Həbib Müntəzirin ajiotaj yaradan yazısına:

Dərc edildi: Sentyabr 15, 2010 / Layihələr

Söhbəti uzatmadan, birbaşa yazıya keçəcəyəm. Müəllif inadla iddia edir ki, nəyi qələt edərək səhv yazdığımı mənə göstərin, o zaman üzr istəyəcəyəm. Yaxşı, istədiyi kimi olsun.

Beləliklə, yazının başlığına bu cümləni artıraraq özünə haqq qazandırmağa çalışdı: “indi bəzi dostlar deyəcəklər ki, bu Həbib ölür də hər şeyi siyasiləşdirməyə”. Mən isə deyərdim ki, bu Həbib ölür də hər şeyə mız qoymağa, yazmaq xətrinə yazmağa.
Formal olaraq, Bloqosfer təşkilatçılarına təşəkkür edən bloqer daha sonradan içindəkiləri türkün məsəli, tökməyə başlayır. Birinci şikayətini Aznet məkanını “bloqosfer” qazının bürüməsini söyləməklə başlayır. Anlaya bilmirəm ki, hansı qazdan söhbət gedir, amma nədənsə beynində xoşxassəli bir qaz olduğunu heç düşünmürəm.

Növbəti başlıq (məntiqə fikir verin, lütfən): “Heydər Əliyevin uşaq bloggerlərə qayğısı”.
İlk öncə onu vurğulamaq istərdim ki, bizim yazar yoldaş nəinki Nabranda olmayıb, ümumiyyətlə, Azərbaycan sərhədlərindən kənarda yaşayır və mənim bildiyim qədəri ilə Bloqosfer 2010 layihəsi nə onlayn olaraq yayımlanmırdı, nə də ki, bunu yayımlamaq iqtidarında olan BBC, CNN kimi televiziya kanallarımız yoxdur ki, Həbib bəy ölkədən kənarda dərhal informasiya alsın. Deməli, yeganə bir çıxış yalnız internet, daha dəqiq desək, feyzbuk və tvitter sosial şəbəkələri, bir az da dəqiqləşdirsək, oradakı istifadəçilərin statusları və şərhləri olur. Mənbənin nə dərəcədə obyektiv olduğunu düşünməyi sizlərin öhdənizə buraxıram. Nə isə. Cənab Müntəzirin ilk gözünə sataşan Bloqosfer 2010-da iştirak edən şəxslərdən biri Xədicə İsmayılın statusu olub: “Bloqosfer 2010-da 7 məsələ müzakirəyə çıxarılıb. Heç biri bloqçuların həbsi deyil”. İndi müəllif düşünür ki, əgər Eminlə Adnanın adları burada çəkilməyibsə, deməli, apar bu boyda layihəni tulla, çünki orada həbslərdən danışmırlar, onlara qarşı ədalətsiz mövqe var. Mənə maraqlıdır ki, orada Emin və Adnan barəsində nəyi danışmaq olardı? Bu variantlar ağlıma gəlir:
1. Onlar niyə həbsdədirlər.
2. Onları həbsdən azad etmək üçün nə etmək olar?
3. Həbsdə olan bloqerlərimizin yerində olmamaq üçün nə etmək olar?
Sizcə, hansı daha adekvatdır müzakirə üçün. Məncə, üçüncü. Bunun da bənzər müzakirəsini etmək üçün “Bloqerlər və onların hüquqları” adlı ayrı bir mövzu ortaya atıldı, lakin iştirakçıların səs çoxluğu əsasında bu mövzu müzakirə olunacaq 7 mövzu arasına daxil olmadı. İndi nə edək? Olmadı da, dünyanın sonu və ya forumlar tarixində sonuncu forum deyil axı bu, gələcəkdə olar. Buna görə o boyda layihəni boşa saymaq nə dərəcə düzgündür? Bir də ki, Eminlə Adnanın bu yöndə məsələləri bir öncəki yazımda da vurğuladığım kimi, qat-qat güclü təşkilatlar tərəfindən dünya mediasına çıxarılmağa çalışılır və bu yöndə işlər hələ də davam edir. Elə Bloqosfer 2010-nun havadarlarından biri olan ABŞ səfirliyi də buna çalışır, səfirin özü belə bunu öz dilindən söylədiyi sözlərlə təsdiqləyir. Şəxsi fikrimə qaldıqda isə ABŞ-ın siyasi mövzuda barmaq etdiyi hər şeyin bir zibilə yaramadığını hər zaman bilmişəm. Hər halda, bu iki gəncə hörmətim sonsuzdur və onların həbsxanda olması halına üzülən gənclərdən də biri mənəm, çünki ortada boğulan iki gəncin azad səsi var, mənəvi olaraq hər zaman onların yanındayam.

İndi keçək növbəti başlığa: “Ümummilli blogger Heydər Əliyev”.
İlk öncə uzun zamandır artıq çəkilərimi bir gündə bu başlıqları oxuyaraq özümdən uzaq etdiyim üçün dietoloq Müntəzir bəyə təşəkkür edirəm. Bu adamı bu başlığı yazmağa məcbur edən səbəb isə Bloqosfer 2010 layihəsinin keçirildiyi yerdə ümumilli qocamızın şəklini görməsidir, lakin bir daha bu adamın oradakı vəziyyətdən xəbərsiz olduğunu sübut edən bir faktı ortaya qoyur. Əgər az da olsa tədbirdən məlumatı olsaydı, o zaman bilərdi ki, bizimlə paralel orada UNİCEF-in də uşaqlarla bağlı layihəsi vardı və onlar da öz növbələrində uşaqların içində oturan ümumillinin şəklini oradan asmışdılar. Buna Bloqosfer təşkilatçıları nə etsin, ay camaat? Bizim Mütəzir bəyin xəyal aləmində utopik bir Azərbaycan var, məncə, çünki, fikirlərindəki senzuraya görə Azərbaycandan qaçaq düşərək Almaniyaya üz tutan və hər tərəfi cənnəti-Almanistan görən bu şəxsin xəbəri yoxdur ki, ay biçarə, buradakı gənclər hələ də konkret olaraq Əliyevlər rejimində yaşayır və həmin gənclikdən oradakı ümumillinin düşmən çəpəri boyda şəklinin üstünü örtməyi tələb etmək, birbaşa həmin gəncliyin 10 sutka müvəqqəti təcridxanada gecələməsi üçün fərman imzalamağa bərabərdir. Ümumiyyətlə, hansı məntiqlə, hansı IQ ilə bunu tələb etmək olar? Nə isə, bunu Müntəzir bəyin yuxulu halına keçmək istəyirəm, eşitməmiş olaq.

Və sonda bir məqam var, o da ki, Vahid müəllimin “Azərbaycanda professional bloqer yoxdur” deməsinə yönələn fikirdir, hansı ki, bu fikir barəsində geniş izahı bir öncəki yazımda qeyd etmişəm, təkrarçılığa lüzum görmürəm. Bircə onu əlavə etmək istəyirəm ki, əgər bizim Müntəzir tədbirdə iştirak etsəydi, o zaman bilərdi ki, bütün bu söhbət “Bloqer və reklam” mövzusu ətrafında reqlamentə uyğun olaraq gedib və bu fikirlə orada iştirak edən 80 nəfər razı olmayıb, bu fikirlər konkret olaraq Vahid müəllimin etdiyi təqdimatda səslənib, sonda isə səs vermə yolu ilə razı olanlar, razı olmayanlar və birtərəflər kimi üç növ fikri dəstəkləyərək səs veriblər. Məhz buna görə də həmin fikri Bloqosferdə iştirak edən bütün insanların adından söyləmək, edilən ən böyük qələtdir və buna görə üzr istəmək gərəkdir. Ən üzücü hal isə, bir çoxunun əfsuslar olsun ki, Bloqosfer 2010 layihəsi barəsində yalnız həmin 80 nəfərin yazmaq iqtidarında olduğunu düşünməsidir. Xanımlar və bəylər, kim istəyirsə, bu barədə yaza bilər, çünki bu böyük bir layihədir, kiminsə sünnət toyu və ya ad günü partisi deyil, sadəcə, xahişimiz və tələbimiz odur ki, yazmağa tələsməyin, bir neçə gün səbir edin, təqdimat videoları, resenziyalar və tədbirin rəsmi fotoları əlinizə keçsin, iştirakçılara və tədbir təşkilarçılarına qaranlıq qalan suallarınızı verin və ondan sonra öz münasibətinizi bildirin. Bu həm sizlərin obyektiv çıxış etməyinizə, həm də ki, ciddiliyə səbəb olur. Çoxmu çətin məsələdir? İnanın mənə ki, çayxanada söhbət edərmiş kimi bloq yazmağı hər bir əlifba bilən insan edə bilər.

Məncə, dörd-beş abzaslıq və heç bir məna ağırlığı olmayan bir bloq yazısını layihə iştirakçısı və bir təqdimatçı kimi, kifayət qədər ciddiyə alıb da geniş təhlil verməyi bacardım, bundan sonrası isə sizlərə – oxuculara düşən bir işdir. Kifayət qədər obyektiv olmaq ümidi ilə… Uğurlar!

P.S: Yazını yazdıqdan sonra həmkarım Əli Novruzovun feyzbukdakı qeydini oxudum və bu yazıya ayırdığım vaxta görə təəssüfləndim, çünki dolğun şəkildə bütün nüanslar orada qeyd olunub.

Advertisements
şərhlər
  1. turalfot dedi ki:

    Aqsin, uzrlu say, hovselem catmadi sona qeder oxumaga.
    Amma bir sey deyim, bunu Qanturalinin statusunda da yazmisdim eyni veziyyet olduguna gore, burda da yaziram: “Bir meseleden xeberi olmadan yazaq, hele-hele sohbet geden tedbirde olmamisansa nese yazmaq, qaralamaq, dusunmek, fikirlesmek, buna cehd etmek ya taftalogiyadir, ya boshbogazliqdir, ya da qeyri-pesekarliqdir. 3-den biri. Elaveler ve ixtisarlar qebul olunmur”.

    Fikrimce, daha bu movzuya toxunub lazimsiz movzu genislendirmesi elemeyek.
    Yazilarimiz Bloqosfer 2010 “Nabran” istiqametinde davam elese ela olacaq her sey.

    Hormetle…

    • Action Meinhof dedi ki:

      Diqqətinə görə təşəkkürlər, Tural. Səninlə tam razıyam. Elə bu da Bloqosfer 2010-la bağlı yazdığım son bu tipli yazıdır. Sadəcə, bəzi insanlara görə bu cür layihəyə fikirlərin dəyişməsi çox pisdir, həzm etmək olmur.

      Bundan sonra fikrimi təqdimatımla bağlı layihəyə yönəldəcəyəm, o daha səmərəlidir.

  2. Hebib Muntezir dedi ki:

    Aqşin ilk öncə FBdəki təhqiramiz şərhlərindən fərqli olaraq bu cür səviyyəli yazı ilə cavab yazdığın üçün sənə təşəkkür edirəm. İrəliləyiş var…

    Bəli yazıda məlumat aldığım mənbələri qeyd etmişəm. Tədbirdə iştirak edən xanım Xədicə İsmayılın statusu, Twitterdə isə tədbirdə iştirak edən Rüfət Babayevin – “В азербайджане нет профессиональных блоггеров @kataloq” twiti oldu. Şəkillər isə yenə tədbir iştirakçısı Anar Əliyevin twitpic’də yerləşdirdiyi şəkillərdir. Bunların əsasında həmin yazı yazıldı. Yəni BBC, CNN həngamələrinə gərək yoxdur. Bir-başa tədbir iştirakçılarının materiallarından istifadə olunub. İndi obyektivdir ya yox öhdənizdədir, nuş olsun.

    Mənim iddia etdiyim budur: “Əgər bloqla əlaqədar tədbir keçirilirsə və hal-hazırda bir-başa bloqla əlaqəli iki insan həbsdədirsə mütləq şəkildə hamin tədbirdə bu barədə danışılmalı, bloggerlərin hüquqi məsələləri müzakirə olunmalı, gələcəkdə baş verə biləcək təhlükələrdən necə qorunmalı, hansı sivil üsullara əl atılmalı və s. bu yöndə müzakirələr olmalı idi. Belə bir mövzu ortaya atılıbsa və seçilməyibsə bu da yenə ora yığışan bloggerlərin “professional”lığının göstəricisidir. Çox güman ki, donorların xahişini nəzərə alıblar. Halbuki donorlar da etiraf edir ki, bu yöndə məsələlərin qaldırıması lazım idi. Bəli, sənin dediyin kimi olmadı, olmadı da gələcəkdə olar 🙂 Elə mən də bunu demişəm…

    Tədbirdən məlumatım vardı. Yazımı çox güman sona qədər oxumamlsan. Orada P.S. olaraq qeyd etmişəm. UNİCEF-in tədbiri barədə və xəbərim də vardı. Ümummilli kaftarın şəkili altında bloq tədbiri təşkil edib “orada siyasətdən danışmayın” sifarişi alıb və mənim yazımı “eşitməməzliyə vurmaqla” əlil olmaq lazım deyildi. Neçə gündür bloqosfer barədə oxuduğum yazılardan aydın oldu ki, UNİCEF elə düz edib o şəkilləri asıb ordan!

