Bloqqer həmkarım AZADLIQDA!!!

Dərc edildi: Noyabr 18, 2010 / Bura Azərbaycandır!

Bir aydan azca artıq zaman öncə yazdığım “Azərbaycan hakimiyyəti və KİV reallığı” başlıqlı yazıda bugünkü Azərbaycan KİV-inin vəziyyətini göstərərkən həmkarlarım barəsində öz fikirlərimi bildirmişdim. Məhz həmin yazımda da qeyd etdiyim kimi, adamı yandıran isə odur ki, göz görə-görə şərlənərək damğalanan bu gənclərin məhkəməsində özlərinin günahsızlığını sübut etməyə çalışmaqlarıdır.

Bu günün əvvəlində nəsə olacağını bilirdim, hətta, dünən Turxan deyəndə ki, sabah Ədnanın məhkəməsi olacaq, sual vermişdim ona. Nəsə qəribə idi. Noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi bloqqer Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb. Bəli, məhz həmin gün gəldi və bloqqer həmkarımı məhkəmənin qərarı ilə azadlığa buraxdılar!

Məhkəmə onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Məhəkəmədən dərhal sonra Adnan Hacızadə AzadlıqRadiosuna bildirib: “Mən cinayətkar deyiləm və tam bərait tələb edirəm. Emin Milli də dərhal azad olunmalıdır, çünki o da xuliqan deyil”.

İnanın ki, heç bir şişirtmə, heç bir pafos olmadan söyləyirəm ki, sanki, öz qardaşımı azadlığa buraxdılar. Bu müddət ərzində həm Ədnanın, həm də ki, Eminin haqsız şəkildə bu həbsə məruz qalmaları insana çox pis təsir edirdi.

Bir neçə gün öncə Azadlıq Radiosunun müxbiri onun ailəsini ziyarət etmişdi. Atası və çox hörmət etdiyim insan Hikmət Hacızadə isə “belə bir vəziyyəti yaşayan təkcə onların ailəsi deyil” söyləmişdi. Bəli, bundan sonra iki insan da qaldı: Emin Milli və Eynulla Fətullayev.

Dostlar, sizləri bilmirəm, amma mənim içimdə onların çox yaxın zamanda da azad olacaqları ilə bağlı bir əminlik var artıq. Belə də olmalıdır. Emin Millinin anası Novella Abdullayeva isə, “Emin evə qayıdanda görüşərik” söyləmişdi. Elə də olacaq, tezliklə görüşəcəyik, Novella xanım.

Hazırki rejimdən əziyyət çəkən hər bir insana, hər bir gəncə sonda ədalətli mühakimədən çıxan qərara sevinmələrini diləyirəm. Bu xəbərə içdən sevinən hər kəsi isə səmimi qəlbdən təbrik edirəm! Azadlığın havası ciyərlərimizdən əskik olmasın, yoldaşlar!!!

“Bizim Düşüncəmiz onların qorxusundan üstündür…
Bizim Coşqumuz onların gücündən üstündür…
Bizim Sevgimiz onların nifrətindən üstündür…” (Emin Milli)


Advertisements
şərhlər
  1. Artie Light dedi ki:

    ilk öncə Hikmət bəyə gözü aydın demək istərdim.Çox pis görünürdü hər dəfə onu görəndə.Yenədə ayaq üstə dururdu.Bu əla hal idi.İkinci növbədə isə bu xəbəri eşidib sevinən hər kəsi təbrik edirəm.Sırada Emin Milli və Eynulla Fətullayev var!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma