İlin aparıcı markaları (16 sentyabr 2010)

Dərc edildi: Sentyabr 18, 2010 / Kapitalizm iyrənclikləri

Brend“Coca-Cola”, “IBM” və “Microsoft” ötən ilin ən bahalı brendləridir. Dünyanın ən böyük spirtsiz içki istehsalçısı “Coca-Cola” 2000-ci ildən bu tərəfə hər il keçirilən sorğu əsasında 70,452 milyard dollar qiyməti ilə siyahidə birincliyi əlində saxlayır.

Bu məlumat brendləşdirmə firması olan “Interbrand”in bu həftə elan etdiyi sorğuda göstərilir.

“IBM” hollandların ölkəsindəki ən böyük işəgötürəndir.

“BP” körfəzdəki nefti təmizləyə bilər, lakin brendinə bulaşan ləkəni təmizləmək üçün hələ ona illər lazım olacaq. Sorğunun nəticəsi göstərir ki, BP dünyanın 100 ən yaxşı brendləri sırasından tam çıxıb.

“BP”nin çöküşü haqqında fikir bildirən“Interbrand”in icraçı direktoru Cez Fremşın onu da əlavə etdi ki, ziyan yapon avtomobil şirkəti “Toyota” üçün daha pis ola bilərdi, lakin onlar yenidən etibarlarını qaytarmaq, krizdən əvvəlki vəziyyətlərinə dönmək üçün əllərində imkan var. Bundan əlavə, o bildirdi ki, “Toyota”nın doğru addımlarından biri də odur ki, onlar əvvəlki baxışlarına dönərək, keyfiyyət və etibarlılıq üçün nələr etdiklərini dedilər. “BP” isə uzun müddətli planları haqqında deyil, hələ də taktikası barəsində danışır. Nəzərinizə çatdırım ki, ötən il “Toyota” ilk onluqda idi və il ərzində brendin qiyməti 16% enərək 26,192 milyard dollara çatdı. Bunun nəticəsində yapon brendi 11-ci yerlə kifayətləndi.

Brendlər şirkətlərin ən bahalı mülküdür. Onlar loqodan və rənglərdən daha artıqdırlar. Brendlər alıcılara konkret məsləhət və yön verən üsuldurlar. Brendlər öz şəxsiyyətlərini yüksəltməsə, sağ qalmırlar. Bu sözlər Çikaqo Universitetinin mareketinq üzrə professoru Cen Piyer Dubeyə məxsusdur. Onun sözlərinə görə, “BP” ona görə çökdü ki, körfəzin çirkləndirilməsi ilə böhranın şirkətə pis təsiri üst-üstə gəldi, bu isə şirkətin etibarlığına təsir etdi. İllərlə şirkətin əsas şüarı olan “Benzindən Ötə (Artıq)” (Beyond Petroleum) insanları bu şirkətin yalnız benzin istehsalçısından daha artıq olduğunu düşünməyə vadar etmişdi. O, insanların güvəndiyi və sənayenin önündə gələn ən böyük şirkətlərdən biri idi. Hazırda isə, şirkətə yönələn birbaşa acıqlı emosiyalar onlara qarşı olan inamı azaldıb.

Texnologiya kompaniyalarından “Apple” və “Google” dollar hesablarını artırmaqla 36% irəli düşüblər. “Apple” 20-ci yerdən 17-yə yüksəldiyi zamanda “Google” 7-ci yerdən 4-cü yerə qalxıb. “Apple” yeni məhsulu “iPad tablet”i hazırlamaqla yanaşı, “Google”ın Android əməliyyat sistemi mobil telefon bazarında aparıcı yer tutub.

“Interbrend”in mütəxəssisləri dünyəvi brendləri bir neçə kriteriyalara görə qiymətləndirirlər. Ayrılıqda şirkətin iqtisadi hesabatları hər kəsə açıq olmalıdır. Bundan əlavə, brendin gəliri özünün aid olduğu ölkədən deyil də, kənar ölkələrdən gəlməlidir. Həmçinin, brend konkret olaraq alıcıların tələbatına aid olan qərarlarında mühim rol oynamalıdır və əlavə olunan iqtisadi qiymətlər pozitiv olmalıdır. Sonda isə, qiymətləndirilən brend geniş qrupa malik olmalı, onun barəsində potensial və real alıcıların böyük bir hissəsi məlumatlı olmalıdır.

BrendlərBeləliklə, sizlərə ilk onluğu təqdim etmək istərdim:

  1. Coca-Cola, 2% qalxaraq 70,45 milyard dollar.
  2. IBM, 7% qalxaraq 60,9 milyard dollar.
  3. Microsoft, 7% qalxaraq 60,9 milyard dollar.
  4. Google, 36% qalxaraq 43,56 milyard dollar.
  5. General Electric, 10% enərək 42,81 milyard dollar.
  6. McDonald’s, 4% qalxaraq 33,58 milyard dollar.
  7. Intel, 4% qalxaraq 32,02 milyard dollar.
  8. Nokia, 15% enərək 29,5 milyard dollar.
  9. Disney, 1% qalxaraq 28,73 milyard dollar.
  10. HP, 12% qalxaraq 26,87 milyard dollar.

Mənbə: (Interbrand’s Best Global Brands) www.interbrand.com

Advertisements
şərhlər
  1. Juju dedi ki:

    Mc donalds gelen il bu siyahidan cixacaq.

  2. 30tv dedi ki:

    Aqşin sənə bundan sonra statistika Aqşin desəm incimərsən ? ))
    İmza : Mələk.

  3. Juju dedi ki:

    Hp de cixacaq.maraqlidir axi bu siyahida facebook da olmali idi!yahoo da!googlun reqibinin siyahida olmamasi qeribedir.

  4. Ramin Orucov dedi ki:

    Maraqlı yazıya görə təşəkkür edirəm. Nokianın bu qədər geriləməsi gözlənilən idi. Bazarda hələ də lider olmağına baxmayaraq əvvəlki mövqeyini qoruyub saxlaya bilmir, keyfiyyət və innovasiya ilə bağlı ciddi problemləri var. Android, iPhone, Blackberry-nin yüksəlişi Nokia üçün çətin sınaq oldu. Aksiyaları təxmini 20% azalıb. Bütün bunların məntiqi nəticəsi kimi CEO Olli-Pekka Kallasvuo ilə yollarını ayırdılar və onun yerinə Microsoftdan Stephen Elopu gətirdilər. Görək yeni CEO şirkətə təzə nəfəs, təzə qan gətirə biləcəkmi 🙂

    • Action Meinhof dedi ki:

      Diqqətinizə görə Sizə təşəkkür edirəm. Razıyam. Ümumiyyətlə, Nokia əvvəllər bir yolla bazarda öz sözünü demişdisə də, artıq onun rəqibləri çoxalıb, Sizin də vurğuladığınız kimi, Android, iPhone, Blackberry-nin yüksəlişi Nokia-nın rəqabətə nə dərəcədə tab gətirdiyini göstərdi. Bu templə davam etsələr, gələcəkdə onlar da ümumi 10-luqdan uzaq düşəcəklər, lakin düşünmürəm ki, yaponlar dinc dayansınlar. 🙂

  5. turalfot dedi ki:

    Bir tesevvur eliyin, dunyanin ilk 10 brendi arasinda “3 gombul” pive brendi =) Maraqli olardi

    Maraqli statistikadi. Dusunmurem ki, Nokia 10luqdan cixsin. Cunki iPhone ve Android emeliyyat sistemli telefonlar debe minmis olsa da, yene de ciblere uygun Nokia olaraq qalacaq, fikrimce, uzun muddet tekce android ucun application qitligi olacaq

    • Action Meinhof dedi ki:

      Bəli, Android-i də bu il çətin bir sınaq gözləyir. Ümumiyyətlə, texniki tərəfdən inkişaf və yeni texnologiyalar mənə çox maraqlıdır. Bir solçu kimi bunlar arasında Linux-u görməyi hər zaman çox istəmişəm…)

      P.S: Pivə məsələsində bir az konkretlik yoxdur, Xırdalan da ola bilər )))

  6. turalfot dedi ki:

    3 gombul daha cəbedicidi marketinq cəhətdən =))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma