‘Halüsunasiyalarım…’ Kateqoriyası üçün Arxiv

Yaşamağın yaşadır

Dərc edildi: İyul 29, 2011 / Halüsunasiyalarım...

Ucu-bucağı olmayan böyük bir səhranın ortasında olmusanmı? Olmasan da, nə zamansa belə bir vəziyyətə düşəcəyini təsəvvür etmisənmi? Fikirlər səhrası necə, beyin fırtınası – ora düşməyən normal insanın mövcud olduğunu heç cür qəbul edə bilmərəm…

Hər kəsin öz həyat hekayəsi var, hər kəsin acılı-şirinli keçən günləri, öz mübarizəsi var. Düşün ki, həyatın özü də səhra kimi ucsuz-bucaqsızdır, sən isə yaşamağa susadığın bir zamanda bu səhranın ortasında özünü pərişan vəziyyətdə tapırsan. İlk öncə nəyin nə olduğunu, harada olduğunu dərk etmirsən, amma vəziyyətinin də həmişəki kimi olmadığını anlayırsan. Başlayırsan yola düşməyə. Gedirsən, gedirsən, gedirsən… səni qovurmaqda israrlı olan dözülməzliyə sinə gərirsən, bədənində gücünü hiss etdiyin müddətdə də dayanmağa dair qəti bir fikrin yoxdur, eləcə də bu səhranın nə zaman sona çatacağı, həyata dair kiçik bir işırtının görüləcəyinə dair heç bir fikrinin olmadığı kimi. Bu cür hallarda insanı idarə edən heç də fikirləri olmur, məhz içindəki yaşamaq eşqi və bununla bağlı yaranmış inamı olur. Lakin, inam ümid deyil ki, ən sonuncu ölsün. Ümid elə bir mövhumdur ki, ona heç kim və heç nə təsir edə bilməz, ta onu içində özünlə birlikdə öldürməyi qərarlaşdırmayana kimi… (daha&helliip;)

Advertisements

Bir az da musiqili…

Dərc edildi: İyul 26, 2011 / Halüsunasiyalarım...

Səhərin açılmasına az qalıb, mən isə yenə də yatmıram. Əslində, buna xroniki yuxusuzluq demək olmaz, çünki özüm bilərəkdən, istəyərək yatmıram. Zamanımın yuxuda keçməsi mənə həyatımdan itki kimi gəlir. Maraqlı deyil ki, sabah gözümün altında torbalar yaranacaq, bir az da sərxoş kimi gəzəcəyəm, lakin əvəzində gecənin bütün həzzini yaşaya bilirsən. Bir siqaret yandırıb tüstüsünü havaya buraxıram, solğun düşən işığın fonunda şaxələnərək ətrafa dağılır… Sakitlik, səssizlik, özün və xəyalların, bir də ki, səni daha çox düşündürməyə vadar edən sevimli musiqilərin… Musiqidən söz düşmüşkən, bir az bu barədə qısa haşiyəyə çıxmaq istərdim. (daha&helliip;)