Mehdi Hüseynzadə

Dərc edildi: Yanvar 2, 2011 / Şəxsiyyətlər

Mehdi Hüseynzadə – “Mixaylo” ləqəbi ilə tanıdığımız bu insan öz cəsarəti ilə hər zaman mənim qürur mənbəyim, hətta idealım olub desəm yanılmaram.

1918-ci ilin dekabrın 22-sində Bakıda anadan olmuş Mehdi 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur.1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Mehdi Hüseynzadəni məhz “Mixaylo” kimi tanıdan bütün hadisələr onun iştirak etdiyi Böyük Vətən Müharibəsi dövrünə təsadüf edir. SSRİ ilə faşist Almaniyası arasında başlayan müharibəyə yollanan Mehdi 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanmış və faşistlər tərəfindən əsir alınmışdır.

Əsirlikdə olmasına rəğmən, hər zaman buradan qaçmaq üçün planlar quran Mehdinin başçılığı ilə, 1943-cü ilin sonlarında bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi, Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşviyyat dəstəsini yaratmışdı. Yuqoslaviya Azadlıq Ordusunun xüsusi təxribat bölməsinin komandiri idi.

Partizanlara xas olan ağıl və çevikliyi ilə Mehdi qısa zamanda böyük işlər görməyə başlamışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayırdı. İlk kəşfiyyatlarından biri o zaman çox uğurlu alınır. Faşistlərə qarşı xüsusi nifrət bəsləyən Mehdi “Faşistlər” kino-filminə baxarkən öz cəsur kəşviyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı.

Bundan bir az sonra Mixaylonun rəhbərlik etdiyi dəstə Triyestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən “İl Pikolo” qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir.

Lakin, bu etdikləri ilə Mixaylo kifayətlənməyi heç düşünmürdü. Müharibənin ən qaynar illərində o, faşistlər üçün strateji əhəmiyyət kəsb edən onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomaşınını partlatmışdır. Daha sonra Şimali İtaliyanın Udinə səhərində nə az, nə çox, düz 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Göstərdiyi şücaətlər onun yoldaşlarında Mixayloya qarşı rəğbət hissi yaratmışdı. Heç bir tapşırıqdan imtina etməyən Mixaylo yeni qərargahın göstərişinə əsasən alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.

Və bütün bu şücaətlərin son nöqtəsi 1944-cü ilin noyabrın 16-sında qoyuldu. Müharibənin bitməsinə artıq çox az zaman qalmışdı, faşist ordusuna yekun zərbələri endirmək lazım idi. Bu səbəbdən də 1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partlatmalı idi. Hər bir əməlliyata canla-başla yollanan Mixaylo bunun da üstəsindən gəldi. Hərbi ləvazimat anbarını partladaraq geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürmüş, son gülləsi bitənə kimi mübarizə aparmış və düşmənin əlinə keçməmək üçün sonuncu gülləni öz ürəyinə vurmuşdur.

Qəhrəman Mixaylonun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olunmuşdur: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.

1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Yazıçılarımızdan İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahiilərdə” povestində Mehdi Hüseynzadənin bədii surətini yaratmışlar. Mehdi Hüseynzadəyə həsr olunmuş, qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” bədii film çəkilmişdir. 2008-ci ildə isə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatında Tahir Əliyevin rejissorluğu ilə sənədli film hazırlanmışdır.

Əqidəli kommunist, nümunəvi komsomolçu, cəsur zabit, II Cahan müharibəsinin ən məşhur partizanı, Sovet İttifaqı qəhrəmanı yoldaş Mehdi Hüseynzadə Azərbaycanın fəxridir. O, əsl qəhrəmanın necə olduğunu sübut etmiş cəsur partizandır. İnsanlıq üçün öz canını fəda etmiş bu cür qəhrəmanların adı isə heç zaman tarixdən silinə bilməz. Yoldaş Mehdi Hüseynzadə başda olmaqla, 1941-1945-ci illərdə Azərbaycandan cəhbəyə yollanan 600 mindən çox şəxsin təqribən yarısı faşizmin kökünü qazıyan döyüş meydanlarında öz canlarından keçmişdilər. Onların hər birini dərin hörmət və ehtiramla bu gün də onu yad edirik!

Advertisements
şərhlər
  1. lale92 dedi ki:

    kaş bütün qızlar və oğlanlar elə olardı… onda biz hal-hazırda Qarabağ problemi yaşamazdıq.

  2. Samir HERO dedi ki:

    Yazıya görə təşəkkür edirəm, bilirsən, Mehdi Hüseynzadə mənim qohumum olub

  3. mika dedi ki:

    ela hamsi ela idi insa yazmaliydim onsuzda cooooox sagolun! =D

  4. Feyruz dedi ki:

    Azərbayjanın qəhrəman Mehdi oğluna Allah qəni qəni rəhmət eləsin, Belə qoçaq oğlanları olan vətənin QARABAĞI itməz inşallah

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma