“Yüzdə bir saniyə”

Dərc edildi: Aprel 29, 2011 / Dünya və Biz, Layihələr

Qısametrajlı film kriteriyalarına görə ən görkəmli və məşhurlardan biri – 2007-ci ildə Manhettendə keçirilmiş “Qısametrajlı Filmlər Festivalı”nın qalibi. Cəmi 5 dəqiqə, lakin emosiyalar, hisslər və fikirlər bir çox iki saatlıq filmlərdə gördüyümüzdən daha artıqdır.

Bu film haqqında bir çox internet səhifələrdə müxtəlif rəylər oxudum. Bəziləri düşünürlər ki, buradakı fotoqraf qadın demokratik “mundarların” diqqətini Serbiyaya çəkmək məqsədi ilə, seyircilərin diqqətində qazanmaq məqsədi ilə onları manipulasiya edir. Bu cür filmləri çəkməyin “aşağı” bir hərətək olduğunu qeyd edirlər.

Bəziləri isə, əksinə, filmin çox yaxşı alındığını deyirlər. Dərindən yanaşdıqda, fotooperator olan bu qızın sırf öz işini gördüyünü, ortaya çıxacaq yekun nəticənin hər şeydən üstün tutduğunu və hətta balaca qızın həyatından da üstün tutduğunu qeyd edirlər. Və həmin anda heç onun ağlından belə keçmirdi ki, qız öldürülə bilər. O, yalnız çəkilişin hansı yolla və necə edərək daha əla keyfiyyətdə alınması haqqında düşünürdü. Və o, bunu etdi. Eyforiyada idi, başqa cür desək affekt vəziyyətində, yalnız fotoaparatın düyməsindən asılı halda idi…

Şəxsən, mənim düşüncəmə görə isə, professional fotoqraf hər zaman öz işi ilə seçiləndir və mənə görə fotoqraf dediyin şəxs heç də qlyamur işıqlar altında görüntülər edən biri deyil, mənə görə fotoqraf dediyin kəs hadisə yerində vəziyyətə uyğun olaraq davranan, çəkdiyi bir fotonun hadislərin, hətta tarixin gedişatını dəyişdirə biləcək biridir.

Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycanda da gənc fotoqrafların sayı gündən-günə çoxalmaqdadır. Bir tərəfdən bunu müsbət hal saymaq olar, hər halda, gənclərin mənasız məşğuliyyətlərə yönəlməsindənsə, bu cür sənətlə məşöul olmaları daha məqbuldur. Lakin, bir tərəfdən də bir-iki (əsasən qız, gül-çiçək, quş-muş) foto görüntüyə alaraq, özünə facebook-da səhifə açıb, gic-gic müsabiqələr keçirdərək səhifəsini reklam edənlər də böyük əksəriyyət təşkil edir. Fotoaparatın ucuna qoşduqları yarım metrlik qurğularla əllərində tutduqları fotoaparatı balaca uşağa da versən, əla nəticələr əldə edər.

Sonda isə, bu gün facebook-da Ramil Qafarovun bir müraciətini burada qeyd etmək istərdim. Lap yerində səslənmiş bir fikirdir, məncə: “Əlinə fotoaparat götürüb fotoqraflığa iddia edənlərdən bir xahişim olacaq. İnsanların fotosunu çəkib üstündə öz adınızı etiket kimi yapışdırmayın. Fotonuz ictimai diqqət cəlb edibsə, bunda sizin adınız yox, fotosu çəkilən şəxsin nüfuzu rol oynayıb”.

Yuxarıda adını çəkdiyim filmi Siz də izləyin, rəyləriniz mənə çox maraqlıdır. Nəzərə alsaq ki, rus dilini anlayanlar daha çoxdur, bu səbəbdən də dublyaj olunmuş versiyasını yerləşdirirəm.

Advertisements
şərhlər
  1. Orxan dedi ki:

    Qısametrajlı olmasına baxmayaraq böyük hekayəsi var.. Səhv xatırlamıramsa Afrikada “ac uşağın ölməyini gözləyən kərkəs” fotosunu çəkən fotoqraf da mükafatdan imtina etmişdi.. Amma bu qədər təsirli bitəcəyini gözləmirdim, “qətlə yetirilmiş qızcığaz” fotosuna görə mükafat verilməməlidi məncə.. Terroristin avtomatı qızın alnına tutduğu və eyni zamanda qızın fotoaparata baxdığı anın şəkli mükafata daha layiq olardı.. Çünki onda kompozisiya olardı, “ölümün astasanında balaca qızcığaz və buna mane ola bilməyən aciz fotoqraf”.. amma onda da filmin təsir gücü bu qədər çox olmayacaqdı.. Bir də filmdə qalib fotoqrafı məhz bu fotoya görə alqışlamaq yanlış idi.. Bunun yanlış olduğunu isə təkcə fotoqraf özü başa düşdü.. Maraqlı idi..

    • Aqşin Mahmudov dedi ki:

      Orxan, çox gözəl analiz apardın. Orada bu fraqmentlərə mən də fikir vermişdim, bir də onu deyim ki, bu filmə ilk dəfə baxandan sonra düz 2 gün gözümün qarşısında təsvirlər getmirdi, hər sakit anımda belə düşündürürdü məni. Ən çox da özümə verdiyim bir sual olurdu ki, həmin fotoqrafın yerində mən olsaydım, necə addım atardım…(?)

  2. Orxan dedi ki:

    Qorxu idarəolunmayan hissdi.. Mən də, sən də, özünü o fotoqrafın yerinə qoyacaq insanların çoxu da müdaxilə etməyə qorxardı.. yaxınlaşmazdı.. Sən də, mən də fotoqrafın etdiyini edərdik, yaxınlaşmazdıq.. çünki filmə baxıb təsirləndik, qəzəblənmədik.. bu filmə baxıb qəzəblənənlər isə həmin an qıza kömək etməyə çalışardı..

  3. Elman dedi ki:

    Zavallı insanlarin ölümləri və müharibələri qərb jurnalistləri, fotoqrafları, vs. üçün yalnız yaxşı materialdan başqa bir şey deyil. Bu filmin özü də onu sübut edir.

  4. Huseyn dedi ki:

    ela..ama istenilen halda muellifin adi olmasi qebahet sayilmamalidir.

  5. Kannibal dedi ki:

    Filme baxib insanliqa-dunyaya nifretimin elede sebebsiz olmadiqini anlayiram.meni en chox o pidarin balaca qizi oldurmeyi yox,bu o birisi axmaq aristokratlarin el chalib shekli alqishlamaqi oldu.bashindan gulle alib yere yixilib olmush zavalli qizin olum sehnesine baxib gulmek?ne deyim qanciqlar…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma