Böyük Oktyabr sosialist inqilabı

Dərc edildi: Noyabr 7, 2010 / Dünya və Biz

Böyük Oktyabr sosialist inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə ona görə fərqlənirdi ki, buna qədər olan inqilablar istismarçılığın bir formasını başqası ilə əvəz edirdi, lakin sosialist inqilabı istismar və istismarçılığı tamamilə iflic vəziyyətinə saldı. Bu inqilabı təxminən 65%-ı səfalətdən əziyyət çəkən kəndlilərdən ibarət rusiyalı işçi təbəqəsi etdi. İnqilabın uğurlu olmasına səbəb isə marksist-leninist biliklərlə silahlanmış bolşevik partiyasının başçılığı ilə proletariatın gücü və burjua partiyalarının zəifliyi idi. Qanlar axıdan müharibələrə səbəb olan beynəlxalq imperializm aktiv şəkildə rus inqilabına qarşı çıxa bilmədi. Həmin vaxtda bütün əzilən dünya işçilərinin önündə gələn Rusiya proletariatı beynəlxalq işçi təbəqəsinin də yardımından istifadə etdi. Bütün bunlar sosialist inqilabının uğurlu qələbəsinə təkan verdi.

“Oktyabr Qələbəsi – XX əsrin əsas hadisəsi bütün insanlığın inkişafının gedişatına köklü surətdə təsir etdi” – “Böyük Oktyabr sosialist inqilabının 60 illik ildönümü”ndə SSKP MK-in (Sovet Sosialist Partiyasının Mərkəzi Komiteti) qurultayı zamanı söylənilmişdi. Bu qələbənin nəticəsi olaraq, dünyada ilk sosialist hakimiyyət yarandı. Böyük Oktyabr yeni epoxa açdı – dünyanın inqilabı yenilik epoxası, insanlığın kapitalizmdən sosializmə keçid epoxası, xalqların imperializmdən qurtularaq, bir-birilərinə qarşı müharibələrin dayandırılması, kapitalın havadarlıq etdiyi hakimiyyətin sosializmlə əvəz olunması epoxası. Oktyabr sosialist inqilabı sosializm dünyəvi sisteminin qurulmasının ilkin əsasını qoydu.

Böyük Oktyabr tezliklə bütün planetin səmasını dəyişəcək sosial inkişafın möhtəşəm gücünü ortaya çıxartdı. İşçilərdən nümunə almaqla yeni cəmiyyət yaradaraq kapitala qarşı mübarizə aparan xalqların imzası məhz Oktyabr oldu.

İşçi təbəqəsinin hakim təbəqə olduğunu və cəmiyyətin siyasi əsasının köklü surətdə dəyişməsinin nə dərəcədə mümkün olduğunu Oktyabr sübut etdi. Bütün bu tarixi faktlar göstərdi ki, Vladimir İliç Leninin də söylədiyi kimi, xalqın hakimiyyəti olmadan, sosialist hakimiyyətsiz sosializmə gedən heç bir yol olmayıb və yoxdur.

Oktyabr Qələbəsi xüsusi mülkiyyətin aradan qaldırılması və ictimai özünəməxsusluğun əsasını qoyaraq, iqtisadi asılılığın yaratdığı yüzillik istismara son qoymaq imkanları yaratdı. İstehsalatdakı anarxiya öz yerini elmli, planlı təsərrüfata verdi.

Oktyabr inqilabı zəhmətkeşlərə mənəvi möhkəmlik verdi. Bir nəslin həyatı müddətində ölkə cəhalətdən uzaq oldu. Zəhmətkeşlər mədəni həyatın üzvünə çevrildi, mənəvi dəyərlərin yaradıcıları oldular.

Sosialist inqilabı ölkədəki nasionalist sualları tamamilə həll etdi. Oktyabr qələbəsi həm də milli qurtuluş qələbəsi idi.

Böyük Oktyabrın əsas nəticəsi isə ölkəmizdə və qardaş sosialist ölkələrdə olan həqiqi sosializmin yaratdığı cəmiyyətdir. Gələcək insanlığın necə olmasına bariz nümunə olan bu cəmiyyət məhz işçilərin özləri tərəfindən əsası qoyuldu. Sovet xalqının əməyi nəticəsində çox qısa zaman ərzində həyatın hər bir sahəsindən tutmuş, həm elmi, həm də mədəni sahədə inkişaf özünü göstərdi.

Oktyabr inqilabı hər bir halı ilə dünyəvilik prinsiplərinin nə dərəcədə önəmli olması ilə yanaşı, işçi təbəqəsinin azadlıq mübarizəsinin əsas göstəricisi oldu.

Sovet hakimiyətinin yaradılması ilə proletariatın diktaturası özlüyündə heç zaman görülməyən, inanılmaz sayılan və demokratik kapitalist ölkələrində xülya sayılacaq imkanlar yaratdı zəhmətkeşlər üçün. Çünki, sosialist quruluşu yaradan məhz zəhmətkeşlərin özləridir, burjua dövlətlərindəki kimi istismarçılar yox. Oktyabrın dünyəvi-tarixi qələbəsinin ən əsas əhəmiyyəti ölkədəki zəhmətkeşlərin ümumi maraqlarının cəmiyyətdə özünü göstərməsi idi.

Oktyabr dünyəvi inqilab prosesinin gedişatına böyük təkan verməklə dünya inqilabçılarını ruhlandırdı. Avropada, Asiyada və Latın Amerikasında hər bir ardıcıl və uğurlu sosialist inqilabları bir daha Leninin söylədiyi fikirlərdə Oktyabr İnqilabının digər dünya ölkələrində təkrar olacağı barədə etdiyi çıxarışın nə dərəcədə səmimi olduğunu sübuta yetirdi. Oktyabr təcrübəsi ilə sosialist ölkələrinin birləşməsi sosial inkişafın, demokratiyanın və sosializmin əsas faktoru oldu. Böyük Oktyabr əzilən xalqların milli-azadlıq hərəkatı və kolonial sistemin çökdürülməsində yeni perespektivlər yaratdı.

Sonda isə yoldaş Leninin fikirləri ilə yazımı tamamlamaq istərdim. 1917-ci ilin Oktyabrından sonra dünya xalqlarının ümumbəşəri inkişafı eyniadlı inqilabın beynəlxalq əhəmiyyəti barəsində onun qiymətləndirməsinin düzgün olduğunu sübuta yetirdi. Lenin yazırdı: “İnsanlıq tarixi bu günlərdə ən böyük, ən çətin və heç kiçiltmədən söyləmək olar ki, dünyəvi-azadlıq əhəmiyyətli dəyişikliklər edir”.

Yoldaşlar, bir zamanlar baş verən bu inqilab yenə də olacaq. Bizləri utopist, xəyalpərəst, bizlərin xəyallarımızdakı istismarsız sistemə bir çoxları inanmaya bilərlər, necə ki, SSRİ yaranmamışdan öncə də bizim xələflərimizə inanmırdılar. Bütün bunlar normaldır və heç bir şəkildə bizləri demotivasiya etməməlidir. Bizə düşən isə, içimizdəki insanlıq sevgisini qorumaq və bir gün əzildiyimiz, əməyimizin istismar olduğu və tapdalandığımız sistemdən alnıaçıq çıxaraq öz zəhmətkeş hüquqlarımızı diqtə edəcək zamanı nəinki gözləməli, onu tezləşdirməli, ona şərait yaratmalıyıq. Hər birinizi XX əsrin ən böyük qələbəsi olan Böyük Oktyabr sosialist inqilabının ildönümü münasibəti ilə təbrik edirəm! Solçu kimi tariximizlə, ideologiyamızla fəxr eyməliyik!

Advertisements
şərhlər
  1. Shikhi dedi ki:

    Ürəyimizdə çəkic-oraq tərpənir

  2. wordsiz dedi ki:

    Gücümüz birliyimizdir. Bütün proletarlar birləşsin!!!

  3. Efqan Eldost dedi ki:

    Mende bu tebrike qoshuluram ve butun kommunistleri tebrik edirem. Geleceyimiz sosializmdedir ve yolumuz Nerimanovun yoludur!!!.. Yashasin Musteqil Sosialist Azerbaijan Respulikasi….

    Elave olaraq muellife teshekkur ediremki bu movzuya toxundu. SSSR dagilmasindan kechen son 20 ilde kapitalizimin iyrenc simasi artiq choxlarina aydindir. Bu gun saxta hakimiyyetin oz nokerleri olan saxta muxalifetle birlikde kechirdiyi sechkiler bir daha subut etdiki olkemizde sol herekatinin genish fealiiyetine boyuk ehtiyac var. Bu xalqi ancaq sol cehbesi xilas edecek.. Buna gorede fealiyyetimizi genishlendirmeyin vaxti chatib…

  4. blogger dedi ki:

    XX əsrin tarixində bəlkə də ən vacib təqvimlərdən biri.

  5. FFM dedi ki:

    Ola bilsin mannan razilawmijasiz ama mana gore Sosialist inqlabinda en bojuk rol Trotskinin olub.Lenin sadece sui istifade eledi bunnan..Elbette ki Leninin de torpaq haqqinda direktivleri ve bir cox sosialist quruluwun jaranmasi ucun ehemijjeti olan fikirreri olub ama Trotski sosialist inqlabinin en ehemijjetli figuru olub. Lenin gozleme movqeji tutmuwdu Fevral inqlabinnan sora. Ama Trotski bunu reallawdirdi. Sosializmin en bojuk duwmeni ise Stalin olub. Onun Trotskinin permanent inqlab nezerijjesini reallawdirmasina mane olmasi buna subutdu. Duzdu SSRi bejnalxalq arenada teklenmiw bir dovlet olsa da Lakin Avropada bu nezerijjenin hejata kecmasi ucun ela werait var idi. Sadece Stalin buna mane oldu. Sosializmi oz wexsi hakimijjetine qurban verdi. Menim wexsi fikrim beledi. Razilawmijan ola biler. Cox qisa jazdim ama ki muzakire elemek istesez geniw de nese jazmaq olar.

    • Aqşin Mahmudov dedi ki:

      Trotskinin rolunu danmaq olmaz təbii ki. Lakin, Lenin bu hərəkata konkret olaraq təkan verən insan oldu. Ona kimi bir çox cəhdlər vardı, amma bu cəhdlərin heç biri sözün məcazi mənasında “dişli” deyildi. Sosializmin deməzdim, sırf SSRİ-nin ziyanına işləyən əsas qərarları Stalinin verdiyinə dair fikrinlə razıyam. Ümumiyyətlə, Stalinin özü anti-inqilabçı olub, bu isə SSRİ-nin öncəki siyasətinə əks idi. Permanent inqilab nəzəriyyəsi əla idea idi. Onu reallaşdırmaq bir qədər zaman və konkret görüləcək işlər tələb edirdi, Stalin isə kommunizm idealarından uzaqlaşaraq (Sabah üçün sosializmdən kommunizmə) bu gün üçün yaşamağa çalışırdı sanki. Məhz bu səhvlərin məntiqi nəticəsi idi ki, Ali Partiyadan zamanla əliyevlər, qorbaçovlar kimi SSRİ düşmənləri çıxdı…

  6. maksim dedi ki:

    Yoldaslar, sosializm niye meglub oldu? Cunki onu quranlar B.V.Muharibesinde onun yolunda canlarini qurban verdiler.
    Bu muharibe niye bas verdi? Cunki, sosializm ayrica goturulmus bir olkede quruldu ve muharibeni etraf dovletlerin bu olkeye munasibeti toretdi.
    Bes niye sosializm ayrica goturulmus bir olkede quruldu? Cunki,Lenin muellimi Marksin eksine olaraq ”subut etdi”ki, sosializmi ayrica goturulmus bir olkede de qurmaq olar.
    Marksin dediyi ”sosializm butun dunyada eyni vaxtda qurulacaq” tezisi bu gunku QLOBALLASAN dunyada
    heyata kece biler.

  7. maksim dedi ki:

    Aqsin muellim, salam!Bu gun televiziya ile butun dunyani nece bir inqilabi herekat dalgasi buruduyunun sahidi oldum. Bu artiq isarti deyil,bu yenidenqurma qigilcimindan dogan alovdur. Bu munasibetle sizi ve butun kommunist eqideli yoldaslari tebrik edir, onlara haqq isi ugrunda apardiqlari mubarizede ugurlar arzulayiram.Qiyabi tanisligimiz mefkure birliyimizden dogsa da eminem ki, bu birlik tanisligimizi eyani ve emeli sonluga getirecekdir.

    • Aqşin Mahmudov dedi ki:

      Hörmətli, oxucu! İlk öncə bloqumda şəxsən özüm üçün çox vacib olan yazılarımda gözəl fikirlərinizi bölüşdüyünüz üçün Sizə çox böyük təşəkkür edirəm! İnanın, bu çox xoşdur! Bir ara bloquma diqqət ayırmağa tam vaxtım olmadığı üçün şərhinizə indi cavab yazıram, bu səbəbdən də üzrlü saymağınızı rica edirəm.
      Bəli, tamamilə düz vurğuladınız, oktyabrın ortalarından Qərbdə başlayan nümayişlərdə gənclərin nə istədiyi açıq-aydın görsənirdi. Tarixə nəzər salsaq, Qərbdə başlayan hər bir etirazın, hər bir yenidənqurmanın necə baş verdiyinin ünsirləri bu gün yenidən özünü büruzə verməkdədir. Hətta, seçkilərdə belə Sola dəstək olanların sayı artmaqda, burada da qələbə qazanılmaqdadır. Bilirsiniz, Qərb insanı bütün bunların içində gözünü açır və fərqi görür, cəmiyyət fərqi də onlara bunu anlamaqda kömək edir. Eləcə də Rusiya Federasiyasının özünə baxaq hazırda. Əminəm ki, RuNet-də informasiyaları izləyirsiniz və görürsünüz ki, xalq hazırki hakimiyyətdən necə boğaza yığılıb və xırda bir qığılcımda partlamağa hazır vəziyyətdədir. İnsanların böyük əksəriyyəti isə hər şeyin yenidən Sovetlərdəki kimi olmasını istəyir.
      Bir sözlə, mən də Sizi və timsalınızda bütün yoldaşları təbrik edirəm! Dediyiniz kimi, bu birlik tanışlığımızı əyani və əməli sonluğa gətirəcəkdir. Həm də mütləq!

  8. Turan dedi ki:

    Cox sadam ki Az-da bu qeder kommunisst solcu var. Bu inqilab tarixin gedisini bir az qabaqladi. Marks butun dunyada eyni vaxtda qurulacaq demisdi beli amma Lenin bunu bir az tezlesdirmek istedi. Hele de beseriyyet sosializmin qurulmasinin vacibliyini anlayacaq seviyyeye catmayib.

    • Aqşin Mahmudov dedi ki:

      Və buna şad olan insanların olduğunu görmək həqiqətən çox xoşdur. Düz deyirsiniz, məhz Böyük Oktyabr sosialist inqilabı tarixdə böyük iz qoydu, yırtıcı sağ hakimiyyətə başa saldı ki, istənilən zaman insanlar ayağa qalxa bilər, vayınıza otura bilər, ona görə də çox ağını çıxartmayın. Solun insanlığın hüquqlarına verdiyi tövhələri saymaqla bitməz, lakin çox təəssüflər olsun ki, Sizin də dediyiniz kimi, bəşəriyyət sosializmin qurulmasının vacibliyini anlayacaq səviyyəyə çatmayıb. Lakin, dünyada gedən proseslərə nəzər salsaq, bu sistemin qurulması getdikcə qaçılmaz hala gəlir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma