Bugünkü rus faşizminin analizi

Dərc edildi: Dekabr 17, 2010 / Dünya və Biz

Avropada güclü etirazların getdiyi dönəmdir. Fransada təqaüdlə bağlı islahatlara, Britaniyada ali məktəblərdə təhsil haqqının qaldırdılmasına, Yunanıstanda həmişə köləliyə qarşı etirazların geniş miqyas aldığı bir zamanda gündəmə Rusiya da daxil oldu, lakin üzqarası ilə. Dünyada baş verən geniş aksiyaların xəritəsinə Rusiya mənasız və qəddar, üzündən şovinizm yağan rus millətçiləri və sağçı futbol azarkeşlərinin Mərkəzi Asiya və Qafqazdan olan insanları əzişdirməkləri ilə daxil oldu.

Avropada olduğu kimi, Rusiyada da kifayət qədər etiraz edilməli olan amillər var. Büdcə sferasındakı islahatlar, misal olaraq, “putinskovo sokol” ideası, məmurların axırı ki, qəbul etmək istədikləri təqaüd yaşının azaldılmasına qarşılıq olaraq, Proxorovun 60 saatlıq iş həftəsi təklifi buna misaldır. Fransada məhz buna görə aləmi bir-birinə qatdılar, hətta Sarkozini tarixin dibinə də göndərməyə gəlib çatıblar. Lakin, rusları bu hal çox az maraqlandırır və bu cür qərarların hər birinə “Yedinaya Rossiya” partiyasını və Rusiyanın “birinci kanal”ının qaranın əslində, ağ olması ilə bağlı və ya əksinə halla bağlı bəyənatları olur.

Əgər, partiya və rəhbərlik bildirsə ki, sosial büdcə ilə hər şey qaydasındadır, məsrəflərin böyük bir hissəsi Rusiya kasıbçılığına – “kənardan gələnlərə” gedir, insanlar inanırlar. Məhz bu cür 6 dekabrda “Spartak”ın azarkeşlərinin qafqazlılarla mübahisəsi düşdü. Nəticədə, Kabardo-Balkarda anadan olmuş Aslan Çərkəzov tərəfindən futbol azarkeşi Yeqor Sviridov öldürüldü. Atışma ilə bağlı xəbərdar olunan polis hadisə yerində çatdıqda oradan ölən adamın cəsədi ilə yanaşı, bir nəfər də yaralı tapdılar. 10 dəqiqə sonra isə 26 yaşlı Aslan Çərkəzov tutuldu. Əynindəki paltarı qanlı və cırıq-cırıq olan qatilin üzərindən “Streamer” markalı travmatik silah tapıldı. Məhz ötən şənbə gününün səhəri Moskva sağçılar tərəfindən tördilən iğtişaş və qırğınların meydanına çevrildi.

Sonradan məlum oldu ki, qafqazlı ilə iki futbol azarkeşi arasında ilk öncə mübahisə yaranıb, mübahisə davadan atışmaya çevrilib və nəticədə 28 yaşlı Yeqor Sviridov qarnından aldığı güllə yarasından yerindəcə keçinib, onun yanında olan ikinci şəxs də analoji güllə yarası almasına baxmayaraq, sağ qalıb və onu xəstəxanaya çatdırıblar.

Çərkəzovun ifadəsinə görə, o, məhz özünü qorumaq üçün atəş açıb. Life News-un hüquq müdafiə orqanından aldığı ifadə belə olub: “O, öz günahını inkar etmir, hər şeyi də etiraf edib, lakin hələ də aydınlaşdırılmayıb ki, o, həqiqətənmi özünü qorumaq üçün atəş açıb”. Nə isə, əsas olan o deyil ki, kim mübahisəni birinci başlayıb, əsas olan odur ki, bu konfliktin sonunda sosial-ictimai sferanın əhvalında pasyans yarandı.

Əgər ki, fanat firmanın nümayəndəsi rusu öldürsəydi, düşünmürəm ki, ultrasağçılar belə hay-küy yaradaraq, “baxın, vətəndaşlar” deyə müraciət edərdi. Misal üçün, heç bir qafqazlının olmadığı, məhz hakimiyyətə susamış və öz partiyalarının irəli sürmək istəyən rus quldurlarının kazak kəndi Kuşeviya və Qus Xrustalnıy şəhərində əhalini öldürmələri zamanı həmin ultrasağçılar harada idilər? Burada isə, “etnik cinayətkarlıq” mövzusunun cilovunu əldə saxlamaq və “qeyri-slavyan sifətlər” adı ilə rasist terrorlar yaratmağa imkan var axı.

Qrani-TV adlı internet televiziyasında operator vəzifəsində çalışan moskvalı yoldaşlarımızdan birinin yazdığına əsasən, Kremlin pəncərələri altında 6 min adam “etnik cinayətkarlığa” qarşı etiraz edirdi: “faşistlər 7 qafqazlıya hücum etdilər və onları döyməyə başladılar. Polislər döyülənləri xəstəxanaya aparmağa çalışdılar, “rus adamlardan” ibarət dəstə isə haqq-hesab aparmaq üçün polisdən onları geri qaytarmağı istədilər. Polis razı olmadı. Bundan sonra OMON-la mübahisə başladı. Bu, siyasi aksiya deyildi, adicə dava-dalaş idi. “Manejka” adıyla tanınan həmin məkanda yığılan faşistlərin polisə yeganə etirazları o oldu ki, polis qeyri-rusları döyməyə mane olurdu”. Bütün bu hadisələrin fonunda sağçı futbol fanatları və nasist cəmiyyətin bu cür təhdidləri oldu: “Bu ölümə görə sizin uşaqlarınız cavab verməli olacaqlar!”

Bazar ertəsinin axşamı Moskvanın Cənub inzibatı mahalında 15 nəfərdən çox olan gənclər qırğız şəhəri olan Oşdan mühacir olan Əlişir Şəmşiyevi öldürdülər. Moskvanın şərqində 3 naməlum şəxs tərəfindən gecə-gündüz növbəli mağazada işləyən Azərbaycandan vətəndaşı güllələndi. Döş qəfəsindən və sağ çiynindən yaralanmış kişi təcili xəstəxanaya çatdırıldı. Bazar ertəsi, təxminən 05:30 radələrində “Aviamotornaya” metrosunun stansiyasının girişində Saratovdan olan və Qafqazdan mühacir hesab olunan 26 yaşlı gənc vəhşicəsinə döyülmüş vəziyyətdə tapıldı. Zərəəkən bütün gecə – səhər metro açılana qədər kömək gözləmək məcburiyyətində olub. Həmin gecə “Kitay-Qorod” metro stansiyasında naməlum şəxs 22 yaşı xariciyə yaxınlaşaraq onun qarın boşluğuna bıçaq zərbəsi endirmişdi. Polisin verdiyi məlumata görə yaralı Kuzminoka qədər gəlib, tanışının evinə çata bilmişdi. Oradan isə xəstəxanaya çatdırılmışdır. Bu gün isə 11 dekabrda Özbəkistandan gəlmiş 27 yaşlı gənci metroda döyən 6 moskvalının kim olduğu məlum oldu. Kəllə-beyin travması və burun qırılması ilə xəstəxanaya çatdırılan şəxsin döyüldüyü anı görən şahidlərin sözlərinə görə, cinayətkarlar millətçi şüarlar qışqırırdılar.

Qafqaz xalqlarının nümayəndələri öz növbələrində baş verə biləcək bu cür ixtişaşlardan qorunmaq qərarına gəldilər. “Vkontake”dən “özünü qafqazlı, cigit, abrek, dağlı və s., ya da bizim xalqlara müsbət münasibət göstərən hər kəsə müraciət” adlı səhifə bütün bloqosferdə yayılmağa başladı.

Yazının müəllifi deyir ki, “çürük şəhər Moskvada” o da məhz Aslan Çərkəzov kimi hərəkət edərdi: “Özünü qorumaq üçün silahın olan anda arxadan çaqqallar hücum edəndə nə etmək qalır – əlbəttə ki, sən öz şərəf və ləyaqətini, həyat və sağlamlığını qorumalı olursan. Sənə bir dəstə sərxoş, fanat, donuzyeyən sifətlilər hücum edirsə, onlardan qorunmaqdan başqa heç bir yol qalmır. Amma təsadüf nətivəsində, özünümüdafiə rusun ölümüylə nəticələndi”.

Müraciətdə bildirilir ki, fanatlar və millətçilər öz yoldaşlarının ölümünün intiqamını almağa çalışacaqlar və buna görə də qafqazlıları birləşməyə çağırır: “Mən Çeçenistandan, İnquşetiyadan, Dağıstandan, Kabardo-Balkardan, Qaraçay-Çərkəzdən, Osetiyadan, Azərbaycandan, Gürcüstandan və Ermənistandan olan bütün qardaş xalqlara səslənərək qürurlu keçmişimizə yönələn “uruslardan” öz şərəf və ləyaqətimizi qorumağa səsləyirəm. MÜMKÜN HALDA silahlanmağa… və ruhdan düşməməyə, heç kimdən qorxmamağa və evdə oturaq qalmamağa səsləyirəm”.

“Bundan əlavə, xalqlarımızın qızlarına müraciət etmək istəyirəm – bizim dəyərli gözəllərimiz, 10.12.2010 – 30.12.2010 aralığında mümkün qədər Moskva küçələrinə çıxmamağınızı rica edirəm, səbəbi isə anlamaq çətin deyil, məncə. Təklif edirəm ki, ayın 20-si, 18:00-da yığışaq. Gələcək hərəkatlara yerində qərar verəcəyik. Uruslardan qorxaraq öz evindəki isti kreslolarında quyruqlarını qısaraq oturan çaqqallar bizdən deyillər. Məgər Rusiya qarşısında bizim xalqların aşağılanması bundan sonradamı davam edəcək? Bizlər burada yaşayırıq, işləyirik, yalnız öz aramızda deyil, slavyan xalqları ilə də münasibət qururuq. Lakin, nə zamana kimi bütün ölüm günahlarının obyektinə çevriləcəyik? Bizim beynəlxalq ədavətimizə baxmayaraq, birləşmək və müqavimət göstərmək zamanıdır!”.

Məhz bu bəyənatı Daxili İşlər Nazirliyi təxribat adlandırdı, Moskvanın milli diasporaları isə, bununla heç bir əlaqələri olmadığını bildirdilər. Lakin, bununla barəbər, cəbhə xətti artıq bəlli oldu. Onun yönü isə Rusiya hakimiyyətində olanlara çox sərf edir – cəmiyyətdə “gəlmələrə” qarşı kin olduğu müddətdə oliqarx kapitalı və onların küyünə gedən öz dəstələrindəki büroktariya bir daha təkmilləşdirmə və innovasiya baxmayaraq, antisosial qərarlar verərək qaykaları bərkidəcəklər. “Səliqə-səhman yaratmaq” və guya ki, baş verə biləcək ixtişaşların qarşısının alınması bəhanəsi ilə sağçıların bu qərarlarından geninə-boluna istifadə olunacaq. Əgər, aparıcı sinfin hansısa bir hissəsi bunları rüşvətin və polis özübaşınalığının tənqidi kimi (təbii ki, yalan bəhanələrlə) izah edə bilsə, bu halda digər hissə öz opponentlərinə və qərbli həmkarlarına sübut etməyə çalışacaqlar ki, onlarsız “stabillik” tezliklə yox olacaq və heç kimin üstəsindən gələ bilmədiyi talançılıq başlayacaq.

Fransız solçu mütəfəkkirlərindən biri olan Jil Dovenin yazdığı kimi, “faşizmin vacib nöqteyi-nəzərlərindən biri odur ki, o, küçədə yaranmış, nizamsızlıqdan istifadə edərək nizam-intizam yaratmış, səfalətdən ağlını itirmiş köhnə orta sinifləri səfərbər etmiş və kapitalizmin yaratdığı böhranla mübarizə aparmaqda dövlətə şərait yaratmışdı”.

Moskva küçələrində bu gün baş verənlər cihad adlanır. Nəticə olaraq, siyasi monopolizm və cəmiyyətin başında ağalıq edən ksenofobiya həmin hakimlər üçün əlverişli vasitə ola bilər.

Lakin, hər nə olursa olsun, faşizm KEÇMƏYƏCƏK!

P.S: Yazıdakı bir çox konkret məlumatlar AKM-in Rusiyadakı internet səhifəsinə istinad edilmişdir. Fotolar və videolar isə, bloqlardan götürülmüşdür.

Advertisements
şərhlər
  1. Gunel Muradova dedi ki:

    Nece deyirler: Россия для русских, Москва для москвичей…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma