Cənubi Qafqazlıların müharibə geriliyi

Dərc edildi: Fevral 9, 2011 / Bura Azərbaycandır!

Bugünkü ölkə gəncliyinin qəhrəmanlara ehtiyacı varmı?! Qəhrəman “aclığı” yaşayan gəncliyin bu yöndə seçimləri nə dərəcədə düzgün olur? Bunu yazmaqla məqsədim heç də kiminsə seçiminə qarışmaq deyil, sadəcə, kənardan baxanda necə görsəndiyi hər zaman maraqlıdır, məncə. Günümüzdə ölkənin Ramil Səfərov və Mübariz İbrahimov kimi qəhrəmanları da var. Birinci ermənini yatan yerdə baltalayan şizofren olduğunu, ikincinin isə heç nədən erməni tərəfə keçərək əsgərliyini yola verməyə çalışan bir neçə erməni gənci öldürən zabitin olduğu hər kəsə məlumdur.

Cəmiyyətdə vəziyyət o yerdədir ki, gənclik özünə “Kurtlar Vadisi”ndən Polad kimi birini də qəhrəman seçir, Mübariz kimisini də. Millətçilərin əlində “bağırmağa” səbəb olan bu haldan siyasətçilər geninə-boluna istifadə edirlər. Hətta, bir xatırlayın ki, seçkilər öncəsi hakimiyyət hansı murdarlığı etmişdi – seçkiyə bir gün qalmış uzun müddətdir düşmən tərəfdə meyiti saxlanılan Mübarizi Azərbaycana qaytararaq özünə müsbət imic qazanmağa çalışmışdı. Bunu hazırda Mübarizi sevən hər hansısa bir gənc oxuyursa, bir anlıq düşünsün onun nə etdiyini; düşünmək lazımdır ki, sabah sən də əsgərliyə gedəcəksən, səni zorlayan bu “ölkə hakimiyyəti” orduda elə bir vəziyyət yaradıb ki, həyata gəldiyinə, ümumiyyətlə, əsgər getdiyinə peşman olursan və sadəcə düşünürsən ki, “bircə bu cəhənnəmə bənzər əsgərlik müddətini başa vurum, normal həyata qayıdım, təhsilimlə çıxım bu ölkədən rədd olum ki, heç olmasa normal bir həyat yaşayım”. Lakin, bu anda nə olur, hansısa erməni əsgəri cənnətə getmək eşqinə düşür və evinə bir məktub yazır, sonra da keçir sənin tərəfə və səni öldürür. Budur, bütün həyatın bir gülləyə dəyməyəcək qədər bəsit bir şəkildə sona çatır. Planların, gələcək həyatın və s.-in üstündən yağlı bir xətt çəkilir. Hal bu ki, biz çoxumuza da məlum olan bəzi şeylər var: məsələn, erməni və azərbaycanlı əsgərlərin cəbhə bölgələrində bir-birilərinə siqaret verməsi, birlikdə çaydan su götürməyə düşməsi və s. halları çox tez-tez var. Çünki, onlar gəncdirlər, onlara bu iyrənc söhbətlər gərək deyil, onlar bir ömürlərini hansısa siyasətçilərə görə hədərə vermək istəmirlər.

Bu cür səbəblərə görə qırğın salmaq cəfəngiyyatdır, mənasızlıqdır, debilizmdir! Məgər, bizlər bunun üçünmü dünyaya gəlmişik? Bütün həyat məqsədimiz bir-birimizi milliyətinə görə öldürməkdirmi? Yəni, insan bu dərəcədə cılız zehnə malikdir? İnsan həyatı bu dərəcədə bəsit səbəblərdən sona çatmalıdırmı?! Ermənistanda da vəziyyət heç də bizimkindən yaxşı deyil, əksinə, orada daha bədbəxtçilikdir. Erməni gənclərinin çoxu Qarabağ filan hərləmir, ölkədən canlarını qurtarmaq, daha normal düşüncəyə sahib bir cəmiyyətdə yaşamaq istəyirlər, çünki onlar da dünyaya gözlərini açandan ailədə, məktəbdə və s. beyinlərini faşist düşüncələrlə yumağa başlayırlar. Təmiz insan sevgisindən uzaq qalmağa və insan öldürmək üçün formalaşdırılmağa başlayan manqurt təbəqəsinə çevrilirlər, necə ki, eynisini də bizim cəmiyyətdə edirlər. Ömründə bir dəfə erməni görməyən azərbaycanlı yeniyetmənin danışığı ilə yaranan təsvirlərə baxanda, erməni buynuzu, quyruğu olan bir canlıya bənzəyir az qala. Bütün bir xalqa mənsub hər bir insana ayrılıqda “pisdir” demək insan şüursuzluğunun pik nöqtəsidir. Belə baxanda, Qaçaq Nəbinin bir oturuma iki cöngə yeydiyini deyən bir keçmişi olan xalq (ən əsas da bu xalq Qafqaz xalqıdırsa), bu gün 4 erməni öldürən Mübarizi ilkin şaiyələrdə 200 erməni öldürməsi deyirsə, burada qəribə heç nə yoxdur. Ya da XXI əsrdə yaşamasına baxmayarq, hələ də “Velikaya Armeniya” iddiasında olan bir xalq bunu edirsə, elə eyni zibildir. Çünki, beyin düzgün işləmir, hər zaman özünü bu cür mənasızlıqlarla cismən varlığını sübuta yetirməyə çalışır. Uzun illərdir bu qırğınlara yönələn hər iki xalq tarixin diblərində çürüyüb, yaxşı ki, 80 il Sovetin tərkibində olub da bir az mədəniləşdilər, yoxsa indi vəziyyət necə olardı, heç düşünmək belə istəmirəm. Heç nə yox, bir də çönüb Gürcüstana baxmaq kifayətdir. Rusiyanın acığına maariflənməyi, prinsipə girən bir xalqı görəcəksiniz qarşılığında. Utanmaq lazımdır sadəcə.

Bir il öncə corablarının, köynəklərinin üstündə serial qəhrəmanının şəklini gəzdirən bir gənclik bu gün oxuduğu universitetin partasına “Mübariz” adını cızırsa, taxdığı saatın içində şəklini gəzdirirsə, qız tutmaq üçün sürdüyü “nolyeddinin” arxasına onun şəklini vurursa, vəziyyətin necə KÜTləviləşdiyini görmək heç də qəliz məsələ deyil. Bu yazımı oxuyan millətçilərin mənə birinci vuracağı ənənəvi damğa olan “ermənipərəst” olacağından əminəm, çünki onların hamar, qırışdan məhrum olan beyinlərinə çatmayacaq ki, bu cür davam etməyin axırı yoxdur, insanlıqan uzaq düşürük gündən-günə, kimlərinsə idarəsinə məhkum qalmışıq və onlar da bu vəziyyətdən geninə-boluna istifadə edirlər. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” yox, torpaq uğrunda ancaq şüursuz heyvanlar bir-birilərini öldürə bilərlər, çünki cütləşmək üçün onlar öz ifrazatları ilə müəyyən bir ərazidə sərhəd çəkirlər, ora girən başqa erkəklərlə vuruşurlar. İndi kənardan bir baxın, şüursuz heyvandan fərqimiz nədə olur bunu edəndə? Torpaq uğrunda ölən varsa, ən azından Vətən deyil, çünki Vətən dediyimiz mövhum əslində dövlətdir, məşhur bir sitatda deyildiyi kimi, dövlət isə öldürməyə başlayanda “Vətən” adlanır. Natamamlıq kompleksindən hər zaman əzab çəkən Qafqaz xalqlarından olan ermənilərlə azərbaycanlıların bu cür torpaq iddiaları və vətən nidaları tarixdə hər zaman onları geri salmağa, inkişaf etmiş xalqlardan ən azı 200 il geri qalmalarına səbəb olmuşdur. Vətən bütün düynadır, hansısa ərazi vahidi yox. Sabah Yer üzünə meteora düşsə, Ermənistanı partladıb da Azərbaycanı havada saxlamayacaq, sabah qlobal istiləşmə başlayanda bütün Dünya bundan əziyyət çəkəcək, təkcə Ermənistan yox. Şərəfsiz siyasətçilərin şahmat lövhəsində piyada (peşka) rolunu oynamaq hələ də xoşunuza gəlirsə, o zaman təhtəl-şüurunuzda ciddi-ciddi problemlər yaşadığınız anlamına gəlir.

Advertisements
şərhlər
  1. Partizan dedi ki:

    müəllim.. uzun sözün qısası.. səni doğru anladımsa ağlı başında olan məməlilər vətəni sevirlərsə dövlətin tərəfində deyil, dövlətə qarşı savaşmalıdır.. eləmi?

    • Aqşin Mahmudov dedi ki:

      Əlbəttə. Hər şey məhz dövlətin səni istifadəsindən başlayır. Əks halda, bu qədər insan qırğını, müharibələr, itkilər heç kimə gərək deyil. Bir və ənənəvi sözlə, FUCK GOVERNMENT!!!

      • Partizan dedi ki:

        yenə səni doğru anladımsa sən inqilaba çağırırsan.. Azərbaycan gerillasına çağırırsan.. doğrumu? Axı mən biləni solçular seçki-meçki bilmir.. Elə deyil?

      • Aqşin Mahmudov dedi ki:

        Yuxarıda yazdığın axırıncı şərhi görməmişdim + uzun müddət idi ki, bloqa fikir vermirdim. 2010-cu (sonuncu) ilə kimi yenə az da olsa, seçkilərin nəyisə dəyişdirəcəyinə dair “ümidfason” bir şey var idi, amma sonuncunun da nəticəsi onu göstərdi ki, bu ölkədə heç nə öz-özünə və Qərbin demokratiyası yoluyla dəyişəsi deyil.

  2. Anar dedi ki:

    Camaata başa sala bilmədim ki, bu kişi cənnət qazanmaq üçün, seyidlik borcu olduğundan böyük günaha batmağının qarşısını almaq üçün şəhid olmaq istəyib. Kalendarı da çıxıb, yuxarı sağ küncdə məktubunun orfoqrafik düzəlişi və aşağıda şəhid olmuş imamların tarixi ilə birlikdə. Otağımın bir guşəsinə vurmaq istəyirdilər hələ.

  3. Anar dedi ki:

    “Vətən, uğrunda ölənlər üçün darıxmışdı” başlıqlı pulsuz kalendar =) Çəkirlər də kino, ansdə də gedir deyəsən.

  4. Kannibal dedi ki:

    Məqalə əladı..azərbaycanda qara millətin bunun bir piar olduqunu anlamaqı üçün beyniləri həddən artıq uzun vaxtda dövlətin hazirladıqı sidiydə qaynadilib..heç özləridə bilmirlər nə danışırlar hansı həyatı yaşayırlar..ona görə onların yazdıqlarının sadəcə delete düyməsini basmaq qədər əhəmiyyəti var..))

  5. FFM dedi ki:

    Gozel bir film var “Scastlivogo Rozhdestva”(Joyeux Noel) Kristian Karionun filmidi..1 ci dunja muharibesi vaxti cebhede dojuwen esgerler Miladi qejd elijir hamisi bir jerde.Orda rezhissor adi esgerin sijasetci ucun olmej istememesini cox gozel verir..Hem de real hadiseler esasinda cekilib..

  6. Elshen Amirov dedi ki:

    Bu veziyyetden ise ANS ele meharetcesine istifade edir ki. ANS ozunu ele aparir ki, Qarabagh problemini guya ancaq onlar yada salir, onlar duzgun melumat verir. ANS olmasa guya bizim coxdan Qarabaghi unutmushduq. Hemcinin qehremanlardan, shehidlerden verlishler, klipler hazirlayib reytinqlerinin qalxmasinda istifade edirler. Ele duz deyirler ki, metbuat cemiyyetin guzgusudur. Atv ve ANSe baxanda her shey melum olur.

    • Aqşin Mahmudov dedi ki:

      ANS bu yöndə bütün sonuncu variantlara əl atır, əsl faşizm təbliğatı ilə məşğuldur bu əclaflar. Hətta, insanları Qarabağdan iyrəndirəcək dərəcədə edirlər bunu, ondan sonra da qınayırlar ki, bu mövzunu lağ-lağı obyektinə çevrirsiniz deyə.

  7. Orkhan dedi ki:

    yazi da eladir

  8. Anar Musayev dedi ki:

    Razi deylem,esil cinayetkarlar muharibeni yaradanlardir,yani araya milletcilik toxumlarin sepib muharibeni alovlandiranlardir…amma bu gun madam muharibedeyik muharibenin oz qanunlari var onunlada hereket etmek lazimdir.Stalin muharibenin ortasinda deseydiki GELIN HUMANIST OLAQ DUSMENI OLDURMEYEK onda yaginki Fasistler indi dunyani mehv etmisdiler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma