Roma Papası britaniyalı keşiş-pedofillərin qurbanlarıyla görüşüb

Dərc edildi: Sentyabr 19, 2010 / Mövhumat qurbanları

İlk öncə son son iki gündə baş verən xəbərləri nəzərinizə çatdırmaq istərdim. Belə ki, CNN-nin verdiyi məlumata görə, Roma Papası XVI Benedikt 18 sentyabrda Böyük Britaniyaya səfər edərək keşiş-pedofillərin beş qurbanı ilə görüşüb. Londonda keçirilən XVI Benediktlə görüşə uşaq vaxtında Roma katolik kilsəsində keşişlər tərəfindən seksual zorakılığa məruz qalmış beş nəfər dəvət olunub.

Vatikanın rəsmi mətbuat orqanları görüşün təfərrüatlarını gizlətmir. Keşiş-pedofillərdən əziyyət çəkmiş Britaniya nümayəndəliyinin üzvlərindən biri isə qeyd etdi ki, “görüş adi keçdi – çox söz və heç bir iş”. O, qeyd etdi ki, XVI Benediktdən üzr istəməyi gözləmir, hansı ki, artıq bir neçə dəfə bunu edib, əvəzində konkret əməl gözləyir.

Həmçinin, telekanal xatırlatdı ki, Roma Papasının Böyük Britaniyaya səfəri keşiş-pedofillərin ətrafında gəzən qalmaqala görə deyildi. XVI Benediktin özü keşiş-pedofillərlə bağlı məsələyə səfərinin 3-cü günündə toxunmuşdu. Şənbə günü, 18 sentyabrda XVI Benedikt bəyan etdi ki, keşişlər tərəfindən edilən hərəkətlərə görə “utanc hissi keçirdir” və “dərin təəssüflənir”.

Görüşün keçirildiyi yerə yaxın olan Hayd parka Roma katolik kilsəsindəki keşiş-pedofillərlə bağlı qalmaqala görə Roma katolik kilsəsinin başçısına etiraz etmək üçün bir neçə min insan yığışmışdı.

Nəzərinizə çatdırım ki, Roma Papası 16-19 sentyabr aralığında Böyük Britaniyaya rəsmi səfərdədir.

İndi xəbərlər hissəsini bir kənara qoyaraq, bəzi məlumatlara və faktlara keçmək istərdim. Ümumiyyətlə, katolik kilsələrində keşişlərin pedofiliyaya yönəlməsi uzun illərdir ki, çox normal hal almışdı sanki. Bəzən nəzarətin çatışmamazlığı bu tip özbaşınalıqlara yol açır. Lakin, son ildə baş verənlər artıq səbir kasasına düşən son damcı oldu və bunun qarşısını almaq üçün konkret addımlar atmağın zamanı gəldiyini dövlət səviyyəsində anladılar. Bu barədə nə tədbirlər görülür sualı verəndə isə, konkret nəsə demək çox çətin olur, çünki, sözdə, yəni kağız üzərində çox şey etməyə çalışılır. Son verilən qərarlar isə bir qədər tərəddüdlüdür. Bu barədə aşağıda qeyd edəcəyəm.

Deməli, məsələ ondan başlayır ki, son günlərdə Belçika katolik kilsəsi söz vermişdi ki, keşiş-pedofilləri nəzarət altına alacaq. Onlar rəsmi surətdə etiraf etdilər ki, içlərində olan din xadimlərinin arasında on illər ərzində uşaqlara qarşı seksual zorakılıq halları yayılıb, bundan əlavə, onlar söz veriblər ki, pedofilləri cəzalandırmaq və qurbanların müdafiəsi üçün bir sistem yaradacaqlar. “Associated Press” agentliyinin xəbərinə görə, bu bəyənatlar 13 sentyabrda belçikalı arxiyepiskop Ande Joze Leanor tərəfindən irəli sürülüb. Din xadimi xüsusilə onu vurğuladı ki, pedofillərə qarşı yönələn bütün bu qərarları tətbiq etmək üçün zamana ehtiyac olacaq. Həmin hesabatın rəsmi surətdə yayımlanmasını gözləyən yüzlərlə belçikalılar var idi, hansılar ki, 50 il ərzində katolik kilsəsinin keşişləri tərəfindən zorakı münasibətə məruz qalmışdılar. Xüsusi kilsə komissiyası tərəfindən hazırlanan sənədlərdə deyilir ki, zorakılığa məruz qalmış ən azı 13 nəfər sonradan intihar ediblər. Hadisələrin böyük bir hissəsi isə, 1960-1970-ci illərdə baş verib. Arxiyepiskopun sözlərinə görə, hesabatda göstərilənlər kilsə rəhbərliyini dəhşətə gətirib və etiraf edib ki, Bekçika katolik kilsəsi hazırda dərin böhrandadır və bundan çıxmaq heç də asan olmayacaq.

Nəzərinizə çatdırmaq istərdim ki, Roma katolik kilsəsindəki din xadimləri arasındakı pedofiliyanın geniş yayılması barəsində söz-söhbətlərin digər ölkələrdə müzakirəsi, məhz “The New York Times”ın 2010-cu ilin mart ayındakı xəbər başlıqlarının birindən sonra başlamışdı. Əgər xatırlamırsınızsa, “google”da axtarışa verərək həmin məqaləni rahat tapa bilərsiniz. Ajiotaj yaradan məsələlərdən biri isə, həmin məqalədə, ayrılıqda, Papa XVI Benedik hələ kardinal olduğu zamanlarda amerikalı keşişin uşağı güllələməsi ilə bağlı şübhələrinin araşdırılmasına müdaxilə etməkdə günahlandırılır.

Qaldı ki, Belçikaya, 2010-cu ilin aprelində Brüqe şəhərinin yepiskopu azyaşlıya qarşı əxlaqsız hərəkətlər etdiyini etiraf edərək rütbəsindən imtina etmişdi. Bir müddət sonra isə analoji cinayətə daha bir neçə nəfər din xadimi yönəlmişdi. İyunda Belçika polisi bir neçə arxiyepiskopun evində axtarış aparmışdı, bura həmçinin, yuxarıda adını vurğuladığım Leonor da daxildir. Bütün bu hallar Belçikada olanlardan xəbər verirdi. Son günlərdə isə məsələ o yerə çatdı ki, artıq Vatikan keşiş-pedofillərə qarşı cəzaları daha da ağırlaşdırdı. 2010-cu ilin aprel ayında İllinoys sakini XVI Benedikti məhkəməyə vermək qərarına gəldi.

Vatikan azyaşlılara qarşı seksual hərəkətlər edən keşiş-pedofillərə qarşı cəzaları daha da ağırlaşdırması, kilsə sənədlərində edilən dəyişikliklər yaxın keçmişdə katolik kilsəsinin keşişləri arasında qaldırılan pedofiliya mövzusuna cavab oldu.

Yeni qaydalara əsasən, Vatikan pedofiliyaya yönələn din xadiminə qarşı konkret tədbirləri günahı sübuta yetirilindən 20 il sonra edə bilər, o zaman ki, zərərçəkən yetkinlik yaşına çatsın. Əvvəllər bu müddət 10 il idi. Cəza ağırlığına görə uşaq pornoqrafiyasına kilsə daxilində və onun nümayəndələrinin baxmasına verilən cəza azyaşlı ilə münasibətdə olmağa verilən cəza ilə eyniləşdirilib. Baxmayaraq ki, bu sənəd formal olaraq Vatikanın seksual qalmaqala qarşı ilk reaksiyası olmuşdu, buna rəğmən, hüquqları müdafiə edən təşkilatlar artıq onun mahiyyətini tənqid etməyə başlayıblar. Onlar bildiriblər ki, yeni qaydalar din xadimlərinə təqsirləri sübut edildiyi anda tədbir görməyə imkan vermir.

Həqiqətən, bütün bunlar çox üzücü faktlardır. Din və müqəddəslik adı altında pedofiliya ilə insan mənəviyatına təcavüzə keçirlər. Din var ki, orada pedofiliya rəsmidir (İslam), din də var ki, orada yuxarıda dediyim kimi, qanunu pozmaq sayılır. Gələcəkdə məhz İslamdakı pedofiliyaya aid öz fikirlərimi bildirəcəyəm.

Bu arada, əgər sizlərə maraqlıdırsa, və tam məlumat almaq istəyirsinizsə, sənədləri Vatikanın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Advertisements
şərhlər
  1. biowaterfowl dedi ki:

    yeni və maraqlı bir yaz daha…

  2. Dr.Triton dedi ki:

    Maraqlı məqaləyə görə təşəkkür!

  3. […] Quattro torte, piene di crema che colava da tutte le parti, tirate in faccia al primate della Chiesa cattolica belga, l’arcivescovo Andre’-Joseph Leonard, molto criticato in patria per le sue posizioni su aids, aborto e scandali di pedofilia che hanno toccato la comunità belga, riferisce Adnkronos. A compiere l’azione di ‘intortamento’ il collettivo anarchico dell’Internazionale pasticciera, il cui padre spirituale è il celebre “entarteur” belga Noel Godin, che tra le sue vittime piu’ note conta il presidente francese Nicolas Sarkozy, il fondatore di Microsoft Bill Gates e il filosofo francese Bernard-Henry Levy, colpiti al grido di “intortiamo, intortiamo i pomposi cetrioloni”. […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma