İnsanlıq nümunəsi – Con Lennonun doğum günü!

Dərc edildi: Oktyabr 9, 2010 / Şəxsiyyətlər

Bu gün Con Lennonun doğum günüdür! Qırx illik həyatını sözün əsl mənasında yaşayan bu şəxsiyyətin vəfatından otuz il keçməsinə baxmayaraq, hələ də gənclərin sevimlisi, yaşlı nəslin yaddaşındakı möhtəşəm bir şəxsiyyət, ən əsas isə azadlıq simvoludur.

Həyatı boyu insanlar arasında qardaşlığa, sülhə, bərabərliyə inanan, kinə, ədavətə, pul hərisliyinə nifrət edən bir insanın şəxsi göstəriciləri barəsində uzun-uzadı danışmağa ehtiyac görmürəm. Çünki Con sözün əsl mənasında insan idi və əsl insanın necə olmasına dair canlı nümunə idi. Bir çoxları müqəddəslərə inana bilərlər, mənim üçün isə Con Lennon həqiqətən də bir peyğəmbər idi. Son nəfəsinə kimi də bütün dünya insanlarını öz musiqisi ilə birləşdirə, aralarında sevgi yarada bilən biri idi.

"Azərpoçt"un 1995-ci ildə Con Lennonun 15 illliyinə dair dərc etiyi marka (800 tiraj)

Açığı, özüm elə də böyük “Beatles” həvəskarı sayılmıram, lakin Lennonun özü şəxsiyyət kimi hər zaman mənə örnək olub. Qeyri-adi bir insan olması onun həyatında bütün addımlarında hiss olunub. Sizlərə onun qrupdakı yaradıcılığı və şəxsi həyatı ilə bağlı bəzi məlumatları qısa şəkildə çatdırmaq istərdim. Zənnimcə, bilməyənlər üçün maraqlı olacaq.

1940-cı ildə Liverpulda dünyaya göz açmış Conun ilk musiqi addımları 1956-cı ildə öz məktəb yoldaşları ilə yaratdığı  “The Quarrymen” qrupunda başladı. Üstündən bir il keçmiş Liverpul Rəssamlar Kollecinə qəbul olan Con burada gələcək həyat yoldaşı Sintiya Pauellə tanış olur.

İki il sonra anasının vəfatı Cona çox pis təsir edir. İrəlidə onun xatərəsinə “Julia”, “Mother” və “My Mummy’s Dead” mahnılarını bəstələyir.

“Quarrymen” qrupu 1959-cu ildən adını dəyişərək “Silver Beetles”, daha sonra isə “Beatles” olur.

1960-1963-cü illər aralığında “Beatles” bir çox turnelərdə olur, lakin onlardan ən yaddaqalanı 1963-cü ildə kral ailəsi qarşısındakı konsert olur. Konsert zamanı Conun bu sözləri isə tarixə düşür: “Ucuz yerlərdə oturan hər kəsin alqışlamağını xahiş edirəm. Qalanları öz bər-bəzəklərini göstərməklə kifayətlənə bilərlər!”

“Ucuz yerlərdə oturanlar” onları güclü alqışla qarşıladılar, “qalanları” isə sadəcə, şokda idilər. Qalmaqal yaradan bu söz qrupun populyarlığını artırdı. 1963-cü ilin yazında “Beatles”ı yalnız Liverpul tanıyırdısa, oktyabrda sonra bütün Britaniyada məhşur olmuşdular.

1964-cü ilin 23 martında “In His Own Write” (Öz qələmindən) və 1965-ci ilin 24 iyununda “A Spaniard in the Works” (dolğun tərcüməsi “Təkərlərdəki ispan”) adlı kitabları çıxdı. O, həm də aktyor kimi “How I Won the War” (Mən müharibəni necə qazandım) adlı filmdə çəkilmişdir. Film elə bir nəaliyyət qazanmamışdı.

1964-1966-cı illərdə “Beatles” çox məhşur idi. İldə iki albom buraxan qrup ardıcıl olaraq, “Help!” (Yardım!) və “A Hard Days’ Night” (Çətin günün axşamı) adlı filmlərdə çəkildilər.

1966-cı ildə Londonun “Evening Standart” qəzetinə müsahibəsində Lennon ehtiyatsız bir ifadə işlədir: “Xristianlıq gedəcək. O, itəcək və quruyacaq. Mübahisə etməyə ehtiyac yoxdur, gələcək bunu sübut edəcək. Hazırda biz İsadan daha məhşuruq. Mən bilirəm ki, hansı daha tez yoxa çıxacaq – rok-n-rol və ya İsa. İsa pis deyildi, lakin onun davamçıları küt və adi idilər. Məhz onların bu təhrifi məndəki xristinalığı boğur”.

Con Lennon və Yoko Ono

Həmin zamanlada bu sitata fikir verilmədi, lakin üzərindən 5 ay keçəndən sonra amerikan jurnalı “Databook” özünün üz qabığında həmin sitatı çıxarış edərək “Bitlz İsadan daha məhşurdur” sözünü yerləşdirməklə qalmaqal başladı. Dindarlığı ilə tanınan ölkənin cənub hissəsində qrupun plastinkaları yandırılmağa başladı, onların musiqilərinin səsləndirilməsi radiolarda dayandırıldı. Hətta, Vatikan da bu məsələyə qarışdı (yeri gəlmişkən, Vatikan 2008-ci ildə musiqiçini buna görə bağışladı). Lennona qarşı təhdidlər başladı. Memfisdə olarkən “Beatles”ın qaldığı otağa kimsə zəng edərək konsert zamanı onu öldürəcəyini də demişdi. Bundan sonra qrup açıq konsertlər vermədi.

1968-ci ildə Timoti Lirinin “Psixodelik təcrübə” kitabından təsirlənən Lennon narkotikə qurşandı. Qrupda liderliyi öz üzərinə Pol Makkarti götürdü.

Bu illərdə Lennon fəlsəfi “Strawberry Fields Forever” və “Across the Universe”, psixodelik “I Am the Walrus” və “Lucy in the Sky with Diamonds”, bədbin A Day in the Life” və xudbin “All You Need is Love” iflarını bəstələdi ki, onlar sonradan hippilərin hinminə çevrildi.

1969-cu ildə ikinci dəfə Yoko Ono ilə ailə həyatı quran Con Lennon bunun şərəfinə 1969-cu ildə “The Ballad of John and Yoko” ifasını bəstələdi.

1968-ci ildə qrup tamamilə dağıldı. Bunun səbəblərini uzun-uzadı yazmaq fikrim yoxdur, lakin bu sözlər qrupun dağılmasından sonra daima yaddaşlarda qaldı: “Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq… lakin, hər şey olduğu kimi qaldı. Əvvəlki kimi Cənubi Afrikada silah satılır, qaraları isə küçədə öldürürlər. Əvvəl kimi insanlar kasıbçılıq çəkirlər, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”.

Bundan sonrakı illərdə həyatında vəziyyəti pisləşməyə doğru gedən Lennonun ömrünün sonuna 5 il qalmış dünyaya daha bir övladı gəlir və o qərar verir ki, bundan sonrakı ömrünü övladına həsr edəcək.

Qatili Çapman ondan imza alarkən (Lennonun son fotosu)

8 dekabr 1980-ci ildə Con amerikalı jurnalistə özünün son müsahibəsini verərək evinə qayıdarkən həmin gün ondan imza almış Mark Çepmen evinin qarşısında onun bel nahiyyəsinə 5 atəş açdı, onlardan 4-ü öz hədəfini tapdı. Dərhal xəstəxanaya çatdırılmasına baxmayaraq, çoxlu qan itkisindən Con Lennon həyatını itirdi. Nyu Yorkda yandırılan Lennonun külü Yoko Onoya təhvil verildi. 2000-ci ildə Yoko Ono Conun qatilinin əhv olunması üçün məktub göndərdi.

1984-cü ildə “Milk and Honey” adlı son albom işıq üzü gördü. Burada Lennonun həyatının son illərində hazırladığı ifalar yer alırdı.

Sonda onu söyləmək istəyirəm ki, Con Lennonon heç zaman unudulmayacaq. Unudulduğu təqdirdə, bu artıq insanlığın sonu anlamına gələcək. Nə yaxşı ki, ümidlərimiz heç zaman itirməyəcəyimizə təkan olan bu cür insan nümunələri tarixdə var olublar…

Öz cızma-qaram =)

Advertisements
şərhlər
  1. iMMoRTaL AnGeL dedi ki:

    Görəsən cənnətə düşüb?

  2. Yegane dedi ki:

    Aqwin, coooox saq ol bu yaziya qore!!! senin bloqundaki yazilarin cox savadli ve oxunulasidir. inan bu yazini oxuyub ele sevindim 🙂 wekiller de eladi!

    “İsa pis deyildi, lakin onun davamçıları küt və adi idilər. Məhz onların bu təhrifi məndəki xristinalığı boğur”- bax eyni hal eyni fikir men de bu veziyyetdeyem…

    P. S. Lennon indi olmaq istediyi yerdedir…o da goy adami idi 😉

  3. mybloodyromance dedi ki:

    Of, pis oldum. 8 Oktyabr inşa yazmışdım John haqqında.Güyə ki xəbərlərdə yubileyini görüb başlamışam onun haqqında maraqlanmağa və həyatımın köklü şəkildə dəyişməsində əvəzedilməz rolu olub. Netə gələndə görürəm ki, həqiqətən 70 illiyi imiş. Bu nə möcüzə, nə də 7-8-ci hissdir.Adi təsadüf…
    Yazın əla, qəşəng tərcümə eləmisən. Cızma-qara olsa da xoşuma gəldi. Çox sağol.

  4. Nana dedi ki:

    Qadasın alaram,DƏDƏM LENNON!!

  5. Action Meinhof dedi ki:

    Mark Çapmen onu o qədər sevirmiş ki, hətta sonralar açıqlamasında “Mən onun dəli kimi vurğunu idim. Onu pərəstişkarlarına da qısqanırdım. Onu sevənlər o qədər çox idi ki, mən onların hamısını öldürə bilməzdim. Amma Con Lenonu öldürməklə onu hamıdan ayıra bildim və bilirəm ki, ömür boyu Con Lenonun adının yanında Mark Çepmenin də adı hallanacaq”- deyir.

    Digər açıqlamasında isə “məni heç kəs tanımır. Amma bir məhşuru öldürməklə indi hamı məndən danışır”-deyir.

  6. Samed dedi ki:

    Cox mukemmel yazmisan.halal olsun

  7. Samed dedi ki:

    Btw Sun Set cox daniwib mene seni haqda =)

  8. Samed dedi ki:

    Hee narahat olma yaxwi daniwib.Ikimizde onun ag kitabindayig 😀

  9. antizaur dedi ki:

    Nə yaxşı ki, ümidlərimiz heç zaman itirməyəcəyimizə təkan olan bu cür insan nümunələri tarixdə var olublar…

    biz azligimizla bashqalarina qalib gelirik, gor chox olsaq nolardi

    ela, aqshin

  10. antizaur dedi ki:

    shekil adama anarxizmi sevdirir:)

  11. Pehi dedi ki:

    ”Həyatı boyu insanlar arasında qardaşlığa, sülhə, bərabərliyə inanan, kinə, ədavətə, pul hərisliyinə nifrət edən bir insanın şəxsi göstəriciləri barəsində uzun-uzadı danışmağa ehtiyac görmürəm.”
    bu cumle ile ele her sheyi demisen..)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma