Hitlerin vegetarianizm mövhumatı

Dərc edildi: Avqust 30, 2013 / Dünya və Biz, Mövhumat qurbanları
Etiketlər:

Məşhur vegetarianlar sırasında XX əsrin qaniçən insanlarından biri olan Adolf Hitlerin adını tez-tez görmək mümkündür. Bu isə ümumi vegetarianlıq anlayışına heç də fəxr deyil. Lakin Hitlerin vegetarianlıq xurafatı artıq öz izahını çoxdan tapıb, sadəcə hələ də bir çoxlarının məlumatsızlığı bu mövhumatın hələ də aktual qalmasına səbəb olur. Belə isə bu yaxınlarda qarşıma maraqlı məqalələr və mənbələr çıxıb, onları sizlə paylaşmaq istərdim.

Ümumiyyətlə, faşist Almaniyasının rəhbərinin ipoxondriya xəstəliyinə tutulma fobiyası və manyakcasına öz sağlamlığının pozulmasından qorxması belə heç zaman onun vegetarian olmasına səbəb olmayıb, baxmayaraq ki, müəyyən müddət bunun üçün çox səy göstərib. Ancaq vegetarian olmaq istəyi heç də onun heyvanların əzab çəkməsinin qarşısını almaq deyil, məhz gigiyenik səbəblərdən olub: həm özünün sağlamlığındakı problemlərə, həm də ki, ölümlə nəticələnəcək xəstəliklərə görə olub (Hitler xərçəng xəstəliyindən çox qorxurdu və məlum olduğu kimi ət – xərçəng xəstəliyinin yaranmasının əsas səbəbidir).

Hitlerin bioqrafları Albert Şpeyer (fürerin şəxsi memarı) və Robert Peyn onun menyusunda ən sevdiyi yeməklər sırasında ətlə bişən xəmir xörəkləri, içi doldurulmuş göyərçinlər, qaxac edilmiş donuz əti və kolbasanın olmasını göstərmələrinə rəğmən, onun vegetarianlığa meyilliliyi barədə yanlış fikirlər hələ də geniş yayılmaqdadır.

İngilis aşpaz Diona Lukas 1964-cü ildə nəşr etdiyi “Nəfis yeməklərin hazırlanma məktəbi” adlı kitabında Hitlerin yırtıcılığından yazmışdı. Bundan əlavə, Rinn Berri “Hitler: nə vegetarian, nə də ki, heyvansevər” adlı kitabında qeyd etmişdir ki, Üçüncü Reyxin təbliğat işləriylə məşğul olan nazir – Gebbels – Hitleri vegetarian olaraq göstərməklə, əslində, onun Mahatma Qandi kimi necə dünyasevər olduğunu insanlara yeritməyə çalışırdı.

Rinn Berrinin 8 mart 2007-ci ildə “Nyu-York Taymz”ın (New York Times) redaktoruna göndərdiyi məktubda Hitlerin heç zaman vegetarian olmadığı göstərilir: “Hitleri vegetarian olaraq xarakterizə edən cənab Rotşteynlə razı deyiləm. Bir sıra mənbələr və şahidlərin rəyləri nəticəsində bu sualı araşdıraraq onun vegetarian olmadığına dair dəqiq məlumatları 2004-cü ildə nəşr etdiyim “Hitler: nə vegetarian, nə də ki, heyvansevər” adlı kitabımda qeyd etmişəm”.

Bu isə onlardan bəziləri: Hitlerin ən yaxın dostlarından biri olan Hess onun vegetarian olduğunu iddia edirdi: “Bu andan sonra bişmiş pelmenlərdən başqa Hitler daha heç zaman ət yemirdi”. 1930-cu illərin əvvəllərində mütəmadi olaraq Hitler üçün yemək hazırlayan şef-povar Diona Lukas “Nəfis yeməklərin hazırlanma məktəbi” adlı kitabında onun ən yeməklərinin reseptlərini qeyd etmişdi: “Mən bu resepti İkinci Dünya Müharibəsinə qədər Hamburqda işlədiyim böyük otellərdən birində öyrənmişəm. Sənin iştahanı içi doldurulmuş göyərçinlərlə pozmaq istəmirəm, lakin onların Hitlerin sevimli yeməyi olduğu və mütəmadi olaraq otelin restoranında yediyi yəqin sənə maraqlı olar”.

“Nyu York Taymz”ın 30 may 1937-ci il buraxılışında repartyor Otto Tolsşuss yazırdı: “Hər kəsə yaxşı məlumdur ki, Hitler vegetariandır. Siqaret çəkmir, içki içmir. Onun nahar və şam yeməyi əksərən şorba, yumurta, müxtəlif tərəvəzlər və mineral sudan ibarət olur, lakin hərdən öz yeməyinə bir tikə qaxac edilmiş donuz əti, balıq kürüsü və şirəli meyvələrlə rəngarənglik qatırdı”.

Bioqraf Tomas Fuks 2000-ci ildə nəşr olunan “Adolf Hitlerin qısa bioqrafiyası” adlı kitabında yazmışdı: “Hitlerin gündəlik menyusuna müxtəlif növdə bişirilmiş yumurtalar, spagetti, qızardılmış kartof ilə qaymaq, yulaf dənəcikləri, kompot və tərəvəz pudinqi daxil idi. Ət də Hitlerin sevimli yeməkləri sırasına daxildir, xüsusilə də bişirilmiş ət pelmenləri (düşbərəyə oxşar xörək)”. “Qeyd etmək istərdim ki, Hitler özünü sözdə vegetarian olaraq təqdim edirdi, lakin gətirdiyim mənbələrdən sitatlar onu göstərir ki, əməldə heç də belə biri deyildi. Çünki vegetarianlığın əsasını bitki mənşəli ərzaqlarla qidalanmaq və istənilən cür heyvan ətinin yeyilməsindən imtina təşkil edir. Bu səbəbdən də Hitlerin kvazi-vegetarian, potensial vegetarian və ya yarıvegetarian hesab etmək olar, lakin onun həqiqi vegetarian olduğunu söyləmək sadəcə olaraq qeyri-mümkündür”.

1930-cu illərdə fürerin şəxsi memarı və bioqrafı Albert Şpeyer şahidliyi onu göstərir ki, Adolf Hitler hər dəfə yeməkdən sonra qarnının sağ tərəfinin yuxarı hissəsində şiddətli ağrılar hiss etməyə başlamışdı. Məhz ilk dəfə bu dövrə onun isterik, lakin uğursuz vegetarian olmaq istəkləri təsadüf edir. Hitler tam halda ətdən qaçsa da, özünü sosiskadan, paştetdən və hətta həkim göstərişi ilə heyvan böyrəkləri (!) yeməkdən məhrum etmirdi.

Hitlerin gigiyenik cəhətdən vegetarian olmaq cəhdlərinə həm də onun gizli hissləri də qarışmışdı: “üst insan” fikirlərinin ardınca gedərək şərq metafizik dünyagörüşünə etiqad edən fürer ölümsüzlüyün axtarışı üçün Şambalaya ekspedisiya qrupu göndərmişdi və təbii ki, şərq quurularının həyat tərzi olan vegetarianlığa meyillənirdi.

Tarixi təhrif edərək meşşanların fikirlərini yanıltmağa çalışanlar guya Hitlerin hakimiyyəti dövründə heyvan haqlarına dair bir sıra qərarların verilməsini iddia edirlər, lakin faktlar bunların əksini göstərir:

  • Nasistlər nəinki viviseksiyanı (heyvanlar üzərində təcrübə) qadağan etdilər, həmçinin qəddarcasında insanlar üzərində (konslagerlərdəki pulsuz “təcrübə vəsaiti) təcrübələrin aparılmasını geniş yaymışdılar;
  • Qadağa etmək nədir, hətta aristokratik maraqlardan biri olaraq ovçuluğu genişləndirmişdilər;
  • Sallaqxanalarda heyvanların qeyri-insani yollarla öldürülməsinə qadağa yalnız yəhudilərin ənənəvi üsuluna şamil olunurdu, bu isə məhz antisemitist təbliğatdan irəli gəlirdi;
  • Heyvanlarla qəddar rəftar SS hərbiçilərinin təlim-tərbiyəsi proqramına daxil idi;
  • “Hitleryüqend” üzvləri (nasist gənclər təşkilatı) ilk öncə öz heyvanlarını böyüdürdülər (dovşanlar, dağsiçanları, pişiklər, küçüklər), ondan sonra qəddarlıqla həmin heyvanları öldürürdülər;
  • Əsas nəzərə çarpan fakt odur ki, Hitler, alman vegetarianlarını repressiya edirdi. Bu səbəbdən də 1936-cı ildə Avropada çoxdan fəaliyyət göstərən Vegetarian cəmiyyətinin üzvünü güllələtməklə təşkilatı ortadan qaldırmışdı.
  • Hitler öz əsgərlərindən “natamam irqlərlə” heyvan kimi rəftar etməyi tapşırmışdı.

Günümüzdə neonasistlər və vegetarianlığa qarşı olanlar Hitlerin özünə xas dietasını “vegetarianlıq” adı altında insanlara soxuşdurmağa çalışırlar. Son olaraq onu xatırladım ki, Şərqdə belə bir deyim var: “Vegetarian olmaq mənəvi insan olduğunu göstərmir, lakin mənəvi insan olmaq – vegetarian olmaqdır”.

Mənbələri biblioqrafiya şəklində (ingilis dilində) aşağıda qeyd edirəm:

The Medical Casebook of Adolf Hitler. Leonard and Renate Heston. William Kimber & Co, 1979, ISBN 0 7183 0436 5 The Nazi War on Cancer. Proctor, Robert N. Princeton University Press. 2000. P. 135—137. ISBN 0-691-07051-2 Mein Diat — Adolf Hitler’s diet. Bee Wilson. New Statesman (October 9, 1998) Hitler: Neither Vegetarian Nor Animal-lover. Rynn Berry The Hitler Diet for Disease and War.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma