Beynəlxalq Sülh Günü

Dərc edildi: Sentyabr 21, 2010 / Dünya və Biz

Yoldaşlar, bu günün dəyərini bəlkə də hər birimiz anlamırıq, lakin düşünməyə dəyər. Biz bu dünyada yaşayırıq, onun bizə bəxş etdikləri ilə qidalanır, gözəllikləri ilə həyatımızı rəngarəng edirik, lakin təşəkkür olaraq əvəzində ona nə bəxş edirik?! Ümumiyyətlə, necə ki, bir-birimizə qarşı münasibət bəsləyiriksə, eynisini də yaşadığımız planetə qarşı edirik. Boş eqoizmdən qurtulmaq və qlobal düşünmək üçün heç olmazsa, özünüzə bir gün ayırın. Dəyərmi bütün bunlara, düşünün?! Təəssüflər olsun ki, bəzi insanlara bir dünya azlıq edir. Dünya – stabil həyatın əsasıdır. Bu, bütün ölkələrə və onların vətəndaşlarına aiddir. Sülh olduğu zamanda biz təhsil ala və işləyə bilirik, həm maddi, həm də ki, mənəvi cəhətdən inkişaf edə bilirik. Material narahatlıq hiss etmədən sağlam ailə qura bilirik.

21 Sentyabr tarixində bütün dünyada Beynəlxalq Sülh Günü qeyd olunur. Bu günün əhəmiyyəti çox böyükdür. Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir.  1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri  və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaratdı.  Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

21 Sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

Bugünki gün üçün əsas məqsədlərdən biri 2012-ci ilə kimi 3 milyard insanı bu günə cəlb etməkdir, bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.

“Peace one day” çalışır ki, praktiki olaraq, 21 Sentyabrı qeyd edən, zorakılığa etiraz edən, bütün dünyada sülhün lehinə olan cəmiyyətin bütün sektorlarını, rəhbərlik də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatına daxil olan bütün idarəedici təşkilatları, regional və qeyri-hökumət təşkilatlarını bu işə cəlb etsinlər.

İçimizdə olan İNSANLIQ və BƏŞƏRİ SEVGİNİ əməllərimizlə üzə çıxaraq, o zaman dünya həqiqətən yaşanmalı və gözəl olacaq, inanın mənə…

Advertisements
şərhlər
  1. KenuLka dedi ki:

    Rauli, dəyərli mətn üçün təşəkkür edirəm! Çox gözəl yazmısan… Məqaləni oğurlayıb FaceBookda yerləşdirmək istəyirəm… İznini bilirəm ki, verəcəksən… 🙂

  2. fantina dedi ki:

    Sağ ol, Aqşin. Bunu bilmirdim.
    Aqşin, icazənlə, bir şeyi də mən sizinlə bölüşmək istədim. Sabah – 22 Sentyabr da dünyada “maşınsız gün” kimi qeyd olunur. Daha ətraflı məlumat almaq istəyən üçün: http://www.facebook.com/home.php?#!/pages/22-Sentyabr/154655514563211?v=info

  3. maraqli blogdu:)
    maşınsız gün haqda danışdız,linkə clik elədim,amma heçnə açılmadı:)
    bu haqda mən sizə VeloKlubun sabah keçirəcəyi bir proqramla tanış etmək istəyirəm

    “Tədbirin adı – Maşınsız 1 Gün
    Tədbirin tarixi – 22 sentyabr, 19:00
    Görüş Yeri – Muğam Bağı
    Qeydiyyatlıdırmı? Xeyr

    Əziz Yaşıl Velosipedçilər!

    Yaşıl Velosipedçilər Klubu olaraq “Maşınsız bir gün” şüarı altında velotur keçirəcəyik. Velosipedi olan hər kəs bu tura qoşula bilər.
    Qısa tur planlaşdırılır – 10-15 km.

    Tur zamanı maşınlara bukletlər paylayacağıq, maraqlananlara məlumat verəcəyik. Ona görə də zəhmət olmasa, bu gün haqqında oxuyun.

    PS: Dəbilqə taxmanız çox yaxşı olar. Hələ ki, bunu məcburi etmirik, amma nəzərinizə çatdıraq ki, gələcəkdə Dəbilqəsiz tura çıxmaq qadağan olunacaq. Xahiş edirik tura gecikməyəsiniz.

    Hörmətlə,
    Yaşıl Velosipedçilər Klubu

    DAHA ƏTRAFLI:http://www.facebook.com/pages/22-Sentyabr/154655514563211?ref=search&v=wall

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma