Viktor Robertoviç Çoy

Dərc edildi: Avqust 15, 2011 / SOL musiqi, Şəxsiyyətlər

Bu gün 1962-ci ildə Leninqradda dünyaya göz açmış Viktor Çoyun vəfatından 21 il ötür. Bu müddət ərzində onun ifaları əvvəlki kimi dinlənilməkdə davam edir və nəsildən nəsilə ötürülür. Viktorun özü şəxsiyyət olaraq hər zaman mənə çox maraqlı olmuşdur. Xalqların qardaşlığını göstərən milliyəti (yarı rus, yarı koreyalı olması), SSRİ tarixində özünə məxsus musiqi cərəyanı və ən əsas da “Kino” qrupunu yaratması, xarici görünüşü, rəssamlıq qabiliyyəti, bəstəkarlığı və s. kimi amillər məndə ona qarşı simpatiya doğurub. 28 yaşında Latviyada (15 avqust 1990) faciəli bir şəkildə (avtomobil qəzası nəticəsində) bizləri tərk etməsinə baxmayaraq, özündən sonra tarixə adını yazdırmağı çox yaxşı bacarmışdır. Hətta, bəzi fanatları bu xəbəri həzm edə bilməyərək intihar etmişdilər. SSRİ-nin ayrı-ayrı hissələrindən yüzlərlə insan onun dəfni üçün yol qət etmişdilər. Ölümündən sonra onun adına bir neçə ölkədə küçələr, abidələr, hətta 2740 nömrəli asteroidə onun adını vermişlər.

Günümüzdə Sol ideologiyanın əsas şəxsiyyətlərindən biri olan Viktor Çoyun xatirəsini qorumaq üçün çıxışlar edən Sankt-Peterburqdakı “AKM” təşkilatının üzvləri 2007-ci ildə onun bir zamanlar çalışdığı, vəfatından sonra isə muzeyə çevrilmiş “Kamçatki” adlı qazanxananın dağıdılmasının qarşısını almışdılar. Analoji addım “Mestnıye” və “Molodaya Qvardiya” adlı gənclər hərəkatları tərəfindən atılaraq onun Moskvadakı “Stena Çoya” (Çoyun Divarı) adlı xatirə məkanının məhvinin qarşısını almışdılar.

Bir şeyi əminliklə deyə bilərəm ki, onun ifalarını hər yaş dövründə bir öncəkindən daha fərqli anlamaq olur. Yeniyetmə zamanlarda dinlədiyim “Patçka siqaret” ifası ilə hazırda dinlədiyim eyniadlı ifa arasında məna fərqi çox böyükdür. Mənə maraqlıdır ki, çox yox, on il sonra bu ifa mənə necə təsir edəcək. Heç zaman öz təravətini itirməyəcəyini bilirəm.

Hələ də Viktor Çoydan xəbərsiz olanlar varsa, internetdə onun haqqında kifayət qədər məlumat tapa bilərlər. Hər şey bir kənara, əsas odur ki, o, keyfiyyətli musiqi hazırlayaraq unudulmaz şəxsiyyət kimi yaddaşlara həkk olmuşdur. Onun kimi musiqi tarixində bir neçə insan vardır ki, bu dünyanı vaxtından öncə tərk etməsəydilər, necə xarüqələr yaradacaqlarını təsəvvür etmək heç də çətin olmazdı.

Viktorun şəxsiyyətinə olan sevgi hər zaman qəlbimizdə, yaradıcılığı isə yaddaşımızdadır!

Advertisements
şərhlər
  1. Aygül Aliyeva dedi ki:

    Filmində tərzi ilə dediyin vəhdəti doğrudan özündə daşıyır. İlk avara kimi görünən adam danışanda insanda etibarlılıq hissini oyadır. Qəribə şəkildə xeyirxah “avara”dır. Bir günlük yaşayır. Sadə, qısa və mehriban danışır… Sadəcə filmdəki xarakterdən təəssüratımdı, çünki təsir eləmişdi. İlk dəfə idi kitay ya rus filmi, aktyorları olduğunu anlamadığım bir filmə, hətta sonuna qədər başa düşmədiyim solğun kadrlı bir filmə sakitcə diqqətlə baxırdım. Heyranlığını başa düşürəm.

    Sonunda öldürürlər ama: gecə qaranlıq, hər iki tərəfi şam ağacları olan qarla örtülü dar yolda əllərini nazik gödəkcəsinin cibinə sıxıb yeriyir, siqaretini yandırmaq üçün alışqanını çıxarıb yandırır, qaranlıqdan biri çıxıb cəld bir-iki bıçaq vurub qaçır. Alışqan əlində, siqaret damağında bir-iki addım axsayaraq yeriyir, siqaretini yandırır və dizüstə qarın üstünə düşür…

    Film “İqla”, baxın xoşunuza gələcək.

    • Aqşin Mahmudov dedi ki:

      Film haqqında çox gözəl təəssüratların var, hər şeydən də daha maraqlısı onu ifadə etmək tərzindir. Həqiqətən, sənin də dediyin kimi xeyirxah “avara”dır. Hətta, bəzən orada elə sözlər deyir, elə qəribə bir tərzdə rolunu ifadə edir ki, özümlə əlaqəli olduğunu düşünürəm.

      Adını çəkdiyin filmə baxmaq isə mütləqdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma