YAPana belə YAParlar…

Dərc edildi: Aprel 4, 2011 / Bura Azərbaycandır!

Ölkədə və ümumiyyətlə, cəmiyyətdə dayaz düşünən insanların sayı gündən-günə artmaqdadır sanki. Bilmirsən ki, burada KİV-ləri qınayasan, yoxsa başqa kimi. Axı bizlər də həmin məlumatları alırıq, niyə bu cür düşünmürük?

Bu barədə bir öncəki yazılarımda kifayət qədər fikir bildirdiyimi düşünürəm. Bu gün isə yazını qısa və konkret edərək birbaşa mətləbə keçmək istərdim.

İki gün öncə “2 Aprel – Qəzəb Günü” adlı müxalifətin aksiyası baş tutmuşdu. Hər zamankı kimi aksiyada tutulan insanları, müqavimət göstərənləri və hakimiyyətin həmişəki kimi fikir və söz azadlığına qarşı qərəzli mövqeyini daha qabarıq şəkildə göstərmək olar.

Bu hadisələrin fonunda müxtəlif fotolar çəkildi, videolar hazırlandı. Amma onların içində daha çox yaddaqalan bir video Əhməd Muxtar tərəfindən lentə alınıb.

Bakı Jurnalistika Məktəbində mənə bu videonu Əhməd göstərəndən sonra rusların çox məşhur bir xalq məsəli yadına düşdü: “И смех, и грех”.

Deməli, hadisə Mərkəzi Bakın yaxınlığında qeydə alınır. Yoldan keçən təsadüfi bir qadın izdihamı və çəkilişi gördüyü halda yaxınlaşaraq Əhmədə öz problemini danışır. Çətin sosial vəziyyətini göz yaşları içində danışan qadın şikayət edir, hakimiyyətdən narazılığını bildirir. Bu zaman başqa bir qadın həmin yerə yaxınlaşaraq tamamilə əks fikirlər söyləyir, işləmədiyi halda şəhərdə 4-5 yerdə evinin olduğunu söyləyir və bir sözlə, hakimiyyətə məttahlığını gizlətmir.

Bu etdiklərinin əvəzində nə qazanır, daha mən şərh vermək istəmirəm, sadəcə olaraq, videonu mütləq sona kimi izləyin. Əmin ola bilərsiniz ki, müxalif düşüncəlisinizsə, nəticədəki görüntü ürəyinizə yağ kimi yayılacaq.

Adama deyən gərək ki, sənə lazım idi bu məttahlıq?!

Advertisements
şərhlər
  1. biowaterfowl dedi ki:

    Ürəyim ağrıdı… 😦
    Biri deyir, Novruz bayramında süfrəyə kartof qızardıb qoydum
    Digəri deyir, 3-4 yerdə evim var, Novruz bayramında da yardım almışam..

  2. Xəyalpərəst dedi ki:

    Arvadın halına ürəyim ağrıdı. Bizim millət pis yaşayır. Təhsil pis, rüşvət baş alıb gedir, bizdə heç kim oxumur ki, – “sonda pul verəcəm dəə.” Əsgərlikdə ciddilik yox, hərə öz kefində. Halbuki hərbi dərs müəllimimiz dərsə elə ciddi yanaşır ki, deyərsən, ordumuz gündən-günə güclənir. Niyə seçkilərdə 99% YAPçilar seçilir, 1% Müsavat? Mən siyasətçi deyiləm və siyası partiyalardan da başım çıxmır. Amma xalqın vəziyyətini görəndə susmaq olmur.. Evdəki vəziyyətimizdən bilirəm. Əvvəllər atam yaxşı maaş alırdı, indi isə yox. Niyə? – çünki başlayacaqları işə təməl atılmalıdır, hələ təməl atılmayıb. Bəs dövlət düşünmür ki, insanlar nə yeyir, nə içir? Atam işıqpulunu, qazpulunu dəqiqləşdirir, ayın sonuna qədər bütün kreditləri güclə çatdırır. Hələ imtahan vaxtımda 250 manatı kimdən borc istəyir, bilmirəm. Hələ belə insanları görəndə danışmağa utanıram, halımıza şükr edirəm.
    Novruz bayramında yardım alanda nə olur ki? Bir qutu ərzaq, vəssalam? Liviyada Hər yeni doğulan uşağa 7000 dollar müavinət verilir, Azərbaycanda isə əksinə. Həkim sıxışdırır vətəndaşı ki uşağın olub, şirinlik payla.. Nə deyim e vallah, bilmirəm…

    • Aqşin Mahmudov dedi ki:

      Tamamilə dəqiq vurğuladınız. Həmin bu tip problemlərin bir az başqa və çox zaman da tipik formaları orta statistik azərbaycanlı ailələrin çoxunda var. İnsanlar yaşamaq bir tərəfə, sanki sürünməmək üçün əllərindən gələni edirlər ki, birtəhər həyatlarını davam etsinlər. Bəzi şərəfsizlər isə anlamırlar ki, bütün insanlar da, özləri də bu dünyaya yalnız bir dəfə gəliblər, partlayana kimi yığmaqla heç birini o biri dünyaya aparmayacaqlar, paylaşsalar, özləri kimi bir çox insanlar da normal yaşayarlar. Amma bu xalqın da səbir kasası bir gün daşacaq, bunu hiss etməmək qeyri-mümkün deyil.
      Diqqətinizə görə təşəkkür edirəm!

  3. Orkhan dedi ki:

    Allah komeyi olsun.. bunu gorende biz oz derdimize shukr etmeliyik..

    • Aqşin Mahmudov dedi ki:

      Özümüzdə şükür etməli nə var ki? Belə davam etsə, bizlər də həmin insanla eyni vəziyyətə düşəcəyik, hələ yaşımız işləməyə imkan verir sadəcə.

    • JR dedi ki:

      Shukr acizlerin ishidir. Siz hech dinden shukru de derk ede bilmirsiniz ve ne zaman shukr edildiyini de bilmirsiniz. Allah demir sen tox iken qonshun ac olanda mene shukr ele. Allah sene demir invalidi gorub onun halinin yanaraq mene shukr ele. Bunu kim deyibse chox boyuk sehv edib. Sen o invalidi gorub ona yardim ede bildiyin uchun shukr elemisen, daha onu gorub ozunun bu veziyyetine gore shukr elemek eqoistlikdir, ozunu beyenmishlikdir. Shukru eleye bildiklerini eledikden sonra shukr elemelisen, daha baxib eleye bilmediklerin uchun yox. Mezlumun yaninda olaraq komekliyini gosterdikden sonra shukr elemelisen. Hech olmaya sahib oldugunuz dini az da olsa qavrayin daha sonra danishin. Men hech vaxt shukr elemerem bunlari gordukden sonra.

  4. Elmar Che dedi ki:

    Orxan şükür etməmələyik. Bunları görüb, daha da hiddətlənməliyik. Biz azərbaycanlılar nə vaxta kimi ancaq özümüzü fikirləşəcəyik?? Bir baxın da. Bu gün bu qadının başına gələn, sabah zəmanət vermirki sənində başına gəlməsin. Mübarizə və müqavimət göstərmək lazımdır. Əsl şükür bax budur

  5. Aygül Aliyeva dedi ki:

    Ürəyim gedir belə kadrlar üçün. Bir fragment yadıma düşdü, 2010-cu ilin qış aylarında bolluca qar yağmışdı. Müxtəlif kanallardan repartyorlar küçələrə tökülüb insanların qara reaksiyasını xəbərlər verilişi üçün çəkirdilər (lazımsız bir şeydir). Repartyor kamerayla bir qadına yaxınlaşdı, ondan yağan qar üçün ilk təəssüratlarını soruşdu. Qadının cümlələri təxminən belə idi: “Biz çox sevinirik, bu cür gözəl qar yağıb, bəli, çox gözəldir… biz cənab İlham Əliyevə öz minnatdarlığımızı bildiririk… (birdən duruxdu)”. Qadın nə isə də, bu canlı bağlantı deyildi, sonra bu kadrları gətirib yayımlamışdılar. Düzü biz güldük amma hiss elədim ki, onun üçün utandım.
    Əhməd’in kamerasına, Aqşin’in əlinə sağlıq.

    • Aqşin Mahmudov dedi ki:

      Aha, cənab prezidentin uğurlu siyasəti nəticəsində ölkəyə qarın yağması baş tutub 😀 Dəhşət vəziyyətə uğrayıb bu camaat, həqiqətən, söz tapmırsan bunlara ad verməyə. Hələ bir vətəndaşın öz haqqı olan bir şeyə görə prezidentə təşəkkür etməsi halı da çox yayılıb bizim cəmiyyətdə. Büyün bunlara səbəb isə kütləvi savadsızlıqdır, başqa heç nə.
      Diqqətinə görə təşəkkürlər, Aygül!

  6. Ayten dedi ki:

    səncə o sarı rəngli saçı olan qadın düz danışır?

  7. Xəyalpərəst dedi ki:

    Allah bütün dünyaya yetəcək qədər sərvət verib. Lakin bəzi insanlar heç bəlkə də doğulmayacaq kötükcələri üçün indidən yığırlar. Adicə heyvanlara, quşlara baxaq. Onlar necə dolanırlar? İnsanlarsa acından ölür. Çünki haqqımızı yeyirlər. Televizor bağırır ki, dövlət büdcəsi 12 dəfə artıb. Nəyimə lazım? Statistikanı əzbərləyib nə qazanıram? Artıbsa, bir yerə 10 dəfə asvalt çəkib sonra qazdırmaqdansa, kasıb kusuba paylayın da. Neft bol olanda belə edirlər? Çox danışmaq istəmirəm.. Hamı görür, amma çoxu susur qorxduğuna görə. Biz cavanlar da gələcəyimizi qurmaq istəyirik. Şəxsən mən ömrümün sonunda 70 manat təqaüdlə dolanmaq istəmirəm. Bunu heç kim istəmir. Prezident təqaüdlü tələbə 100 manat sdipendiya alırsa, ömrünü dövlət işində çürütmüş bir qoca niyə 70 manat təqaüd almalıdır? Maaşlar gecikir, sdipendiya gecikir, həvəslə bankomatdan pul çıxartmağa gedirsən, görürsən ki, pulunun 10%-ni kəsiblər. Vallah, çox şey görürəm. Gərək bir gün oturub qələmə alım hamısını..
    Yeni materiallarınızı gözləyirəm. Təşəkkürlər!

  8. Anonim dedi ki:

    Mən sizi başa düşə bilmirəm, indiyə qədər harda idiniz, Misirdə, Liviyada hadisələr baş verdi və üzə çıxdınız. İndiyə kimi hər şey yaxşı idi, indi nəsə oldu. Qaldı əhalini dolanışına, siz istədiyiniz nədi?? Neftdən gəlirlərimiz var onları istəyirsiniz?? İnflyasiya deyilən bir şey var, oda əhalidə pulun artıq olmasıdı, pul var xərcləməyə yer yoxdur. Durub pul istəməynən məsələ həll olunası deyil. Azərbaycan yeni yaranmış dövlətdi, bizi digər dövlətlərlə müqayisə etməyin, hər şey zamanla daha da gözəlləşəcək. Hakimiyyəti devirmək istəyirsiniz?? Niyə?? Kim gəlsin hakimiyyətə, mənə Lider göstər məndə səninlə gəlim…Mən dövlətimnən razıyam, heç kimdə bunu yaltaqlıq kimi qəbul eləməsin. Öz fikirlərimdi, fikrimədə hörmətlə yanaşma tələb edirəm.

    • Aqşin Mahmudov dedi ki:

      Necə yəni indiyə qədər harada idik? Bəs öldürülən və həbs edilən jurnalistilər, ölkədə sıxışdırıldığı üçün xaricdə sığınacaq istəyən siyasət adamları, insanların gündən-günə daha da ağır yaşaması, ölkədə cinayətkarlığın və işsizliyin artması Sizə heç nə demirmi? Bəlkə də demir, çünki Siz bunlardan uzaqsınız, vəziyyətiniz isə elədir ki, bunları ya görmürsünüz, ya da görməməzlikdən gəlirsiniz. Neftdən gələn gəlirləriniz mənasız işlərə sərf olunur, prezidentin Dubayda mülklərinə yönəlir. Ölkədə infilasiyaya AzTV, Lider TV kimi şərh verdiniz lap. İqtisadiyyatdan və ölkədəki vəziyyətdən azca anlayışı olan hər kəs bilir ki, inhisarın, monopoliyanın olması, pulların yalnız bir yerdə cəmləşməsinin səbəbidir infilasiyanın hiss edilməməsi. Azərbaycan yeni yaranmış dövlət deyil. Üzünüzü çevirin Estoniya, Latviya, Litva kimi keçmiş possovet ölkələrinə baxın, sonra müqayisə aparın, daha Ermənistan kimi heç bir iqtisadi gücü olmayan ölkə ilə yox. Ən azından, Gürcüstana baxaraq utanmaq lazımdır. Ölkədə gənclərə lider olmaq imkanı verilirmi ki, kimsə də hakim olaraq öz sözünü deməyə çalışsın? Müxalif düşüncəli gənclərə 5 ildən bir 4 dəqiqə söz verilir, bununlamı müəyyən edəcəksiniz? Ölkədə nə qədər yeni düşüncəli, inkişaf etmiş gənclərin olduğundan xəbəriniz olsaydı, belə deməziniz. Bizim cəmiyyət hər zaman klişelərlə yaşamağa, boyunuduruq altında sürünməyə, ierarxik quruluşda başlarının üzərində diktator rolu oynayan idarəçilərə öyrəşib, ona görə də bu fikirləri kökündən dəyşdirmək, demokratik bir vəziyyət yaratmaq hələm-hələm müşkül məsələyə çevrilib.

    • JR dedi ki:

      Chox uzr isteyirem amma men sizin bu dushuncelerinize hech cure hormet eleye bilmirem odur ki, yazacaqlarim chox sert olacaq.

      Birincisi siz deyesen fil qulaginda yatmisiniz ve indiye kimi harada idiniz deyirsiniz. 1998-ci ilden (hele menim ozum ishtirakidir bu) bu yana camaat meydanlardadir. Her il mitinq olubdur. Etiraz olubdur. Sizin xeberiniz yoxdur, chunki baxdiginiz ele oz kanallarimizdir, hech neden de xeberiniz yoxdur. Iqtisadiyyatdan hech xeberiniz yoxdur, gelib burada ehkam kesirsiniz. Inflasiyanin nece yaranmasindan xeberiniz yoxdur, birce camaatin maashini qaldirdiqda, haqli olaraq oz pensiyalarinin qaldirilmasini isteyende inflasiya yadiniza dushur. Siz ne dediyinizi ferqindesiniz? Inflasiya ile ishsizliyin elaqesini bilmirsiniz, Pareto effektinden xeberiniz yoxdur, gelib inflasiyadan danishirsiz. Nece olur ki, bazarda her sheyin qiymeti qalxanda inflasiya qalxmish olmur, ancaq camaatin maashini qaldiranda inflasiya qalxmish olur? Gedin zehmet deyilse iqtisadiyyat oxuyun, sonra inflasiyadan danishin. Camaat evine chorek ala bilmir, deyirsiniz ki, camaat xerclemeye yer tapmir. Siz camaatla hakimiyyeti sehv salmayin. Hem de burada pul isteyen de olmadi. Azerbaycan yeni yaranmish dovletdi deyerek ozunuzu aldadin, bizi deyil, ne de camaati aldatmayin. Gozumun ikisi de aydin yeni yaranmish dovletdi. Bes 20 ildi ne pox yeyir bu dovlet? Nece olur, muxalif dushunceliler bir shey deyende, hakimiyyetdekiler bashqa dovletlerle ele ABSh-la muqayise edir, biz eleyende elemeyin mesleheti verirsiz? Azerbaycan kimi choxlu yeni yaranmish dovletler var. Ele Aqshin burada adlarini chekdi, onlar da eyni taleyi yashayib da 70 il bizimle birlikde. Niye onlar bizden one keche bildiler, biz yox? Nece olur ki, Gurcustan bizi 10 addim gerisinde qoydu? O da yeni yaranib da. Hakimiyyeti devirib xalqi hakimiyyete getirmek isteyirik. Siz meger qoyunsunuz ki, qabaginiza bir kechi salib onun gotunu iyleye-iyleye onu izlemek isteyirsiniz? Nece olur ki, adi kralliq olan olkelerde demokratiya movcuddur, ancaq adi demokratiya olan olkelerde demokratiya movcud deyil? Nece olur ki, hemin olkelerde kral simvolik xarakter dashidigi halda hakimiyyetde konkret bir lider olmayaraq da olke daha da inkishaf edir? Ozunuzun dar pencerenizden eyni sheylere baxmaqdan yorulmadiniz artiq? Aztv 20 ildi eyni sheyi gosterir. Neyime lazimdir, Ilham hansi zavodun, yeni qoyulmush tualetin lentini kesir? Neyime lazim bir yolu 10 defe asfaltlayirlar, bu xiyar da gelib 10 defe eyni yern lentini kesir? Bu harasiyla dushunur o lenti kesende? Sizin fikirleriniz yaltaqliq deyil ee, lap biabirchi fasonudur. Korluqdur, vurdum-duymazliqdir, fil qulaginda yatmaqdir. Men tox olum ozgeler ac olsun demekdir. Mene deymeyen ilan 40 yashasin demekdir. Gerek size de hakimiyyet birbasha sizin shexsen ozunuze ziyan vermelidir ki, siz de etiraz edenlere qoshulasiniz? Gelecekde ovladiniza ne cavab vereceksiz? Bunlari dushunursunuz? Vicdansiz, vurdum duymaz oldugunuzu ovladlariniza da ashilamaq isteyirsiniz? Onsuz da hazirki Azerbaycan toplumu ograshlashmaqla meshguldur, konkret olaraq ograshlashir. Siz de bele cemiyyete, bele bir gelecek isteyirsiniz ovladlariniza? Neye gelmisiz bu dunyaya onda?

  9. Mələk Abdinova dedi ki:

    eee rəyləri oxudum , ümumiyyətlə gözlərim doldu :((((( Xəyalpərəst :((

  10. Xəyalpərəst dedi ki:

    “Pul, kredit və banklar” fənni müəllimimiz də inflyasiyadan danışır. Dövlət birdən-birə maaşları qaldıra bilməzmişş.. Biz demirik ki maaşları qaldırın 50%, bu mümkünsüzdür, heç olmasa, azca qaldırın və pulu vaxtında verin, camaat işini bilsin.!! Pul var və xərcləməyə yer yoxdur? – Vallah, siyahı tuturam ki, ayın sonunda alacağım 30ca manat tələbə təqaüdü ilə özümə nəsə alım, atamdan pul istəməyim.. İqtisadi Nəzəriyyə 15 manatdır və bizim təqaüd – 30 manat. Və ya, siz doğru deyirsiniz, pul başımızdan aşır, amma camaat acından ölür, çünki hökümət o pulları şəhərdəki metlaxlara xərcləyir. Ya da anlamsız heykəllərə. Şəhər içində addımbaşı bir fəvvarə var. Amma ziyalılarımızın heykəlləri yavaş-yavaş aradan götürülür.. Yenə deyirəm, mən nə müxalifətçiyəm, nə iqtidar tərəfi. Mən millətpərəst insanam..
    Bir də Aqşin, siz yuxarıda düz vurğuladınız, “Məndən ötdü, qardaşıma dəydi”. Anonim yazan şəxsin düşüncəsi də bununla bağlıdır. Toxun acdan nə xəbəri?

  11. Elshen Amirov dedi ki:

    Anonim, siz necə savadsız yazırsınız. Azərbaycanda Rövşən Cavadov susdurulanda Misirdə, Liviyada inqilab olmuşdu. 1998-ci ildə kütləvi mitinqlər olanda sosial şəbəkələr, internet varıydı bizimkilər xəbər tutmadı. Sadəcə cari iqtidar hər dəfə susdururdu. Bu vəziyyətə susmaq olmaz.
    İkincisi, deyirsiniz Azərbaycan yeni dövlətdi. Bəli, dövlət olaraq yenidi. Amma Azərbaycan iqtisadiyyatı XIX əsrin ortalarında formalaşan iqtisadiyyatdır. Azərbaycanda qurulan sənaye müəssisələri heç Avropa ölkələrində də yoxuydu. SSRİ dövründə qurulan çoxlu müəssisələr olmasaydı Azərbaycan yeni dövlət olanda ən azından bu vəziyyətdə olmazdı. Almaniya bir əsr ərzində iki dünya müharibəsi uduzdu və hər dəfə iqtisadiyyatı sıfırdan da yox mənfidəb quruldu, amma 20 ilə Avropanın hegemon dövləti oldu. Amma Azərbaycana bir şey deyəndə deyirlər yenidi. Yenilik gedib e. Ayaq üstə yatmısınız.

  12. maksim dedi ki:

    Cənab yoldaşlar! Bir dəfə yaxınlarımla mübahisə zamanı əmoğlum dedi;-Əmoğlu niyə narazılıq edirsən? Onsuz da kim prezident olsa biz fəhlə olacağıq da. Dedim ki, sən məni səhv başa düşürsən. Elə bilirsən ki ,mən prezident olmaq ücün narazılıq edib mitinqlərə gedirəm. Mən elə fəhləlik ücün danışıram da. Fəhlə var fəhlə var da. Gedib kiminsə qapısında nökərcilik etməklə ,dövlətin zavod vəya fabrikində fəhləlik etmək arasında yerlə göy qədər fərq var. Kərbəlayinin (/Sonuncu aşrım/-filmi) İmana dediyi-”Ə nə xoruzlanırsan? Atan qapımın nökəri olub, elə sən özun də süfrəmin artığı ilə böyümüsən.”-sözlərini artıq bu gün eşitmək vaxtıdır. Mənim artıq əlli yaşım var. Məndən indi prezident yox e, hec bələdiyyə başcısı da cıxmaz. Mən ailəmi ailə başcısı kimi dolandırmaqdan ötəri indiki hakimiyyətə etiraz edirəm. Sosial yardım(tula payı) əgər ala bilən olsa buna ”başımızı yarıb ətəyimizə qoz tökmək” deyərlər.

    • Aqşin Mahmudov dedi ki:

      Əlbəttə, ilk öncə insan özünə dəyər verməlidir, ixtisasından asılı olmayaraq cəmiyyətdə nə dərəcədə rolunun olduğunu, nə dərəcədə faydalı olduğunu anlamalıdır ki, kənardan da ona hörmət qoysunlar. Fəhlə sinfi olmasa, hansı bir ziyalının etdiyi ixtiraları və s. həyata keçirtmək olar ki.

  13. malergrossmeister dedi ki:

    bu olkede hec nazir maasiynan 4-5 ev almaq olmur, ozu de ki biri fantanlar baginin yaninda olsun.. halal olsun seltenete de onun erine de..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma