Bloqosfer 2010-la bağlı bir neçə cümlə

Dərc edildi: Sentyabr 13, 2010 / Layihələr
Etiketlər:

10-12 sentyabr aralığında yolum Nabrana düşdü. Təbii ki, səbəbsiz deyildi, uzun zaman idi ki, maraqla gözlədiyim Bloqosfer 2010 layihəsində iştirak etmək imkanım var idi. İlk gündən başlayaraq yeni insanlar tanımaq və müxtəlif mövzularda yazan bloqer həmkarlarımı şəxsən tanımaq, onlarla ünsiyyətdə olmaq imkan yarandı. Əminliklə deyə bilərəm ki, ölkədəki normal gəncliyin böyük bir hissəsi orada idi. Əsas olan mənim təəssüratlarım deyil, hər zamankı kimi konkret məsələlərdir.

Mən orada bütün proseslərdə yaxından iştirak etməyə çalışırdım, elə bir böyük çatışmamazlıq görmədim. Bir neçə həmkarımla birlikdə ikinci gün hazırladığımız “Azərbaycan dilinin problemləri” mövzusunda etdiyimiz təqdimatdan sonra hələ məqbul cavabı belə çıxmamış artıq bloqların birində Bloqosfer 2010-la bağlı yazı çıxdı. Açığı, ilk öncə düşündüm ki, yəqin, hansısa bizim uşaqlardandır və isti-isti yazı yerləşdirib və sonradan məlum olduqda ki, bu barədə yazan şəxs, ümumiyyətlə, Nabranda belə deyil, mənə çox təəccüblü gəldi. Axı necə ola bilər ki, bir bloqer öz bloqunda iştirak etmədiyi layihə barəsində heç bir yekun nəticə əldə etmədən, konkret bir məlumat almadan, çayxanda söhbət edərmiş kimi oturub ciddi-ciddi analizə bənzər bir yazı yazır, özü də profesionallıqdan danışır?! Maraqlıdır. Bunu bir kənara qoyaq, meşədə hər növ canlı yaşayır.

İndi keçək ikinci məsələyə. Bloqosfer 2010 layihəsinin əsas məqsədi bloqerləri bir araya yığmaq və orada gələcək üçün perespektivli olan mövzularla bağlı müzakirə aparmaq idi. İndi bəzi şəxslər dirəniblər ki, nə üçün Emin Milli və Adnan Hacızadənin adı orada heç çəkilməyib və ya buna imkan yaradılmayıb. Nəzərinizə çatdıraq ki, bu mövzu artıq uzun zamandır müzakirə olunur və əminliklə deyə bilərəm ki, Bloqosfer 2010 layihəsindən qat-qat güclü tərəflər – qurumlar və təşkilatlar bu məsələnin önə çıxmasına çalışırlar və hələ də davam edirlər. Bəs nəticə? Yoxdur nəticə! Olmamasına səbəb isə məhz köhnə stereotiplərə ilişib qalan bir insanlığa məxsus xalqımız olmasıdır. Orada müzakirə olunmalı olan “necə edək ki, gələcəkdə digər bloqerlərimiz də azad sözə görə həbsxanaya düşməsinlər” olmalı idi, daha “Emin və Adnan niyə həbsdədirlər” yox. Gün kimi aydın olan məsələnin yenidən müzakirəsi etməyə çeynəməkdən başqa bir ad tapa bilmirəm. Emin və Adnanın yerində sabah hər bir bloqer, hər bir yeni media üzvü ola bilər, lakin sözümün mahiyyəti odur ki, məqsəd məhz həmin yerdə olmamaqdır. Bloqosfer 2010-nun əsas məqsədi də məhz gələcəklə bağlı – gələcəkdə bloqerlərə problem olan mövzuların müzakirəsi idi. Emin və Adnanın içəridə olması isə tamam ayrı bir mövzudur və mənim bu məsələyə münasibətim birmənalıdır – onların yeri həbsxana olmamalıdır, bu isə ölkədəki azad sözün olmamasından xəbər verir. Lakin onların tutulma motivləri və s. əsasında söhbətimizə davam etsək, bir qədər də fərqli olacaq.