    80 nəfər razı olmayıbsa Vahidin fikriylə mən də yazımda razı olmamışam. O zaman niyə mənə qarşı şüvənlik qopardılıb ki? 80 nəfərin 81-cisi də mənəm niyə üzr istəməliyəm, şəxsən mənə qarşı yönələn söyüş və təhqirlərə görə üzr gözdəməli olduğum halda?!

    Həqiqətən bu tədbirin keçirilməsini alqışlayırdım və dəstəkləyirdim. Yazını da o məqsədlə yazıb düşündüm ki, çox güman ora yığışan gənclər azad təfəkkürlü, rejimin, nə bilim hansısa donurun siyasətinə alət olmayacaq, tənqid həzm edə biləcək gənclərdir. Amma yanıldım! Bir daha deyirəm hədəfim sizlər deyilsiniz. Bu mənim bu mövzuda son yazımdır. Bir daha bu barədə müzakirə etmək belə istəmirəm. Təşkilatçılara da, iştirakçılara da, donorlara da, məni söyüb, təhqir edənlərə də bir sözlə hamıya təşəkkürlər! Uğurlar hər birinizə!

    • Action Meinhof dedi ki:

      Həbib, mən son ana kimi heç bir ağır ifadə işlətmədən sözlərimi yazırdım. Hələ yadındadırsa, sənin yazın işıq üzü görəndən qısa bir zaman sonra şərh yazanlardan biri də mən idim ki, “tədbirdə olmadığınız halda, bu barədə açıqlayıcı yazı yazmaq nə dərəcədə normaldır?”. Lakin, nədənsə mənim bu şərhim sənin bloqundakı sovurucudan keçə bilmədi. Sonradan isə bir neçə şəxslərin Bloqosfer iştirakçılarına qarşı xoşagəlməz ifadələri artıq çilədən çıxmağa səbəb oldu.

      Hər halda, yuxarıda yazdığım yazını tam oxudunsa, məncə, orada inkar etməli və ya absurd bir fikir olmadığını etiraf edə bilərsən. Bir öncəki şərhimdə də söylədiyim kimi, bu mövzuda mənim də yazdığım son fikir bu oldu, daha ciddi işlərə zaman ayırmaq lazımdır.

      Gələcəkdə daha obyektiv fikir söyləmən ümidi ilə, uğurlar!

  3. Ayuk dedi ki:

    Mənim də səbrim çatmadı sona qədər oxumağa. Ümumiyyətlə, mən birinin fikirlərinə bu cür cavab postlarını sevmirəm, sorry. Hərənin öz nəzər nöqtəsi var və düşünürəm ki, heç də Bloqosferi onun iştirakçıları arasında qapalılıq yaradaraq ayırmaq və bu cür yazılara mane olmaq olmaz. O bloqçudur, deməli öz fikirlərini istədiyi kimi bloquna yaza bilər, sərbəstdir. Sənin yazın isə onun yazısında qat-qat uzun alınıb ümumiyyətlə)) Və ajiotajı da elə siz bu cür reaksiyalar verərək yaradırsınız))) Hamı nədənsə qəribə bir qalxan rolu oynayır, başa düşə bilmirəm)) bir az relax olun da 😀
    P.S. Bloqosfer son günündə Obyektiv online TV-də canlı olaraq yayımlanırdı.

    • Action Meinhof dedi ki:

      Ayuk, yazını sona kimi oxumadığın bəlli olur) Çünki mən yazıda xüsusi vurğulamışam sən dediyin məsələni, yəni ki, kiməsə fikrini bildirmə və ya yazma demirik, tələbimiz tamam başqadır. Lütfən, sonları bir daha oxumağa cəhd et, daha dolğun yazmışam.

  4. Ülvi dedi ki:

    Yaxşı, mən də bir fərqliliyimi göstərim. Sizdən fərqli olaraq mən həm yazını, həm də şərhləri sonadək oxudum. )) Vəssalam.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma