmayıb. Sadəcə nağıllar və şəkillərlə də əməyi uşaqlara sevdirmək olar. Və ya özlərinin necə işlədiklərini göstərərək…

  12. Action Meinhof dedi ki:

    Fantina, həyat praktikada özünü sübut edir. Bugünkü gündə kola içməkdən, fastfud yeməkdən şişmanlaşan uşaqlara diqqət yetir və bir də ki, SSRİ pionerlərini xatırla. Fərq bundadır. O ki, qaldı həmin 5 qəpik söhbətinə – uşaqlar öz əməkləri nəticəsində pul qazanmağa öyrəşirdilər və anlayırdılar ki, özünün qazandığın pul necə də “şirindir”. Həmin 5 qəpiyin üstünü bir az da düzəldərək SSRİ zamanında nəsə ala bilərdin. Adicə, kitablar 10 qəpik olurdu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma