3 Dekabr – Dünya Əlillər Günü

Dərc edildi: Dekabr 3, 2011 / Dünya və Biz

Bu gün Dünya Əlillər Günüdür. İnsanlığın bəzən saymadığı, görməzdən gəldiyi əlil insanların günü. Lakin, heç kim düşünmür ki, hər kəs potensial əlildir və sabah başına gələcəklərdən siğortalanmayıb. Haqqında danışdığımız insan sağlamlığıdırsa, bu mövzuda heç kim özünü siğortalaya bilməz.

Hazırda bizim ölkədə də əlillərə qarşı münasibət hökümət tərəfindən birmənalı deyil. Kiçik təqaüdlər hesabına öz həyat axarına buraxılan əlillər üçün demək olar ki, heç bir şərait yaradılmır. İşlə təmin olunmaqdan tutmuş sosial həyatda iştiraklarına qədər.

Adicə, şəhərimizdəki keçidlərdən keçən zaman əlillər üçün quraşdırılmış pandusların vəziyyətinə fikir verməmiş olmazsınız. Həmin meyillikdən heç bir əlil öz arabasını qolları hesabına düşürdə bilməz. Hələ kimsə kömək etdiyi təqdirdə belə onu rahat düşürtmək mümkün deyil. Bu yaxınlarda adı çəkilən mövzu barəsində Gənclərin Səsi radiosunda maraqlı bir araşdırma hazırlanmışdı. Özünüz baxa bilərsiniz.

Çox uzatmadan bircə onu onu demək istərdim ki, içimizdəki insanlığı heç zaman itirməyək. Əlil də ola bilərik, sağlam da, lakin bu bizə içimizdəki sevgini azaltmağa səbəb olmamalıdır. Yerləşdirdiyim foto isə sadəcə olaraq, bir çoxlarına ibrət olmalıdır…

Advertisements
şərhlər
  1. maksim dedi ki:

    Bir dəfə Diogendən soruşurlar: niyə adamlar dilənçiyə sədəqə verirlər,filosofa isə yox?
    Diogen cavab verir: çünki adamlar bilirlər ki, kor, çolaq,şikəst ola bilərlər, filosof isə ola bilməzlər.
    Məncə cəmiyyətin ən zəif təbəqəsi əlillər,onların da ən zəifi ruhi xəstələrdir.Cəmiyyət belə xəstələrə “dəyərsiz insan”(nepolnotsennıy çelovek) deyərək onlardan tamamiylə üz döndərir, dəlidir deyərək hər cür haqsızlığı onlara rəva görürlər.Axı dəlinin sözünə kim inanar,kimin yanında onun sözü keçər,hara üz tutsa- dəlidir- deyib haqlı olduğu halda belə onu haqsız sayacaqlar.Bu məntiqdən sui-istifadə edib ruhi xəstələrə haqsızlıq edənlər çoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma