İslamda elm – mövhumatdan doğan gerilik

Dərc edildi: Oktyabr 18, 2010 / Mövhumat qurbanları

Əksər özünə müsəlman deyənlərin əlində bir arqument var ki, din düzgün şəkildə çatdırılmır. Qərbdə elm və incəsənət kilsənin icazə verdiyi üçün deyil də, ona rəğmən inkişaf etdi. Nəticədə, bu dindir, təməlində “sorğulama və şübhə etmə” deyir. Təvəkkül et deyilir. Təməli şübhə üzərində qurulan bir elmi necə dəstəkləmək olar? Ümumiyyətlə, dünyada insanın düzgün inkişafını əks etdirən bir din varmı? Din hər bir coğrafi məkanda elm və incəsənətə qarşı çıxıb. Deməli, doğru deyil, çünki dinin özü doğru deyil. Bundan əlavə, hər bir dinin bir digərini dəstəkləməsi ilə bağlı da bir yalan var ki, tarixə çönüb baxanda necə gülməli olduğunu görmək olar. Qərbli araşdırır, kəşf edir, tapır, müsəlman isə baxır ki, görüm bu tapılan şey Quranda neçənci səhifədə idi. Bundan sonra isə geri çəkilir və heç nə etmir.

İslam dünyası 12-ci yüzillikdən etibarən bu problemi “İslamda yenilik qapısı bağlandımı, yoxsa hələ də açıqdır” kimi suallarla müzakirə etməyə yönəldi. Bu müzakirə hələ də öz aktivliyini saxlamaqdadır. Bu arada, mövzunun əvvəlini oxuyub da qərəzli bir yazı olduğunu düşünən müsəlmanların nəzərinə bir faktı çatdırdıqdan sonra fikirlərimə davam etmək istəyirəm; İslam ölkələri dünya əhalisinin 25%-ini təşkil etdiyi halda, dünyadakı ümumi istehsalın cəmi 7%-ında payı var. 57 İslam ölkəsinin ümummilli gəlirinə təkbaşına Almaniya sahibdir. Vəziyyət budur. Texnoloji, elmi icadlar mövzsunda müsəlman ölkələrinin təsiri barəsində isə heç danışmaq istəmirəm. Bundan əlavə, məqalədə bəzi mənbələrə istinadlar olacaq, dəqiqlik üçün həmin mənbələrin də adlarını qeyd edəcəyəm.

Son illərdə müsbət elmi araşdırmalara yönəlmə və dəstəkləmə əvəzinə “Quranda elmi rəqəmlər axtarmağa, Quranın bir elm kitabı olduğunu sübut etmək” yarışına girərək elmi xürafata yönələnlərin sayı artmaqdadır. Yüz illərdir davam edən özünü aldatmanın başqa yollarından biridir. Misirli İslam alimlərindən biri Seyyid Kutub (1906 – 1967) din və dövlət işlərinin birlikdə olduğunu dəstəklədiyi halda, Quranın bir elmi kitab olduğuna qarşı çıxmışdır: “Din alimlərindən elmi mövzulara Quran ilə cavab verməsini gözləmək yanlışdır. Quran-i Kərim bir astrologiya, bir kimya və ya tibb kitabı deyil” deyərək illər öncə bu mövzuya aydınlıq gətirmişdir.

Bundan əlavə, “Elm Çində də olsa, get, onu axtar, tap” hədisindəki elm bizim bu gün anladığımız elm deyil də “İslam dini” anlayışıdır. Həm də ki, bu hədis uydurmadır. Lap uydurma olmasa da belə, burada məqsəd dini axtarmaqla bağlıdır, elmi yox.

İslam dövlətinin başlanğıcdan etibarən bütün sistemi davamlı olaraq müharibələr edərək yeni torpaqlar və gəlirlər qazanmaq üzərində qurulmuşdu və müharibəyə “cihad” adı verilərək müqəddəsləşdirilirdi, dövlətin başlıca işi cihad idi. Cihad baş tutmayanda isə sistem işləmirdi. Sistemdəki yanlışlıqlar daha geniş hal almağa başladıqda isə, həll yolu olaraq şəriət qanunlarına müraciət olunurdu. XIX əsrdə Osmanlı imperiyasında dövlət adamı, tarixçi, hüquqşünas Cövdət Paşa (1822 – 1895) kimi öz dövründə mədəni və dahi kimi tanınan biri belə, dövlətin əsas işinin müharibə (cihad) olduğuna inanmışdır. Namiq Kamal (1840 – 1888) və onun bənzərlərini birləşdirən ortaq düşüncə şəriətin özünə bağlı qalmağın yeganə qurtuluş yolu olması idi. Şəriəti qoruduqları zaman dövlət müqəddəs və toxunulmaz olurdu. Bu da dövlət despotizminin sərhədlərini toxunulmaz, tənqiddən uzaq hala gətirirdi.

Başda Osmanlı olmaqla İslam ölkələri inkişaf etmə və genişlənmə dövrlərində torpaqlarına torpaq qatdı, lakin iqtisadi dəyərə qalıcı bir dəyər qatacaq sistemi yaratmadı. Bunun səbəbləri də araşdırılmadı. Qurtuluşu təkrar şəriətdə gördülər. Daha erkən əsrlərdə isə, hər birimizin Azərbaycan tarixi ilə əlaqədar olması ilə xatırladığımız Ərəb Xilafətini də buna dəqiq misal kimi göstərə bilərik.

Daha bir nüansı diqqətinizə çatdırmaq gərəkdir ki, İslam ölkələrinin geri qalmışlığının statistikalara düşməmiş, lakin tarix boyu acı reallıq olaraq hələ də hakim olan tərəfi məhz İslamda azad düşüncənin inkişaf edə bilməməsi üçün şəraitin yaradılmış olmamasıdır. İslam ölkələri onsuz da ölkədə az yetişən müasir insanları susdurmaqda müxtəlif təzyiqlər və zəifləməsi üçün edilən işlələrdə çox bacarıqlıdırlar. Bacarıqlı olmadıqları amillər isə, öz ölkələrində problemləri doğru təyin etmək və ona uyğun planların, proyektlərin hazırlanmasında səy göstərməkdir.

İslamın tənqid edilməsi və təməl islamı əqidələr xaricində şərh verimləsində tolerantlıq yoxdur. Bu mövzuda misallar bir kitab həcmini təşkil edəcək qədərdir. Onlardan bir neçəsini sizlərlə paylaşacağam. Ən məhşuru Həllac Mənsurla bağlı hadisədir. İranlı İslam alimi, sufi Həllac Mənsur (852 – 922) sufilərin xalqla paylaşmağı uyğun görmədiyi bir çox fikirləri xalqın önündə söyləməkdən çəkinməzdi. Bir gün sufi fəlsəfəsini bilməyən müsəlmanlar tərəfindən yanlış münasibətlərə səbəb olan “mən Haqqam, mən Tanrıyam” (Ənəl həqq) deyincə uzun illər Abbasilərin idarəçiləri tərəfindən mühakimə edildi, həbsxanaya salındı və uzun illər ərzində işgəncələrə məruz qalaraq öldürüldü. İmadəddin Nəsiminin soyulması da digər bir faktdır.

1280-ci ildə Bağdatda “Üç dinin (tək tanrılı) incələnməsi” adlı kitab yəhudi əsilli filosof, həkim İbn-i Kamnuna tərəfindən yazılır. Kitab Yəhudi, Xristian və İslam dinlərini tənqid edərək incələyir. Tanrıya olan təslimiyyət, boyun əymə, onun yolunda getmə kimi tələblərin yeni şeylər olmadığı, bunların köhnə dinlərdə bolluca tapıldığı irəli sürülmüşdü. İslamı seçənlərin əksəriyyətinin seçim səbəbi isə onların bu dini sevmələri deyil, İslamın qılıncından qorxmaları, qeyri-müsəlmanlara yüklənən əlavə vergilər (cizyə), qeyri-müsəlman olaraq kütlə içində aşağı statusa malik olma səbəbləridir. 13-cü yüzillikdə yaşamış tarixçi Fuvatinin (1244 – 1323) anlatdığına görə, kitab müsəlmanlar tərəfindən eşidilən kimi böyük etiraza səbəb oldu və 1284-cü ildə kütlədən ayrılan bir qisim müsəlman Kamnunanın evinə basqın etdi. Bağdat şəhərinin Əmirinin də araya girməsi azğın çoxluğu saxlaya bilmədi. Bu dəfə də Əmiri İslam düşmanı olan İbn Kamnunanın tərəfini saxlamaqda günahlandırdılar. Yalnız səhəri gün İbn Kamnunanın yandırılması ilə azğın kütlə sakitləşə bildi.

İslama bəzi tənqidi görüşlər gətirən kitabların İslam ölkələrində yazılma şansı çox aşağıdır. Belə bir kitab yazılsa belə İslam dünyasında nəşr oluması, paylanması çox məhduddur. Ali Abd el-Razik Qahirə şəhərində məşhur İslam universiteti olan “əl-Əhzər”də şeyx (professor) statusuna malik yüksək səviyyəli bir alim idi. 1925-ci ildə “İslam və Hökumətin Prinsipləri” adlı bir kitab nəşr etdi. Kitabda İslamın əslində, din ilə siyasətin ayrı olmasını tələb etdiyini irəli sürmüşdü, lakin buna qarşılıq olaraq, İslam alimlərinin etirazı ilə qarşılaşmışdı, Allaha qarşı hörmətsizlik etdiyinə qərar verilərək universitetdən atılmış və hər hansı bir dini vəzifədə olması qadağan olunmuşdu.

Həm İraq, həm də ki, İranda uzun illər dini təhsil almasına baxmayaraq, qəzet çıxardan və dəfələrcə İran Parlamentində (məclis) üzv olan Əli Daşti (1896 – 1982) İranda qadın hüquqlarını müdafiə etmiş, onlara təhsil və azadlığın verilməsini tələb edirdi. Yazdığı romanlarda da bunu göstərirdi. 1937-ci ildə İranda Şah dövründəki İslamı klassik tərəfdən deyil də rasional baxışla incələmiş, Hz. Məhəmmədin də insan olduğunu, xətalar edə biləcəyini, zaman-zaman sinirlərinə hakim olmadığı kimi insani tərəflərini nəzərə alaraq, “İyirmi üç il” (Bist o Seh Sal) adlı bir kitab yazmış, lakin Şah dövründə İslama qarşı ən kiçik bir tənqid belə qadağan olunduğu üçün 1970-ci ildə heç bir tarix və nəşr ünvanı olmadan əl altında nəşr olunur, beş yüz minə yaxın satılır. Əli Daşti İran inqilabından (1979) sonra din düşmanı deyə 85 yaşında tutulmuş, həbsxanada işgəncələrə məruz qalaraq ayağının biri qırılmışdı. Yaşlı bədəninin bütün bunlara çox dözməyəcəyini bilərək onu azadlığa buraxırlar. 1982-ci ildə vəfatından bir az əvvəl dostuna bunları demişdi: “Əgər mənim yazdığım tərzdə kitablar Şah dövründə İranda qadağan olunmasaydı, İranda İslam inqilabı olmazdı”.

Misirdə din ilə dövlət işlərinin tamamilə ayrı olmasını müdafiə edən, Misirdəki aparıcı din adamlarını açıqca tənqid edən misirli alim Dr. Faraq Foda 1992-ci ildə öldürüldü. Misirdə bu gün də bu şərtlər altında digər İslam ölkələrində olduğu kimi demokratik, açıq fikirli alimlərin fikirlərini hər bir tərzdə söyləyib, qələmə almaq imkanları çox dardır.

Sudanlı din alimi Mahmud Məhəmməd Taha Sudandakı fərqli dinlər üçün ortaq bir zəmin yaratmaq üçün fəaliyyətə başladı. Bundan əlavə, Quranda müharibəyə təşviq etməyən, oğrunun əlini kəsməyən, qadının örtünməsinin olmadığı, daha müasir münasibətin olduğu Məkkə surələri ilə erkən dövrə aid Mədinə surələrini irəli sürərək İslamı şərh etdi. Bu iki surənin təzadlarına diqqət yönəltdi. Əvəzində isə Sudanın dini xadimləri onu dinindən dönmüş, (mürtəd) dinini dəyişmiş biri kimi ittiham edərək həbs etdilər və 1985-ci ilin yanvar ayında asılaraq edam edildi.

İslam ölkələri arasında inkişaf etmiş, demokratik və ən tolerant sayılan Türkiyədə belə sui-qəsd qurbanı olmuş, həbslərə həyatı qaraldılan alimlərin sayı olduqca çoxdur. Dini fanatizmin 20-ci yüzilliyin sonunda belə alimləri diri-diri yandıracaq qədər dövrün gerisindədirlər. Bu mövzuda daha geniş məlumat almaq istəyənlər Türkiyədə dərc olunan “Bilim ve Gelecek” (Elm və Gələcək) jurlanının oktyabr buraxılışında “Ölü Aydınlar Ülkesi” adlı məqalədə məlumat ala bilərlər.

İslam ölkələrindəki azad düşüncəli insanlar dövlətin despotik, otoritar mexanizmi ilə doğruluğu, yanılmazlığı müzakirə etməyən doqmatizmin təzyiqi arasında sıxışıb qalırlar və sıradan çıxırlar. Buna görə də İslam dünyası hələ də böyük ölçüdə zamanını dövrün geridə qalmış mövzularını müzakirə etməkdə davam edirlər. Qadınların kişi şovinizmi qarşısında təzyiqlərə məruz qaldığı və təhsilləri, sosial hərəkətlərə qatılmaqlarının qarşısının alındığı, elmin, rasional kütlənin düşüncə tərzinin hakim olmadığı və dini fanatizmin qorxusuyla öz tənqidlərinin edilmədiyi bir şəraitdə irəli getməkləri tamamilə möcüzəyə bağlıdır.

Advertisements
şərhlər
  1. Juju dedi ki:

    Cox dolgun melumatdir,fikirlerinle tam raziyam!p.s. Cihad cumlesinde-müharibe yaz,Covdet Pasha-taninan yaz,Bagdat yox Bagdad olmalidir mence:-)

  2. antizaur dedi ki:

    bir shey mene qaranliq qaldi. shah iraninda islamin tenqidinin qadagan olundugu yazilib. ama oxuduguma gore (fereh pehlevi – “xatireler”) rza shah (axirinci shah mehemmed rzanin atasi, sehv elemiremse 1924den 1940larin sonuna qeder hakimiyyetde olub) chadrani qadagan edib, hetta polise bele selahiyyet veribmish ki, chadrali qadin gordukde kuchedece chadrani zorla cirib onun bashindan chixarsin. onun ashqa hereketleri de olub ki, kohneliyi aradan qaldirmaq adi altinda islam eleyhine gedib. oglunun (mehemmed rza shah) vaxtinda ise iran elita seviyyesinde qerb olkelerine chox benzeyirdi. qadin mektebleri, xristian missionerlerin mektebleri filan achilmishdi.
    bir elave etmek isterdim – 22 ereb olkesinde olan kitablarin cemi sayi yalniz ispaniyada olan kitablarin sayindan azdir:))

    maraqli meqaledir. teshekkur edirem

    • Action Meinhof dedi ki:

      Əlbəttə. İranda İslam inqilabı 1979-cu ildə baş verib. 1979-cu il yanvarın 31-də Xomeyni Tehrana qayıdır. Fevralın 4-də müvəqqəti inqilab dövlətini yaradaraq ona başçılıq etməyə başlayır. Məhz bu dövrə kimi şah-üsul idarəetməsi olmasına baxmayaraq, İranda sırf Qurana qarşı heç bir yazı yazmaq olmazdı (təbii ki, tənqidi).

      Diqqətinizə görə Sizə təşəkkür edirəm!

  3. shikhibayramli dedi ki:

    bezen muselmanlar deyir ki mehemmed elm oyrenmeyi ibadet elmekden ustun tuturmus. aMMA burda bir kelek var. ereb dilinden tercumede elm sozu din haqqinda bilgiler demekdir.
    molla alim elm sozleri eyni kokdendir

  4. enes dedi ki:

    turkler demisken cox yuzelsey yazmisan..faktlarinin menbeyi yoxdu.hedis uydurmadir deyirsen..uydurma olmur..zeif ve ya guclu olur. ve daha cox sey var

  5. enes dedi ki:

    aksin, bu muselmanlari niye rahat buraxmirsan..burax ozleri istedikleri kimi yasasinlar da…Men ise bu elmi geriliyi toplum olaraq baxmiram..Bunlar ferdi islerdir deyirem. Elmle mesgul olmaq isteteyen mesgul olacaq ferqi yoxdur onun inanci nedir ne deyil. Duzdu Islam olkelerinde indi hal hazirda texnika adina urekacans seyler heddinden artiq azdir. Amma tarixi biraz arasdirsan gorersen ki muselman alimlerin gunumuzdeki texnikaya ne qeder xeyir verib ve hele de vermekdedir.

    • antizaur dedi ki:

      eger “alim” sozune “scientist” sozunun tercumesi kimi baxsaq, “muselman alim” soz birleshmesi paradoksdur. “muselman” teslim demekdir. eger bir insan ki teslim olursa, mubarize aparmirsa, shubhe elemirse, yashamaq ugrunda mubarizeni, tekamulu inkar edirsen ondan alim (scientist) olmaz.

      • Action Meinhof dedi ki:

        Tamamilə razıyam. Ümumiyyətlə, tək müsəlmanlar deyil, dini mövhumata yönələn insanlar elmi biliklərin tam kökünə kimi gedib çıxa bilməzlər, çünki arada mütləq elə bir nüans olur ki, orada dayanmalı olurlar – ya inamlarına, ya da ki, əqidələrinə zidd olur.

    • Action Meinhof dedi ki:

      Müsəlmanları niyə rahat buraxmırsan deyəndə ki, mən heç bir müsəlmana gedib zorla “elmlə məşğul ol” demirəm, çünki bu insanın özündən asılı olan, başqa bir sözlə, insanın içindən gələn bir şeydir. Yəni zorla gözəllik olmur. Müsəlmanların geri qalma səbəbləri kimi təkcə elmlə məşğul olmamaqları deyil, sadəcə, mən bu mövzuda əsasən bu mövzuya yer ayırmışam və daha çox müsəlmanları bu mövzuda geri salan səbəbləri aydınlatmağa çalışmışam. Düşünürəm ki, əgər faktların mənbələrinə baş vursaq, kifayət qədər əsaslıdırlar. Əgər, konkret olaraq, qaranlıq qalan bir sualın yaranıbsa, birbaşa burada yazının müəllifi kimi özümdən soruşa bilərsən.

      Diqqətinə görə təşəkkürlər!

      • enes dedi ki:

        Osmanli iqdisadiyyati haqda da tam melumat yazmamisan meselen. Osmanlinin pik vaxtlarinda olkede fitre verilecek insan yox idi. Bu haqda da yazsaydin pis olmazdi, tebii ki bu da basliga ziddi..Sonradan iqtisadiyyatin zeiflemesi ise avopanin rusiyanin hucumlari ve bir sira usyanlar oldu. Burda ise iqdisadiyyat sozsuz zeifleyer. bunun islama dexli oldu?

  6. Action Meinhof dedi ki:

    Cənab, mən nə tarixçi deyiləm, nə də ki, yazdığım bir mövzuda yalnız Osmanlı İmperiyasının tarixinə ilişib qalası deyildim. Osmanlı İmperiyası dediyin 6 əsrdən çox hakim olmuş bir imperiyadır və aydın məsələdir ki, bu illər ərzində hər cür vəziyyətlə qarşılaşıb. Mənə onun tarixindən lazımi çıxarış vacib idi, onu da etmişəm.

    • enes dedi ki:

      yaxsi..mene bu maraqlidi..yuxarida demisenki “çünki arada mütləq elə bir nüans olur ki, orada dayanmalı olurlar – ya inamlarına, ya da ki, əqidələrinə zidd olur.”

      o hansi nuanslar ve ya hansi serhedlerdir ki muselman orda dayanmali olur?

  7. Elhadulillah Ateistem dedi ki:

    Cox gozel yazidir , Aqshin ….Cox beyendim …Bezlieri var ki , muselmanlarin geri qalmaqlarininin sebebimi basqa olkelerde gorurler …Halbuki , gedb tarix oxusalar gorerler ki , butun bunlarin koku din deyilen nagillar toplulugundan qaynaqlanir …
    “muselman scientist” …paradoksal bir seydir …:))
    qardas yazir ki … “Sonradan iqtisadiyyatin zeiflemesi ise avopanin rusiyanin hucumlari ve bir sira usyanlar oldu. Burda ise iqdisadiyyat sozsuz zeifleyer. bunun islama dexli oldu?”
    cox dexli var , qardas , cox var …osmanli dovleti vaxtinda isini duzgun qursaydi, avropalilarin ettiyi kesflere ” seytan icadi” demeseydi , bu hala dusmezdi

    • Action Meinhof dedi ki:

      Fikirlərinizlə razıyam, mənim də söyləmək istədiklərim məhz bunlardır. Diqqətə görə təşəkkür!

    • enes dedi ki:

      haminiz scientist oldunuz tekce muselmanlar qaldi. eger ele ferdi islerle fexr etmeye calisirsinizsa her kes gorduyu isi ortaya qoysun. Indiye hansi elmi arastirmalarda beynin istirak edib? gelin bu yonden baxaq da meseleye

      Ona qalsa avropa olkelerinin de iqtisadiyyatinin coktuyu vaxtlar olub. Burda sohbet artiq islamin inkisafa zererlerinden gede bilmez.

  8. Natiq dedi ki:

    enes qardash…tutaq ki muselmansan,hemde ki biologiya elmler namizedisen…arashdirim gorursen ki,onsan bedeninde lazimsiz organ var…hansi ki hech bir funksiyasi yoxdu(tutaq ki deyirem ha…).bir terefden de inanirsan ki allah insani eksiksiz yaradib…qalmisan iki dashin arasinda…hansini sechersen?..

    • Action Meinhof dedi ki:

      Natiq bəy, çox vacib bir məqama toxundunuz. Hər zaman dindarlarla müzakirə zamanı bu məsələni önə çəkmişəm və heç zaman da tutarlı bir cavab almamışam. Hazırda Türkiyə təkamül nəzəriyyəsi mövzusu proqramdan çıxarılsın az qala. Bütün bunlar isə, cəhalətə bir daha sübutdur, ən əsas da İslam dininin elmə münasibəti.

  9. Blezx dedi ki:

    Dostum, çox uzun yazmısan. Ötürə-ötür oxudum. Sorry. Görmək istədiyimi tapa bilmədim.

    Yazı, sənin fikirlərindən ibarətdir. Fikirlərini gücləndirmək üçün isə, islama qarşı yazılmış ədəbiyyatı, islam ölkələrində baş vermiş xoşagəlməz halları sadalamısan.

    Bunlarla fikrini gücləndirə bilməzsən. Mənim qəbul eləmədiyim ədəbiyyatla mənə sübur göstərirsən. Belə olmaz 🙂 Mənə göstərki, Qurani-Kərimdən bir ayə vəya bir hədis əmr edirki, elmdən uzaq durun. Onda müzakirə etməyə mövzu olar 🙂

    Sənin fikirlərinə isə, şərhim yoxdur. Bu sənin fikirlərindir. İstədiyin kimi düşünə bilərsən. saygılar 🙂

    Hə bir dəki, Natiq bəyin verdiyi sualı mənə nümunə göstərmisən. İnciklik olmasın, amma bu mənasız sualdır. Uşaqlar söz olsun deyə müəllimə sual verirləre, lap ona axşayıb.

    BİOLOGİYA elmlər namizədi, insan bədənində lazımsız orqan tapdı 🙂 Nəysə, belə bir fikir deyim. 1cisi tutaqkiylə belə dərin mövzuda müzakirə aparmırlar. Lap deyəkki qardaşımız, tutmaqda israrlıdır. Bir adam çıxıb desəki: – “mən hərşeyi bilirəm. Əminliklə deyirəmki, bu orqan lazımsızdır.” O zaman, həmin adam savadsızın biridir! Elm adamları heçvaxt hərşeyi bildiyini iddia etmir! Onlar hamıdan yaxşı bilirlərki, elm heçvaxt mükəmməl səviyyəyə gəlməyib! Hətta, qəbul edilmiş işıq sürəti dəyirinin də, səhv olması iddiası var. 3-4 ildirki bu mövzuda müzakirə gedir. Hətta eşitdiyimə görə yeni dəyəri sübut ediblər, amma köhnə dəyri dəyişsələr, birçox teoriya alt-üst ola bilər deyə , klassik dəyərdən istifadə edirlər.

    Dostum, İslam insanlara elmdən uzaq durun demir. 🙂

    Şübhələnmək məsələsinə gəldikdə isə. Qardaşım, bu inancdır. Kağıza imza qatıb, müsəlman olmurlar. İslama inanan insana müsəlman deyirlər. Bu adam inanmadan əvvəl şübhə edir, araşdırır. Şübhələrinə, suallarına cavab tapır, sonra müsəlman olur. Adam şübhələnirsə, bu inanmaq sayılır? 🙂 Heçkəsə deyilmirki, şübhələnmə. Sadəcə məntiqlə yanaş. Bir adamda şübhə varsa, demək ki inanmır. İslam da bunu deyir da. Deyirki sən İslama şübhə ilə yanaşırsansa, deməli sən inanmırsan.

    Bizim əsas problemimiz, müsəlman doğulmağımızdır. 😀 Araşdırmadan, qəbul etmədən, müsəlman adı veriblər bizə. Başqa dindən , islama “transfer” olanlar İslamı daha yaxşı yaşayır, nəinki müsəlman doğulanlar. 🙂 Qardaşım, müsəlmanları tanımaq istəyirsənsə, onlara bax, anadangəlmə müsəlmanlara yox. 🙂 Biz səhv ediriksə, o demək deyilki , bunu bizə İslam elətdirir. 🙂

    p.s: sorry 4 short comment 😉

    • Aqşin Mahmudov dedi ki:

      Baba, məhz görmək istədiklərini görmək üçün yazını ötürə-ötürə oxumaq lazım deyildi, tam oxumaq lazım idi. Bir də ki, tam olaraq görmək istədiyin nə idi?
      Əgər, sən hər hansısa bir ədəbiyyatı qəbul etmirsənsə, bunu sənə zorla qəbul elətdirə bilmərəm ki. Amma sənin həmin ədəbiyyatı qəbul etməməyin, onun səhv olduğunu göstərməz. Quranda isə, heç bir ayə və surə sənə konkret olaraq “elmdən uzaq dur” demir, dolayı yolla ona aparır. Məsələn, Allahın varlığını elmi yolla sübut etmək istəyən və şübhələnən birinə şək gətirmə deyilir və bu şübhəsinə görə ona “yolundan azmış” deyilir. Elə bircə bunun özü azdırmı?
      P.S: Bu aradalar məlum səbəblərə görə kompüter arxasında çox az vaxt olduğum üçün indi cavab yazdım, gec cavab üçün üzrlü hesab et. 🙂

      • Blezx dedi ki:

        Dostum, görmək istədiyim sübutdur! 🙂 Sən İslama əks olan ədəbiyyatdan danışırsan. Mən hətta İslama aid olan bir çox ədəbiyyatı qəbul etmirəm. Bütün dinlərdə olduğu kimi, İslamda da məshəblər var. İslamı qəbul edirəmsə, o demək deyilki hərbirini qəbul edirəm.

        Mənə nəyisə sübut eləmək istəyirsənsə, qəbul elədiyim ədəbiyyatla sübut eləməlisən da 🙂 Məntiqli olanı budur. Mən də sənə nəyisə sübut etmək istəsəm, sənin doğru qəbul etdiyində səhv axtarmalıyam!

        Hə dostum, sən dolayı yolla cəhalətə apardığını düşündüyün misalları sadala. İstədiyim budur. 🙂

        O şübhələnmək haqqında yazmışdım axı. 🙂 O boyda commenti təkrar yazım? 🙂

  10. sapsan dedi ki:

    hörmətli müəllif,
    əgər islam dini haqda seminarlar verirsinizsə məmuniyyətlə iştirak edərdim sizin seminarda.. gec də olsa cahillik daşı ağır gəldi, atacam getsin..
    kənardan baxan deyər ki, islamı və bütün elmləri elə dərindən bilir ki, hər halda yerdə yaşamır, sanki özün kəşf elədiyin planetdən oturub bizə həqiqətləri vəhy şəklində çatdırmağa cəhd edirsən.. :)))
    bir ağsaqqalımız deyib: “laf cəhalətə varanda əqlim özümə sarılır”..

    Blezx,
    təşəkkürlər..

    • Aqşin Mahmudov dedi ki:

      Düşünmək və özlüyündə qərar vermək üçün, ən əsas da azad şəkildə fikirlərini şəxsi bloqunda çatdırmaq üçün patent almaq və ya alimlik dərəcəsinə çatıb, ən azı iki universitet diplomu gəzdirməyə ehtiyac yoxdur bildiyim qədəri ilə, ey hörmətli hər şeyi bilən oxucu 🙂

  11. Aqşin Mahmudov dedi ki:

    Baba, o zaman sən də hansı ədəbiyyatları qəbul edirsən, hansıları yox, onları yaz ki, işimi bilim 🙂 Bundan əlavə, insanın yeni insan yaratması faktı var. Dində konkret olaraq deyilir ki, “yarada bilirsənsə, heç olmasa bir milçək yarat”. İnsanlar əvvəllər insanı kloununu yaradırdısa, artıq heç bir DNK-sı olmadan insan yarada bilirlər. Bu da həmin dində deyilənlərə əks deyilmi? Cavab verməyə də bilərsən, məncə…)

  12. Ferrux dedi ki:

    En agilli insan ateist insandir bunu men demirem elm adamlari deyir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma