Azərbaycan hakimiyyəti və KİV reallığı

Dərc edildi: Oktyabr 6, 2010 / Bura Azərbaycandır!

Bura Azərbaycandır! Burada jurnalistlərin həbsi və məhvi ictimaiyyət tərəfindən tam normal qarşılanır. Ölkə insanları IV hakimiyyətin yalnız şou-biznes və idmandan başqa heç nəyin işıqlandırmamasını bir nəfər kimi qəbul edirlər, digər bir halda jurnalist siyasətdən danışarsa, onu demoqoq, bekar və hər şeyi siyasiləşdirən damğası vururlar. Sonuncu bu tip nümunənin isə Çingiz Mustafayev timsalında çoxdan basdırıblar. “Qarabağ döyüşləri hazırda yoxdur – deməli, siyasi mövzuda yazmağa və işıqlandırmağa mövzu da yoxdur” məntiqsizliyi.

Siyasiləşdirmək – ümumiyyətlə, lüğətdən istifadə edərək, bu sözü başqa dillərə çevirməkdə bir az çətinlik çəkəcəksiniz. Mahiyyət baxımından belə bir sözü yalnız bizim hakimiyyət kütlənin beynini doldurmaq üçün ortaya ata bilərdi. Bəlkə onlara görə hazırda mən də nəyisə siyasiləşdirirəm. Bizim insanların əksəriyyəti siyasi düşüncələrinin olmaması və özlərini siyasətdən uzaq tutaraq “siyasətə qarışmıram” deməkləri ilə ağıllı iş gördüklərini düşünürlər (hakimiyyətimizin növbəti uğurlarından biri). Lakin sabah nəsə qanunla bağlı bir məqam yarandıqda ilkin sözləri “biz demokratik bir ölkədə yaşayırıq” demək olur. Anlamırlar ki, demokratik dediyin ölkədə bütün prosedur mexanizmi məhz SİZLƏRİN siyasiləşdirmək istəmədiyiniz siyasətdən – azad sözünüzdən, həmin sözün parlamentdə deputatınız tərəfindən səsləndirilməsindən, sonra isə bir qanun kimi qəbul olunmasından başlayır. Siz heç nəyi siyasiləşdirmirsiniz, çünki özünüz bütün bu siyasətin bir hissəsisiniz.

Yuxarıda sadaladığım iki amil – IV hakimiyyət və kütlənin siyasiləşdirmək düşüncəsi bir-biri ilə nə dərəcədə kəsişir, bu barədə qısa bir haşiyəyə çıxmaq istərdim.

Hələ şəxsən özüm elə də bütün bu prosedurları izləmək imkanım olmasa da 2005-ci ildə 10-cu sinifdə oxuyan bir məktəbli kimi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli mənə çox qəribə təsir etmişdi, çünki ondan öncə juranlist ölümü barəsində olan xəbərləri yalnız İraq və bu tip ölkələrdə terrorçu təşkilatların əsir götürdükləri xarici jurnalistləri edam etməkləri barəsində faktlarla yaddaşımda qalmışdı.

Dövlətin bu qətli gözardı etməsi, cinayətin araşdırılmasını sürətləndirmək əvəzinə, bölmə polislərinin oğurluq faktlarını “araşdırdığı” tipdə jurnalist qətlinə münasibəti zamanla vəziyyəti daha da aydın etdi.

Üstündən bir neçə il keçdikdən sonra isə azad media (bura bizim heç bir telekanalzasiyalarımız və mətbuatımız daxil deyil) nümayəndələrinin aktivliyi ölkə rəhbərliyi üçün əməlli-başlı problemə çevrildi. Əlində olan hakimiyyət imkanından geninə-boluna istifadə edən konkret şəxslər üçün bloqerləri şərləyərək həbsə atmaq neft içmək kimi asan bir şeydir.

Emin və Adnanın həbsi bu ölkədə KİV-in vəziyyətindən xəbər verir. Adamı yandıran isə odur ki, göz görə-görə şərlənərək damğalanan bu gənclərin məhkəməsində özlərinin günahsızlığını sübut etməyə çalışmaqlarıdır. Bloqer həmkarlarımın azad sözlərinin əllərindən alınması, hüquqlarının kobud şəkildə tapdanılması hər bir yeni media nümayəndəsini narahat etməlidir. Bu cür haqsızlığa isə, “qara məni basınca, qoy, qaranı mən basım” məsəlini yaraşdırmaq olar.

Bütün bu vəziyyətdə pik nöqtə isə Eynulla Fətullayevin həbsi oldu. “Gəlin, vətənpərvər jurnalist olaq” deyən ölkə rəhbərinin jurnalistə qarşı bu cür qərəzli mövqe tutması bir halda nə dərəcədə normal olsa da, əslində, anormal vəziyyətdir. Bizim telekanalzasiyalardan tutmuş orta məktəbdəki müəllimlərədək hər bir kəs azərbaycanlı uşaqlara dünyaya gözlərini açdıqdan böyüyənə qədərki müddətdə çox qeyri-adi tərzdə faşist düşüncələr aşılanmağa başlayır. Erməniləri bizlərə az qala buynuzlu, Ermənistan adlı bir yerdə yaşayan, xüsusi bir növə aid olan və yalnız insanla qidalanan məxluqlar kimi təqdim edirlər. Boşuna deyil ki, kimsə söyüş söyəndə “erməninin biri” deyərək digərini təhqir edir. Eyni hal başqa bir bir tərzdə də Ermənistanda azərbaycanlılara (türklərə) qarşıdır. Nə isə, bu barədə uzatmaq fikrim yoxdur, çünki Ermənistan və Azərbaycan hələ də sivliziasiyaya öz mənfi tövhələrini verməkdə davam edirlər və bu ağılla Türkiyənin ucqar kəndlərindəki cahillik nümunəsi olan “qan davası” kimi hələ bir-birlərini çox qıracaqlar.

Eynulla Fətullayevin də erməni və azərbaycanlı həqiqətini göstərməsi böyük ajiotaja səbəb oldu. Baxmayaraq ki, bir neçə il öncə tanınmış rejissor Mehriban Ələkbərzadə Qarabağ döyüşləri zamanı ermənilər tərəfə keçmiş və əsir götürülmüş azərbaycanlılara necə işgəncələr vermiş, Azərbaycan tərəfinə qaytarıldıqdan sonra isə həbs olunmuş həmin azərbaycanlı barəsində həbsxanadan sənədli bir film hazırlanmışdı. Bu tip şəxslərin bir nəfər olmadığından əminəm. Ara qarışan zaman bir azərbaycanlının digərini öldürməsi təəccüblü deyil. Bir kəndin ki, insanı öz sürüsündəki qoyunlardan birini onu qoruyan əsgərlərə yeməyə vermir, sonra isə həmin qoyunları ermənilər onun əlindən alır – bu düşüncə sahibi olan camaatdan bənzər nəsə gözləmək tam normaldır. Dolayısıyla, Eynullanın verdiyi məlumatlarda fövqəladi heç nə görmürdüm, sadəcə, bizim iqtidarın onun həbsi üçün istifadə etdiyi növbəti bir tələ olduğu gün kimi aydındır.

Bütün bu KİV-lə olan hadisələrin pik nöqtəsi olaraq, 2010-cu ilin may ayında Azərbaycana üz tutmuş norveçli rejissor Erlinq Borqen jurnalistlər və beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan hökumətinin mövqeyini əks etdirən sənədli film çəkməyi qərara alması oldu. Mahiyyəti isə, “Monitor”, “Realnıy Azerbaydjan” jurnallarının yayımının qarşısının alınması, Elmar Hüseynovun qətli, Eynulla Fətullayev, Qənimət Zahid və Mirzə Sakitin həbsi, ümumiyyətlə isə, ölkədəki KİV-inə qarşı olan təzyiqlər barəsində olacaqdı. Təbii ki, bütün bunlar Azərbaycan kimi bürokrat bir hakimiyyətə malik ölkədə elə də asan başa gəlməyəcəyini öncədən bilən professional bir jurnalist bütün amilləri gözə almışdı. Norveçin Azərbaycandakı keçmiş səfiri olan Steyner Gili ilə olan hal da bütün bunlara əyani sübutdur.

“Azərbaycandan məhbus” (The Prisioner from Azerbaijan) sənədli filminin çəkilişindən sonra ölkəsinə qayıtmaq istəyən norveçli jurnalistin əlindən məlumat daşıyıcılarını alınaraq, yığdığı bütün “qara” materialları silən iqtidarımızın daha bir fiaskosu onda oldu ki, həmin materiallar internet vasitəsi ilə çoxdan Norveçə göndərilmişdi. Bu hal jurnalistin profesionallağından, ölkə iqtidarının isə hələ də geri düşüncəli olmasını sübut etdi. Nə olsun, ləkələnən hər bir halda milyonlar xərclənərək bayrağı 162 metr yüksəklikdə dalğalanan Azərbaycan Respublikası imici oldu. Bundan sonra Avropa qarşısında olan öhdəliklərdən danışmaq üçün insanda “yapçı” üzü olmalıdır.

Sonda isə bir nüansı vurğulamaq istərdim. Sentyabrın 17-sində 30-a yaxın Xocalı və Ağdam köçkünlərinin Eynulla Fətullayevin şikayəti ilə keçirilən Apellasiya Məhkəməsinin qarşısında çıxardıqları piket hoqqabazlığı zamanı qiyməti ən azı 50 AZN olan, “Arial Black” şriftləri ilə yazılan (bu işlərlə maraqlanan hər kəs bilir ki, bu şriftlərlə qara fon üzərində plokatlar baha başa gəlir) plokatlarda “daşnak agenti” sözünü niyə səhv yazdıqlarını soruşan jurnalistlərin sualına “özümüz yazmamışıq, bizə nə veriblər, onu da gətirmişik” cavabını verməkləri idi. Bu isə bir daha ölkə iqtidarının ac və yaltaq insanın şərəfsizliyindən necə silah kimi istifadə etməsini göstərən növbəti məqamdır.

Beləliklə, hər bir oxuyucunu “Azərbaycandan məhbus” (The Prisioner from Azerbaijan) sənədli filminə baxmağı məsləhət görürəm. Həmin sənədli filmi BURADAN izləyə bilərsiniz.

Advertisements
şərhlər
  1. blogger dedi ki:

    “daşnak agenti” məsələsi qaranlıq qaldı. Səhv halda necə yazılmışdı ki?

  2. […] aydan azca artıq zaman öncə yazdığım “Azərbaycan hakimiyyəti və KİV reallığı” başlıqlı yazıda bugünkü Azərbaycan KİV-inin vəziyyətini göstərərkən həmkarlarım […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma