YouTube-dakı azərizavrlar

Dərc edildi: Sentyabr 16, 2011 / Bura Azərbaycandır!

Artıq bir neçə aydır ki, YouTube-dan daha aktiv istifadə etməyə başlamışam. Əvvəllər sadəcə bir videonu bəyənmək üçün açdığım hesab indi mənə daha yararlıdır. Çoxumuz da YouTube-dan bu cür istifadə etməyi bilirik və onun əlavə imkanlarından demək olar ki, xəbərdar deyilik. Başqa ölkələrin insanları ilə əlaqə yaratmaq, öz maraqlarına uyğun kanalları izləmək və seçimin kifayət qədər geniş olması bu video saytının ən böyük üstünlüklərindən biridir. Lakin, gəlin, bizim cəmiyyətdə ondan necə istifadə edildiyinə bir anlıq və qısa olaraq fikir verək.

Bunu deməzdən öncə bir şeyi xatırlatmaq istərdim ki, özüm daha çox ingilis və rusdilli kanallara üstünlük verirəm. Hətta, onların təcrübəsi əsasında mənə bir çox maraqlı idealar gəlib, yaxın zamanlarda həmin ideaları həyata keçirtməyi də çox istəyirəm. Lap mübahisəli mövzularda belə müzakirə apardığın zaman bir-iki debili çıxmaq şərti ilə (təbii ki, meşə çaqqalsız olmur prinsipi) qalan hər kəs normal öz fikirlərini bölüşür, təhqir filan etmir, nə də ki, PM-də sənin ömrünü-gününü “Siyəzənə göndərmirlər”.

İndi isə əks tərəfə baxaq. Facebook kimi digər sosial şəbəkələri bir kənara qoyaq, çünki orada istifadəçi haqqında informasiya daha çox olduğundan bir az ehtiyatlı addım atırlar. Lakin, məhz YouTube-da azərbaycanlıların kütləvi qeyrət, vətənşüvənlik və səviyyə söhbətləri elədikləri Azərbaycan dilində olan videolara şərh yazmaqdan, fikir bölüşməkdən daha axmaq heç nə ola bilməz. Bu axmaqlığı mən dəfələrcə etmişəm və hələ də etməkdə davam edirəm. Bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Bir dənə əks fikir yazdığın halda inbox-un qeyrətli petuxların mobil nömrələri ilə dolur və səni erməni, peysər zad elan edirlər. bir dəfə mırta hesabladım, əgər inbox-a gələm bu qeyrətli petuxların sayını onlarla görüşəcəyim və söhbət çürüdəcəyim vaxtın nisbətinə böldüm, nəticə belə oldu ki, mən hər günümün ən azı 15 saatı məhz bu dölləri səhv tutulmuş gicd… öhö, gicbəsərlərə sərf olunmaldır. Allah varsa, sizi vurmuşdu elə! Nə isə, qısacası, bircə onu bilirəm ki, bu cəmiyyətə və ən əsas da “gəncliyə” olan nifrətimin sərhədləri gündən-günə daha da genişlənir!

şərhlər
  1. Narmin Zadeh dedi ki:

    Həyat vaxtıvı “qeyrətli petuxlara” sərf edəcək qədər də uzun deyil.. cəmiyyət olaraq hələ də geri qalırıq, baxmayaraq ki, fərdlər özünü inkişaf etdirib 🙂

    • Aqşin Mahmudov dedi ki:

      Nərmin, problem ondadır ki, sən özün istəmirsən, amma onlar bir yol taparaq gəlib girirlər həyatına, qanını qaraldıb çıxıb gedirlər. Yuxarıda da dediyim kimi, adam AzNet-də olan heç nəyə qarışmaq istəmir artıq.

  2. sakinakhalilova dedi ki:

    Youtube hesabini da gerek gostererdin yazida…Ya belke gorxdun ki,tecavuz edenlerin sayi bir az da artar?;))

  3. utopikxarabaliq dedi ki:

    Hamidan oz seviyyesinden ya da intelektinden artiq nese gozlemek yersizdir mence….

  4. Emil Bağırov dedi ki:

    azərbaycanlılar facebook-da feodalizm, youtube-da ibtidai icma quruluşundadırlar.

  5. Fikirləşəndə ki, atasının ən yaxşı spermatozoidi bu olub, adamın tükləri biz biz olur.

Narmin Zadeh üçün bir cavab yazın Cavabı ləğv et