‘Bura Azərbaycandır!’ Kateqoriyası üçün Arxiv

YouTube-dakı azərizavrlar

Dərc edildi: Sentyabr 16, 2011 / Bura Azərbaycandır!

Artıq bir neçə aydır ki, YouTube-dan daha aktiv istifadə etməyə başlamışam. Əvvəllər sadəcə bir videonu bəyənmək üçün açdığım hesab indi mənə daha yararlıdır. Çoxumuz da YouTube-dan bu cür istifadə etməyi bilirik və onun əlavə imkanlarından demək olar ki, xəbərdar deyilik. Başqa ölkələrin insanları ilə əlaqə yaratmaq, öz maraqlarına uyğun kanalları izləmək və seçimin kifayət qədər geniş olması bu video saytının ən böyük üstünlüklərindən biridir. Lakin, gəlin, bizim cəmiyyətdə ondan necə istifadə edildiyinə bir anlıq və qısa olaraq fikir verək.

Bunu deməzdən öncə bir şeyi xatırlatmaq istərdim ki, özüm daha çox ingilis və rusdilli kanallara üstünlük verirəm. Hətta, onların təcrübəsi əsasında mənə bir çox maraqlı idealar gəlib, yaxın zamanlarda həmin ideaları həyata keçirtməyi də çox istəyirəm. Lap mübahisəli mövzularda belə müzakirə apardığın zaman bir-iki debili çıxmaq şərti ilə (təbii ki, meşə çaqqalsız olmur prinsipi) qalan hər kəs normal öz fikirlərini bölüşür, təhqir filan etmir, nə də ki, PM-də sənin ömrünü-gününü “Siyəzənə göndərmirlər”.

İndi isə əks tərəfə baxaq. Facebook kimi digər sosial şəbəkələri bir kənara qoyaq, çünki orada istifadəçi haqqında informasiya daha çox olduğundan bir az ehtiyatlı addım atırlar. Lakin, məhz YouTube-da azərbaycanlıların kütləvi qeyrət, vətənşüvənlik və səviyyə söhbətləri elədikləri Azərbaycan dilində olan videolara şərh yazmaqdan, fikir bölüşməkdən daha axmaq heç nə ola bilməz. Bu axmaqlığı mən dəfələrcə etmişəm və hələ də etməkdə davam edirəm. Bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Bir dənə əks fikir yazdığın halda inbox-un qeyrətli petuxların mobil nömrələri ilə dolur və səni erməni, peysər zad elan edirlər. bir dəfə mırta hesabladım, əgər inbox-a gələm bu qeyrətli petuxların sayını onlarla görüşəcəyim və söhbət çürüdəcəyim vaxtın nisbətinə böldüm, nəticə belə oldu ki, mən hər günümün ən azı 15 saatı məhz bu dölləri səhv tutulmuş gicd… öhö, gicbəsərlərə sərf olunmaldır. Allah varsa, sizi vurmuşdu elə! Nə isə, qısacası, bircə onu bilirəm ki, bu cəmiyyətə və ən əsas da “gəncliyə” olan nifrətimin sərhədləri gündən-günə daha da genişlənir!

Advertisements

YAPana belə YAParlar…

Dərc edildi: Aprel 4, 2011 / Bura Azərbaycandır!

Ölkədə və ümumiyyətlə, cəmiyyətdə dayaz düşünən insanların sayı gündən-günə artmaqdadır sanki. Bilmirsən ki, burada KİV-ləri qınayasan, yoxsa başqa kimi. Axı bizlər də həmin məlumatları alırıq, niyə bu cür düşünmürük?

Bu barədə bir öncəki yazılarımda kifayət qədər fikir bildirdiyimi düşünürəm. Bu gün isə yazını qısa və konkret edərək birbaşa mətləbə keçmək istərdim.

İki gün öncə “2 Aprel – Qəzəb Günü” adlı müxalifətin aksiyası baş tutmuşdu. Hər zamankı kimi aksiyada tutulan insanları, müqavimət göstərənləri və hakimiyyətin həmişəki kimi fikir və söz azadlığına qarşı qərəzli mövqeyini daha qabarıq şəkildə göstərmək olar.

Bu hadisələrin fonunda müxtəlif fotolar çəkildi, videolar hazırlandı. Amma onların içində daha çox yaddaqalan bir video Əhməd Muxtar tərəfindən lentə alınıb. (daha&helliip;)

Azərbaycanda gedən siyasi proseslər əhalinin maariflənməsi ilə paralel gedir desək, heç də yanılmarıq, məncə. Bu gün cəmiyyətin mütaliəyə marağı heç də 20-30 il öncəki kimi deyil. Bundan əmin olmaq üçün insanların qəzet, jurnal və kitablara olan tələbatına diqqət yetirmək kifayədir. Ən əsas da qəzetlərə olan marağın aşağı düşməsi növbəti çalınan həyəcan təbilindən xəbər verir. Məhz bu səbəbdən də hazırda Bakı Jurnalistika Məktəbinin iki tələbəsi olan Zaur ilə mən küçə sorğusu keçirtmək, insanların bu barədə fikirlərini öyrənmək qərarına gəldik.

Küçə sorğusunu müxtəlif yaş və peşəyə mənsub insanlar arasında keçirtməklə daha geniş məlumat almağa müəssər olmağa çalışdıq. Nəticəni isə öncədən təxmin etmişdik. Beləliklə, insanlarla qəzetlər arasında münasibət loru dildə desək, çox soyuqdur. Bunun bir çox səbəbləri var. Bu səbəblərdən ən qabarıq şəkildə özünü büruzə verənlərdən isə qəzetlərin daha çox yanlış informasiya verməsi, məlumatların qərəzli olması, heç bir yenilik və öyrədici keyfiyyətlərinin olmaması, ümumi interfeysin rəngsiz, cansıxıcı və ən əsas da axtarılanların orada olmamasıdır. Digər bir səbəb isə günümüzdə internetin mövcudluğu, məlumatları daha rahat və sürətli şəkildə xəbər agentliklərinin və ümumiyyətlə, KİV-lərinin internet səhifələrindən almaq imkanının olmasından irəli gəldiyini xüsusilə vurğuladılar. (daha&helliip;)

Bugünkü ölkə gəncliyinin qəhrəmanlara ehtiyacı varmı?! Qəhrəman “aclığı” yaşayan gəncliyin bu yöndə seçimləri nə dərəcədə düzgün olur? Bunu yazmaqla məqsədim heç də kiminsə seçiminə qarışmaq deyil, sadəcə, kənardan baxanda necə görsəndiyi hər zaman maraqlıdır, məncə. Günümüzdə ölkənin Ramil Səfərov və Mübariz İbrahimov kimi qəhrəmanları da var. Birinci ermənini yatan yerdə baltalayan şizofren olduğunu, ikincinin isə heç nədən erməni tərəfə keçərək əsgərliyini yola verməyə çalışan bir neçə erməni gənci öldürən zabitin olduğu hər kəsə məlumdur.

Cəmiyyətdə vəziyyət o yerdədir ki, gənclik özünə “Kurtlar Vadisi”ndən Polad kimi birini də qəhrəman seçir, Mübariz kimisini də. Millətçilərin əlində “bağırmağa” səbəb olan bu haldan siyasətçilər geninə-boluna istifadə edirlər. Hətta, bir xatırlayın ki, seçkilər öncəsi hakimiyyət hansı murdarlığı etmişdi – seçkiyə bir gün qalmış uzun müddətdir düşmən tərəfdə meyiti saxlanılan Mübarizi Azərbaycana qaytararaq özünə müsbət imic qazanmağa çalışmışdı. Bunu hazırda Mübarizi sevən hər hansısa bir gənc oxuyursa, bir anlıq düşünsün onun nə etdiyini; düşünmək lazımdır ki, sabah sən də əsgərliyə gedəcəksən, səni zorlayan bu “ölkə hakimiyyəti” orduda elə bir vəziyyət yaradıb ki, həyata gəldiyinə, ümumiyyətlə, əsgər getdiyinə peşman olursan və sadəcə düşünürsən ki, “bircə bu cəhənnəmə bənzər əsgərlik müddətini başa vurum, normal həyata qayıdım, təhsilimlə çıxım bu ölkədən rədd olum ki, heç olmasa normal bir həyat yaşayım”. Lakin, bu anda nə olur, hansısa erməni əsgəri cənnətə getmək eşqinə düşür və evinə bir məktub yazır, sonra da keçir sənin tərəfə və səni öldürür. Budur, bütün həyatın bir gülləyə dəyməyəcək qədər bəsit bir şəkildə sona çatır. Planların, gələcək həyatın və s.-in üstündən yağlı bir xətt çəkilir. Hal bu ki, biz çoxumuza da məlum olan bəzi şeylər var: məsələn, erməni və azərbaycanlı əsgərlərin cəbhə bölgələrində bir-birilərinə siqaret verməsi, birlikdə çaydan su götürməyə düşməsi və s. halları çox tez-tez var. Çünki, onlar gəncdirlər, onlara bu iyrənc söhbətlər gərək deyil, onlar bir ömürlərini hansısa siyasətçilərə görə hədərə vermək istəmirlər. (daha&helliip;)

Bloqqer həmkarım AZADLIQDA!!!

Dərc edildi: Noyabr 18, 2010 / Bura Azərbaycandır!

Bir aydan azca artıq zaman öncə yazdığım “Azərbaycan hakimiyyəti və KİV reallığı” başlıqlı yazıda bugünkü Azərbaycan KİV-inin vəziyyətini göstərərkən həmkarlarım barəsində öz fikirlərimi bildirmişdim. Məhz həmin yazımda da qeyd etdiyim kimi, adamı yandıran isə odur ki, göz görə-görə şərlənərək damğalanan bu gənclərin məhkəməsində özlərinin günahsızlığını sübut etməyə çalışmaqlarıdır.

Bu günün əvvəlində nəsə olacağını bilirdim, hətta, dünən Turxan deyəndə ki, sabah Ədnanın məhkəməsi olacaq, sual vermişdim ona. Nəsə qəribə idi. Noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi bloqqer Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb. Bəli, məhz həmin gün gəldi və bloqqer həmkarımı məhkəmənin qərarı ilə azadlığa buraxdılar!

(daha&helliip;)

Təvqimimiz yalançı bayramlarla doludur. “Aclıq olsun, kef olsun düşüncəsi” boşuna bu xalqın el məsəli deyil. Heç nə yox, bircə fikir verin ərəb ölkələrinə, onlar da bizim kimi bayramlarla, matəmlərlə boldurlar. Tənbəl xalq nə tələb edirsə, hakimiyyət də ona istədiyini verir. Adicə, Azərbaycanda bu cür günlərdən biri iş günü kimi təyin olunduqda, camaatın yeganə narazılığı “niyə iş günüdür e!” olur. Guya ki, iş günü olmasa, təqvimdə adı olan bayramla əlaqəli nəsə bir şənlik keçirdəcəklər. Yenə də tənbəl insanların şüuru öz sözünü deyir. Konstitusiya kitabının varlığını beş ildən ölkə prezidentin seçkilərdən sonrakı andiçmə mərasimində xatırladığımız mövhumat da bura daxildir.

YAP diktaturası altında parlamenti qurulan və havadarlığı edilən ölkənin Müstəqillik Günü, əsgərlərinin orduda döyüldüyü, ülgüc ilə tualet qaşımağa məcbur edildiyi, sifətinə söyüldükdə etiraz edən əsgəri fiziki olaraq məhv edən “müstəqil” dövlətin Silahlı Qüvvələr Günü, hələ də boyunduruq altında yaşayan, “milli” anlayışına dolma, saz və armudu stəkan daxil olan xalqın Milli Dirçəliş Günü, ölkəsində kapitalist bir şirkətdə işləyən xaricinin həmin ölkənin bayrağıyla gəmini silməsinə, bayraqlarının qardaş dediyi ölkədə zibil qutusuna atılmasına göz yummağı bir yana, haqq qazandıran, acından ölən xalqının sosial problemlərini gözardı edərək Bayraq Meydanına ətək-ətək pullar tökən respublikanın Dövlət Bayrağı Günü, hələ də kimdən və nədən qurtulduğunu bilməyən, artıq nəsə danışmaqdan qorxan, buna görə sabah özünü və ya yaxınlarının ziyan çəkəcəyini bilən insanların Milli Qurtuluş Günü, bir-birinin ayağını dartan, vəzifə üçün xaricdə belə özünü parçalayan, Qarabağı qoyub qaçan, sonra isə onun dərdini “urapatriotluq” üfunəti ilə qeyd edən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, paytaxt küçəsində respublikasının himnini oxuduqda polis patrul xidmətinin bölməyə apardığı insanların Respublika Günü kimin nəyinə lazımdır?! Həddindən artıq pafoslu səslənmirmi?! Bir özünüzə baxın kənardan, bunlar necə də səviyyəsiz görsənir.

“Müstəqil” olandan sonra digər sivil ölkələrdən hazır şablonunu götürüb tərcümə edərək konstitusiya hazırladıq, lakin sərhədləri xaricindən Azərbaycana daxil olan hər şeyin zibili çıxması aqibəti ilə konstitutiyamız da üzləşməli oldu. Saysız-hesabsız boşluqları bir kənara qoyaq, yersiz və quru görünüşə işləyən referendumlar keçirdərək bu konstitusiyaya da “ömürlük prezident” ləkəsi saldıq, içinə zibil yığdıq. Bütün bunlara susan xalqın Konstitusiya Gününü təbrikdən başqa hər şey edirəm!

Bura Azərbaycandır! Burada jurnalistlərin həbsi və məhvi ictimaiyyət tərəfindən tam normal qarşılanır. Ölkə insanları IV hakimiyyətin yalnız şou-biznes və idmandan başqa heç nəyin işıqlandırmamasını bir nəfər kimi qəbul edirlər, digər bir halda jurnalist siyasətdən danışarsa, onu demoqoq, bekar və hər şeyi siyasiləşdirən damğası vururlar. Sonuncu bu tip nümunənin isə Çingiz Mustafayev timsalında çoxdan basdırıblar. “Qarabağ döyüşləri hazırda yoxdur – deməli, siyasi mövzuda yazmağa və işıqlandırmağa mövzu da yoxdur” məntiqsizliyi.

Siyasiləşdirmək – ümumiyyətlə, lüğətdən istifadə edərək, bu sözü başqa dillərə çevirməkdə bir az çətinlik çəkəcəksiniz. Mahiyyət baxımından belə bir sözü yalnız bizim hakimiyyət kütlənin beynini doldurmaq üçün ortaya ata bilərdi. Bəlkə onlara görə hazırda mən də nəyisə siyasiləşdirirəm. Bizim insanların əksəriyyəti siyasi düşüncələrinin olmaması və özlərini siyasətdən uzaq tutaraq “siyasətə qarışmıram” deməkləri ilə ağıllı iş gördüklərini düşünürlər (hakimiyyətimizin növbəti uğurlarından biri). Lakin sabah nəsə qanunla bağlı bir məqam yarandıqda ilkin sözləri “biz demokratik bir ölkədə yaşayırıq” demək olur. Anlamırlar ki, demokratik dediyin ölkədə bütün prosedur mexanizmi məhz SİZLƏRİN siyasiləşdirmək istəmədiyiniz siyasətdən – azad sözünüzdən, həmin sözün parlamentdə deputatınız tərəfindən səsləndirilməsindən, sonra isə bir qanun kimi qəbul olunmasından başlayır. Siz heç nəyi siyasiləşdirmirsiniz, çünki özünüz bütün bu siyasətin bir hissəsisiniz. (daha&helliip;)

Yanvarın 15-i Səhiyyə Nazirliyindən məlumat verilib ki, ekspertlərinin apardığı ilkin hesablamalara görə, Azərbaycanın 9 milyonuncu sakini saat 23:00-dan sonra dünyaya gələcək. Bu xəbərə sevinənlər, “o gün olsun ki, 100 milyon olaq” deyənləri də gördüm, hətta ciddi-ciddi bir-birini təbrik edənlər də vardı. Bəzi saytlarda isə “2050-ci ilə kimi azərbaycanlılar artacaq, ermənilər azalacaq” kimi düşük xəbərlər sevinc içində təqdim edilirdi. Bir anlıq səfalətdən əziyyət çəkən, ancaq uşaqların doğulmasına görə ön sıralarda gedən 3-cü dünya ölkələri fikrimdə canlandı. Millətin düşüncə tərzi mənə çox maraqlıdır, ümumiyyətlə, təbrik anlayışından tutmuş sevindikləri amillərədək. Hər nə isə, anlatmaq istədiyim bu deyil. Fikrinizi bir anlıq sürətlə artmaqda olan azərbaycanlılara yönəltmək, kəmiyyətlə keyfiyyət arasındakı fərqə nəzər yetirmənizi istərdim. Hər yeni qurulan azərbaycanlı ailəsində ilk nəzərə çarpan doğulacaq uşaqdır. Əgər 5 ay sonra ailəli qadının qarnı “şişməzsə”, o zaman qohum-qonşu, valideyinlər, tanışlar və s. kim görsə, “bişey-mişey yoxdur hələ?” və ya “uşaq istəmirsən, uşağınız olmur?” tipli insanlıq üçün səviyyəsiz sayılan suallar verilməyə başlanılır. Hələ Azərbaycan mentalitetində qadının sonsuz olmasından daha faciəvi heç nə yoxdur. Yox, üzr istəyirəm, var, qızın bakirə çıxmaması, amma bu, başqa mövzudur. Azərbaycanlıların daha bir faciəvi xarakteri ondan ibarətdir ki, kişinin sonsuz olmasında heç bir problem yoxdur, amma əgər ki qadın sonsuz olarsa, onu bağışlamaq olmaz, o nəslin üz qarasıdır, onu atası evinə qaytarmaq, daha yararlı bir “uşaqdoğan, paltaryuyan maşın”la əvəz etmək fikri var. Bu səbəbdən də acından günorta duran ailədə belə ən azı 2 uşaq olur. Əminəm ki, bu yazımı oxuyanlar nə demək istədiklərimi anlayırlar, çünki yuxarıda sadaladığım tip insanlar internetdə uzun yazılara tab gətirə bilmirlər, oxumaq həvəsləri olmur, axtardıqları yalnız röyanın, rəqsanənin şəkilləri, dini mahnılar, odnaklassniki və pornolardır. Onlar üçün internet sadaladıqlarımla kifayətlənir, bu səbəbdən də qeyrətli oğullarımız öz sevgililərini kompüter arxasında oturmağa qoymurlar. Rəsmi statistikaya görə 9 milyonun böyük bir hissəsini gənclər təşkil edir, gənclər isə bir millətin, dövlətin gələcəyidir. Bizim gələcəyimizi instituta qız tutmaq üçün qəbul olan oğlanlar, evdə qalmamaq üçün “p.. olsun, amma öz millətimizdən olsun” deyən qızlar, ümumilikdə isə, kitab-dəftərdən uzaqlaşmış, bütün fikirlərini atv-də zaurkimilərin, harun yəhya və ətağa möcüzələri tutmuş bir gənclik təşkil edir. Bir gənc oğlana ki ailə quracağı insanı valideyinləri seçir, onun nə seçim hüququ ola bilər gələcəkdə? Sevdiyi qızla isə ailə qurmamışdan öncə birlikdə olmur, nədir ki, toy günlərinin gecəsi etdiyinə görə birdən fəxr edə bilməz, yengəyə iş qalmaz, oğlan peysər çıxar, nəslin adı batar. Öz bacısını evdən çölə çıxmağa qoymayan, lakin küçədə gedən qıza nalayiq sözlər deyən, siqaret çəkən qız görəndə “külqanıbı nə başına çırpardım”, “bu qızın yiyəsi yoxdur” deyən, papağın hələ də qeyrət olduğunu fikirləşən bir gənclik formalaşıb bizdə. Bizim gəncliyi mənəvi olaraq qocalmış insanlar təşkil edir, çünki heç bir gənclik həvəsləri və maraqları yoxdur. Gənc etirazruhlu olar, ideologiyası və konkret məqsədləri olar. Mən demirəm ki, bizim gəncliyin məqsədi yoxdur, əlbəttə ki, var. Oğlanlarımız tuta bildiyi qədər qızla gəzməyi, axırda halal süd əmmiş birini tapmağı, maşınının, evinin olması, evinin kreditini verərək öz qarnını doldura biləcək bir maaşı olan işinin olması və təbii ki, arvadından əlavə, qıraqda özlərinin dedikləri kimi, “saxladıqları” bir qızları oldusa, bu artıq onlara görə “full” həyat deməkdir. Qızlar isə məktəb vaxtı bacardığı qədər oğlanlarla öpüşən, sonradan ərə getmək vaxtı çatanda hicab bağlayıb, ən azından, dinə-imana gələn bir təbəqədir. Artıq o qədər monoton düşüncə tərzləri var ki, ağızlarını açıb da iki cümlə dedikdə necə bir-birilərinə oxşadıqlarını kənardan baxan hər bir ağlı başında olan insan anlaya bilər. Bir dostumun da dediyi kimi, ən dəhşətlisi ondadır ki, bunların hamısı 21-ci əsrdə baş verir.Bir sözlə, bu ölkədə dünyaya gələn hər yeni bir körpə özündən əvvəlki valideyinlərinə oxşamaqla yanaşı, daha da ağır bir vəziyyətə getməyindənsə, artmamaqları ondan yaxşıdır. Hər hamilə bir azərbaycanlı qadını görəndə dünyaya gələcək potensial bir həşərat haqqında düşünməkdənsə, insanlığa və bəşəriyyətə yararlı bir İNSAN OĞLUNUN doğulacağına ümid etmək istərdim.

Neçə illərdir azərbaycanlıların konkret inkişaf yolu insanlıq üçün çox maraqlı qalmaqdadır. Bəzi alimlər hələ də sübut edə bilməyiblər ki, necə olar bilər ki, bir dəfə özün üçün mütləq hansısa bir tərzi qəbul edəsən və bu yolnan da sona kimi gedəsən. Azərbaycanlılar söyməyə və söyüşə çox qəribə bir baxışları var, elə bəlkə də özlərinə bu yoldan əl çəkməməyə söyüş qoyduqları üçün mentalitet ağacının qeyrət budaqlarını qırmağa cəhd etmirlər.
Bizim cəmiyyətdə yeni bir uşaq dünyaya gəlir. Ailədə uzun-uzadı bir müzakirə və mübahisələrdən sonra bir ad vermək qərara alınır. Ana deyir ki, uşağın adı rəhmətlik dədəmin adı olan Lazım olmalıdır, kişi isə babasının adını ortaya salaraq Gülalı olmasını istəyir. Bəli, demokratik ailə sonda demokratik bir qərar verərək uşağın adını Lazımgül qoyurlar. Maraqlıdır, təsadüfən bu uşaq gələcəkdə adam kimi bir adam olarsa öz adından necə utanacağını valideyinləri heç düşünmək belə istəmirlər, əsas olan onların dedikləridir, və buradan da uşağa diqtə etməyin ilk toxumları səpilir. (daha&helliip;)