“Alma”ya qurd salan mövhumat

Dərc edildi: Noyabr 5, 2010 / Mövhumat qurbanları

Yaxın zamanlarda daha çox üstünə düşdüyüm iki məsələ bu gün ölkədəki gündəmdə öz yerini alıb: həm dinin yaratdığı mövhumatçılıq, həm də ki, azad sözün olmaması. Bəli, məhz ötən yazımda İslam dünyasının geriliyinin səbəblərini yazmışdım, bunun bir çox tarixi səbəblərini də göstərmişdim, bu gün isə həmin məsələyə bir qədər də diqqət ayırmaq istədim. Ümid edirəm ki, sivil ölkədə yaşamaq istəyən hər bir kəs bu məsələyə öz münasibətini bildirəcək, kənardan tamaşa etməyəcək.

“Alma” qəzetində son günlərdəki ajiotaj doğuran yazılardan birinə diqqətinizi yönəltməyi vacib hesab etdim. Öncədən onu deyim ki, özüm bu qəzetin oxucusu sayılmıram, maraq dairəmə daxil deyil, sadəcə, ölkədəki azad sözün, azad mətbuatın mənfi vəziyyəti məni bu mövzuya fikir bildirməyə vadar etdi.

Çox maraqlı bir ölkədə yaşayırıq. Buranın hakimiyyəti kimi, insanları da müxtəlif və maraqlıdırlar. Axı bura Azərbaycandır! Bir müddət əvvəl bizim hakimiyyətin mexanizminə telekanalizasiya məhsulu kimi ən yağlı “şayba” rolunu oynayan “lider” telekanalizasiyasında insanların qarşısına günün günorta vaxtı porno ilə çıxdılar. Başqa vaxtı eyvanının altında bir qız dost-tanışınla oturanda “camaatın anası-bacısı baxır” deyib də üstünə cuman qeyrətli millət övladları bu hala göz yumdu, susdu.

Yaxşı, bunu keçək. Bizim millətin dini biliklərinin nə yerdə olduğu hər kəsə məlumdur, hətta elə onların özlərinə də. Qohum-qonşuda, çayxanada, tində-bacada bir neçə şablon söz öyrənib, ömründə əlinə bir dəfə də olsa Quranı almayan, alıb da oxuyada “qatıq qaradır” prinsipi ilə oxuyan, Qurban bayramında qonşudan geri qalmamaq üçün qoyun kəsən, el içində sabah barmaqla göstərilməsin deyə özünə müsəlman deyən camaatımız var. Bir şeyin tam mahiyyətini dərk etməmiş, hər zaman mübahisə və müzakirəyə açıq olan insanlar toplusu bu gün də məhz “Alma” qəzetində çap olan bir məqaləyə görə haray-həşir salmağa başlayıblar. Bundan öncəki yazımı oxuyan hər kəs yaxşı xatırlayır ki, hələ əsrlər öncə İslam dinin əleyhinə tənqid söyləyən elm adamlarını necə diri-diri işgəncələrə məruz edirdi müsəlman təfəkkürü. Bunların hamısı tarixi faktlardır. Lakin, bu halın XXI əsrdə də baş verməsi – bax, buna artıq tarixi fakt kimi baxıb da keçmək mümkün deyil əsla.

Kimlərdir bunlara qarşı çıxan, gəlin, birlikdə nəzər yetirək. İranın Azərbaycandakı məddahlarından biri olan Hacı İlqardır. Bu adama başa salmaq lazımdır ki, ay qılınc müsəlman, sən Azərbaycandasan, İranda yox, bir ölkəni bədbəxt etmisiniz, indi də buraya dadanmısınız, imkan verin yaşayaq da. Din niyə də tənqid olunmasın ki? Məhəmmədin bir digər tarixi şəxsiyyətlərdən nə böyük fərqi var? Allah deyil də, insan haqqında danışırıq. İnsanda tərbiyəsizliyin dərəcəsinə baxın ki, “Alma” qəzetinin redaksiyasına qarşı cihada çağırır. Bax, buna isə sözlərin bitdiyi yer deyirlər. Adama deyən lazımdır ki, ay cahil, ailənə günün günorta vaxtı canlı porno göstərən o boyda telekanalizasiya bir kənarda qalıb, bir balaca redaksiyaya gücünüz çatır ancaq? Həmin telekanalizasiyaya dövlət barmaq edir deyə bunu etməyə kişiliyiniz çatmır? Bir dəfə də Məhəmmədin arvadlarının dərdini, kiminsə hansısa surədə necə öldürülməyinin detallı təvsilatının tənqidini, inanclılara mükafat olan cənnətdəki döşü gilələnmiş hurilərin dərdini bir kənara atın, heç olmasa, bircə dəfə şərəfinizə görə düşünərək, ağılla hərəkət edin.

Facebook-da dinin əleyhinə bir söz yazan kimi “inboksa nömrəni at, görüşək, allahın olmadığını üzümə de” ağlında olan bir cəmiyyətdə yaşamaq həqiqətən çox çətindir. Darvinin başını meymun bədəninə calaq edən, hər gün kafir adı verərək ağızlarına gələni dedikləri ateistlərin hazırladığı hər şeyə şeytan aləti deyən, elə məhz onların hazırladığı kompüterlər qarşısında oturub dünyaya harun yəhya, allah möcüzələrini fotoşopda hazırlayaraq soxuşduran bir müsəlmanlarsınız, başqa nə etmisiniz bu zamana kimi? Sizin bu tənbəlliyinizə qalsaydı, 2175-ci ildə bəlkə əlimizə tetrisdən filan gələrdi, ya gəlməzdi. Köçün İrana, Ərəbistana, sərhərlərinizi bağlayın, dünyadan da xəbəriniz olmadan yaşayın VII əsr qaydaları ilə, dininiz barəsində hər gün tərif edin, tənqidlər gözünüzdən iraq olsun, şad-xürrəm yaşayın. Nə qədər sizlərə qarşı tolerantlıq göstərməyə çalışsaq da hər bir addımda əksini görürük. Heç nəyə bir xeyiriniz olmur, heç olmasa maneəçilik törətməyin, siz allah!

Sonda isə hər bir normal azərbaycanlını bu məsələlərdən uzaq qalmamağa çağırıram. Onsuz da hakimiyyətimiz səsimizi boğur, bir tərəfdən də çürümüş mentaliteti ilə günümüzü göy əskiyə bükən bu mollabaşılarına dözmək kimi bir məcburiyyətimiz olmasın. Eyni hal sabah bizim də başımıza gələ bilər.

şərhlər
  1. Jujik dedi ki:

    Menim hech vecime de deyil,bu beyniyuyulmushlar ne düshünürler,uzaq dursunlar besdi.Ela yazmisan,amma yazinin fokusu qachib ele bil:-D

  2. Anar dedi ki:

    Yazını oxudum. Yazdıqlarının bir qismi ilə tam razıyam. Əsrlərdir mövhumatçılığın dəyənəyi altında İslam dini əzilir, eləcə də biz müsəlmanlar. Hətta “Alma” qəzetində həmin yazı dərc olunanda sizin dediyiniz Hacı İlqar belə əvvəlcə münasibət bildirmək istəmədi, Qafqaz müsəlmanları İdarəsinin reaksiyasının gözlədi. Bunları hamı tanıyır. Sən də, mən də.
    Amma mübarizə aparırsansa Allahla, peyğəmbərlə və yaxud imamla mübarizə aparmayın. Onlar haqqında mövhumatçı fikirlər yayan, millətin beynini yuyan mollalarla, pul verməsən yasin oxumayan mollalarla aparın.
    Gəlin Allahı, İslamı, Quranı bu qədər ucuzlaşdıran insanlarla mübarizə aparaq.
    P.S. Siz də yazşı bilirsiniz ki, islamın bəşəriyyətə verdiyi tövhəni heç nə verməyib.

  3. Anar dedi ki:

    Necə lazımdır cavabını yazmısan. Mən də tam olaraq bu fikirləri yerinə olsaydım bloga həkk edərdim.
    “P.S. Siz də yazşı bilirsiniz ki, islamın bəşəriyyətə verdiyi tövhəni heç nə verməyib.” Adaş, ağıllı gəncsiniz, xahiş edirəm o göydəki Allaha olan məhəbbətinizə görə islam dinini bəşəriyyət nə qədər fayda verdiyini deməkdən çəkinin. Aqşinin tetris məsələsi hissəsini bir daha oxumamısan məncə. Din elə özü mövhumatdır, mövhumata qarşı mübarizə elə dinin özünə qarşı mübarizədir. Nəisə, üzr istiyirəm heç kəsə daha söz deyən deyiləm. Təşəkkür Aqşin, başımızda dolaşan fikirlərlə bizi baş-başa qoymadığın üçün.

  4. Elshan Poladli dedi ki:

    Ela yazidir. Chox beyendim. Islam bashda olmaqla, umumiyyetle dinlerin besheriyyete verdiyine gelince, hech bir din insanliga hech ne vermeyib, eksine alib hemishe. Dinler hemishe elmi, keshfleri sheytan emeli adlandirib, faktlari ogurlayib, gizledib, yandirib ve neticede insanligi geriye dartmagla meshgul olub. Chunki agilli iinsan ereb dilinde 2-3 kelme kala-kula’nin oz ozune tekrarlayib hech vaxt odun ichine tullanmaz ki, men neise dedim, neticede meni Allah qoruyacaq. Bu da tebii olaraq dinchilere, dini mudafie edenlere serf elemir.
    Diger terefden ise din hemishe aqressor olub, hemishe onu tartishanlari, ona qarshi chixanlari hech vaxt tolerantliqla qarshilamayib. Haqqinda deyilen istenilen fikirden asili olmayaq, zeif ve ya guclu arqument olub olmamasindan asili olmayaraq din eyni cur yanashib – kafirsiniz, Allaha shek goshursunuz ve s.

    Indi, eziz din teessubkeshleri, ozunuz deyin, din ozu ile bagli hansi dartishmaya, hansi muzakireye tolerance yanashib?

    • Action Meinhof dedi ki:

      Tamamilə razıyam, Elşən. Adicə, ötən yazım olan “İslamda elm – mövhumatdan doğan gerilik” adlı yazımda bu dediklərinə dair kifayət qədər faktlar gətirmişəm. Orada Əli Daştinin bir sitatı isə daha yaddaqalandır: “Əgər mənim yazdığım tərzdə kitablar Şah dövründə İranda qadağan olunmasaydı, İranda İslam inqilabı olmazdı”. Bax, bizim ölkəni də bu təhlükə gözləyir.

  5. Elshan Poladli dedi ki:

    Bu Dindarlarin Alma qezetine qarshi birinci hucumu deyil.
    Achigi men karikaturalari gormemishem, sehv elemiremse bu gezetin chap versiyasinda olub ve men uzagda oldugum uchun o versiyani veregleye bilmemishem. Amma, her ehtimalda bu addim atilmamasi gerek olan addimlardan idi.
    Lakin bu da o demek deyil ki, eger bele bir addim varsa, butun olkeni ayaga galdirmali, durub TOLERANCE’dan, DEMOKRATIYA’dan danishan bir din bu qezetin mesuliyyete celb olunmasini istemeli idi.
    Ureyim doludu e… qizdirmam var, sagalim bir yazi yazacam 🙂

  6. enes dedi ki:

    Aqsin sen dogrudan inanirsan ki almaqezetinin baglanmasi sirf dinin tenqidlerin yazilmasi idi? Orda hakimiyyete qarsi o qeder yazilar var idi ki..Din hakimiyyiyetin cox vecinedi sanki..Dini behane edib Ilqari oyuna getirir baglatdirir da.. Bu qeder sade

    • Action Meinhof dedi ki:

      Əlbəttə, enes, din özü elə siyasətdir, Azərbaycanda din isə, siyasətçilərin əlindəki silahdır. “Alma” qəzetinin bağlanması üçün sadə bir bəhanə lazım idi, onu da Hacı İlqarı kıskırtmaqla etdilər.

      • enes dedi ki:

        ele men de bunu deyirem..yeni buda dinin gunahi nedir ki? bizde eger saglam dini qurumlar olsa idi onu rahatliqla izah ede bilerdiler ki gunah dinde deyil dinden istifade eden hokumetdedi. Din gercek menada hokumetin prioriteti deyil sadece oz cirkin emellerini gizletmek ucun istifade olunan seydi hokumet ucun..Yeni bu yazinda razilasmadigin qisim budu

  7. Frey dedi ki:

    din muzakire ,tenqid ve tehqir obyekti olmamalidir mene gore.neceki biz oz ailemizi hec kimin yaninda muzakire elemirik,tehqir edilmesine imkan vermirik dinimizde ele olmalidir.dininden asli olmayaraq..hormetle..

  8. maksim dedi ki:

    Kim dinin, konkret halda İslamın nə olduğunu bilmək istəyirsə Quranın Nisa suresinin 78-79və 82 ci ayələrini oxuyub məntiqlə düşünsün.
    Kim müsəlmanlığın nə olduğunu bilmək istəyirsə yenə həmin surənin117-118-119 cu ayələrini oxuyub məntiqlə araşdırsın.
    Deyəsən axı bütün müsəlmanlar şeytanın əmri ilə oturub- dururlar.

    • Aqşin Mahmudov dedi ki:

      Müsəlman olduğum zamanlarda Quranı ilk dəfə əsl müsəlman kimi “qatıq qaradır” prinsipi ilə oxumuşdum, şübhə etsəm, günaha batacağımı düşünürdüm. Lakin, zamanla orada yazılan bir çox şeylər beynimi elə yormağa, məni düşündürməyə vadar etdi ki, ikinci dəfə oxumaq qərarına gəldim və ortaya kifayət qədər suallar çıxdı. Üçüncü dəfə oxuduğumda isə Sizin də yuxarıda qeyd etdiyiniz kimi bütün təzadları özümdə qeyd eləməyə başlamışdım. Nəticə etibarı ilə, sonda ortada elə bir şey yarandı ki, din haqqına fikirlərim tamam alt-üst oldu. Mənə sadəcə maraqlıdır ki, insanlar bu cür açıq-aşkar yazılan şeyləri necə görməzdən gələ bilirlər?!

  9. raya1993 dedi ki:

    Azərbaycan həmişə din məsələsində geridə addımlayacaq. Bir din ki onun Azərbaycanda 4 qolu var bu dövlətdən dinə imama qarşı nə hörmət gözləməliyik. adamı dinindən də imamindan da soyudurlar. ve buna haqqimiz da catir bir məscid ki onun salonunda smotka aciblar alver gedir men buna nece baxmaliyam. Aqsin senin postunla raziyam amma buna gore İslami Allahi alcatmaq lazim deyil insanlarin hoqqalarina gore burda din gunahkar deyil insanlarin ozleri gunahkardi ki dinden nece isteyirler, onlara nece serf edir o cur istifade edirler.

  10. maksim dedi ki:

    Elektromaqnit dalgasini insan hec bir hiss uzvu ile askar ede bilmir,onu gormek ve esitmek olmur. Amma o, ozunu elektrik cihazlarinda ,televizorda, radioda ele bu monitorun ozunde biruze verir.Intim mesele olan inam da beledir. Onu gormek olmur,lakin, o ozunu insanin emellerinde gosterir. Meselen men Iran ulemalarinin inamlarini onlarin Azerbaycana ve Ermenistana qarsi munasibetlerine gore qiymetlendirirem.Ve onlarin imanlarina qarsi mende subhe yaranir. Bu subhe ise meni Quranin yuxaridaki ve diger qeyd etmediyim ayelerine getirib cixardi.Onda men anladim ki,dindarlarin riyakarliqlarinin koku onlarin ideya menbeyi olan, ziddiyyetlerle dolu Qurandan gelir.Eslinde hec bir dunyagorusu,ideologiya o cumleden materializm de ziddiyyetden xali deyil.Lakin, dinden ferqli olaraq materializm bu daxili ziddiyyeti etiraf edir (”Eksliklerin vehdeti ve mubarizesi” qanunu). Ele dinin Avropada Vatikan cercivesine salinmasinin, Serqde ise bu gunku musibetlerinin sebebi de buradan qaynaqlanir ki, o hec bir tereqqini, o cumleden ozunun daxili tereqqisini de yaxina buraxmir.Din doqmadir. Heyat ise inkisaf edir.Bu inkisafin qarsisini kesen her bir seyi bu inkisafin enerjisi ”Ereb bahari”nda oldugu kimi dagidib, viran edecekdir.

    • Aqşin Mahmudov dedi ki:

      Bəli, din tərəqqinin qarşısını alır, buna dair kifayət qədər faktları bundan öncəki yazım olan “İslamda elm – mövhumatdan doğan gerilik”də daha çox göstərmişəm. Təkcə İslam deyil, bütün dinlərin tarixinə nəzər yetirsək, elmlə məşğul olan, yenilik gətirən, ən əsas da materialist faktlar gətirərək bu doqmaları sarsıdan şəxsiyyətlərin bir çoxu ya məşəqqətli hər sürmüşlər, ya da ki, məhv edilmişlər. Səbəbini isə xırdalamağa ehtiyac yoxdur, hər şey gün kimi aydındır.

Action Meinhof üçün bir cavab yazın Cavabı ləğv et