Bella, ciao!

Dərc edildi: Noyabr 21, 2010 / SOL musiqi

Bu adi bir musiqi deyil, qəlbində oraq və çəkic möhürlənmiş hər bir insanın hər dəfə dinlədikdə oradakı bütün sözləri, notları tam içdən hiss etdiyi musiqidir. Bu musiqi solçunun dönməzliyini, hər bir anda insanlıq üçün, dünyada sevgi və sülh üçün özünü fəda edə biləcəyinin təzahürüdür.

Dünyada elə musiqilər var ki, yazıldığı gündən sonra bəşər tarixdə heç zaman məhv olmayıb, tarixə qarışmayıb, çünki həmin musiqinin canına məhz tarixin özü hopub, dünyanın sonu gəlməyənə kimi də onun sonu gəlməyəcək. Bəli, məhz “Bella, ciao” da bu musiqilərin sırasındadır.

İtaliya partizanlarına həsr olunmuş bu musiqi bir müddət sonra bütün dünyada məşhurlaşdı. Hər bir SOL əqidəli – anarxist, sosialist, kommunist və digər anti-faşist düşüncəli mübariz insanların çox sevdiyi və mübarizə ruhu aldığı musiqi olan “Bella, cioa”nun kim tərəfindən sözləri yazıldığı məlum deyil. Musiqinin isə folk musiqi olduğu bildirilir.

Bu mahnı dünyanın bir çox ölkələrində və müxtəlif versiyalarda səsləndirilir. İtalyan dilində olan musiqisinin əsas mətni partizan əqidəsini, möhkəmliyini əks etdirir. İtalyan dilindən əlavə, esperanto, rus, Bosnia, kürd, xarvat, serb, macar, ingilis, ispan, fin, alman, türk, yapon, taqalok, breton, Çin, dat, Norveç və Sloveniya dillərinə də tərcümə olunub. Bir tək Norveç dilində bu ifa başqa məğzlə səsləndirilərək düyü tarlalarında işləyən işçilərin əsarətdən azadlığına həsr olunmuşdur. “Bella, ciao” ifadəsi Azərbaycan dilinə “Gözəl, hələlik” (xitab olaraq, “Gözəlim, hələlik”) kimi tərcümə olunur.

Bu ifanın dünyada ən məşhur versiyalarından biri də məhz dahi sənətkarımız Müslüm Maqomayev tərəfindən SSRİ dövründə səsləndirilmişdir. Onun dəmir səsi, zəhimli ifası və ən əsas da qəlbindəki SOL ruhu ilə mahnıya tamamilə ayrı ab-hava qataraq mübariz bir himnə çevirmişdir. Məhz buna görə də onun şəxsiyyəti qarşısında baş əyirəm!

Sizlər üçün mahnının sözlərini Azərbaycan dilinə tərcümə etdim. Təbii ki, italyan dilində və original formasında olan melodiklik itir, lakin sırf tərcüməsi bu cürdür:

Bir sabah mən oyananda
Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!
Bir sabah mən oyandım
Hər tərəfdə işğalçıları gördüm.

Ey partizan, gəl də məni özünlə apar
Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!
Ey partizan, gəl də məni özünlə apar
Çünki ölümə hazır olduğumunu hiss edirəm.

Əgər, mən partizan kimi ölsəm
Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!
Əgər, mən partizan tək döyüşərək ölsəm
Sən gəlib məni basdırmalısan.

Məni dağın zirvəsində basdır
Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!
Məni dağın zirvəsində basdır
Məzarımı sevimli bir çiçəyin kölgəsində qaz.

Beləcə həmin yoldan keçən hər kəs
Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!
Və beləcə həmin yoldan keçən hər kəs
Deyəcəklər “Oh oradakı gözəl çiçəyə bax!”

Ah bu döyüşçü partizanın çiçəyidir
(Və bu partizanın çiçəyidir)
Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!
Ah bu mübariz partizanın çiçəyidir
O şəxsin ki, azadlıq naminə ölüb!

Bu ifa isə gitarada Qomez Naxarro tərəfindən səsləndirilmişdir. Şəxsən, özüm saysız-hesabsız dinləsəm belə heç zaman usanmıram.

Advertisements
şərhlər
  1. Ali Ozgurjan dedi ki:

    bilirsən ki mən solçu deyiləm. amma bu musiqinin möhtəşəmliyinə, sadəcə solçu deyiləm deyə, aşiq olmamaq, hansısa ərəbin amerikan musqiqisi rədd etməsi qədər axmaqlıq olardı. bu musiqi deyil milli, hətta ideoloji və daha ötə bütün baryerləri sındırıb, aşmağa qadirdir… sadəcə möhtəşəmdir…

    Fransızlar deyirlər ki bircə Zidana görə ölkəmizdə milyonlarca ərəbə dözmək lazımdır. Ruslar da yəqin bir tək Müslimə görə azərilərə dözürlər…

  2. antizaur dedi ki:

    Ali Ozgurjan says:
    November 21, 2010 at 15:22
    bilirsən ki mən solçu deyiləm. amma bu musiqinin möhtəşəmliyinə, sadəcə solçu deyiləm deyə, aşiq olmamaq, hansısa ərəbin amerikan musqiqisi rədd etməsi qədər axmaqlıq olardı. bu musiqi deyil milli, hətta ideoloji və daha ötə bütün baryerləri sındırıb, aşmağa qadirdir… sadəcə möhtəşəmdir…

    Fransızlar deyirlər ki bircə Zidana görə ölkəmizdə milyonlarca ərəbə dözmək lazımdır. Ruslar da yəqin bir tək Müslimə görə azərilərə dözürlər…

  3. antizaur dedi ki:

    2-ci linke bir-neche defe de qulaq assam, ideologiyam deyishe biler

  4. FFM dedi ki:

    Fransızlar deyirlər ki bircə Zidana görə ölkəmizdə milyonlarca ərəbə dözmək lazımdır. Ruslar da yəqin bir tək Müslimə görə azərilərə dözürlər…

    Tek bu musiqije gore butun Fawist ve nasist ideologijalarina nifret etmek lazimdir…))))))))))

  5. Aygül Aliyeva dedi ki:

    Knulp arxası üstə otun üstünə uzanıb gözlərini yumdu, uşaq səsi ilə alçaqdan oxumağa başladı:

    Bu dünyadan nakam köçdüm.
    Qızlar, göz yaşı töküb
    Mənə ağı oxuyun.
    Bir də dünyaya gəlsəm,
    Gözəl oğlan olacam…
    Mənə paltar toxuyun.

    (Hesse, “Knulp”)

    Bu mahnı da alman folkloruna aid köhnə bir mahnıdr, tərcüməsi tam olmasa da sözləri sadə görünsə də yuxarıdakı tərcümə kimi adamın ürəyinə od salır. “Ey gözəlim hələlik, gözəlim hələlik! Hələlik! Hələlik!” …)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma