Beynəlxalq Heyvanları Mühafizə günü ilə bağlı icazəli aksiya keçirildi

Dərc edildi: Oktyabr 5, 2010 / Layihələr

Canlı Aləmin Mühafizəsi Alyansı 4 oktyabr – Beynəlxalq Heyvanları Mühafizə günü ilə bağlı icazəli aksiya keçirdi. Daha ətraflı Vüsalə Əlibəylinin reportajında. Reportajı BURADAN izləyə bilərsiniz:

Bu gün heç gözləmədiyim halda dostlarımdan biri mənə 4 Oktyabr – Heyvanların Mühavizə Gününün tədbir kimi keçirildiyi məkan barəsində xəbər verdi. Gənclik parkında həyata keçirilən bu tədbirdə iştirak etmək çox xoş oldu. Düzdür, PR işi düzgün getməmişdi heyvansevərlər bir o qədər də çox deyildi, daha doğrusu, gözlədiyimiz qədər idi, lakin dörd bir tərəfdən ora yolu düşən hər kəs addımını saxlayaraq bir anlıq yerləşdirilən şəkillərə, şüarlara, məlumatlara diqqət yetirirdilər.

Bir öncəki yazımda vurğuladığım kimi, bu tip tədbirlərin ölkəmizdə keçirilməsi çox vacibdir. Sivil ölkələrdə heyvanlara dair bir çox qanunlar qəbul olunub və dövlət tərəfindən ciddi şəkildə nəzarətə götürülüb, lakin bizim ölkədə hələ də bu prosedurlara düzgün şəkildə riayət olunmur.

Gələcək illərdə, ən əsas da bu tədbirdən sonra PR işinə xüsusi fikir verməyi qərar verdik. Məncə, ölkədə kifayət qədər heyvansevər insan var və onların qorunması üçün bir çox qərarların dövlət tərəfindən verilməsində aktiv mövqe tuta bilərlər, sadəcə, onları bir araya yığmaq lazımdır. Bugünkü tədbir isə buna təkan oldu.

Onu da qeyd etmək istərdim ki, Türkiyə ilə Azərbaycan arasında bütün türk dünyası üçün ilk ekoloji protokol imzalandı. Bundan sonra hər bir çağırışda bu ölkələrin birgə səyi olacaq.

Bütün heyvansevərləri gələcək tədbirlərimizdə bizlərlə birlikdə görmək ümidi ilə…

Sevgilərlə! =)

Advertisements
şərhlər
  1. Rufat dedi ki:

    Bu gun gordum sizi)) Ataturkle gedirdim gordum camahaat yigishib orda) Ugurlar size..

  2. iMMoRTaL AnGeL dedi ki:

    “Bu gün heç gözləmədiyim halda dostlarımdan biri mənə 4 Oktyabr – Heyvanların Mühavizə Gününün tədbir kimi keçirildiyi məkan barəsində xəbər verdi.”
    bu hal mənə tanış gəlir 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma