Unudulmaz Afşin…

Dərc edildi: Sentyabr 23, 2010 / Mövhumat qurbanları, Şəxsiyyətlər

Bu yazımı İranın məhşur 1000 Funerals qrupunun “şeytani musiqi yaratmaq” damğasıyla edam olunan üzvü Afşinə həsr edirəm… (12.04.2010)

Dan yeri sökülməkdədir…
Qaranlıq otağımdakı sükut pozulmağa başlayır,
Soyuq pəncərəmdə ilk şəfəq solğun parıldayır.
Bütün gecə yuxusuz qalan yorğun bədənim
Daxilimdəki əzabdan xəbər verən üz cizgilərim
Vermir mənə rahatlıq, itən gözlərimdəki parlaqlıq
Özünü yanağımdan düşən damlalarda əks etdirir
Onlarda da mənim kimi sakitcə ölüb gedir…

Baş-başa qaldığım cavabsız suallar
Pəncərəmin yanından vıyıldayan soyuq rüzgar
Mənimlə dil tapıb, danışmağa cəhd edir sanki
Dağılmış xarabalıqlar arasında itən şəxsi dünyamdakı
Heç nəyin əvvəlki tək olmadığını deməkdədir mənə.

Əlimdəki qırıq qələm, qarşımdakı solmuş vərəq
Danışmağımı gözləyir, vəsiyyətimi edir tələb.
Ancaq söz gəlmir daxilimdən, böyük bir sükut içindəyəm
Notlardan yaratdığım dünyamı məhv etməkdəyəm.
Nəhayət yerimdən qalxıb, otağımda gəzinirəm.
Yaxınlaşıram pəncərəyə, nəzərim qaçır küçəyə
Gördüyüm dar ağacı məcbur edir düşünməyə.
Cəld tamamlayıram vəsiyyətimi, anlayıram vəziyyətimi…

Və budur, açıldı zindanımın qapısı,
İlk görsənən olur cəlladın qanlı qamçısı.
Son bir dəfə çönüb diqqətlə geriyə baxıram,
Suallardan yaranan evimdə son daşı tamamlayıram.
Fiziki öldürün məni, ay nadan əclaflar!
Qorxun etirazdan, üsyankar ağıllardan!
Bu gün mən ölürəm, sabah isə başqa bir cavan
Saxlamaq mümkün deyil çağlayan bulaqdırsa qan…
Mən isə istəmirəm kəndirlə boğulmağı,
Gitaramın simlərindən istərəm asılmağı.

Qollarım iplə bağlı, belim qamçıdan kəsik-kəsik,
Qanayan bədənimi qaldırırlar tez-tələsik.
Gözlərim qarşısında ucalan vahiməli dar ağacı
Mənim kimi minlərlə insana hər gün qucaq açır.
Necə belə soyuqqanlıdır anlamış deyiləm
Boğazıma dolanacaq kəndiri gözləyirəm.
Məni balası tək ağuşuna alan dar ağacı
Və sonumu bildirən beynimdəki sancı…..


Advertisements
şərhlər
  1. Dilbar Askerova dedi ki:

    hech bilmirdim Iranda bele musiqichi olub. indi bilerem. xoshuma geldi. ellerine sagliq…

  2. antizaur dedi ki:

    Mən isə istəmirəm kəndirlə boğulmağı,
    Gitaramın simlərindən istərəm asılmağı.

    ela

  3. eykey dedi ki:

    Afşin haqda info yerləşdirsəz daha da yaxşı olardı. Belə muzıkantları tanıtmaq əladı!

    • Action Meinhof dedi ki:

      Təəssüflər olsun ki, onun haqqında elə də ətraflı məlumatım yoxdur. Kifayət qədər mənbələri araşdırmışam bunun üçün, lakin nəticə… Elə özünün də dediyi kimi, “heç kim mənim məzarımı bilmir”… Amma mən hər zaman axtarışdayam, ümid edirəm ki, nəsə tapacağam və mütləq sizlərlə paylaşacağam.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma