Vatikanın Papaya ünvanlanan ittihamlara cavabı (davamı)

Dərc edildi: Sentyabr 24, 2010 / Mövhumat qurbanları


– ABŞ-da Roma Papasını onun kolleqaları tərəfindən törədilmiş pedofiliya faktlarını gizlətməkdə ittiham edən sənədlər tapılıb.

Viskonsin ştatında 200 oğlan uşağına qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan amerikalı keşişin rütbəsini Vatikan Ruhaniləri əlindən almadı.

Amerikanın “The New York Times”ının yazdığına istinad olaraq, hazırda məhkəmə işinin araşdırılmasında istifadə olunan sənədlərə əsasən, pedofiliyaya 1950-ci ildən 1974-cü ilə qədər kar uşaqların məktəbində işləmiş keşiş Lourens Mörfi yönəlib. Din xadimləri arasındakı yazışmalardan məlum olur ki, onların əsas məqsədi kilsəni qalmaqaldan qorumaq olub. Nəticədə, Vatikan nümayəndələri Mörfini rütbəsindən uzaqlaşdırmadılar.

Sənədlərdə həmçinin, həmin illərdə Almaniyada arxiyepiskop olmuş Yozef Ratçinqerin (Roma Papası XVI Benedikt) ünvanına da təqsirlər yönəlmişdi. O, və onun tabeçiliyində olanlar tez-tez vətəndaşları və öz rəhbərliklərini baş verən seksual zorakılıq hallarına görə xəbərdarlıq etməməkdə günahlandırılır. Bu barədə RİA “Novosti” məlumat verib.

– Vatikan Papaya ünvanlanan ittihamlara cavab verdi.

İTAR-TASS agentliyinin məlumatına əsasən, Mətbuat xidməti rəhbəri ata Federiko Lombardi “The New York Times”ın yepiskop Mörfi ilə bağlı bəyənatına aydınlıq gətirərək bildirib ki, yepiskopun ağır səhhəti və yeni faktların çatışmazlığığı səbəbi ilə Vatikan öz vaxtında pedofiliyaya görə günahlandırılan keşişi cəzlandırmamışdı.

Mörfi ilə baş verən oxşar insidentlərlə bağlı yayılan məlumatlara əsasən, Vatikanın İnanc Konqressi qərar verəcək ki, oxşar hallara görə günahlandırılan bütün din xadimləri məhkəmə qarşısına çıxarılaraq rütbələri əlindən alınmalıdırmı. Bir neçə onillikdə Konqressə minlərlə belə şikayət daxil olub.
Mörfi ilə baş verənlərdən sonra polis və prokurorlar ölənlərin ismarışlarını gözardı etdilər. Keşişə kilsənin qaydalarına uyğun olaraq cəza verilmədi. Sənədlərdə həmçinin, deyilir ki, nə hüquq orqanlarına, nə də ki, vətəndaş hakimiyyətinə Viskonsin ştatının üç arxiyepiskopunun Mörfinin uşaqlara qarşı seksual xarakterli hərəkətlərini bəyan etməsinə dair xəbərdarlıqları çatmamışdı.

Mörfi 1998-ci ildə ölənə kimi kilsələrin nəzdnindəki uşaq evlərində və məktəblərdə öz keşiş rütbəsi ilə işləməyə davam etdi.
Xatırladım ki, son zamanlarda katolik din xadimlərinin azyaşlıları güllələməsi ilə bağlı qalmaqal Avropanın bir neçə ölkəsində yayılmışdır.

Çoxillik araşdırmaların nəticəsi kimi, İrlandiyada 100 keşiş təqsirli hesab olunmuşdur. Bu ilin martın 20-də Vatikan İrlandiyadakı Katolik kilsəsinin qurbanlarına öz irlandiyalı həmkarları adından XVI Benediktin üzrünü çatdırıb.

Almaniyada isə qalmaqal Münhen yeparxiyasında isə 1977-1982-ci illərdə hazırki Papa, o zamanlar isə arxiyepiskop Yozef Ratçinqer ətrafında baş qaldırıb. Onun təşlifi ilə 1980-ci ildə ora pedofiliyadan müalicə alan keşiş köçürülmüşdür. Belə ki, müalicə almaq əvəzinə, keşiş praktiki olaraq həmin zamanda kilsədə xidmət etməyə, yenidən uşaqlar üzərində seksual hərəkətlər etməyə başlamışdı.

Bunlara rəğmən, hələ də o, bavariyalı uşaq evlərindən birində xidmət edir.

Seksual zorakılıqlarla bağlı bir digər şikayətlər isə Regensburger Domspatzen xorundakı oğlan uşaqları tərəfindən gəlməyə başladı, hansı ki, 1994-cü ildə Roma Papası XVI Benediktin qardaşı Georq Ratçinqer başçılıq edirdi. Monsenyor Ratçinqer iddia edirdi ki, onun xorunda baş verən hadisələrlə bağlı heç bir məlumatı yoxdur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma