Şəffaf təhsil

Dərc edildi: Fevral 17, 2011 / Layihələr

Şəffaf təhsil?! Nədir şəffaf təhsil? Əslində, Azərbaycanda adı mövhumi anlam daşıyan bu ifadənin günün reallığından necə xəbər verdiyi hər kəsə məlumdur, ən əsas da müəllim və tələbələrə. İndiysə bir az bu haqda danışmaq istərdim.

İlk öncə gəlin, təhsil sisteminin özünə diqqət yetirək. Güclü təhsil sistemi hansı ölkələrdədir və onlarda bu sistemin olmasına səbəb nədir, bir az aydınlaşdıraq. Ölkədə təhsilin güclü olması orada gəncliyin inkişafı, inkişaf edən gəncliyin isə intellektual snob olmamasından xəbər verir. Hansı ölkələrə belə gənclik lazımdır? Söhbət öz haqqlarını bilən, onlar üçün hər zaman mübarizə aparan, intellektual və ən əsas da heç bir statusu olmayan adi bir tələbənin gələcəkdə ölkənin hakim təbəqələrində öz ağlı ilə idarəçi olması anlamına gələn gənclikdən söhbət gedir.

Bu tip gənclik bürokratik idarəetmə sisteminə malik ölkələrə gərəkli deyil və gəncliyin bu cür ərsəyə gəlməsi bürokratlara baş ağrısından başqa bir şey olmadığı üçün, hər cəhdlə bu cür inkişafın qarşısı alınır. İnkişaf etməyən gənclik isə gələcəkdə əzilməyə, təhkimçilik hüquqları ilə idarə olunmağa məhkumdur. Bu cür insanlardan ibarət olan kütləni isə idarə etmək istənilən halda çox asandır.

Bu dediyim qeyri-şəffaf təhsilin ümumi düsturu idi desəm, heç də yanılmış olmaram. Çünki, ölkənin əsas sütunlarından biri də məhz təhsildən ibarətdir. Şəffaf təhsilin ilkin göstəricilərindən biri də məhz rüşvətsiz, korrupsiyadan uzaq bir tərzdə formalaşdırılmasıdır. Bu gün hər hansısa bir tələbə qiymət almaq üçün müəlliminə rüşvət təklif edirsə, və bu rüşvət qarşı tərəfdən normal şəkildə qəbul olunursa, ən əsası isə, bütün bunlardan universitet rəhbərliyinin agahdırsa, o zaman vəziyyət həqiqətən də çox bərbaddır.

Kimdir bu cür korrupsiyaya göz yuman? Həmin müəllim aldığı rüşvətdən dekanlığı “görməsi”, dekanlıq isə bütün bu yığılan pullarla Təhsil Nazirliyinin “haqqını” verməsi, həmin nazirlik də daha üst pillələrə “müraciət etməsi” çox anormal bir ierarxik vəziyyət yaradır. Təbii ki, öz ciblərini gözləyən məmurlar isə bundan faydalanırlar, olan isə ölkə gəncliyinin ümumi timsalında Azərbaycanın təhsilinə olur. Çünki, onlara savadlı cəmiyyət lazım deyil, savadlı insan sabahın üsyankar insanıdır. Haqqını tələb etməyi bacaran bu cür gənclər fərdi olaraq sıxışdırıldıqları üçün ölkədən kənara çıxmaq, daha sivil cəmiyyətdə yaşamaq istəyirlər.

Əgər, bu gün öz savadı ilə oxuyan tələbə rüşvət vermir deyə rüşvət verən tələbədən qat-qat aşağı qiymət alırsa, təbii ki, bunun özü də başqa cür demotivasiya amilidir. Bunların qarşısını almaq üçün tələbələr həmrəy olmalıdırlar. Bu isə hazırda çoxluğun düşündüyü kimi qeyri-mümkün bir şey deyil. Bunu etmək üçün hər bir tələbə induvidal olaraq özündən başlamalı, bir fərd kimi özünə hörmət qoymağı bacarmalıdır. Düşünməlidir ki, bu gün rüşvət verirsə, sabah bu cəmiyyətdə onun da digərlərindən heç bir fərqi olmayacaq. O da əzilənlər sırasında olacaq və normal cəmiyyətdə yaşamaq üçün öz ölkəsindən uzaqlara qaçmaq məcburiyyətində olacaq. Lakin, çox təəssüflər olsun ki, özüm də daxil olmaqla, bir çox tanışlarım bütün bunları bildikləri halda, hələ də əsas sütunu korrupsiyadan ibarət olan sistemin hərəkətverici çarxlarından biri rolunu oynayırlar. Bəzən çıxış yolunun olmaması, bəzən isə təklikdə mübarizə apara bilməmək tələbəni sözün əsl mənasından öz prinsipləri önündə sındırır.

Bu gün gənclər öz potensiallarını gizlətməməli, təhsilə daha çox zaman ayıraraq maksimum dərəcədə öz savadları ilə qiymət almaları üçün çalışmalıdırlar. Bundan əlavə, tələbələr arasında birlik də mütləqdir. Əgər, hazırda bizdən rüşvət tələb olunduğu halda onu mən verməsəm, sən verməsən və digərləri ilə birlikdə heç kim verməsə, bu qədər tələbəni birdən sıxışdırmaq, nə də ki, universitetdən xaric etmək mümkün deyil. Ona görə də hörmətli tələbə həmkarlarım, gəlin, bu ədalətsizliyə qarşı radikal mövqe tutaq və sonuna kimi də mübarizə aparaq, gələcək nəsillərə də bu ənənəni ötürək. Özünün güclü olduğunu hiss edən insan gələcəkdə hər istədiyinə müəssər ola bilər. Bir sözlə, ŞƏFFAF TƏHSİL üçün bir olaq, əlimizdən gələni əsirgəməyək!

Advertisements
şərhlər
  1. Ramil dedi ki:

    Şəffaf təhsil istəyən tələbə özü gərək korrupsiyaya şərait yaratmaya. Bunu üçün isə ən azı verilmiş fənləri mənimsəməlidir.

    • Aqşin Mahmudov dedi ki:

      Bizim universitetlərdə tədris olunan fənnləri müəllimlərin özləri düzgün formada mənimsəyərək tələbəyə çatdıra bilmirlər. Tələbə ədəbiyyatı qeyri-dəqiq və uyğun olmayan mənbələrdən tapır, bu mövzuda tələbələri də qınamaq olmaz.

  2. chinara dedi ki:

    raziyam ama ele telebeler de varki imkan vermirler axi ki tehsili seffaf olsun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma