AzSSR-in himni

Dərc edildi: Oktyabr 14, 2010 / SOL musiqi

Söz: Səməd Vurğun
Mus: Üzeyir Hacıbəyov

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Odlar yurdu! Bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Rəşadətli rus xalqının dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, güdrəti biz,
Qoy var olsun bu ittifaq – şanlı Sovet Vətənimiz!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

 


şərhlər
  1. shikhibayramli dedi ki:

    butun dunyanin proletarlari birlesin!!!

  2. enes dedi ki:

    yaxsiki qurtulduk komunizmden

  3. wordsiz dedi ki:

    Vaxt gələcək kommunizmə yalvaracaqsız, qoy dünyanın əhslisi 15 milyarda çatsın, torpaqlar biraz da səhralaşsın, onda yalvaracaqsız.

  4. […] qalmışdım. Əsl həqiqəti isə çox sonralar anladım. Mətndə bəhs olunan himn Azərbaycan Sovet Sosialist Respublikasının himnidir. Həmin himnin sözləri Səməd Vurğuna, musiqisi isə Üzeyir Hacıbəyova aiddir. Kazım […]

    • Müşfiq dedi ki:

      Hansı quruluşda yaşayırsan yaşa, işğal olunubsansa pisdir. Belke ele buna görə də Sosializmdə azad yaşamağın nə olduğunu anlamağa çətinlik çəkirsiz!

      • Aqşin Mahmudov dedi ki:

        Ölkə o zaman deyil, hazırda işğal altındadır – 20% başqa ölkə tərəfindən, 80% hazırki rejim tərəfindən. SSRİ sayəsində heç olmasa intellektimiz artdı, barbar kimi qalmadıq.

  5. Aygül Aliyeva dedi ki:

    Bunu birinci dəfədir eşidirəm. Səmimi deyim ki, coşğusu mənə ləzzət elədi. Təzə quruluşun himnində isə xalq birliyini simvolizə eləyən coşğu yoxdur, sətrlərin çoxunun sonunda düşən not var. Sözüm onda deyil. Deməli, xalq şairi Səməd Vurğun və dahi bəstəkar Üzeyir Hacıbəyov iki fərqli quruluş üçün iki ayrı himn bəsətələyiblər. Bunu necə eləyiblər?! Oktyabr inqilabı deyəsən… 1915-ci il idi, ya da 17, 1992-də ya da 90-dan başlayarak çıxdığımızı düşünsək… bu himn isə 44-də yazılıb… yəni 46 il! 46 il iki inCƏ sənət adamının… Demək istədiyim, yəni gəldiyim qənaət, bəstəkar deyib “əşşi, mənim üçün fərqi yoxdur, mən özüm üçün çalıram”, şair də deyib “elə mənim üçün də fərqi yoxdur, mən də özüm üçün yazıram”, “onda gəl bir də!” və hakimiyyət üçün bəstələyiblər, iki himn! Nə bilim, məncə vicdan üçün mən ikincinin bəstəkarlığından imtina eləyərdim, lap birinci quruluş ürəyimcə olmasa da, lap ikinci üçün “sino getsəm” də.

    • Aqşin Mahmudov dedi ki:

      Sosializmin də çatdırmaq istədiyi məhz bu idi – xalqın birliyi, xalqın barrikadası, xalqın gücü. Təkliyin heç nəyi həll etməməsi. O ki, qaldı himnə, bir şeyi qeyd etmək istədim ki, hazırki himnimizin sözləri Səməd Vurğuna deyil də, Əhməd Cavada aiddir, buna görə də Səməd Vurğunu iki himn yazmaqda ittiham edə bilmərik. Üzeyir Hacıbəyov isə 1919-cu ildə Əhməd Cavada birlikdə hazırladıqları hazırki Azərbaycan Respublikasının Dövlət Himni marş olaraq yazılmışdı, adı da məhz “Azərbaycan marşı” adlandırılmışdı. Cumhuriyyət dövründə onu marş kimi qəbul etdilər, lakin heç iki il keçmədi ki, Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Üzeyir Hacıbəyov dahi insan idi, onun bəstələrinə SSRİ-də çox böyük qiymət verilirdi. Həm də belə baxanda, insan öz işində professional idi, onun işi musiqi idi. Qəlbində musiqi tutaraq işini gördüyü halda isə hansısa siyasətdən danışmaq gərəksiz olardı, məncə.

Aygül Aliyeva üçün bir cavab yazın Cavabı ləğv et