Aydın düşüncə, yoxsa din? – seçim hər zaman var!

Dərc edildi: Yanvar 4, 2011 / Mövhumat qurbanları

Sənin dinin mənim dövlətim deyil!

İnsanlıq yarandığı gündən indiyədək hələ də inkişaf yolunu keçməkdədir və dünyanın sonu gələnə kimi də bu inkişaf, başqa sözlə desək təkamül davam edəcək. Bu müddət ərzində isə təbii ki, insan öz düşüncə və zəkasıyla həm fiziki, həm də ki, mənəvi tələbatlarını ödəmək üçün nələrsə yaratmaqdan heç zaman usanmayacaq.

Məlumdur ki, bəşər tarixinin inkişaf mərhələsinə insan mənəviyyatının da böyük təsiri olmuşdur. Müxtəlif inanclar, dinlər, etiqadlar, kultlar, tanrılar, bütlər, totemlər və s. inanc subyektləri üzərində qurulan insanın mənəvi aləmi hər zaman müqəddəs nələrinsə axtarışında olmuşdur. Bəs bütün bunların məntiqi nəticəsi nəyə gətirib çıxardıb? Nə üçün XXI əsr insanı hələ də bütün bu mövhumatdan əl çəkərək materialist dəyərlərin real olduğunu dərk etməyə çalışmır? Yoxsa ona bu imkan verilmirmi? Bütün bu sualların cavabına özümün gəldiyim qənaətə əsasən, aydınlıq gətirməyə çalışacağam.

Hələ eramızdan öncəki sivilizasiyada ilk insanların belə inancları olub. Atəşpərəstlik, Aya sitayiş, suya inam, dəniz ahtapotuna inam və s. – bütün bunlar dediklərimə bariz nümunədirlər. Hətta dünyanın aparıcı mədəniyyətlərindən olan misir, skandinav, ellin (qədim yunan) mədəniyyətlərində də belə allahlar haqqında miflər olmadan təsəvvür etmək qeyri-mümkündür. İnsanların bütün bu inancları isə tarixin irəli mərhələsində daha da sivriləşərək din formasını almışdır. Din isə zamanla ayrıca bir konstitusyon qüvvə kimi formalaşaraq kütləvi idarəyə çevrilmişdir. Bəli, məhz kütləvi idarəyə.

Tarix boyu dinlər üzərində saysız-hesabsız, irili-xırdalı müharibələr getmişdir. Hər kəs özünün allah(lar)ının böyük və tək olduğunu, öz inancının düzgün olduğunu düşünərək başqalarına da bu fikri diqtə etməyə, yaymağa çalışmışdır. Dünyada ən böyük üç səmavi dindən ikisi olan Xristianlıq və İslama inanan xalqlar Səlib yürüşlərindən tutmuş İslamın elan olunmasına kimi müxtəlif dövlərdə kifayət qədər qanlar axıtmışdılar. Bugünkü günümüzdə belə terror halına çevrilərək davam edən bu cür missiyoner hərəkatlar bir daha sübut edir ki, din insanları kölələşdirən, mənəvi aləmlərindən istifadə olunaraq vasitəyə çevirən mövhumi aparatdır.

Əslində, insanlıq özü bunu çoxdan dərk edib, lakin ya bunu ifadə etməkdən qorxur, ya da ki, başını qaldırıb da burnundan bir az qabağı baxmaq istədikdə onun başından vurub, yenidən aşağı baxılması tələb olunur. Amma, bəzi insanlar bu cür təzyiqlərə baxmayaraq irəli baxmağa müvəffəq olub və nəticədə ateistik düşüncələri formalaşdıra biliblər. Məhz onların sayəsində bəşər tarixinin inkişaf mərhələsi şikəst qalmaqdan qurtulub, yoxsa mədəniyyət və elmin inkişafı böyük bir xaous yaratdığı burulğanda çoxdan itib-batardı.

Hələ elmin çiçəkləndiyi dövrlərdə dünyanın yalnız onların durduqları yerdə deyil, daha böyük olması, onun öküzün, balinanın belində deyil də kosmosda olması, yuvarlaq olması kimi hazırda elmə məlum olan fikirləri söyləyən Cordano Bruno kimi alimləri yandıran məhz dinlərin yaratdığı gerilik olmuşdur. Xristianlıqdan başlayaraq daha sonra İslamla davam edən bu mövhumat burulğanında saysız-hesabsız alimlər öz canlarından keçməli olmuşdular. Məhz insanlığın gözündən mövhumat pərdəsini qaldırmağa çalışan alimlərin özlərini gözlərinin pərdələndiyini, qulaqlarının möhürləndiyini damğalayaraq məhv edən dinlər olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, bu “möhürlənməklə” bağlı tendensiya bu gün də dindarlar arasında davam etməkdədir.

Bundan öncə dindarların əlində mənasız bir arqumentə çevrilən “yarat da, niyə heçdən bir milçək də olsa yarada bilmirsən?!” sualı belə daha keçərsizdir. Elmin inkişafının sürətli getdiyi bir zamanda artıq bu da mümkün oldu. Bundan öncə insanın hər hansısa bir nəsnəsindən istifadə edərək onun yalnız kloununu yarada bilən insan artıq heçdən insan yaratmağa qadirdir. Genetik kodu laboratoriyada kompüterlərin nəzarəti altında sıfırdan yığılan çoxalabilən canlı hüceyrəni yaradıblar. Bu isə bir daha allahın yoxluğunu daha da konkret isbat edir. Ətraflı məlumatı BURADAN oxuyun.

Allahın yoxluğunu görmək üçün dünyada baş verən hərc-mərcliyə məntiqi işə salaraq diqqət yetirmək də kifayət edər əslində. Afrikada dünyaya göz açan bir uşaq 6 yaşında anoreksiyadan ölürsə, Qərbdə dünyaya göz açan 6 yaşında uşaq ifrat şişmanlıqdan əziyyət çəkir. Daha güclü olan “allahın bir qulu” digərini çox rahatlıqla əzir və bizim hər şeyə qadir allahımız bütün bunları kənardan izləyərək “həyat imtahandır” deyərək milyardlarla insanın başını piyləyir?! Gülməlidir. Ən gülməlisi isə gündə beş dəfə məsciddən tək və yek olduğunu iki uzunqulağın arpasını bölə bilməyəcək “savadda” olan mollaya minarədən qışqırdaraq öz reklamını aparan allah lazım gəldiyi anda haradasa gizlənir, biz isə onu heç görmürük.

Günümüzdə dinin hələ də mövcud olmasının səbəbinə bir anlıq nəzər yetirək. Gəlin, bunu iki qütbə və iki xronoloji mərhələnin timsalında edək. İlk öncə Qərblə Şərqin arasında olan fərqə diqqət yetirsək, o zaman görəcəyik ki, XIX əsrdən bu tərəfə Xristianlığı kilsələrdən kənara çıxmasına imkan verməyən Qərb təfəkkürü insanlığın inkişafında necə böyük rol oynamışdır. Elmin və mədəniyyətin intibah dövrü də məhz bu zamandan sonra başlayır. Sekyular dəyərlər üzərində qurularaq bu cür kiçik qərarların dəyişdirdiyi böyük bəşər tarixinin simasında bir də Şərqə nəzər yetirsək, digər dinlər kimi, İslamın da yaratdığı cahillikdən əziyyət çəkən, hələ də mövhumatçı düşüncələr altında əzilən, dinin insanların həyatlarına böyük səpkidə təsir etdiyi xürafatçı bir sistem görmüş olacağıq.

Zəhərdir din, uşaqları müdafiə edin!

İkinci fakt isə xronoloji mərhələ ilə izah olunur. Diqqət yetirək SSRİ dövrünə. Din var idi, lakin dinin varlığı heç kimin evindən və bir fərd olaraq daxilindən kənara çıxaraq başqalarının həyatına müdaxilə etmirdi. Bir kəs digərinin inancını və ya inancsızlığını müzakirə etmirdi və məntiqi nəticə olaraq müdaxilə də edə bilmirdi. Diqqəti elmə, mədəniyyətə və savadlanmaya yönəldilən insanlıq qısa zaman ərzində nələrə qadir olduğunu sübut edə bildi. Məhz bu cür səbəblərdən doğan nəticənin məntiqli hesabatı kimi dünya tarixində SSRİ-nin inkiaf sürətini hələ heç bir ölkənin təkrarlaya bilməsi sübut edir. Digər bir bəsit nümunə isə Türkmənçay müqaviləsindən sonrakı dövrdə SSRİ-nin tərəfində qalmış Azərbaycan (Şimali Azərbaycan) ilə İran ərazisinə qalmış Cənubi Azərbaycanın timsalında özünü göstərir. Doxsanların əvvəlindən başlayaraq ölkədə yaranan və kütləvi savadsızlığa, cahilliyə aparan idarə sistemini çıxmaq şərti ilə, bir xalqın maariflənməsində iki ayrı mədəniyyətin necə böyük təsiri olduğunu müşahidə etmək çox da çətin deyil.

Sonda isə bir amili xüsusilə vurğulamaq yerinə düşərdi ki, məhz dinlərdən istifadə edərək siyasi sistem insanları hər zaman rahat idarə edə bilmişdir. Onları abstrakt və mövhumi təfəkkürlə manqurtlaşdıraraq istədiyini etməyə nail olmuşdur. Gərəkli olduqda, bir din daxilində müxtəlif təqirətləri bir-birilərinə qarşı qoymağı bacarmışdır. II Pyotr öldüyü zaman tarix boyu bütün hakimlərin istifadə etdiyi siyasi addımı oğullarına yazdığı vərəsədə bildirərək, onlara “çətin ana düşdüklərində müsəlmanlar arasında sünni və şiə ədavəti yaradaraq rahat idarə edə biləcəyini” qeyd etməsi, ölkənin xəzinəsini artırmaqda kilsədən istifadə edən xristianlığı göstərmək və s. nüanslar da əsas fikrimə dəlalət edir.

Günümüzdəki siyasi sistem istəsə, qısa zaman ərzindən yer üzündən bütün inancları mərhələli şəkildə ləğv edə, insanları daha aydın düşünməyə vadar edə bilər, lakin bu hal idarə edənlərə heç cür sərf eləmir, çünki idarə olunanlar üzərində geniş imkanlar yaradan bu üsuldan əl çəkməyə onlardakı kapitalist xisləti imkan vermir. İnsan mənəviyyatından cilov kimi istifadə edən liberal dəyərlər sözdə tolerant yanaşdığı bu faktordan insanların istismarı üçün geninə-boluna istifadə edə bilir. Sırf dinin özündən hər il dəyəri milyard dollarlarla ölçülən pullan qazanılır və istismar edən digər imperialist siyasətdə istifadə edilir. Bu barədə daha geniş olaraq digər yazılarımın birində fikrimi çatdıracağam.

Sonda isə hər kəsi məqsədi məhz insanın etiqadından istifadə edərək kölələşdirən dindən təmizlənmiş, daha aydın düşüncənin hakim olduğu bir həyata yönəlmələri barəsində düşünmələrini istərdim. Bu dünyanı xilas edən içimizdə humanizm, insanlıq sevgisi olacaq. Öz çıxarları üçün bizim mənəviyyatımızdan istifadə edərək hakimlik etmək istəyi ilə alışıb-yanan yalançı peyğəmbərlərin hərisliyi yox. Kiminsə vassallı olmaq bir fərd olaraq heç olmanıza səbəb olur. Nəticə etibarı ilə belə bir sual yaranır: Aydın düşüncə, yoxsa din? – seçim hər zaman var.

Advertisements
şərhlər
  1. Hunay dedi ki:

    Bəzi fikirlərinə qatıldım ancaq, məncə dindən bu qədər istifadə edildiyinə görə din deyəndə çox insan qaçmaq istəyir bu qavramdan.Yəni dini hər şeyə,soxurlar. Az qalıb tualetə getməyi də dinlə əlaqələndirəcəklər. O ki qaldı Allaha inanmağa bunda sən də bilirsən ki, hamı seçimdə azaddır. Ancaq, azaddır deyə seçiminə görə də alçaldan insanlar da yanlış edirlər. 🙂

  2. Sevda Mustafayeva dedi ki:

    Yazida yazilan her bir fikirle raziyam… Yaziya gore teshekkur… Din insanlari idare eden siyasi cereyandan bashqa bir shey deyil, peygemberler de yer uzunun en boyuk firildaqcilari…

  3. Elshen Amirov dedi ki:

    Aqşin, həmişəki kimi fikrini dolğun və düzgün çatdırmısan. Dini qəbul edən birisi olaraq sənə əks arqument deməyə haqqım yoxdu. Çünki sadaladıqların düzdü və səbəbi də dindi. Həmçinin yuxarıda qeyd elədiyin Qərbi Avropa və SSRİ-nin din siyasəti, məncə də, ən ağıllısı odur. Biri dinə inanırsa, bu onun evindən kənara çıxmamalıdır. Üstəgəl, artıq elə bir dövrdə də yaşayırıq ki, dinlə həyatımızı tam idarə etmək gülməlidir.

    • Aqşin Mahmudov dedi ki:

      Təbii, Elşən. Mənə düşən yalnız real vəziyyəti diqqətə çatdırmaqdır, əgər kimsə reallığı bir kənara qoyaraq hər şeyə yenə də çəhrayi eynəklərdən baxmaqda davam etmək istəsə, bu artıq həmin şəxsin özünə qalır.
      Zaman və diqqət ayırdığın üçün təşəkkür edirəm!

  4. Əli Əkbər dedi ki:

    Salam.
    Aqşinə eşq olsun!
    Bu murdarları məhv etmək lazımdır. Bunların kökünü qazımaq lazımdır. Yer üzündən silmək lazımdır. Bunlar ən təhlükəli virusdur. Epidemiyadır. Bütün dünyanın aydın beyinləri toplaşıb, din mikrobunu yox etməlidir.

    • Aqşin Mahmudov dedi ki:

      Əli bəy, bunların axırına çıxılmasa, bunlar bütün bəşəriyyətin aıxırına çıxacaqlar. İlahi sevgi altında divan tuturlar dünyaya, artıq bütün bunlara “stop!” deməyin vaxtı çoxdan yetişib, bircə insanlar zamanında dərk edərək oyansalar.

      Dəyərli zamanınızı ayırdığınız üçün Sizə təşəkkür edirəm!

  5. zaur qurbanli dedi ki:

    razi olmadigim fikirleri deyecem, chunki qalan hamisi ile raziyam. din anlayishini bir az genish goturmeyin terefindeyem. meselen, mc donalds dini, coca cola dini, “butun dunyanin proletarlari birleshin” dini ve s “din”ler de var. bele ki bu ideyalara milyonlari yoluxdurub insanlari zeherleyir, netice etibarile daha rahat idare edirler. ayrica goturende bunlarin her biri xeyirli bir shey ola biler. meselen, cola ichkidir, kimyevi terkibinin ziyanini demirem, menevi ziyani olmaz yalniz ichki kimi istifade edende. ama bundan qlobalizasiya meqsedile istifade edib insanlari zombileshdirende ve asili veziyyete salanda artiq “din”e chevrilir. elece de “butun dunyanin proletarlari birleshin” “din”i. ssri-den insanlarin diqqetlerini emeye vermesi dovletin inkishafinda boyuk rol oynadi. kutlevi olaraq mescidlerin kitabxanalara chevrilmesi kimi mene lezzet veren bashqa tedbir chox az olub. amma ele ki ssri insanlari zombileshdirdi, artiq inkishafa yox, inkishafdan saxlamaga apardi. buna etiraz edenleri de dindarlarin, 1400 il qedimde ilishenlerin gozune qatib repressiya elediler. sozumu ora getirirem ki, solchu ve ya sagchi olmagimizdan asili olmadan butun zombileshdirme vasitelerine ve bu vasiteleri tetbiq edenlere – ssri, amerika ve s qarshi chixaq.
    ikinci mesele ise odur ki, turkmenchaydan soraki veziyyet deyilir. mence rusiya imperiyasi hech de dinin eleyhine chixmirdi. he, islamin eleyhine idi, ama bu ssri kimi ateistliye gore yox, romanovlarin pravoslavligina gore idi. meselen rusiya imperiyasinda pravoslavligi (xristianligi yox haa, mehz pravoslavligi) tehqir etmek cinayet idi. duzdur 19-cu esrde shimali azerbaycan cenubdan daha chox inkishaf etdi, bu ise cografi olaraq avropaya daha yaxin olma ve bizden de avropaya daha yaxin bir olkenin terkibinde olmaqla bagli idi. bu cografi yaxinliq haqqinda tekrarliq olmasin deye chox danishmaq istemirem. bashqa yazimin linkini qoyuram, orda bu haqda yazmisham, isteyen oxusun. http://abzas.net/?mod=news&act=view&nid=31835

  6. zaur qurbanli dedi ki:

    ssri-nin insanlara ne etdiyini oyrenmek uchun memmed suleymanov kimi bir-iki ziyali istisnasa qapilib aldanmaq lazim deyil. oz qohumlarimiza baxaq. men oz evimizden gotururem. atama, anama, dayima, xalama ve inaniram ki milyionlarla zombileshmish bele insanlara basha sala bilmirem ve bilmerem ki, insanin qarnindan daha onemli nesneler var. elbette, onlar da qebul edirler ki,qarindan onemli sheyler var. amma bu sheyler yalniz namus, qeyret, ata, ovlad ve s borcu ve bashqa bu tipli 70 il erzinde beyinlerine qazilmish sheylerdi. deye bilersen ki, mentalitetin ssri-e n e dexli var. ama bizim indiki mentaliteti de ssri duzeldib bu hala salib. bizim mentalitetde nece deyerler “kishi mkimi davranmaq” ve s kimi deyerler vardi. meslen, “axirinci ashirim” filmindeki kerbelayi ismayil sureti ssri-nin deyishmediyi azerbaycan kishisi tipidir. xahish edirem , burdan ele anlamayin ki, o menim idealim filandir. men bizim mentalitete nifret edirem – ssri-den evvelkine de sorakina da. sadece demek istediyim odur ki, sovet senzurasinda yarisindan choxu dogranib kesilen hemin filmdeki kerbelayi rolu ile indiki, ssri-den qalan kishileri muqayise ederek ssri-nin bizim mentalitetimizi nece deyishdirdiyini gormek olar. bilmirem kimden eshitdim bir muddet evvel, solchu idi, deyirdi ki, ssri-nin bizim xalqi tamamile mehv etmek plani olmayib, olsaydi, bunu ederdi. ama biz yashayiriq. raziyam bu fikirler. bele plan olmayib. bes o zaman bizi niye saxladilar. krim tatrlari kimi, axiskalar kimi derbeder salmadilar? chunki biz deyishilmish formada onlara lazim idik. qaymaq sayila bilen butun ziyalilar fiziki cehetden ya mehv edildi, ya da okkeden chixarildi, axirda savadsiz lomlar qaldi. 1920-de bizde yazib oxuya bilenler 10% idise, 1937de 1 % idi, chunki qlanlari qirmishdilar. sora da yerde qalan lomlara savad oyretdiler. onlar da ki ag kagizdi. savadsiz adam ushaq kimi bir sheydir, neyi oyretsen onu mutleq heqiqet qebul edecek, xususen de ssri kimi alternativsiz muhitde. bax, mehz buna zombileshdirme deyirler. axirda bu ag kagiz meselesine bashqa misal chekecem. indise, qayidim qohumlarimizin zombiliyi meselesine. bu adamlar qarindan neyin ireli oldugunu qebukl edirler, yuxarida yazdim. indi sen cehd ele gorum, onlara basha sala bilecen ki, insan azadligi, edalet, rushvete, haqsizliga qarshi mubarize kimi anlayishlar qarindan, yemekden daha onemlidir. onlar ssri-ni arzu edirler, sorushanda ki “niye?” cavab duz hedefe deyir: “o vaxt ishimiz vardi, qazanirdiq, adam kimi yashayirdiq. ne musteqillik ee? musteqil olub neynedik ki? azad olub ac olmaqdansa, adam kimi yashayirdiq da. 1 qepiye chorek alirdin. 10 manta aile saxlayirdin” bax, aqshin, manqurtluq, zombilik buna deyirem. dovlet bunlara ishlemelidi, maya deyeri 10 manat olani bunlara 1 manata satmalidir. hech fikirleshen yoxdu ki, ssri-nin iqtisadiyyatinin chokme sebeblerinden biri herbi budcenin nehengliyidirse, biri de sosial xerclerin aglasigmaz choxlugudur. bu barede genish danishmaq olar, bir gun oturub danishariq.
    savadsiz insanin ag kagiz olub her sheyi qebul etmesine misalimi da yazim: yadimda deyil, hardan oxumusham. avstraliya, kanada filan ingilterenin mustemlekesi olan vaxtlar orda tehsil sistemi yalanlar uzerinde qurulurdu. tarix hemishe basib-baglamaq olub, ama cografiya haqqinda uydurmalar tedris etmek meni dehshete saldi. tesevvur ele, avstraliya mekteblerinde 1911e qdeder ushaqlara oyredibler ki, dunyada 1 musteqil dovlet var – britaniya. fransa onun mustemlekesi, usa onun bir eyaletidir. rusiya sherq vilayeti sayilir, her yeri ingiltere kralinin teyin etdiyi adamlar idare edir…
    bu zombileshdirmedir. o tehsili alanlar ele onlara oyredildiyi kimi hesab edirler. “good bye, lenin” filminde qadin yadindadir? ssri dovrunde bize tedris edirdiler ki olkeler iki yere bolunur: inkishaf etmish ve inkishaf etmekde olan. sosialist olkeler birinci qrupa, qalanlari ikinci qrupa daxildir. indi de olkeleri iki qrupa bolurler: sirf kapitalist olkeler birinci qrupa, qalanlari ikinci qrupa daxildir:)))

    • Aqşin Mahmudov dedi ki:

      Zaur, sənin bütün yazdıqların sənin şəxsi fikrindən başqa bir şey deyil. Heç bir əsasın və dəlilin yoxdur. Elə bütün cümlələrin də “bilmirəm haradan oxumuşam, amma belə bir şey yazılmışdı ki” tipində başlayır. Bu cür arqument gətirmirlər, dostum. Bu dəqiqə interneti eşsən, dəqiq məlumatlardan çox SSRİ timsalında kapitalizmi gözə soxmaq üçün anti-sosialist yazılar tapacaqsan. Zombilik isə məhz bu yazılara kor-təbii inanmaqdır. Özünün elə bir yaşın yoxdur ki, SSRİ-də yaşayan insanlardan daha yaxşı görüb və analiz apara biləsən o dövr barədə. Ümumiyyətlə, yazdıqlarından əminliklə deyə bilərəm ki, heç xəbərin yoxdur. Statistikalar verirsən özündən – filan ildə 1% idi, filan ildə 10% idi. Haradadır bütün bu rəqəmlər? Amma mən sənə kifayət qədər tutarlı rəqəmlər gətirə bilərəm SSRİ-nin inkişaf tempi barəsində.

      “Məmməd Süleymanov kimi bir-iki ziyalı” – bu cümlən isə tamamilə yersizdir. Ümumiyyətlə, öz savadınla Məmməd müəllimin savadını bir tərəziyə qoymağın belə haqsızlıqdır. Düşünmə ki, sənə savadsız deyirəm, əsla, sadəcə fakt budur. Sənin zombiləşdirmə dediyin sistem indi də var, bəs nə üçün sovet insanı indikini deyil də keçmişdəki “zombiləşdirmənin” arzusundadır? Bu qədər insana bir tək sən özünü ağıllı hesab edərək məsləhət verə bilməzsən. Bir-iki burjuy mediasından nəsə oxumaqla da SSRİ haqqında fikir bildirməyin düzgün deyil.

      Yuxarıda isə söhbət məhz dindən gedirdi və mədəniyyətin insana təsirindən. SSRİ dövründə “Babək” və “Nəsimi” kimi filmlər çəkildi, tarixdə tozlanmış şəxsiyyətlər insanların kütləvi nümayişinə çıxarıldı. Əgər, SSRİ azərbaycanlıları öz mental dəyərlərində boğmaq istəsəydi, bunun üçün çox rahat propoqanda apara bilərdi.

      Sənin dediyin liberal dəyərlər üzərində qurulan “azadlığı” isə bu gün açıq gözlə görmək olur. Bir-birini əzməklə, talançılıqla irəli gedən iqtisadi sistem öz motivasiyasını məhz sənin o kağız üzərindəki liberal demokratiyadan alır.

      Və sonda onu deyim ki, SSRİ dövründən bizə qalan ziyalıları, elmi, sosial sahədə olan inkifaşı görmək üçün liberalizmin geyindirdiyi eynəkdən baxmaq lazımdır. Başqalarını zombiliklə ittiham edirsən, lakin əsl zombilik məhz budur.

  7. Dr.Triton dedi ki:

    Demək olar ki yazdıqların əksəriyyəti mənim də fikirləşdiklərim idi. Yazıya görə təşəkkür !

  8. zaur qurbanli dedi ki:

    aqshin, yazdigin cavabdan bir shey anlamadim getdi:)))
    qardashim, sen meni qaralamaq meqsedile cavab yazmisan, yoxsa dogrudan da menim sherhime cavab yazmisan?:))
    men memmed beyle ozumu harda bir seviyyeye qoydum axi???O_o
    men yazmisham ki, memmed bey kimi deyerli ve yuksek seviyyeli ziyali yetishdirdiyine gore butun ssri-e bu baximdan qiymet vermek lazim deyil, bashqa shexsler noqteyi-nezerinden de baxmaq lazimdir. sen menim canim, burda memmed beyi menim seviyyeme salan, qaldiran demirem, yaxinlashdiran ne mena chixardin?:))

    qaldi ki, esaslandigim menbelere, bunlari mehz bu cur yazmam (bilmirem, hardan oxumusham) shexsen sene erkimden ireli gelirdi. yani inanirdim ki, sen meni yalanchiliqda teqsirlendirmeyecen. men deynede ki, oxumusham, inanancan ki, oxumusham. inanamalisan demirem. oz ishindir, sadece inanacagini dushunmushdum, fikirleshmezdim ki,kibud formada seslendirsen bele deyesen, “basib-baglama da, ale, agzina geleni mernbe gostermeden yazib, menim kimi menbe gostermeden yazanla direshme” :)))

    elbette, yazdiqlaim menim shexsi fikirlerimdi, umumiyyetle men eqoizm nezeriyyesi terefdariyam. dediyim her soz shexsi fikrimdi, hetta kimdense sitat getirsem de, fakt desem de, shexsi fikrim olur, chunki bunu MEN deyirem. men deyiremse, demeli menim ifademdedir, en azi ifade terzi, sechimj mene mexsusdur. zaten senin yazin (esas metn) da shexsi fikirlerindir ve bunlara shexsi fikirlerle etiraz etmek tam normaldir.

    men ssri-ni burda muhakime edib, cinayety mecellesine esasen ceza teyuin etmek meqsedi gudmurem ki, menbeleri zadi deqiqlikle yazib maddeleri tefsir edim:)) men oz dushuncelerimi, tecrubemi, neticelerimi, qenaetlerimi bolushdum. sen istisnasiz olaraq, yalniz ve yalniz menbelere dayali fikirlerin yazilmasini isteyirsense, men bundan sonra senin blog-una yalniz dirnaq arasidna sitatlari yazaram. ama bu teklifime “yox” deyeceyine inaniram. chunki inaniram ki, sene bloguna yazilmish sherhler icherisinde bashqalarinin fikri, munasibetleri, beyenmelerini de oyrenmek daha maraqlidir, neinki her sheyi sitatlarla robot kimi ifade etmek

    bir de ki men axi qeyd elemishem, biz ele indi de zombileshdirme sistemindeyik. misal ” ssri dovrunde bize tedris edirdiler ki olkeler iki yere bolunur: inkishaf etmish ve inkishaf etmekde olan. sosialist olkeler birinci qrupa, qalanlari ikinci qrupa daxildir. indi de olkeleri iki qrupa bolurler: sirf kapitalist olkeler birinci qrupa, qalanlari ikinci qrupa daxildir:)))”

    hem de sen emosiyalarina qapilib tarixin en ugursuz muqayiselerinden birini apardin:)) – indiki azerbaycan ve ssri muqayisesini. solchu dostum, teriflediyin ssri-ni bu qeder alchaltma. camaat deyir, ssri amerika ile, butun dunya ile muqayise olunmaga layiqdir, sen ise azerbaycanin indiki rezil durumu ile ssri-ni muqayise edib o boyda dovlete elave xal qazandirmaq isteyirsen.

    bir de ki menim sherhimde toxundugum meselelere cavab vermedin. sebebi de odur ki, sen emosional yanashirsan bu sol, kommunist , ssri ve s meselelerine. memmed beyi ona gore istisna ziyali hesab edirem ki, oz ideallarinin da qusurlarini gore bilecek qeder soyuq bashla meseleye yanashmagi bacarir. istesen, bundan evvelki sherhimi bir de oxu. sora yene yaz. ya da ki, bashdan ele getsin:)

    bir teklifim var, deyirsen ki, sen hardan oyrenmisen azerbaycanda kechmish sovet vetendashlarinin ssri-e munasibetini. gel bele edek, bir gun gorushek, eynimize “press” yazilan paltar geyek, elimize mikrofon alaq (dostlar vasitesile bunlari tapmaq chetin olmaz), dushek sheherin canina. sorushaq orta ve ahil yashlilardan, gorek ssri-ni kimler NIYE isteyirler? menim evvelki dediyim sherhdeki sebebden ferqli sebeb ustunluk teshkil etse, men yaxshi eshiden sol qulagimi sene peshklesh verirem:)) eksperiment edek?

    P.S. evvelki sherhde senin ittiham etdiyin ifadeni (“bilmirəm haradan oxumuşam, amma belə bir şey yazılmışdı ki” ) cemi bir yerde ishletmishem. o da avstraliya mekterblerindeki 1911-e qederki tedrisle bagli. onu da yadima dushdu deyim, jul vernden oxumusham. ama niye deqiqliye ile bilmediyim menbeni gostermemishdim, bunu yuxarida yazdim

  9. Nicat dedi ki:

    Aha.Duzu Axira kimi oxumağa ehtiyac qalmadı.Çünkü əvvəlində gülüb hələdəmi bu düçüncəli insanlar var dedim.Bax hansı Ateizmden danşrsız ki həmiçə təhqir edirsiz.Amma Əsl muslim təhqir etməz ya dəvət edər ya da Allaha buraxar.Sadece burd Allahimin adin çəkməyim yakışmaz.Amma BAxın bir İslama gəlişimi ik dəfə sizə deyim.O vaxt din bilmirdim.Sadəcə ata babamdan olan İslam bilirdim.Oturub duşündüm.Yaxşı tutaq ki siz deyən kimi heç bir dindən olmadim.Amma öz ana ata ve s.Lap qrup yoldaşına böyüyə hörmət lazımdı,bAxın haa primitiv şeyləri dyrem .Bunlar lazımdı..Tutaq ki ƏEn məsləhətdi və əlası yalnız öz qadınına sadiq olmaqdı\Sonra Elm öyrənmək onu yaymaq..və s.Bunların hamsının əslində İslamda olduğun gördum.Yaxşı niyə bu dindən olmuyum?Aha Sizi gözəl başa düşürəm.ətrafımda DEİST ATEİST ne desen var.Amma olara hörmətim sadece özlərinə hörmət edib mənim dinimi təhqir etmemələrinə görədi.Mən burda İSLAMİ mudafiə edən deyiləm.Kifayət qədər mənnən savadlı insanlar yazmış və kifayət qədər məlumat var.Amma o DESİT və Ateistlərin çoxunda gördüyüm bi şey..AZAN SƏSİ GƏLƏNDƏ SADƏCƏ SİFƏTLƏRİNİN RƏNGİNİN DƏYİŞMƏSİ..ÇOXLARI TƏHQİR EDƏR AMMA GÖZLƏRİNDƏN QORXUNUN YAĞMASı..NƏ deyim sadece deməyim oduki Sizi inandığınız və inanmadığınızdan ayıran yoxdu.Sadəcə inanmadıqlarınızı təhqir etməyin və araşdırmadan nəsə qəbul etməyin.HƏR HALDA MİT. BERKELEY kimi universtetlərdə işləyən muellimlər bizdən daha savadlıdı.Arada olarında dindən nələr dedyin öyrənin..MƏNƏ PESSİMİSTLİK ÖYRƏDƏN HEÇ nəyi istmərəm..indi fikrinizdəndə bu dinin qapanmasında qalıb cahildi deyəssiz.Amma kifayət qədər dünyagörüş qazandırıb bu din mənə.Ona görə ATHEİZM HER ŞEYDƏN AĞILLI DEYİL.REAl olun.Hörmət edin.İnanmayın amma belə yazılar??Oxuduğunuz üçün təşəkkürlər.Hörmətlə NN

    • Aqşin Mahmudov dedi ki:

      Təhqir dediyiniz nədir? Ümumiyyətlə, bu yazıda harada yəhqir gördünüz özünüzə qarşı? Mütaliə ilə aranızın olmaması buradan görsənir ki, heç bir neçə abzaslıq həcmi olan məqaləni tam oxumamış artıq asıb-kəsməyə başlamısınız. Dindən xəbəriniz olmadığı halda, aləmə ağıl öyrədirsiniz. Sizin təzəlikcə tanıdığınız dini mən çoxdan oxuyub, tanıyıb və uzaqlaşmışam. Hər halda, üç dənə mən Quranı oxumuşam, onun içində nələr olduğunu bir ateist kimi Siz müsəlmandan daha yaxşı bilirəm. İndi isə əlinizi vicdanınız üzərinə qoyun və düşünün ki, həmin Quranı özünüz neçə dəfə oxumusunuz. Mənə deməsəniz də olar, maraqlı deyil, özünüzə aydın edin.
      Qadınına sadiq olması? Güldürməyin məni. Evdə yoldaşı ola-ola siğə elətdirmək və ya əlavə 2 qadını da evinə arvad eləməkdir sadiqlik?!
      Yanınızda olan dinsizləri deyə bilmərəm, amma azan səsi ilə, küçədə yüksək səsdə bayağı mahnı oxuyan bir maşından gələn səs arasında heç bir fərq yoxdur mənim üçün – hər ikisi də əsəbilərimə toxunur. Elə mədəniyyətsizliyin özünün bariz nümunəsidir bu hal.
      Sizin dininizdə ateizmə hörmət yoxdur, özünüzdən uydurmayın belə şeyləri. Orada ateistlər “kafirlər” adlandırılır və onlara olan münasibət Quranın özündə kifayət qədər fikir formalaşdırmaq üçün bəs edir. Reallıq isə budur. Mənə hörmət etməyən bir dinə hörmət etməyə borclu deyiləm.
      Bir də ki, Azərbaycan dilində daha savadlı yaza bilərsiniz, məncə. Yazınızı oxumaqda çox çətinlik çəkdim.

      Diqqətinizə görə təşəkkür!

  10. Nicat dedi ki:

    hmm..mənim burda mübahisə etməyə ehtiyacım yoxdu Yovşanda onca dəlillərə heç sayan mənim dediklərimi nə sayar ki..VƏ Bir kitabı ola bilər ki kimsə yüz dəfə oxusun amma onun 10.1 in dərk etsin və ola bilər ki kimsə yarısın oxusun və oxuduqlarının yarısın dərk etsin.Ona görə də gəlin kəmiyyətdən danışmayaq.Oldu təşəkkürlər.Sadəcə Borcumu yerinə yetirdim.Necə istiyirsiz elə də OLun.Uğurlar.P.S Tez tez yazdığımdan səhvlər meydana gəlir..

    • Aqşin Mahmudov dedi ki:

      Sizin dəlillərinizi şəxsən mən görməmişəm və heç saymamışam, başqa birisiylə müzakirəniz olubsa, bunun mənimlə əlaqəsi yoxdur.
      O ki, qaldı Quranı dərk etməyə, İslam bir dindirsə, savadlı və savadsız – hər kəs onu anlaya biləcək bir dildə olmalıdır.

      Sizə təşəkkürlər!

  11. zaur qurbanli dedi ki:

    anlamadim, muselman niye solchu sayta, bloga girir

  12. sapsan dedi ki:

    solçu sayt.. :))))
    sağınız da təfərrüatdır, solunuz da.. qavradığınız dın də, sosializm də, bərabərlik də.. əgər bu fikirlərinizi yumor xatirinə yazsaydınız heç olmasa üzü gülərdi oxuyanın..
    bir qrup sizdən saymadığınız insana münasibət bildirəndə ehtiyatlı olmağınız faydalı olar..
    necə ki, dindarlar özlərindən saymadıqlarına dinsiz, imansız, kafir deyib xor baxırlarsa, sizin də onlara belə kəskin münasibət bildirməklə onlardan heç bir fərqiniz qalmır.. əgər öz fikirlərinizə rəğbət umursunuzsa, gərək digər insanları da imanları və inancları ilə sərbəst buraxmağı bacarasınız..
    gəlin bir az daha bəmdən bildirək yanaşmalarımızı.. :))
    məqsəd münasibət bildirməkdirsə, gərək kimisə qıcıqlandırmayan münasibət bildirək.. yox əgər məqsəd bir qrup insanı sancmaqdırsa onda daha sosializm, bərabərlik, insan hüquqlarından cəh-cəh vuranda məntiqimizin gözlərini yummayaq..

    • Aqşin Mahmudov dedi ki:

      Eldəniz, xatırlatmaq istərdim ki, bura sayt deyil, mənim bir şəxs olaraq BLOQumdur. İnternetdə axtarış versən, bloqun mahiyyəti tamam başqa bir şeydir. Bu bir.

      İkincisi isə, sualıma cavab ver, lütfən: yuxarıda yazdığım o qədər fikirlərdən Sol adına nə tutdun? Və ya kimi nəyə məcbur eləmiş olduq? Və ya qıcıqlandırmaq dediyin nədir? Əgər, reallıqdan uzaq bir fikir görürsənsə, buyur, fikrini bilmək istərdim-)

  13. sapsan dedi ki:

    hörmətli Müəllif,
    mən Zaur Qurbanlının “anlamadim, muselman niye solchu sayta, bloga girir” yazısına münasibət bildirib “solçu sayt” sözünə ilişdim.. bundan əlavə, yazdıqlarını tez unudursan deyəsən.. :))) “bunların axırına çıxmaq lazımdır” kimi fikirlər söyləyirsən.. :))) Əli Əkbər adında çox hörmət etdiyini gizlətmədiyin bir həmkarın da inanclı adamları virusa, epidemiyaya bənzətdi.. :))) bu qıcıqlandırma deyilsə, nədir?
    bunları oxuyan və yazdıqlarınızı özünə təhqir qəbul edəcək adamlar az deyil.. bir şeyə tam əminəm ki, gələcəkdə qarşı-qarşıya gəlsəniz burda bül-büllük edən heç kim öz inanclarını dinlərini müdafiə edənlər kimi müdafiə etməyə qadir deyil.. baş verə biləcək qarşıdurmada qabaqlarından qaçacağınız bir qrup insanı qıcıqlandırmaq doğru deyil..
    başqa mövzularda yazdığım fikirlərin arxasındayam.. sizin məqsədiniz heç nəyə münasıbət bildirmək deyil, hər kəsi qarşıdurmaya sürükləməkdir.. amma yenə də bildirmək istəyirəm, sizə görə deyil bu işlər.. :))) dişinizə görə tikə seçməyiniz doğru olardı..
    gah adətlərimizə, gah gündəlik dolanışıq qayğısında olan adamlarımıza, gah dinimizə, gah tariximizə, gah ədəbiyyatımıza, gah da dəyər verdiyimiz digər şeylərə sataşmağı dəb halına gətirməyə çalışırsız.. altında qala bilərsiniz indi ehtiyatsız söylənmiş hər cümlənizin..

    təşəkkürlər..

    • Aqşin Mahmudov dedi ki:

      Eldəniz, sadəcə, çox əsassız fikir bildirirsən. Guya ki, ironik şəkildə yazını zəlil edirsən də 😀 Onu da qeyd edim ki, Zaur sənin fikrində formalaşan “Solçu”lardan deyil, ümumiyyətlə, Sol düşüncədən daha uzaq biridir. Ona görə də onun dindara bu sualı verməsi çox normaldır, özləri bilərlər.

      Bir də ki, hər halda, ətrafımdakı insanlar çox yaxşı bilirlər ki, real həyatda da mən öz fikirlərim arxasında necə dururam və hansı tərzdə sonuna kimi mübahisə aparıram. Ona görə, mənə də yox da…!

  14. zaur qurbanli dedi ki:

    shok… shok… shok… aqshinin blog-unda cihad elan olundu:)))

  15. Cəmşid dedi ki:

    Aqsin, SSRI-nin bezi şeyleriyle tamamile raziyam. Din baximindan men hec kimle sohbet etmek bele istemirem. Qaldi ki, Sovetlerdeki dine, onu ise hec bir vaxt qebul etmirem. Çunki, o dini here bir cur qebul edir ve men ise heç onu din olaraq qebul etmirem. Men Azerbaycanda yaşadiğimiz üçün sovetlerin bir çox şeyinin yaxşiliği baresinde fikirleşirem. O ki, qaldi başqa şeylere Sovetlerin sisteminde o şeyleri heç qebul etmirem. Sende bilirsen ki, Azerbaycanda hal-hazirdaki sistem Sovetlerin Azerbaycana vaxtile ettiyi siyasetdi. Düzdü bu milletden zehlem gedir, amma bir çıxış yolunu da özümüz tapmaliyiq. Bunu azerbaycandan qaçaraq deyil, ele mes savadlanaraq Azerbaycan üzerinde tetbiq etmeliyik. İnqilab haqqinda fikirleşirsen de ele mi? ele yeri gelende mende isteyirem. Razilaşarsan ki, yaranan inqilablar ele de asand başa gelmeyib. Bizde de bu inqilabi etmek ele de asand olmayacaq…Aydin düşünce ise dinin bir parçasıdı. Çünki, aydin düşünme dinle birlikde yaxşı la biler. Əks halda aydın düşünmenin de neticələri ağır ola biler….

  16. sapsan dedi ki:

    :)) gözəl yumorunuz var Zaur bəy..
    şoka düşdüyünüz hər hərfinizdən məlum olur.. “cihad elan olundu” qənaətinə gəlmək üçün gərək güclü şok yaşayasan.. keçmiş olsun.. 🙂

  17. FFM dedi ki:

    Salam Aqşin))necesen??Ela jazidi..Ama ki men oz fikrimi jazim da..manca dine qarwi tolerant olmaq lazimdi..Din dogmalardan ibaretdi ve tangida de qapali bir wejdi..Ona gore de dindarlar bir az agressiv garwilijir bele wejleri..Hem de ki dinin pis cehetderi varsa tengid elijirsansa bir az da jaxwi cehetinnen de jazmaq lazimdi..Masalan man Mahammada vehwi erebleri Imperija quran bir xalq sevijasine getirdiji ucun hormet elijirem..Hem de dinde tek oldurun demir axi..Dinde bir cox jaxwi wejleri teblig elijir..Ama ki dejiwmediji ucun, dogmalardan tabulardan ibaret oldugu ucun progress getmir dinde..
    P.S..manim ateist oldugumu da bilirsen de))

    • Aqşin Mahmudov dedi ki:

      Əlbəttə, Anar, bunu mən də demişəm, lakin dindarlar onsz da dinin bu tərəflərini olduğundan da artıq şişirdirlər, ona görə də bildirməyə ehtiyac yoxdur, məncə. Bir də ki, hər nə olursa olsun, dinin pis tərəfləri o dərəcədə çoxdur ki, yaxşı tərəflərini də gözdən salır.

  18. FFM dedi ki:

    Bir de mene bir sual maraqlidi ki eger Islam sonuncu dindise, Allah terefinnen gorunursa nija sunni, wie, elevi, sufisi var???ele nece varijdisa ele de galardi da.(qerezdi sual dejil..sadece maraqlidi )

  19. maksim dedi ki:

    Aqsin,salam!Ela yazidir. Qolunuza quvvet.Avropanin bu gun her cehetden irelide olmasinin sebebi dini sixisdirib Vatikan cercivesine salmasidir.Serqde ise din hele de dovlet seviyyesinde tugyan etmekdedir.Qardas, kim dine inanirsa inansin, oz isidir.Amma oz inamini yegane duzun inam hesab ederek butun cemiyyete sirimasin.Hele o inamin duzgun yoxsa yanlis oldugu bir terefe qalsin.
    ”Cemiyyete sirimaq” deyende men mehz dinin dovlet seviyyesine qaldirilmasini nezerde tuturam.

    • Aqşin Mahmudov dedi ki:

      Din yarandığı gündən siyasət rolunu oynayıb, bu gün də elə davam edir. Ən azından, qonşuluqda olan Türkiyənin vəziyyətinə baxmaq kifayət edir ki, bu barədə tam əmin olasan. İnanclı bir insan inancını daxilində yaşatdığı təqdirdə ona hörmət də yetəri qədər olur, lakin qarşındakı sırf sənin həyatına müdaxilə etdiyi təqdirdə artıq mövzunun rəngi tamamilə dəyişir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma