Ulrike Meinhof

Dərc edildi: İyun 16, 2010 / Şəxsiyyətlər

Ulrike Maynhof

Doğum tarixi: 7 Oktyabr 1934-cü il

Doğulduğu yer: Oldenburq, Almaniya

Vəfat etdiyi tarix: 9 May 1976-cı il (41 yaşında)

Vəfat etdiyi yer: Ştuttqart, Qərbi Almaniya

Əsas təşkilatı: Qırmızı Ordu Fraksiyası

Ulrike Mariya Maynhof (Ulrike Marie Meinhof) almaniyalı sol düşüncəli mübariz idi. O, 1970-ci ildə Qırmızı Ordu Fraksiyası (Rote Armee Fraktion) ilə əməkdaşlıq etməmişdən öncə aylıq dərc olunan solyönümlü jurnal “Konkret”də jutnalist olmuşdur. O, 1972-ci ildə tutulmuş, çoxsaylı qətillərdə və kriminal assosasiyaların formalaşdırılması ilə bağlı ittiham edilmişdir. Məhkəmə qərarından öncə – 1976-cı ildə Maynhof öz həbsxana kamerasında vəfat etmişdir.

Erkən həyatı

Ulrike Maynhof cavan jurnalist kimi.

Ulrike Maynhof 1934-cü ildə Almaniyanın Oldenburq şəhərində anadan olmuşdur. 1936-cı ildə incəsənət tarixçisi olan atası Dr. Verner Maynhof (Dr. Werner Meinhof) Cena şəhər muzeyinin direktoru təyin olunandan sonra onun ailəsi eyniadlı şəhərə köçmüşdür. 1940-ci ildə atası xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra anası Renate Riemakı (Renate Riemeck) özü pul qazana bilməsi üçün qəyyumluğa götürür. 1946-cı ildə Cena şəhəri Yalta sazişinə görə Sovet idarəsinə keçir və bu səbəblə ailə yenidən Oldenburqa qayıdır. II Dünya müharibəsindən sonra müəllimə işləyən Ulrikenin anası Dr. İnqeborq Maynhof 8 il sonra xərçəng xəstəliyindən vəfat edir. Renate Riemak isə, Ulrike və onun böyük bacısının himayəçisi rolunu öz üzərinə götürür.

1955-ci ildə Veilburg məktəbini bitirir. Sonradan o, fəlsəfə, sosiologiya, “Pädagogik” (pedoqoqiya) və Almaniyaşünaslıq ixtisasları üzrə təhsil aldığı Marburqda islahatçı hərəkatlara qoşulur.

1957-ci ildə Münster Universitetinə keçən Maynhof orada ispan Marxist Manuel Sakristan (hansı ki, daha sonradan onun bəzi yazılarını tərcümə və redaktə etmişdi) tanış olmuş və Sosialist Almaniya Tələbə Birliyinə qoşularaq Konrad Adenauer hökuməti tərəfindən təklif olunmuş Bundesverin (Bundeswehr) yenidən kimyəvi silahlanmasına qarşı etiraz hərəkatında iştirak etmişdir. Zamanla o, daxili “Anti-Atom Ölüm Komitəsi“nin (Anti-Atomtod-Ausschuss) natiqi olmuşdur. 1958-ci ildə qısa zaman müddətində universitetin AStA-sında (Almanca: Allgemeiner Studierendenausschuss, və ya Tələbələrin Baş Komitəsi) fəaliyyət göstərmiş və müxtəlif tələbə qəzetlərində məqalələr yazmışdır.

1959-cu ildə o, Almaniyanın Kommunist Partiyasına (KPD) üzv olmuş – Alman Kommunist Partiyası adlanırdı – və sonradan 1962-ci ildən 1964-cü ilə kimi “Konkret” jurnalında baş redaktor vəzifəsində çalışmışdır. 1961-ci ildə “Konkret”in təsisçisi və naşiri Klaus Rainer Röhl ilə ailə həyatı qurur. 1962-ci ilin 21 sentyabrında onların nikahından əkizlər – Regine və Bettina dünyaya gəlir və bu nikah 1967-ci ilə kimi davam edir, bu tarixdən sonra isə onlar boşanırlar.

RAF-ın təşkilatlanması.

Tələbə aktivist Rudi Dutschke-yə qarşı sui-qəsd cəhdi Ulrike Maynhofu “Konkret” jurnalında artan militar yanaşma barədə məqalə yazmağa sövq edir və bu məqalədə özünün bəlkə də ən məşhur ifadəsini işlədir:

“Etiraz mənim hansısa amildən narazı olduğumu bildirməyimdir. Müqavimət məni razı salmayan amilin bir daha olmamasını təmin etməkdir.”

Bu ildən sonra onun yazıları Vietnam müharibəsinə qarşı Frankfurt protestlərində daha çox tanınmış təqsirkarlar Andreas Baader və Gurdun Ensslin ilə tanışlığının daha da dərinləşməsi zamanı qəsdən yandırılma hücumlarına məruz qalmışdır. O, 1969-cu ilin əvvələrində “Konkret”dəki öz vəzifəsindən uzaqlaşmış (Mayda bura offisləri dağıtmaq üçün qayıtmışdır) və partizan həyatına başlamışdır.

Çox güman ki, onun son fərdi işi 1970-ci ildə qadın üsyanı və sinfi mübarizəyə vadar edən “Bambule” filminin yazılması və tamaşaya qoyulması idi; zamanla o, axtarışda olan terrorçuya çevrildi və onun radio verilişi 1997-ci ilə kimi yayımdan uzaqlaşdırıldı. Ən əsası isə Maynhof, 14 May 1970-ci ildə Baaderin həbsdən qaçışında iştirak etməsi oldu. Qaçışa kömək etdiyi zamanda 64 yaşlı kitabxanaçı vuruldu (bir neçə dəfə tapançadan açılan atəşlə kritik yaralı vəziyyətə düşmüşdü) və iki qanun keşikçisi olan zabitlər yaralandı. Baader və 3 qadın ölümə təşəbbüslə günahlandırıldı və Maynhofun tutulması təqdirdə 10000 alman markı mükafat təyin olundu.

RAF-da hərəkat və həbs.

Növbəti iki ildə Maynhof müxtəlif bankları qarət etməkdə və bombalamaqda qrup tərəfindən iştirak etdi. Maynhof və digər RAF üzvləri onun uşaqlarını oğurlayaraq fələstinli yetimlər üçün nəzərdə tutulan düşərgəyə göndərməyə çalışırdılar, düşünürdülər ki, orada onun istəyinə görə təhsil vardı, lakin bunun qarşısını alaraq əkizləri Siciliyaya göndərdilər və oradan atasına qaytarırlar .

Bu müddət ərzində Maynhof RAF üçün bir çox manifestlər və elmi əsərlər yazdı. Çox güman ki, bunlardan ən əsası Şəhərli Partizanların Anlaşması, Horst Mahlerin təşəbbüsünə cavab idi, hansılar ki, son zamanlar onların yayılmaqda olan ideologiyalarının düzgün təbliğatı idi. Bundan əlavə, burada ilk dəfə Rote Armee Fraktion ifadəsi ilə yanaşı, RAF xüsusi nişanından da istifadə olunmuşdur. Onun təcrübəsi qrup üçün çox əhəmiyyətli idi, lakin adətən, media tərəfindən bu hal çox şişirdilirdi, misal olaraq isə RAF əvəzinə çox zaman “Baader-Meinhof” briqadası deyilməsidir. (Gurdun Ensslin çox zaman vurğulayırdı ki, bir qadın yalnız Maynhof qədər yaxşı təşkilat lideri ola bilər)

22 Oktyabr 1972-ci ildə Maynhof Marqrit Şiller (Margrit Schiller) və Cerard Müller (Gerhard Müller) ilə birlikdə Hamburqda bir qrup polis tərəfindən tutulmaq məqsədi ilə atəşə məruz qaldı. Polislərdən biri altı dəfə açılan güllədən sonra həyatını itirdi. Buna baxmayaraq, Müller və Maynhof hadisə yerindən qaça bildilər, lakin bir neçə saat sonra Şiller tutuldu.

1972-ci ilin İyun ayının 14-ü Langenhagendə ABŞ Ordusuun fərarilərini sığınacaqla təmin edən Fritz Rudveldə (Fritz Rodewald) özünün və dostlarının növbəti bir gecəni qalması üçün müraciət edən bir qərib yaxınlaşdı. O razılaşdı, ancaq sonradan bu qadının və onun dostlarının RAF-a daxil olmasından şübhələnərək polisə xəbər verdi. Səhəri gün onlardan bir cütü polis izləyərkən Rudveldin evinə gəlirlər. Kişi telefonun qutusuna qədər izlənildi və aydın oldu ki, bu şəxs silahlanmış Cerard Müllerdir. Bundan sonra onlar qadını – Ulrike Maynhofun həbsi üçün davam etdilər.

Həbs və ölüm.

Ulrike Maynhof üçün dəfn yeri.

1972-ci ilin Dekabrında Maynhof məhkəməsini gözləyərkən, Horst Mahlerin 1972-ci ilin Sentyabrında Münhen Olimpiyadasında iki israilli ateltin bıçaqlanmasına dəstək verməsi barədə olan məhkəməsində ifadəsi alınmaq üçün çağırıldı. Maynhofun sorğulanması ona bunları deməsinə gətirib çıxartdı:

“Necə ki, Auschwitz mümkün idi, anti-Semitizm bəs nə idi? Bu, insanların puldan asılılığından yaranmış nifrətdən istifadə edilərək kommunizmə olan cəhdin dəyişilməsində vasitə idi. Auschwitz-in mahiyyətinin nə olmasnı 6 milyon yəhudinin öldürülərək Avropanın zibil qablarına atılması təsdiq etdi – Pul-Yəhudi. Baş verən isə o idi ki, kapitalizm və imperializmin əsası olan maliyyə kapitalı və banklar, insanların pula olan nifrətini özlərindən uzaqlaşdıraraq yəhudilərə yönəltdilər.”

İlkin dinləmələrdən iki il sonra – 29 Noyabr 1974-cü ildə Maynhofa 8 il azadlıqdan məhrum etmə cəzası verilir. 1975-ci ilin 19 Avqustunda isə Maynhof, Baader, Ensslin və Raspe 4 ölüm, 54 ölümə cəhd və bir tək kriminal assosasiya yaratmaqda ittiham olundular. Lakin məhkəmənin yekunundan öncə Maynhof 9 May 1976-cı ildə Stammheim Həbsxanasındakı kamerasında dəsmaldan ip kimi istifadə olunaraq asılmış vəziyyətdə aşkar olunur. Ehtimal olunurdu ki, əgər onun ölümü olmasaydı, 15 il, üstəgəl ömürlük azadlıqdan məhrum etmə hökmü çıxarılacaqdı.

Rəsmi qərara görə Maynhof intihar etmişdir. O da aşkarlanmışdı ki, Maynhof digər RAF məhkumlarından tamamilə ayrı tutulurdu. Onlar arasında həbsxanada dəyişdirlən qeydlər arasından Gurdun Ensslin onu “çox zəif” təsvir etmişdir. Rəsmi tapıntılar RAF üzvləri tərəfindən qəbul olunmurdu və onlar iddia edirdilər ki, Maynhof özünü öldürməyib, nüfuzlu şəxslər tərəfindən öldürülüb. 2001-ci ildə istintaqın araşdırmaları “Der Tod Ulrike Meinhofs” adı altında çap olunmuşdu. (Bericht der Internationalen Untersuchungskommission (1979 ISBN 3-492-24058-5, redaktə 2001 ISBN 3-897-71952-5))

Məhşur mədəniyyətdə təsviri.

Alois Prinz tərəfindən yazılmış “Lieber wütend als traurig” (Kədərlidənsə acıqlı olmaq yaxşıdır) əsərdə (1997 ISBN 3407809050) Maynhofun həyatı gənclik üçün sədaqətli şəxs kimi təsvir olunub.

Maynhofun həyatı müxtəlif filmlərdə və tamaşalarda mövzu kimi istifadə olunurdu. Reinhard Hauffun 1986-cı ildəki “Stammheim məhkəməsi”ndə, Margarit von Trottanın 1981-ci ildəki “Marianna və Culiana”da” və 2008-ci ildə Uli Edelin “The Baader Meinhof Complex”də təsvir olunmuşdur. Sonunculardan isə 1990-cı ildə Yohan Kresnik tərəfindən “Ulrike Maynhof” operası, 1993-cü ildə Leviatan tərəfindən “Dea Loher” tamaşası və 2006-cı ildə avstriyalı dramaturq Elfride Jelinek tərəfindən “Ulrike Maria Stuart” olmuşdur.

2005-ci ildə avstraliyalı yaradıcı və akademik A.L. McCannin Ulrike Maynhofun xarakterini və onun dəfnini göstərən “Subtopia” romanı Berlində hissəli olaraq nəşr olunur.

Maynhofu 2008-ci ildə “Der Baader Meinhof Komplex“ filmində alman aktrisa Martina Gedeck təsvir edir.

Musiqi.

Marianne Faithfull-un albomu “Broken English”də Maynhofa həsr olunmuş mahnı var.

Anarxo-punk qruplardan olan Chumbawamba-nın 1990-cı ildə buraxdığı “Slap!” albomunun açılışı və sonunda olan hər iki ifa Maynhofun adınadır. İlk ifanın adı “Ulrike” olan mahnının sözləri ilk olaraq Ulrike Maynhofu baş qəhrəman kimi göstərir. Son mahnı isə instrumental ifadır və “Meinhof” adlanır. Albomun laynerində “Ulrike” ifası ilə bağlı məqalə və informasiya yazılıb.

Brazliyia rok qrupu Legião Urbana-nın “Baader-Meinhof Blues” adlı mahnısı var.

Advertisements
şərhlər
  1. fantina dedi ki:

    Sözün əsl mənasında, bir qadın kimi, bir gənc kimi paxıllığım tutdu!

    Oxumağa dəydi. Təkrar sağ ol məlumat üçün, Aqşin!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma