Hər kəsilən ağacın dili olsaydı…

Dərc edildi: Noyabr 9, 2010 / Dünya və Biz

Bir neçə gün öncə məhəlləmizdə daha bir ağac kəsildi. Bu isə o deməkdir ki, dünyadan bir ağacın sayı azaldı. Daha da dərin düşünsək, bilərik ki, havada oksigenin miqdarında da azalma oldu.

Bəli, həmin ağac kəsildi, lakin kəsilən təkcə bir taxta parçası deyildi, ən azı 60 ildir ömür sürən bir canlı idi. Onun üzərində mənim uşaqlıq xatirələrim vardı, onu əkən bağbanın əziyyəti və sevgisi vardı. Düz binamızın qarşısında bitən bu ağacın necə böyüdüyünü uşaqlıqdan bəri müşahidə etmişəm, çünki, düz pəncərəmizin qarşısında idi.

Elə binamızda yaşayan qonşumuzun bağında bitən bu ağacı hər gün səhər və axşam su gələn kimi sulayan bir qoca vardı. Həmin ağacı sevgi ilə böyüdürdü sanki. Başqa bağbanlardan fərqli olaraq, bunu hansısa gəlirə görə etmirdi. Bağındakı meyvə ağacları hamıya açıq idi, qızmar zamanlarda hündür ağacların kölgələri isə, həm qonşulardan, həm də ki, yoldan keçənlər öz himayəsini əskik etmirdi.

Sonra isə həmin bağların ətrafını sökdülər, bir müddət sonra isə yanında hündür bir bina tikdilər. Bunları icra edərkən neçə yaşlı və qoca ağaclar da kökündən məhv edildi, lakin hələ də o bağa çatmamışdılar. Söküntünün də məhz sonuncu mərhələsi həmin bağın yanında saxlanıldı. Buna çox sevinmişdik. Dərəbəyliyin hökm sürdüyü bu məmləkətdə ən azından, buna sevinmişdik. Amma, bu gün bir neçə ay öncə “seçdiyimiz” bələdiyyə başçısının həmin əraziyə gözü düşüb deyəsən, gözə görsənməsin deyə müəyyən müddətdən bir gəlib yaşlı ağaclardan birini yerə aşırdır.

Həmin qoca həyatını dəyişdi, onun ağacları da eyni aqibətlə üzləşir. Yaxşı da ki, sağ deyil, bunları görüb də yazığı mənəvi öldürərdilər. Üstündən kifayət qədər illər keçib, artıq bir çox uşaqlıq xatirələrimin necə məhv edildiyini görməyə qarşı sanki, immunitet yaranıb məndə. Yaşadımız binanın arxasındakı balaca meydançada keçən uşaqlıq dövrümüzü indi avtomobil dayanacağı ilə əvəz ediblər. Onun sağ tərəfini əhatə edən yerdə yeni market var, bu yaxınlarda isə, daha bir neçə ağac beli üstə aşırıldı və yerində daha iri ölçüdə cır-cındır satılan dükan tikdilər.

Əslində, bu qədər uzatmaq fikrim yox idi, çünki məqsədim uşaqlıq xatirələrimi danışmaq deyil. Nə də ki, sizləri ağac əkməyə səsləyən deyiləm, çünki heç kim bir məqalə oxuyandan sonra düşüb ağac əkəsi deyil. Bunlar bir yana, heç olmazsa, olanımızın dəyərini bilək, onu qoruyaq. Bu, insanlıq, vicdan və sevgi mövzusudur. Fiziki olaraq, ictimai tualetdən istifadə edə bilməyən xalqın isə sevgidən danışmağa mənəvi haqqı yoxdur. Hər dəfə gördüyüm bu hala etiraz edərkən ortada “qukquluqu” kimi tək qalmağım cəhənnəm, mənə demoqoq kimi baxılmasından təngə gəlmişəm artıq.

Ağac kəsildikdən sonra yeri görsənən boşluq...

Hər kəsilən ağacın dili olsaydı, söyləyərdi ki, hər kəsilən yaşlı bir ağacın üzərinə illərin izi hopur. Gövdəmizdəki hər bir halqanın neçə yaşımız olduğunu göstərir. Yaşlılara əl qaldırmağa utanmırsınızmı? Ay insanlar, bizlər sizə xeyirdən başqa heç nə vermirik, bizi kəsmək elə də asan olmamalıdır axı. İnsan bunu bir neçə dəqiqə ərzində özünün hazırladığı alətlərlə necə rahatlıqla edir?! Hazırlasın da, bir ağac əksin və həmin ağacın kəsiminə sərf etdiyi zaman ərzində elə həmin ölçüdə də bir digər ağac böyütsün. Edə bilərmi?! Bacararmı?! Ehh…

P.S: Hərəyə bir ağac əkməsək də olar, yetər ki, hərəyə bir ağac sökməyək…


Advertisements
şərhlər
  1. Mələk Abdinova dedi ki:

    bəzən ağaclar quruyur ona görə kəsirlər. Bu həyətdəki ağac da onlardandır

  2. Mələk Abdinova dedi ki:

    Bir də ki balkonuvuzun qarşısı genişləndi , daha nə istəyirsən

  3. Anar dedi ki:

    Eşşş,Aqşin. Maraqlı mövzu yoxundur? İctimaiyyəti maraqlandıran? Şəhər lütdənire. Toz-torpaq,asfalt,daşlar bir də uzun arıq ekzotik ağaclar bezdiribe. Mentaliteti qoruyan kimi bu qırışmal ağacların keşiyində duran bir təşkilat zad da yoxdur.

  4. Anar dedi ki:

    Zarafat elədim. Sənin yazılarının hamısını təqib edirəm. Amma videonu bəyənmədim,yəni ki keyfiyyətini. Heç nə görünmür,ancaq elə vıj vıjjjj səs gəlir. Başa düşürəm tələsik çəkmisən.

  5. Orxan dedi ki:

    Bu yazını yəqin ki, ən yaxşı başa düşənlərdən biri də mən olaram. Axı bura bizim məhlədi, “Şairlərin binası” yaxud da “Göy binalar” teqlərini məhlə sakinlərindən başqa kim tanıyır? Axı başqaları bilmirlər ki, burda yaşayan şairlərin çoxu öz şeirlərini həmin bağlarda yazıb. Uşaqlığımız o bağlarda keçib, hər cür meyvə olurdu, çiyələyinə qədər əkmişdilər.. birinci şəkildəki bina tikilənə qədər təxminən 10 il qabağa qədər o bağlar öz təravətini saxlayırdı, uşaqlığımı yadıma salan quşların nəğməsi idi, indi onu da eşitmək olmur səhərlər.. “Rezin polyamız” əlimizdən çıxdı, “Qumluq stadionumuzda” futbol məktəbi tikildi yaxşı ki.. indi parking olan məhlə stadinununda futbol oynamaq olmur, amma indiki uşaqlar da əvvəlki uşaqlar kimi deyil…

    • Action Meinhof dedi ki:

      Orxan, burada artıq “şərhsiz” deyirəm… Həqiqətən, məni çox yaxşı anlamısan.

      Bu arada, məni əyani olaraq tanıyırsanmı? 🙂

      • Orxan dedi ki:

        Birinci dəfə mən Rüstəmlə Domik Rıbakada oturanda gəlib onunla görüşdün, sonra bildim ki, ordan bildim ki, məhləuşağıyıq) Sonra Xəzərə gedəndə Gümüşlə səni hevyan hüquqları aksiyasında gördüm, sonra german night party-də, son olaraq da kino şərhinlə bizim bloq komandamıza qoşuldun, o vaxtdan da sənin bu bloqunu izləyirəm.. Bu qədər tanıyıram 😀

  6. rufatahmad dedi ki:

    Ukraynada 25 yaşdan cavan ağacı kəsmək qadağandılr. Eyni zamanda, hər il kəsilən ağacın sayından da bir neçə faiz artıq ağac əkilməlidir. amma… Azərbaycanda əksinədir durum.

  7. eykey dedi ki:

    firimcə, sənin bu ölkəni fikirləşmədən tərk etməyini istəyənlər o ağacı kəsdirib./ Ağacları müdafiə etməyin xoşuma gəldi. Mən də dilsizləri müdafiə etməyi həmişə özümə borc bilirəm. Məsələn: kimsə azerbaycanlıya qoyun deyəndə qoyunlara yazığım gəlir…

  8. Action Meinhof dedi ki:

    Hər dəfə tək olduğumu görmək kimi də insanı daha da mənəvi zəiflədən ikinic heç nə yoxdur. Mən artıq bezmişəm burada… :/

  9. Təəssüf ki, problem sizin həyətinizlə məhdudlaşmır. Bu, kütləvi hal alıb.

    • Action Meinhof dedi ki:

      Həqiqətən də kütləvi hal alıb. Bu gün başqa bir yerdə kəsirdilər, xarçıltı ilə qocaman bir ağacı yerə aşırdılar. Yaxınlaşıb baxdım ki, bəlkə quruyub, təhlükə olmasın deyə kəsirlər, amma gördüm ki, sağlam ağacdır. Çox təəssüflər.

  10. […] Yer Aqşin Mahmudov – Hər kəsilən ağacın dili olsaydı – Bakı […]

  11. Pehi dedi ki:

    hm..gec oxusamda, ama yene de.. yazdiqlarinla raziyam..
    Bele bir hadise bir neche ay evvel menim evimin qabaginda bash vermishdi.. ‘ushaqliq xatirelerimle bagli agaci’ mehv etdiler..hem de ne qurumushdu, ne de churumushdu..sadece mehv etdiler..’Bele lazim imish’..

  12. Pehi dedi ki:

    bunun ne vaxtsa duzeleceyi mene ‘yuxu’ kimi gorsenir..

  13. Javid dedi ki:

    elaa, Terbikler. yaxshi yazidi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma