‘Dünya və Biz’ Kateqoriyası üçün Arxiv

Məşhur vegetarianlar sırasında XX əsrin qaniçən insanlarından biri olan Adolf Hitlerin adını tez-tez görmək mümkündür. Bu isə ümumi vegetarianlıq anlayışına heç də fəxr deyil. Lakin Hitlerin vegetarianlıq xurafatı artıq öz izahını çoxdan tapıb, sadəcə hələ də bir çoxlarının məlumatsızlığı bu mövhumatın hələ də aktual qalmasına səbəb olur. Belə isə bu yaxınlarda qarşıma maraqlı məqalələr və mənbələr çıxıb, onları sizlə paylaşmaq istərdim. (daha&helliip;)

1936-cı il. İspaniyada qardaş qanı axıdılan münaqişənin başlanğıcı. Ölkəni parçalayacaq vətəndaş müharibəsi. Hakimiyyətdə olan demokratik respublikaçılarla qarşı həmin dönəmdə İspaniyanın yenidən ənənəvi “sağ dəyərlərə” uyğun monarxiya, hərbiçi və katolisizmə qayıtmağını istəyənlər mübarizə aparırdılar.

Bütün münaqişələrdə olduğu kimi bunda da gündəlik fəaliyyətlərin təşkil olunması praktiki olaraq qeyri-mümkün olurdu. Futbol da bunun ilkin qurbanlarından birinə çevrilir. Hərbi dəstələr tərəfindən idarə olunan müxtəlif şəhərlərə ediləcək səfərlər zamanı komandaların təhlükəsizliyini qorumaq riskini gözə alaraq milli çempionatın oyunları dayandırılmışdı. Klublar öz çıxışlarını davam etdirmək üçün öz ərazilərindəki regional liqalarda iştirak etməyə başladılar. Bunu təşkil edənlərdən Kataloniya və Valensiya isə İspaniyanın cənubunda və Madriddə baş verən münaqişənin yaratdığı xaos və qırğınlardan uzaqda qalmışdılar.

Müharibənin başlanğıcında “Real Madrid” bu münaqişədən daha çox ziyan çəkən klublardan biri olaraq heç bir yarışlarda iştirak edə bilmirdi. “Madrid”in direktorlarından biri olan Pablo Ernandes Korondonun ideası yarandı. Klubun öz axarında, oyunçuların isə formada qalması üçün o, “Madrid”in 1936-cı ilin 4 oktyabrında start veriləcək Kataloniyanın regional liqasında qonaq komanda kimi iştirak etməsi üçün Kataloniya Futbol Federasiyasına müraciət etdi.

 Korondo “Real Madrid”in Kataloniya Çempionatında iştirakı üçün aparılacaq danışıqlara “Madrid”in kataloniyalı məşqçisi, eyni zamanda öz vətənində böyük hörmətə sahib olan Pako Brunu göndərdi. Brunun Kataloniyada iştirakı və “Madrid”in çempionatda çıxışı “Espanyol”, “Sabadel” və “Badalona” da daxil olmaqla parktiki olaraq bütün klublar tərəfindən müsbət qarşılandı və qəbul edildi.

 Hətta “Espanyol”un rəhbərliyi bir az da irəli gedərək “Madrid”ə öz stadionunda məşq etmək və ehtiyac olsa, tam futbol təchizatı ilə təmin etməyi də təklif etdi. Kataloniyanın Professional Futbolçular Assossasiyası da bu ideanı iki prinsipə görə təqdir etdi. Birincisi, ona görə ki, kataloniyalı futbolçular “Madrid”li həmkarlarına çətin zamanlarda onlarla həmrəy olduqlarını nümayiş etdirmək istəyirdilər. İkincisi isə, onlar elə hesab edirdilər ki, “Madrid” təmsilçisinin çempionatda iştirak etməsi turnirə olan marağı daha da yüksəldəcək, stadionlara daha çox tamaşaçılar üz tutacaq və matçlardan daha çox pul qazanmaqla futbolçuların məvaciblərini ödəyə biləcəklər. Bütün bunlardan arxayın olan Pako Bru hətta Kataloniya sahillərində yerləşən Masnou şəhərində “Madrid” futbolçularının qala biləcəyi böyük bir ev də kirayə götürmüşdü.

 20 oktyabrda Kataloniya Futbol Federasiyasının prezidenti Ramon Eropes “Madrid”in çempionatda iştirakını tam qanuniləşdirmək üçün bütün katalon klublarının prezidentlərini bir araya yığdı. Bütün klubların “Madrid”lə onun çempionatda iştirakını təsdiqləyən müqavilələri olduğu halda, təəssüflər olsun ki, yeganə böyük bir istisna vardı. “Barselona”nın təmsilçisi Rosendo Kalvet bəyan etdi ki, onun klubu “Madrid”in çempionatda iştirakına qarşıdır, buna səbəb olaraq Kataloniyanın ikinci liqasında iştirak edən kiçik klublara ziyan olacağını göstərdi. Kalvet “Madrid”in istifadə etdiyi bütün arqumentləri inkar etdi.

 Toplantı zamanı Eroles üzr istəyərək zəng etməli olduğunu bildirdi. Qayıdanda isə o bildirdi ki, naməlum mənbədən vacib məlumat alıb. Həmin mənbə iddia edirmiş ki, ikinci divizyonda iştirak edən klublar tərəfindən təsdiq olunmuş və “Madrid”in çempionatda iştirakına qarşı çıxılaraq imzalanmış ümumi bir sənəd Kataloniya Futbol Federasiyasına göndərilməkdədir və indilərdə gəlib çıxacaq. Sənədin gəlib çatması üçün toplantı təcili şəkildə dayandırıldı.

 Sənəd isə gəlib çatmaq bilmədi. Toplantı iştirakçıları isə bunun sadəcə müqavilənin imzalanmasını təxirə salmaq üçün Kalvetin və onun həmkarlarının bir hiyləsi olduğundan şübhələnirdilər. Yeddi gün ötdükdən sonra Epores Kataloniya Futbol Federasiyası adından çıxış edərək mətbuata bəyan etdi ki, “Real Madrid” Kataloniya Çempionatında iştirak edə bilməyəcək, buna səbəb olaraq isə kiçik katalon klublarına ziyan olacağını göstərdi.

 Lakin tarix bununla bitmədi. Eropesin ismarıcından sonra ikinci liqada iştirak edən kiçik katalon klubları özləri ümumi bir bəyənatla çıxış edərək bildirdilər ki, onlar heç zaman “Madrid”in çempionatda çıxışına qarşı olmayıblar və Kataloniya Futbol Federasiyası bu mövzuda heç onların fikirləri ilə də maraqlanmayıb. O zaman hər kəs əmin oldu ki, Eroles məhz “Madrid”in çempionatda iştirakının qarşısını almaq üçün “Barselona”dan olan həmkarları və Rosendo Kalvet tərəfindən rüşvətlə alınıb.

1906-cı ildən 1916-cı ilə qədər “Barselona”nın heyətində oynamış və “Madrid” klubunun baş məşqçisi olan Pako Bru özünü keçmiş klubu tərəfindən aldadılmış hiss etdi, hansı ki, sabiq klubunu hələ də çox sevirdi və “Madrid”ə pis xəbərlərlə qayıtmağa məcbur olduğunu anlayırdı. “Real Madrid” isə öz futbolçularına klubu tərk etmək, vətəndaş müharibəsi qurtarana kimi digər klublarda özlərinə yer tapmağa imkan yaratmaqdan başqa əlacı qalmadı.

Mənbə: elcentrocampista.com/2012/03/when-real-madrid-almost-joined-the-catalan-football-league

3 Dekabr – Dünya Əlillər Günü

Dərc edildi: Dekabr 3, 2011 / Dünya və Biz

Bu gün Dünya Əlillər Günüdür. İnsanlığın bəzən saymadığı, görməzdən gəldiyi əlil insanların günü. Lakin, heç kim düşünmür ki, hər kəs potensial əlildir və sabah başına gələcəklərdən siğortalanmayıb. Haqqında danışdığımız insan sağlamlığıdırsa, bu mövzuda heç kim özünü siğortalaya bilməz.

Hazırda bizim ölkədə də əlillərə qarşı münasibət hökümət tərəfindən birmənalı deyil. Kiçik təqaüdlər hesabına öz həyat axarına buraxılan əlillər üçün demək olar ki, heç bir şərait yaradılmır. İşlə təmin olunmaqdan tutmuş sosial həyatda iştiraklarına qədər.

Adicə, şəhərimizdəki keçidlərdən keçən zaman əlillər üçün quraşdırılmış pandusların vəziyyətinə fikir verməmiş olmazsınız. Həmin meyillikdən heç bir əlil öz arabasını qolları hesabına düşürdə bilməz. Hələ kimsə kömək etdiyi təqdirdə belə onu rahat düşürtmək mümkün deyil. Bu yaxınlarda adı çəkilən mövzu barəsində Gənclərin Səsi radiosunda maraqlı bir araşdırma hazırlanmışdı. Özünüz baxa bilərsiniz.

Çox uzatmadan bircə onu onu demək istərdim ki, içimizdəki insanlığı heç zaman itirməyək. Əlil də ola bilərik, sağlam da, lakin bu bizə içimizdəki sevgini azaltmağa səbəb olmamalıdır. Yerləşdirdiyim foto isə sadəcə olaraq, bir çoxlarına ibrət olmalıdır…

“Yüzdə bir saniyə”

Dərc edildi: Aprel 29, 2011 / Dünya və Biz, Layihələr

Qısametrajlı film kriteriyalarına görə ən görkəmli və məşhurlardan biri – 2007-ci ildə Manhettendə keçirilmiş “Qısametrajlı Filmlər Festivalı”nın qalibi. Cəmi 5 dəqiqə, lakin emosiyalar, hisslər və fikirlər bir çox iki saatlıq filmlərdə gördüyümüzdən daha artıqdır.

Bu film haqqında bir çox internet səhifələrdə müxtəlif rəylər oxudum. Bəziləri düşünürlər ki, buradakı fotoqraf qadın demokratik “mundarların” diqqətini Serbiyaya çəkmək məqsədi ilə, seyircilərin diqqətində qazanmaq məqsədi ilə onları manipulasiya edir. Bu cür filmləri çəkməyin “aşağı” bir hərətək olduğunu qeyd edirlər.

Bəziləri isə, əksinə, filmin çox yaxşı alındığını deyirlər. Dərindən yanaşdıqda, fotooperator olan bu qızın sırf öz işini gördüyünü, ortaya çıxacaq yekun nəticənin hər şeydən üstün tutduğunu və hətta balaca qızın həyatından da üstün tutduğunu qeyd edirlər. Və həmin anda heç onun ağlından belə keçmirdi ki, qız öldürülə bilər. O, yalnız çəkilişin hansı yolla və necə edərək daha əla keyfiyyətdə alınması haqqında düşünürdü. Və o, bunu etdi. Eyforiyada idi, başqa cür desək affekt vəziyyətində, yalnız fotoaparatın düyməsindən asılı halda idi… (daha&helliip;)

Sonuncu dəfə məzuniyyətim dövründə Gürcüstana getdiyim zaman bir çox maraqlı hadisələrin şahidi oldum. İlk görüşdən özümü Avropada hiss edirdim, son günə kimi də belə oldu. Həyatımda unudulmayacaq günlər oldu – Tiflisə vuruldum. Baxmayaraq ki, Gürcüstana ilk səfərim idi, lakin nədənsə mənə elə gəlirdi ki, Tiflis hər zaman belə gözəl olmayıb. Ora getməmişdən öncə isə bu ölkə barəsində ora gedib-gələn insanlardan çox müsbət fikirlər eşidirdim, lakin bir ölkəyə turist kimi getməklə, bir ölkədə yaşamaq arasındakı fərq mənə məlum olduğu üçün, qarşımda belə bir məqsədim vardı ki, gürcü xalqının məhz özündən müsahibə götürərək hazırki hakimiyyətə qarşı fikirlərini öyrənim. Bir sözlə, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır prinsipi.

Açığı, mən tamam başqa münasibət gözləyirdim, çünki Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra ölkədə baş verən dəyişikliklər kənardan çox xoş təsir bağışlayır, lakin biz Gürcüstanda yaşamırıq və sosial sferada olmadığımız üçün bütün bunlardan səthi məlumatlıyıq. Necə ki, gürcülər Əliyevlərin hakimiyyətindən ağız dolusu danışırlarsa, eləcə də ola bilsin ki, biz Saakaşvilini elə görürük.

Gürcüstana çatdığım günün səhəri şəhərə çıxmışdım, Marcanaşvili küçəsindən hərəkət edərək parlament binasının qarşısına tərəf gedəndə uzaqdan böyük bir izdihamın olduğunu sezdim. Bir az daha yaxınlaşdıqdan sonra isə Gürcüstan müxalifətinin ənənəvi rəmzi ilə bəzədilmiş tribunanın olmasını, insanların əllərində şüarların olmasından anladım ki, mitinqin düz ortasındayam. “Fürsət, bu fürsət” deyərək orada jurnalistika üzrə təhsil alan dostum Azərdən öncədən götürdüyüm professional fotokamera ilə daxil oldum kütlənin içinə. (daha&helliip;)

Bugünkü rus faşizminin analizi

Dərc edildi: Dekabr 17, 2010 / Dünya və Biz

Avropada güclü etirazların getdiyi dönəmdir. Fransada təqaüdlə bağlı islahatlara, Britaniyada ali məktəblərdə təhsil haqqının qaldırdılmasına, Yunanıstanda həmişə köləliyə qarşı etirazların geniş miqyas aldığı bir zamanda gündəmə Rusiya da daxil oldu, lakin üzqarası ilə. Dünyada baş verən geniş aksiyaların xəritəsinə Rusiya mənasız və qəddar, üzündən şovinizm yağan rus millətçiləri və sağçı futbol azarkeşlərinin Mərkəzi Asiya və Qafqazdan olan insanları əzişdirməkləri ilə daxil oldu. (daha&helliip;)

Sizlərin diqqətinizə 11 dekabrda Moskvada döyülmüş və talan edilmiş köhnə ittifaq ölkələrindən olan işçilərə AKM-in Novosibirskdə yerləşən təşkilatının üzvlərindən olan yoldaş Nikolay Pojarskinin müraciətini çatdırmaq istəyirəm.


11 dekabrda Moskvada talan edilmiş köhnə ittifaq ölkələrindən olan işçilərə kommunistlərin müraciəti.

Hörmətli qardaşlar!

Moskvada yaxın xaricdən gələn miqrantlara qarşı rus millətçiləri tərəfindən kütləvi çıxışlar oldu.

Rus millətçilərinin rəhbərliyi ilə, əsasını futbol azarkeşləri təşkil edən vəhşiləşmiş kütlə miqrantları döymüşdülər.

Biz hesab edirik ki, bu faşizmdir, hansı ki, internasional SSRİ 1945-ci ildə onun üzərində qələbə qazanmasına baxmayaraq, bu gün yenidən gündəmdədir. Bunun səbəbi isə, SSRİ-də baş verən əksinqilab oldu. Nəticədə, cəmiyyət sahibkar və qullar, ağa və nökər, işçi və kapitalist kimi təbəqələrə bölündü. Həmin kapitalistlər və sahibkarlar işçilərə öz maraqlarına görə birləşə bilməmələri üçün, bizləri bir-birimizdən uzaqlaşdırmağa çalışmaqla yanaşı, həm də milli əlamətlərinə görə ayrıseçkilik yaratmağa çalışırlar. Burjuaziyanın bu siyasətinə qarşı yalnız biz – SSRİ-dən olan işçilər sinfi həmrəylik göstərərək istismarçılıqla mübarizə apara bilərik.

Sizlərdən çoxu Rusiyaya heç də xoş həyat tərzindən gəlməmisiniz. Sizlərdən çoxunuz siyasətdən uzaq durmaq və sakitcə öz həyatını qurmaq istəyirsiniz. Lakin, rus millətçilərinin bu hərəkətləri davam etdiyi və buna heç bir münasibət göstərilmədiyi halda, bizim bu sakit həyatımız katorqaya çevrilə bilər. Belə baxanda, onsuz da köhnə SSRİ ölkələrindən gələnlərin həyatları hazırda katorqaya bənzəyir.

Bu səbəbdən də bizlər – Novosibirskidən olan kommunistlər, millətçilərə qarşı həlledici protestlərə çağırırıq və Moskvada döyülmüş qeyri-rus millətlərindən olan hər kəsə öz dərin ehtiramımızı çatdırırıq.

Bizim aksiyalarımıza gəlin! Bizim təşkilata qoşulun! Kapitalın ağalığı ilə mübarizə aparın! Bizim qəzetləri və vərəqələri oxuyun, onları istismar edilmiş qardaşlarımız – işçilər arasında paylaşın! Biz, sizləri Novosibirskdən olan kommunistlərə qoşulmağa dəvət edirik.

Bizim şüarlarımız:

Faşizm keçməyəcək!

Xalqlar arasında düşmənçiliyə yox!  Siniflər arasında sülh yoxdur!

Bütün ölkələrin və xalqların proletarları – birləşin!

Hörmətlə,
Nikolay Pojarski

Yazının dərc olunduğu mənbəyə BURADAN keçid ala bilərsiniz.

Şirinlər həqiqətənmi kommunist ideologiyanı mühafizə edən bir cizgi serialıdır?

İllərdir bu mövzu mövzu üzərində müxtəlif müzakirələr aparılmaqdadır. Əlavə olaraq, bu mövzu bir çox universitetlərdə cizgi film, serial, reklam və film ilə birlikdə „media və mədəniyyət“, „mədəni imperialzm“ kimi dərslərdə dərs mövzusu olaraq keçirlir. Beləliklə, həqiqətən də şirinlər kommunistdir, yoxsa son illərdə italyan araşdırmacı Antonio Soronun bildirdiyi kimi massonmu? Yaxşı, dayanın, beyniniz qarışmasın!

„Necə yəni, illərcə izlədiyimiz və hələ bu gün də izləməkdə olduğumuz məsum şeylər, yəni şirinlər əzazil kommunistdirlərmi?“ (bu sual kommunizm fobiası olanların beynində çoxdan peyda oldu belə, məncə). İlkin olaraq, şirinləri analiz edərlən hansı üsuldan istifadə dəcəyimizi bəlli etməliyik. Həll üçün istifadə edəcəyimiz üsul mətn oxumaq olacaq. Yəni şirinlərin yaşayışı, davranışı, şəxslər, əslində nələri təmsil etdiyinə baxacayıq. (daha&helliip;)

Bir neçə gün öncə məhəlləmizdə daha bir ağac kəsildi. Bu isə o deməkdir ki, dünyadan bir ağacın sayı azaldı. Daha da dərin düşünsək, bilərik ki, havada oksigenin miqdarında da azalma oldu.

Bəli, həmin ağac kəsildi, lakin kəsilən təkcə bir taxta parçası deyildi, ən azı 60 ildir ömür sürən bir canlı idi. Onun üzərində mənim uşaqlıq xatirələrim vardı, onu əkən bağbanın əziyyəti və sevgisi vardı. Düz binamızın qarşısında bitən bu ağacın necə böyüdüyünü uşaqlıqdan bəri müşahidə etmişəm, çünki, düz pəncərəmizin qarşısında idi.

Elə binamızda yaşayan qonşumuzun bağında bitən bu ağacı hər gün səhər və axşam su gələn kimi sulayan bir qoca vardı. Həmin ağacı sevgi ilə böyüdürdü sanki. Başqa bağbanlardan fərqli olaraq, bunu hansısa gəlirə görə etmirdi. Bağındakı meyvə ağacları hamıya açıq idi, qızmar zamanlarda hündür ağacların kölgələri isə, həm qonşulardan, həm də ki, yoldan keçənlər öz himayəsini əskik etmirdi. (daha&helliip;)

Böyük Oktyabr sosialist inqilabı

Dərc edildi: Noyabr 7, 2010 / Dünya və Biz

Böyük Oktyabr sosialist inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə ona görə fərqlənirdi ki, buna qədər olan inqilablar istismarçılığın bir formasını başqası ilə əvəz edirdi, lakin sosialist inqilabı istismar və istismarçılığı tamamilə iflic vəziyyətinə saldı. Bu inqilabı təxminən 65%-ı səfalətdən əziyyət çəkən kəndlilərdən ibarət rusiyalı işçi təbəqəsi etdi. İnqilabın uğurlu olmasına səbəb isə marksist-leninist biliklərlə silahlanmış bolşevik partiyasının başçılığı ilə proletariatın gücü və burjua partiyalarının zəifliyi idi. Qanlar axıdan müharibələrə səbəb olan beynəlxalq imperializm aktiv şəkildə rus inqilabına qarşı çıxa bilmədi. Həmin vaxtda bütün əzilən dünya işçilərinin önündə gələn Rusiya proletariatı beynəlxalq işçi təbəqəsinin də yardımından istifadə etdi. Bütün bunlar sosialist inqilabının uğurlu qələbəsinə təkan verdi.

“Oktyabr Qələbəsi – XX əsrin əsas hadisəsi bütün insanlığın inkişafının gedişatına köklü surətdə təsir etdi” – “Böyük Oktyabr sosialist inqilabının 60 illik ildönümü”ndə SSKP MK-in (Sovet Sosialist Partiyasının Mərkəzi Komiteti) qurultayı zamanı söylənilmişdi. Bu qələbənin nəticəsi olaraq, dünyada ilk sosialist hakimiyyət yarandı. Böyük Oktyabr yeni epoxa açdı – dünyanın inqilabı yenilik epoxası, insanlığın kapitalizmdən sosializmə keçid epoxası, xalqların imperializmdən qurtularaq, bir-birilərinə qarşı müharibələrin dayandırılması, kapitalın havadarlıq etdiyi hakimiyyətin sosializmlə əvəz olunması epoxası. Oktyabr sosialist inqilabı sosializm dünyəvi sisteminin qurulmasının ilkin əsasını qoydu. (daha&helliip;)