Bu gün gündəmdə müzakirə mövzusu olan bir məsələ də Vahid müəllimin etdiyi təqdimatla bağlıdır. İlk öncə onu deyim ki, Vahid müəllimlə ilk tanışlığım hələ avtobusda Nabrana gələrkən oldu və kifayət qədər intellektual, söhbətinə doyum olmayan biri olduğunu gördüm. Təqdimatda isə deyilən bir söz bir çox insanın canına vəsvəsə saldı sanki: “Bloqundan pul qazana bilməyən bloqer professional deyil, bu səbəbdən də Azərbaycanda professional bloqer yoxdur”. Bu məsələyə bir çox səthi yanaşmalar var. Hətta “Əqrəb” satirik bloqunda özünə həvəskar linqivist deyən bir şəxs bolluca qrammatik səhvlərlə dolu bir yazı da yazdı. Hər bir halda, yenidən meşədə hər bir canlı olduğuna dair fikrimə dönmək istəyirəm. Vahid müəllimin təqdimatı zamanı özümün belə bloqçuluqdan kifayət qədər məlumatlı olmadığıma dair bir nəticəyə gəldim və ən əsas da onu başa düşdüm ki, professional publisist ilə professional bloqer arasında nə dərəcədə böyük yaxınlıq varsa, bir o ölçüdə də fərq var. Orada onun dediyi bir ifadə isə təhrifə məruz qaldı. Onun sözlərinə görə, dünya praktikasında görülüb ki, bir bloqer 2000 manat civarında pul qazana bilər. Söylədiklərini isə konkret şəkildə açıqladı, lakin onun sözünü elə təhrif etdilər ki, sanki, 2000 civarında pul qazana bilməyən bloqer ya bloqer deyil, ya da ki, mütləq bu civarda pul qazanmalıdır ki, bloqer sayılsın. Hələ bu barədə ona təqdimatın sonunda sual belə verdilər, məhz yerindəcə bu fikrinə aydınlıq gətirdi və belə olmadığını söylədi. Professional bloqer öz işindən pul qazana bilən bloqerdir – mahiyyət budur. Bir bloqer yaxşı yazı bilər, çox oxucusu ola bilər, lakin öz gördüyü işdən pul qazana bilmirsə, bu həmin bloqerin professional bloqer deyil də, professional bir yazar olduğuna dəlalət edir. Bunu anlamaq üçün dərin müzakirələr aparmaq, iki universitet bitirməyə ehtiyac yoxdur. Professional o şəxsdir ki, hər bir sahədə gördüyü işdən gəlir əldə edir. Bundan əlavə, onu da vurğulamaq lazımdır ki, bu sitat “Bloqlar və reklam” mövzusunda işlədilmişdir. Yəni ki, müzakirənin reqlamentinə uyğun olaraq hazırlanmış təqdimatdan bir sitat idi. Mövzunun “Reklam və pul” olmasına görə də məhz pul qazanmaqdan söhbət getməli idi. Sadəcə, bəziləri bu sitatı tam araşdırmamış bütün foruma aid etdilər.

Və sonda bir məsələyə aydınlıq gətirmək istərdim ki, bloq yalnız siyasi mövzularda yazılmır. Əgər bununla razılaşmayan varsa, bir zəhmət çəksin, “google”a müraciət etsin, bloqların növləri və onların tematikaları barəsində məlumat əldə etsin, bundan sonra fikir mübadiləsi aparsın. Evdar qadının belə bloqu ola bilər, orada yemek resseptləri yazaraq geniş bir auditoriya əldə edə bilər. Belə bir şəxsin bloquna gündə ən azı 500 insan daxil olacaqsa, nə üçün qida məhsulu buraxan bir şirkət orada öz reklamını yerləşdirməsin? Kifayət qədər məntiqlidir, məncə. Kimsə öz bloqunda reklam görmək istəmirsə (mənim kimi), bu artıq onun bloqunun mövzusundan və özündən asılı olan bir amildir. Lakin bunu etməklə sadəcə, özünü həvəskar kimi irəli sürür, professional kimi yox. Sadə reklamlar var ki, 10-15 manat verməklə, adicə feyzbuk kimi sosial şəbəkədə öz bloquna keçid yerləşdirmək olar və bununla heç kimə ziyan gəlmir, əksinə, bloqunun varlığından agah olanların – oxucularının sayı artır.

Sonda isə Bloqosfer təşkilatçılarına öz dərin təşəkkürlərimi bildirmək istəyirəm. Orada olduğum müddətdə çəkdikləri əziyyəti, necə yuxusuz qaldıqlarını, başqalarının ən azı 1 saata çıxmadıqları bufetdən 10 dəqiqəyə tələsik yemək yeyərək yenidən işlərinə qayıtdıqlarını özüm gördüm və bunu qiymətləndirməmək ən böyük insafsızlıq olardı. Bundan öncə oxşar layihələri təşkil etməyən, ümumiyyətlə, əlini ağdan qaraya vurmayan şəxslər isə boş-boş donquldamaqla heç nə əldə etməyəcəklər.

Advertisements
şərhlər
  1. Shaig M dedi ki:

    🙂 Alqışlar. Xoşum gəldi.

  2. 30tv dedi ki:

    xm… qəşşşşşşşşşşşəng … kartına namizədsən !

  3. Zhala Najafova dedi ki:

    Teqlər qoysan yaxşı olaR)))

  4. Shems dedi ki:

    cox maraqli :)))) yeniden olanlari yashadim ele bil 🙂 bir az da eylencelerimizden, funny hisslerden yazardin 🙂

  5. rufatahmad dedi ki:

    yoruldum oxuyanda. amma cox dolgun yazmisan.

  6. Blezx dedi ki:

    Sevdim bu yazini 🙂

  7. İlqar Mirzə dedi ki:

    Şəkilləri də olsaydı lap yaxşı olardı. 🙂

  8. Cinare dedi ki:

    Aqşin evvela salam. Necesen? İşlərin necə gedir? Yazını oxudum ve olduqca beyendim. Hiss olunur ki icden gelen bir yazıdır. Təşəkür edirəm sənə. Yazan əllərin hec bir zaman yorulmasın.

  9. rufatahmad dedi ki:

    bizim mövzu “Azerbaycan dilinin problemleri” deyildi axi… niye ele sehv edirsen? qerezli kimi anlama.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma