“McDonalds”ın “Happy Meal”i altı aydan sonra belə xarab olmur

Dərc edildi: Noyabr 13, 2010 / Kapitalizm iyrənclikləri

“Makdonaldz”dan alındığı gün normal olaraq təzə görsənən “Happy Meal” menyusundan olan bu qidanı altı ay müddətində incələyirik.

İlin yarısı müddətində Selli Devis adlı şəxs tərəfindən hər gün fotosu çəkilən uşaqların bu sevimli yeməyində fray və burgerin necə dəyişdiyini incələyib. Bununla da o, qəbul etdiyimiz fast-fud qidalarının insan bədəni üçün nə dərəcədə ziyanlı olduğunu göstərməyə çalışıb.


Təzə: Bu “həppi mil”in alındığı gündür və təbii ki, normal olaraq təzə görsənir.


Dadlı: Bir az quru görsənməsinə baxmayaraq, çörəyin üzərində kif göbələyinə aid heç nə – xarab olduğuna dair heç bir əlamət yoxdur.

Evdə bir rəfə qoyaraq hər gün “həppi mil”ə tamaşa edən Selli şok içindədir. Maraq üçün itlərinə uzatdığı bu yemək o qədər dadlı görsənirdi ki, hətta itləri belə onu yemək istəyirdilər.

Təcrübə aparmaq fikri ilə yeməyi aprelin 10-da aldığını və evə gətirdikdən sonra necə xarab olduğunu müşahidə etmək istədiyini deyən Sellinin sözlərinə görə, onun “Makdonaldz”ı seçməyinin əsas səbəbi məhz evinə yaxın olması idi, yoxsa bu təcrübəsi üçün ona Nyu-Yorkda yerləşən digər fastfudlardan da ala bilərdi, yəni özəl bir fərqi yox idi.

Maraqlısı isə o idi ki, təcrübənin ikinci günündə yeməkdən artıq heç bir qoxu gəlmirdi. Nə ilk təravətli qoxusu, nə də ki, xarab olan ərzaq qoxusu. İtlər belə rəfin ətrafında yeməyin qoxusunu hiss etmirdilər deyə dövrə vurmağı dayandırmışdılar.


Fastfud: crün 4 ay keçib, lakin kartofda, ki, ətdə yişiklik yoxdur, yalnız ətin ngi çökdə zolaq ətirib heç bii halından çox rqlənmir.


Beləliklə:

Narahatçılığa səbəb: 3 ay ərzində ənənəvi olaraq bu cür qida məhsulunun tamamilə xarab olduğunu gördüyümüz təqdirdə, elə bir dəyişikliyin fərqinə vara bilmirik.

Adətən, ət istisna olmaqla, çörəyin və kartofun normalda bir neçə gün sonra kifləndiyini görməyə öyrəşən Devis şok içində qabda olanlara baxır. Nə kartofda, nə də ki, çörəkdə düz 2 həftə keçməsinə baxmayaraq, heç bir kiflənmə, heç bir fərqlilik yoxdur.

Bundan sonra aldığı yeməkdə nəsə bir problem olduğunu düşünən Devisin sözlərinə görə, fraylar zamanla nisbətən büzüşməyə başlasa da, ətin özündə heç bir dəyişiklik olmur, əvvəlki kimi təzə görsənir. Bu müddət ərzində isə həftələr artıq aylarla əvəz olmuşdu. Və altı ayın sonunda yeganə dəyişiklik ətin və çörəyin tamamilə bərkiyərək daş kimi olması idi.


Daha sonra isə, fdən rdübu yeməyi itlərinə uzatsa belə onlar bunu yemədilər.

Onu da deyim ki, crüni aparan qadın öveqandır rf maraq üçün fastfudda satılan bu yeməyi alıb:

“Mən burada həqiqətən, heç bir qorxulu nəsə görmədim, çünki adi maraq üçün bunu etmişdim. Həmçinin, qorxmaq üçün bir səbəbim də yoxdur, səbəb isə o zaman olardı ki, mən ətyeyən olardım. Nə üçün ətin olduğu çörəkdə kif göbələyi olmadı? Çünki, normal yolla hazırlanmır. Çörəkdə biodegredasiyanın nə üçün getmədiyini soruşduqda isə, Makdonaldzın nümayəndəsi Danya Pround bu çörəyin hazırlanmasında qeyri-adi heç nə olmadığını, sadəcə, qeyri-ənənəvi yolla hazırlandığını dedi”.

Belə. Sonda həmin yeməyi Bruzo adlı nənəsi götürərək daha bir ilin tamamı üçün necə dəyişəcəyini müşahidə etmək üçün saxladı.

Hörmətli oxuyucular, bu yazını sizlərlə paylaşmağıma səbəb yediyiniz qidaya diqqət yetirməyinizi istəməyimdir. Bu cür fastfudlar insanları nəinki şişmanlığa, həm də bədənində bioloji proseslərin pozulmasına da səbəb olur. Bundan bir müddət öncəki yazımda sizlərə “Makdonaldz”ın və ümumilikdə fastfudların necə ziyanlı olmaqlarına dair araşdırmamı təqdim etmişdim. Bütün bunları görərək hələ də imperialist bir ölkənin dünyadakı insanların sağlamlığına necə zərər vurduğunu gördüyünüz halda, elə məhz özünüz də bu məhsullardan qəbul edirsinizsə, o zaman sağlamlığınızın dəyərini bilmədiyiniz anlamına gəlir. Gəlin, sağlam yaşamağa ən azından cəhd edək!

Sonda isə bu yazıyla bağlı ingilis dilində bir müsahibə yerləşdirmək istəyirəm, maraqlananlar izləyə bilərlər:

şərhlər
  1. Orxan dedi ki:

    Ən pisi bu yeməklər hormon zincirində gen dəyişikliyinə səbəb olur.. Bu da fast food-lar üçün toyuq farşının necə hazırlandığını göstərən video, bölüşməyə bilməzdim http://goo.gl/zKb8t

  2. comunna dedi ki:

    Amerikan hekimler butun gunu televizordan bar-bar bagirirlarki yemeyin o fast fooddan cunki onlarda hec bir tebii inqridient yoxdur. Amma bu insanligin qarni bir az tolerant olsaydi 🙂 indi dunyanin bir cox olkelerinde keskin kokelme hallari artmazdi. Keskin kokelme hallari mehz bu fast foodlardan yaranir. Plusdaki mede xorasinin esas yaradicilarindan biridir fast food yemekleri. World People don’t eat fast foods they are againts for humanity 🙂

    • Action Meinhof dedi ki:

      Vəziyyət isə bir də ona görə gərgindir ki, qiymənin müasir səviyyədə emalı zamanı hamburgerdəki ət onlarla, hətta yüzlərlə inəyin ətindən təşkil olunur. Kolibakteriya olmadan belə orada kifayət qədər yoluxucu mikroblar var. Hər gün Amerikada 200 000 insan qida zəhərlənməsindən əziyyət çəkir, onlardan 900-ü xəstəxanaya düşür və 14-ü ölür.

  3. ulvi dann dedi ki:

    tebrik, bro, maraqli yazi idi. amma biz ayri tecrube edirdik. kolani qazana tok, sonra hemin meal’i.. sonra ne baw verse goruwende daniwarsan ))) ugurlar

  4. artielight dedi ki:

    bu haqda valideynim mene danışmışdı) birdə oxudum.
    uğurlar

  5. Frey dedi ki:

    o hamburgerin icinde olan etler haqqinda Amerikada scandal olmusdu.hemin etlerde zererli maddeler tapilmisdi ve geri qaytarilmasi emr olunmusdu,amma coxu qayitmadan millete satilmisdi…
    Hemde bu Mcdonalts butun geliri yehudi olkesine ve milletine xidmet edir.Yehudi olan yerdede hec vaxt xeyir olmaz.yalniz zulm ve hiyle..

  6. flashmob shadlih sarayi dedi ki:

    cупееееееееееер) спасибо родителям)) АЗАХАХАХАХАХАХ УЖАС КАКОЙ ) ПОСЛЕ ТАКОГО ) ТОЧНО БУДЕШЬ ПОКУПАТЬ ТОЛЬКО ШЕЙК

  7. To be dedi ki:

    Happy Meal diyib BigMaq gosterirsuz ki)))

flashmob shadlih sarayi üçün bir cavab yazın Cavabı ləğv et