Konstitusiya Günü?! (günümüzə baxın…)

Dərc edildi: Noyabr 12, 2010 / Bura Azərbaycandır!

Təvqimimiz yalançı bayramlarla doludur. “Aclıq olsun, kef olsun düşüncəsi” boşuna bu xalqın el məsəli deyil. Heç nə yox, bircə fikir verin ərəb ölkələrinə, onlar da bizim kimi bayramlarla, matəmlərlə boldurlar. Tənbəl xalq nə tələb edirsə, hakimiyyət də ona istədiyini verir. Adicə, Azərbaycanda bu cür günlərdən biri iş günü kimi təyin olunduqda, camaatın yeganə narazılığı “niyə iş günüdür e!” olur. Guya ki, iş günü olmasa, təqvimdə adı olan bayramla əlaqəli nəsə bir şənlik keçirdəcəklər. Yenə də tənbəl insanların şüuru öz sözünü deyir. Konstitusiya kitabının varlığını beş ildən ölkə prezidentin seçkilərdən sonrakı andiçmə mərasimində xatırladığımız mövhumat da bura daxildir.

YAP diktaturası altında parlamenti qurulan və havadarlığı edilən ölkənin Müstəqillik Günü, əsgərlərinin orduda döyüldüyü, ülgüc ilə tualet qaşımağa məcbur edildiyi, sifətinə söyüldükdə etiraz edən əsgəri fiziki olaraq məhv edən “müstəqil” dövlətin Silahlı Qüvvələr Günü, hələ də boyunduruq altında yaşayan, “milli” anlayışına dolma, saz və armudu stəkan daxil olan xalqın Milli Dirçəliş Günü, ölkəsində kapitalist bir şirkətdə işləyən xaricinin həmin ölkənin bayrağıyla gəmini silməsinə, bayraqlarının qardaş dediyi ölkədə zibil qutusuna atılmasına göz yummağı bir yana, haqq qazandıran, acından ölən xalqının sosial problemlərini gözardı edərək Bayraq Meydanına ətək-ətək pullar tökən respublikanın Dövlət Bayrağı Günü, hələ də kimdən və nədən qurtulduğunu bilməyən, artıq nəsə danışmaqdan qorxan, buna görə sabah özünü və ya yaxınlarının ziyan çəkəcəyini bilən insanların Milli Qurtuluş Günü, bir-birinin ayağını dartan, vəzifə üçün xaricdə belə özünü parçalayan, Qarabağı qoyub qaçan, sonra isə onun dərdini “urapatriotluq” üfunəti ilə qeyd edən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, paytaxt küçəsində respublikasının himnini oxuduqda polis patrul xidmətinin bölməyə apardığı insanların Respublika Günü kimin nəyinə lazımdır?! Həddindən artıq pafoslu səslənmirmi?! Bir özünüzə baxın kənardan, bunlar necə də səviyyəsiz görsənir.

“Müstəqil” olandan sonra digər sivil ölkələrdən hazır şablonunu götürüb tərcümə edərək konstitusiya hazırladıq, lakin sərhədləri xaricindən Azərbaycana daxil olan hər şeyin zibili çıxması aqibəti ilə konstitutiyamız da üzləşməli oldu. Saysız-hesabsız boşluqları bir kənara qoyaq, yersiz və quru görünüşə işləyən referendumlar keçirdərək bu konstitusiyaya da “ömürlük prezident” ləkəsi saldıq, içinə zibil yığdıq. Bütün bunlara susan xalqın Konstitusiya Gününü təbrikdən başqa hər şey edirəm!

Advertisements
şərhlər
  1. Aynur Zarrintac dedi ki:

    Bütün bunların düzəlişi üçün nə təklif edirsən?

    • Action Meinhof dedi ki:

      Bunların həlli ayrı-ayrı yollardan keçmir, yalnız və yalnız sistem dəyişməlidir. Bəlkə də şablon səslənə bilər, lakin balıq başından iylənir. Ölkə başçısı necədirsə, onun ətrafında formalaşanlar da həmin tip adamlar olur. Əgər, bir-iki istisna olursa, onlar da sonradan ya dəyişir, ya da ki, sistemdə həzm olunmayaraq geri qaytarılırlar.

  2. Orxan dedi ki:

    Burda yazılanların çoxu ilə razıyam, amma əsgərliklə bağlı yazdıqlarını bütün hərbi hissələrə şamil etmək olmaz, üstəlik əsgərin özündən də çox şey asılıdır.. Qəti tərifləmək fikrim yoxdu, mənfi cəhətlər də var, amma dövlət əsgərin təhlükəsizliyindən birbaşa cavabdeh olduğu üçün əlindən gəldiyi qədər nəzarəti gücləndirir. Hər hansı bir qüsur varsa burda 20% dövlət günahkardırsa, 80% əsgərlərin özləri günahkardı. Ən əsas problem isə əsgərin öz vəzifə borcunu bilməməsidi, onu bilməlidi ki, hərbi xidmət əsgəri ən çətin müharibə şəraitinə hazırlayır. Ordan komfort gözləmək olmaz. Nizam-intizam isə ən vacib şeydir, əgər hər əsgərin nazı ilə oynasalar, hərbi jarqonla desəm ora olar ….xana

    • Action Meinhof dedi ki:

      Orxan, heç də razı deyiləm səninlə. Həmin 80% əsgərin də günahkar olmasına səbəb məhz az görsənən, lakin 20%-lik kəmiyyəti təşkil edən hərbi hissədir. Nəzarətin güclü olmasının mən də leyinəyəm, demirəm ki, orada kurort yaradılsın. Elə məhz nəzarətin güclü olması ilə də bu cür hallar baş vermir. Əsgər öz borcunu biləndə belə, onun üzərinə 4-5 əsgər yoldaşı düşərək döyürsə və ya komandiri tərəfindən cinsi istismara səbəb olursa, əsgər nə edə bilər? Həmin anda kimə hüquq yeridiləcək?

      • Orxan dedi ki:

        Mən də eyniylə sənin kimi fikirləşirdim, amma hərbi xidmətə gedəndən sonra fikirlərim tamam dəyişdi.. Öz gözlərinlə görəndən sonra sənin də fikrin dəyişəcək.

  3. Moon Pie dedi ki:

    Bircə gənclər günü qaldı. Dövlətin gənclərinə önəm verməsinin bariz nümunəsin əyani sübutu kimi dövlət səviyyəsində qeydi. Amma ki bayram deyil də o. Şərhlər artıq qüvvəsizdir. Əla deməkdən başqa heç nə ağlıma gəlmir.

  4. Shikhi dedi ki:

    “seckiye gedin,sesinizi qoruyun” deyenler referendum vaxti soxmusdular iclerine
    besdi artistiklik elediniz
    siz de indi hakimiyyetin tayisiniz

  5. eykey dedi ki:

    Hələ indiyə kimi 140 sozden ibaret 1 cumleye rast gelmemişdim. “;” bu işarə ilə deyesən aran yoxdu:)/ Mövzuya qaldıqda isə analoqu olmayan ölkədə belə anormal halların olması teeccüblü deyil.

  6. Yashar dedi ki:

    Konsitusiya günü, konsitusiyada yazilanlara əməl olunasa o zaman onu bayram kimi qeyd etməyə dəyər ❗

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma