İnsanlığın vicdan aclığı…

Dərc edildi: Sentyabr 9, 2010 / Kapitalizm iyrənclikləri

BMT qida agentliyinin bəyənatına əsasən, 18 000 uşaq hər gün aclıqdan və tamdoymamazlıqdan ölür və 850 milyon insan hər gün yatağa boş mədə ilə gedir. Dünyanın hər yerində 100 milyondan artıq küçə uşağı var.

Doğulduğu gündən aclıq çəkən körpə

Necə qəmli və dəhşətlidir! Ən dəhşətlisi isə NİYƏ onların ac olmalarıdır… çünki acgöz və eqoist dünya kasıbların qayğısına qalmır. Birləşmiş Ştatlar qlobal nizam-intizamın, bərabərliyin təşkilində problemdən başqa bir şey deyil. Birləşmiş Ştatların kasıblara yardım proqramları haqqında çox eşitmişik, lakin acından ölüm halları hələ də davam edir. Axı necə olar bilər ki, insanlıq Marsa robot endirə bilir, səsin sürətindən 10 dəfə çox sürətlə hərəkət edə bilən reaktiv mühərriklər hazırlaya bilir, günəş tutulmasını 100 il sonra dəqiqəsinə kimi hesablaya bilir və s; lakin ölümə aparan aclığın qarşısını ala bilmir? Bu, tamamilə bədbəxtçilik, insanlığın yaralı yeridir!

null

Bir kisə taxıl almağa 10$ tapa bilməyən nigeriyalının acından öldüyü halda, Hollivud partilərinə 100 000$ xərclənməsini təsəvvür etmək çox çətindir. Afrika, Hindistan, Əfqanıstan, İndoneziya və Timor kimi ölkələrdə insanların acından öldüyünü gördüyü halda, varlılar mənasız şeylərə boş-boş pullar xərcləyirlər. Yadımdadır, 2007-ci ildə qəzetdə oxumuşdum ki, varlı insanlar hərəyə 20 000 000$ pulu kosmos gəzintisinə xərcləyiblər! Adicə bir gəzinti üçün! Elə çox sayda varlılar 20 milyon dollarını kosmos gəzintisi üçün xərcləmişdilər ki, bu işlə məşğul olan agentlik 2009-ci ilə qədər planda olan yerlərin sayını doldurmuşdu…

Rusiya Kosmik Agentliyinin rəsmi məlumatına görə, kosmosa gəzinti proqramı 2006-cı ilə kimi yalnız varlı insanlara və korporasiyalara aid idisə, daha sonra o dərəcədə məşhurlaşdı ki, 2009-cu ilə kimi bütün 20 milyon dəyərində olan biletlər öncədən satılıb qurtarmışdı.

Mənim anlamadığım odur ki, dünyadan acından ölən uşaqların həddindən artıq olduğunu bildiyi halda, bir kəs belə şeylərə necə rahat vicdanla bu miqdarda pullar xərcləyə bilər. Əgər mənim bu qədər pulum olsaydı, kasıb dövlətlərə gedərdim, yeməyi və tibbi xidmətləri şəxsən özüm təşkil edərdim. Direktor və müavinlərinin ildə 100 000$ pul qazandığı “xeyriyyə cəmiyyətlərindən” bezmişəm. Dünyanın istənilən yerində bu cəmiyyətlər öz mənfəətlərini güdürlər. Yenə də misal olaraq Birləşmiş Ştatlara baxaq. Pet Robinsonun “700 Club”ı ildə 100 000 000$ pul oğurlayır və heç də təəccüblü deyil ki, BBB-ə (The Better Business Bureau) bu barədə hesabat verməkdən boyun qaçırırlar. Mən belə düşünürəm ki, bu tip təşkilatlara könüllü pul verən insanlar axmaqdırlar. Siz bilmirsiniz ki, onlar Sizin pulunuzla nə edirlər?! Mən təsəvvür edirəm ki, birlikdə nəsə etməklə necə gözəl bir mənzərə yarana bilər. Elə də çətin deyil, inanın. Habelə, bunu etməklə bizə qarşı olan ədalətsizliyin də önünə keçə bilərik.

Biz hər zaman siyasətçilərin dilindən kasıbların varlanması, evsizlərə kömək və kasıblara yardım proqramları haqqında eşidirik, LAKİN kasıbçılıq heç zaman azalmır, düzdürmü? Siyasətçilər, daha sonra dindarlar və nazirlər planetin ən böyük yalançılarıdırlar. Siyasətçilər cəmiyyətin başını aldatmaq üçün xoş sözlər deyir, sonradan hakimiyyətin gücündən istifadə edərək öz yerini qorumaq üçün zəif insanları əzirlər. Corc Buş mənim bu dediklərimə bariz nümunədir. Hər bir ədalətli ekspert yaxşı bilir ki, Buş Adminstrasiyasının 911-ə xüsusi yanaşması var. Faktlar konkret və kifayət qədər fövqəladədir. Yanğınsöndürənlərdən çoxu və Amerikanın minlərlə sakinləri həyatlarını 911-də itirib.

Birləşmiş Ştatlar höküməti İraqdakı müharibəyə biabırçı dərəcədə pul xərcləməklə nə qədər amerikalının və iraqlının ölümünə səbəb olub. “New York Times” və “MSNBC”nin hesablamalarına görə İraq müharibəsinin qiyməti 1 000 000 000 000$-dır!!! Lənətə gəlsin, bu sıfırları sayıb bitirə bildinizmi? Kapitalizmin insanlığın belini qırması, neft üçün tökülən pullara aparan yol bundan ucuz ola da bilməz. Acından ölən insanlar isə hələ də tibbi xidmətlərə möhtac halda bir kisə taxıl almağa 10$ verməyə və içməyə təmiz su tapa bilmir.

null

Bu il Birləşmiş Ştatlarda evcil heyvanların satışına 31 milyon dollar pul xərclənib. Bayram mövsümlərində evcil heyvanlara alınan hədiyyələrin qiyməti ümumilikdə 5 milyon dollardan yuxarıdır. Amerikalılar ildə oyunlara və oyuncaqlara 20,3 milyon dollar pul xərcləyirlər. İldə 586,5 milyon dollar qumara, 31 milyon dollar tütün məhsullarına, 58 milyon dollar alkoqol qəbuluna, 250 milyon dollar isə tütün və alkoqolun yaratdığı xəstəliklərdən müalicəyə gedir. Ümumilikdə isə 976,3 milyon (demək olar ki, trilyon) dollar sırf Birləşmiş Ştatlarda evcil heyvanlara, oyuncaqlara, qumara, alkoqola və tütünə xərclənir. Bütün bu rəqəmlər reallıqdan xəbər verir, inanmadığınız təqdirdə rəsmi statistikalara müraciət edə bilərsiniz.

null

P.Diddi nəhəng ad günü partisi keçirdərək Marta Stüvard və Penni Marşal da daxil olmaqda 1200 adam çağırmışdı. Parti 1998-ci ildə Nyu Yorkdakı “Cipriani” restoranında keçirilmişdi. Bu partinin dəyəri isə 500 000$ idi. Hansı ki, bu illərdə Nigeriyada hər il 250 000 insan aclıq və səfalətdən məhv olublar. Liza Minelli 2002-ci ildəki toyunun musiqisi üçün Devid Gestə 4 milyon pul ödəmişdi. Bu illərdə isə Qanada 33 000 insan bir öncə sadaladığım problemlərə görə həyatını itirmişdi və hələ də bu rəqəmlər artmaqdadır. Donald Drampın xüsusi içki zövqü var. Bu işlə 24 saat məşğul olan aşbazı və dəyəri 365 000$ olan mobil şampansoyutma aparatı var. Müğənni Miray Kerinin 500 cüt dirək üzərində qurulmuş 9 milyonluq penthausu, Keyt Hudsonun 30 000$ dəyərində pijaması, müğənni Kristina Aqulyeranın Hollivud Hilldə 25 futluq şəlaləsi və kamenin içində plazma televizoru olan 5 milyon dollarlıq evi var. Paris Hilton ilk dəfə kredit kartını əlinə alanda 13 yaşı vardı. 21-ci doğum gününü 75 000$-dan çox pul xərcləməklə Tokio, London, Nyu York, Los Anceles və Las Veqasda partilər keçirtmişdi. Bunun kimi insanlıq üçün biabırçı olan rəqəmlər bir deyil, iki deyil – saymaqla bitməz.

18 000 uşaq isə hər gün aclıqdan ölür… Bütün bunlar sizin üçün heç nədir? Əgər oxuduqdan sonra niyə bu vəziyyətin yarandığını düşünmədən və “mənim nəyimə gərək” deyib keçməklə rahatlıq tapacaqsınızsa, o zaman vicdanınızı axtarmağa zaman sərf edin. Sistemin içində boğulmaq olmaz, özünüzü həmin 18 000 insandan biri kimi təsəvvür edin, bunu etmək çətin deyil…

null

“Kasıblara yemək verəndə mənə əziz deyirlər, kasıbların niyə yeməkləri yoxdur soruşanda isə kommunist”.

Hélder Câmara

Advertisements
şərhlər
  1. Juju dedi ki:

    Martin Eden də şöhrət qazanandan sonra hamı onu evlərinə yeməyə dəvət edir və o insanlara nifrət etməyə başlayır: Mən acından öləndə bir tikə çörək istəyəndə bunu mənə heç kim vermirdi, indi mənim hamıdan çox pulum var, yeməyim də nə qədər istəsəm, məni niyə yeməyə dəvət edirlər???

    Toxun acdan xəbəri olmaz.

    • Action Meinhof dedi ki:

      İnsan mənəviyyatındakı konkret bir problemdir. Məhz “toxun acdan xəbəri olmaz” düşüncəsi də buradan yaranıb, amma məhz acdan xəbəri olan o qədər tox insan var ki. Onlar üzdə deyillər, heç olmazsa, yaxşı ki, belə insanlar az deyil.

  2. aligenjevi dedi ki:

    Solçularda bir şeyi qeyd etmək lazımdır. Biz liberallar söz azadlığından, plüralizmdən, insan haqqlarından danışırıq – bunlar isə əksəriyyətində abstrakt məsələlərdir. daha dəqiq desək humanitarist səslənir. solçular isə daha çox faktlarla, rəqəmlərlə danışırlar. Və sadə insanlara ikinci daha effektiv, daha inandırıcı gəlir.
    Bəzi fondların pul oğurlaması – bu konkret oğurluq hallarıdır, bunları qloballaşdırıb ümumi bir obraz yaratmaq ədalətsizlikdir.
    Afrikada aclara yardım elə ən çox qərbdən gəlir.
    Afrikanın bu günkü halı – doğurdan da insanlıq üçün fəlakətdir. Bəli, bu ilk növbədə fəlakətdir! Necə ki SSRİdə 30-cu illərdə aclıq fəlakət idi.
    İndi buna kimsə kapitalizmin siması donunu geyindirmək istəyir. Olsun! tutaq ki belədir, AMMA bu sosial-kommunizmin daha üstün bir şey olduğu demək deyil.
    Digər tərəfdən, bütün planet ayağa qalxsın, əgər aclıqdan qurtulmaq, inkişaf etmək afrikan sivilizasiyasının öz daxili tələbi olmayacaqsa – heç bir köməyin qlobal effektivliyi olmayacaq.

    • Action Meinhof dedi ki:

      Solçuların da məhz konkret olması əsas məsələdir. Boş vədlər və kağız üstündə sözlərin qalması – bunlar boşdur, nəticə isə göz qabağındadır. Hazırki liberal siyasət dünyanın və insanlığın axırına çıxır, yuxarıdakı konkret rəqəmlər isə bundan xəbər verir. Azad bazarda imkan var, hər kəs inkişaf edə bilər şüarı ilə irəli getməyə çalışan və kapital dəyərləri özünə əsas seçən bir sistemdə insan insanla “qidalanır”, bunu heç cür danmaq mümkün deyil.

      SSRİ qısa zaman ərzində özünü ayağa qaldıra bildi, ən azından, heç kim acından ölmürdü, hər kəs qarnını doyduracaq qədər qida tapırdı. SSRİ-nin dağılmasına yaxın zamanlar isə ayrı mövzudur, vəziyyət bəlli idi.

      Hər halda, hazırda sosial demokratiya yolunu seçmiş ölkələrdən biri kimi Norveçi misal gətirə bilərəm, hansı ki, BMT-nin insan haqları ilə bağlı statistikasında birinci yerdə durur.

      O ki, qaldı Afrikanın özünün inkişafına, belə bir sadə misal gətirmək istərdim: əgər bir insan gözünü açdığı yerdə televizor görməyibsə, onun günahı deyil, günah televizor buraxan şirkətdədir ki, malını ora qədər çatdıra bilməyib. Əgər Afrika insanına da daha rahat bir həyat tərzini göstərə bilmirsə Qərb, pisin üzərini malalamaqla keçirsə, o zaman heç bir fərq olmayacaq.

  3. Elshen Amirov dedi ki:

    Rəqəmlər məni şoka saldı. Əliyə qoşuluram ki, Afrika ölkələri inkişaf etmək istəmədikcə onlara edilən köməklər müvəqqəti xarakter daşıyacaq.Məsələn, Yaponiya da heç bir maddi sərvətə malik deyil. Amma onlar elmləri ilə qısa müddətdə hegemon dövlət olmağı bacardılar. Bir əmma da var ki, indi Yaponiya kimi inkişafa digər div ölkələr icazə verməz. Kim istiyər rəqibi artsın.

    • Action Meinhof dedi ki:

      Bir öncəki cavabımda bu məsələyə toxundum, burada Afrika sivilizasiyanı qınamaq düzgün deyil. İnsan gözünü açandan bir balaca ərazi və öz dədə-babalarına xas olan ənənəvi həyatı görür, heç Afrika qitəsi haqqında düzgün təsəvvürü belə yoxdur. Bu tip birini inkişaf etməməkdə günahlandırmaq yersizdir. Lap Afrikanı bir kənara qoyaq, ABŞ kimi bir ölkədə acından ölən insanların sayı azdırmı. Lap kiçik bir ölkə olsaq da Azərbaycanı götürək. Adicə statistikaya diqqət yetirmək lazımdır ki, Çikaqoda işləyən daha efiopiyalı həkim var, nəinki Efiopiyanın özündə. 1994-2006-cı illərdə 100 000 fillipinli insan ölkəni tərk ediblər daha yaxşı həyat şəraiti əldə etmək üçün. Əgər ölkələrində normal həyat olsaydı, heç yerə getməzdilər. Hazırda pis vəziyyətə görə Azərbaycanı tərk edən gəncliyi necə qınamırıqsa, bu da ona bənzəyir.

  4. Cinare dedi ki:

    Aqşin sadece bir soz deyirem: SUPPER! Artiq hec ne yaza bilmirem. Sadece HALAL OLSUN sene deyirem! Bu yazını ele Nabranda olanda mene gostərmişdin (özü də hələ abzasını) ve ele oracada beyenmişdim. Sadece net zeif olduğundan tam oxuya bilməmişdim. Bir daha TƏŞƏKKÜRLƏR sənə!

  5. Sabina Hsnv dedi ki:

    Yazi cox gozel. Sekillere baxdiqca insanin ici paramparca olur. Her gun kazinolarda milyonlarla pul xercleyirler. Ora xerclenen pullarin hec olmasa yarisi xerclense bu yaziq usaqlarda bu halda olmazlar. Insanlarin acgozluyu,eqoistliyi hec vaxt bitmeyecek….

  6. fantina dedi ki:

    Təşəkkür edək, tənqid edək! Sözlər, sözlər, yenə sözlər! Yaxşı, danışdıq. Başa düşüdük. Doğruladıq və ya inkar etdik. Bəs hərəkət? Yanında durmaq və ya qarşı çıxmaq olsun – niyə bunu hərəkətlə etmirik? Axı nəsə edə bilərik. Məsələn, bir qrup yaradıb – həkim, hüquqçünas, iqtisadçı, müəllim və s. mütəxəssislərdən ibarət, elimizdən gələni edə bilərik. Uzaqqdan və ya lazım olarsa, yaxından. Əvvəlcə öz ölkəmizdən başlaya bilərik, sonra təcrübəmiz artdıqca bütün dünyaya yayıla bilərik. Axı niyə də olmasın?!

  7. enes dedi ki:

    We decided to take some medicine to Africa but all were written “after meals” on them…

  8. Serxan Latifov dedi ki:

    Sizin bunu düşünerek vicdanınız niye sızlayır ki? Yoxdurmu başqa vicdan sızladacaq bedbext hadiseler? Bunları doğub töken, ancaq bir öyün sonra yemeye heç neyi olmayan ata ana düşünsün. Bunlar özleri de böyüyüb ac qalacaq ve çoxu da uşaqken aclıqdan ölecek insan dünyaya getirecekler.

  9. Ülviyyə dedi ki:

    Bu yazını oxuyanda yadıma bir şey düşdü. Dünən çəkilişlərin birində bir türk jurnalist mənə Mübariz Mənsimovun burdakı malikanələrindən və var dövlətindən uzun uzun danışdı. Adam yemək yemək üçün milyonlarla dollar qiyməti olan qablar, oturmaq üçün allah bilir ne qeder qiyməti olan mobilyalar ve s. ve s. gətizdirirmiş. Hardasa iki həftə bundan qabaq Ağdama getmişdim, bir iki ay öncə də Fizuliyə. Ermənilərin silahının qarşısında yaşayan o insanları gördüm, hər an gülləyə tuş gəldiyini bilə bilə onun qarşısında çöllərdə işləyən qadınlarımızı gördüm. Bir də kçicik bir otağa 9 adamın yerləşdiyi bir otağı. Bizim milyonları başından aşan insanlarımız heç də o Hollivud ulduzlarından geridə deyil, amma əcəba deyirəm görəsən heç olmasa bir dəfə də olsun gözlərini yumanda evində aylarla bəlkə illərlə ət bişməyən bir ailəni düşünə bilirlərmi. Sonra da həmən anlayıram ki, onlar bunu düşünə bilməzlər, çünki bunu təsəvvür eliyə bilmirlər, axı bu aclığı görməyən necə təsəvvür eləsin. Bu söz təkcə milyonları olanlara aid deyil, mən dəfələrlə şahidi olmuşam Azərbaycanda bəziləri danışanda ağız dolusu heç kim acından ölmür deyirlər. Sadəcə bunu o insanların gözünə necə soxmaq lazımdı onun yollarını tapmaq lazımdı, mən hələki bilmirəm, amma ümid eliyirəm ki, bir gün tapılar…

    • Aqşin Mahmudov dedi ki:

      Bütün bu söylədiklərinizdən sonra sadəcə mənə “şərhsiz” demək qalır… Doğrudan da, toxun acdan nə xəbəri, bunu bilmək üçün isə vicdan olmalıdır insanlarda, hansı ki, insanların vicdan aclığından əziyyət çəkdiyi bir dönəmdə çətin məsələdir.

  10. Jamshid dedi ki:

    Aqşin, senin dediyin kimi heqiqetende vicdan aclığı var.Bu aclıqda irq ferqi yoxdu.Hamı aclıqdan mehrumdu yerli yerinde.Sen de gedib bir gün playsatation oyununa vey a başqa bir eylenceye pul qoyursan.Hemçinin mende ve bütün herkes )))kaş onları daima düşüne bilsek.Beledi ki, göresen insanlığımız qabağına hansı meqsedi qoyur.Qaqam sene onu deye bilerem ki, belesi işlerde Avropanında,Amerikanında ve diger Böyük ölkelerin adda olan qetnameleri, insan haqları meni heçcür bağlamır.İnsan haqqlarının insan olmayanların elinde nece şekilde olduğunu illerdir görürük.uzun sözün qısası herkes başda biz olmaq şertiyle qabağımıza evlenib öz ailemize, uşaqlarımıza baxacayıq deyib heyat quranda onları heqiqetende düşünmeye ehtiyacımız qalmır.Bu ise bizi onların gözüyle baxmaqdan mehrum edir.Çox teessüf (((

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma