‘Kapitalizm iyrənclikləri’ Kateqoriyası üçün Arxiv

Sizlərin diqqətinizə 11 dekabrda Moskvada döyülmüş və talan edilmiş köhnə ittifaq ölkələrindən olan işçilərə AKM-in Novosibirskdə yerləşən təşkilatının üzvlərindən olan yoldaş Nikolay Pojarskinin müraciətini çatdırmaq istəyirəm.


11 dekabrda Moskvada talan edilmiş köhnə ittifaq ölkələrindən olan işçilərə kommunistlərin müraciəti.

Hörmətli qardaşlar!

Moskvada yaxın xaricdən gələn miqrantlara qarşı rus millətçiləri tərəfindən kütləvi çıxışlar oldu.

Rus millətçilərinin rəhbərliyi ilə, əsasını futbol azarkeşləri təşkil edən vəhşiləşmiş kütlə miqrantları döymüşdülər.

Biz hesab edirik ki, bu faşizmdir, hansı ki, internasional SSRİ 1945-ci ildə onun üzərində qələbə qazanmasına baxmayaraq, bu gün yenidən gündəmdədir. Bunun səbəbi isə, SSRİ-də baş verən əksinqilab oldu. Nəticədə, cəmiyyət sahibkar və qullar, ağa və nökər, işçi və kapitalist kimi təbəqələrə bölündü. Həmin kapitalistlər və sahibkarlar işçilərə öz maraqlarına görə birləşə bilməmələri üçün, bizləri bir-birimizdən uzaqlaşdırmağa çalışmaqla yanaşı, həm də milli əlamətlərinə görə ayrıseçkilik yaratmağa çalışırlar. Burjuaziyanın bu siyasətinə qarşı yalnız biz – SSRİ-dən olan işçilər sinfi həmrəylik göstərərək istismarçılıqla mübarizə apara bilərik.

Sizlərdən çoxu Rusiyaya heç də xoş həyat tərzindən gəlməmisiniz. Sizlərdən çoxunuz siyasətdən uzaq durmaq və sakitcə öz həyatını qurmaq istəyirsiniz. Lakin, rus millətçilərinin bu hərəkətləri davam etdiyi və buna heç bir münasibət göstərilmədiyi halda, bizim bu sakit həyatımız katorqaya çevrilə bilər. Belə baxanda, onsuz da köhnə SSRİ ölkələrindən gələnlərin həyatları hazırda katorqaya bənzəyir.

Bu səbəbdən də bizlər – Novosibirskidən olan kommunistlər, millətçilərə qarşı həlledici protestlərə çağırırıq və Moskvada döyülmüş qeyri-rus millətlərindən olan hər kəsə öz dərin ehtiramımızı çatdırırıq.

Bizim aksiyalarımıza gəlin! Bizim təşkilata qoşulun! Kapitalın ağalığı ilə mübarizə aparın! Bizim qəzetləri və vərəqələri oxuyun, onları istismar edilmiş qardaşlarımız – işçilər arasında paylaşın! Biz, sizləri Novosibirskdən olan kommunistlərə qoşulmağa dəvət edirik.

Bizim şüarlarımız:

Faşizm keçməyəcək!

Xalqlar arasında düşmənçiliyə yox!  Siniflər arasında sülh yoxdur!

Bütün ölkələrin və xalqların proletarları – birləşin!

Hörmətlə,
Nikolay Pojarski

Yazının dərc olunduğu mənbəyə BURADAN keçid ala bilərsiniz.

“Makdonaldz”dan alındığı gün normal olaraq təzə görsənən “Happy Meal” menyusundan olan bu qidanı altı ay müddətində incələyirik.

İlin yarısı müddətində Selli Devis adlı şəxs tərəfindən hər gün fotosu çəkilən uşaqların bu sevimli yeməyində fray və burgerin necə dəyişdiyini incələyib. Bununla da o, qəbul etdiyimiz fast-fud qidalarının insan bədəni üçün nə dərəcədə ziyanlı olduğunu göstərməyə çalışıb.


(daha&helliip;)

Brend“Coca-Cola”, “IBM” və “Microsoft” ötən ilin ən bahalı brendləridir. Dünyanın ən böyük spirtsiz içki istehsalçısı “Coca-Cola” 2000-ci ildən bu tərəfə hər il keçirilən sorğu əsasında 70,452 milyard dollar qiyməti ilə siyahidə birincliyi əlində saxlayır.

Bu məlumat brendləşdirmə firması olan “Interbrand”in bu həftə elan etdiyi sorğuda göstərilir.

“IBM” hollandların ölkəsindəki ən böyük işəgötürəndir.

“BP” körfəzdəki nefti təmizləyə bilər, lakin brendinə bulaşan ləkəni təmizləmək üçün hələ ona illər lazım olacaq. Sorğunun nəticəsi göstərir ki, BP dünyanın 100 ən yaxşı brendləri sırasından tam çıxıb. (daha&helliip;)

BMT qida agentliyinin bəyənatına əsasən, 18 000 uşaq hər gün aclıqdan və tamdoymamazlıqdan ölür və 850 milyon insan hər gün yatağa boş mədə ilə gedir. Dünyanın hər yerində 100 milyondan artıq küçə uşağı var.

Doğulduğu gündən aclıq çəkən körpə

Necə qəmli və dəhşətlidir! Ən dəhşətlisi isə NİYƏ onların ac olmalarıdır… çünki acgöz və eqoist dünya kasıbların qayğısına qalmır. Birləşmiş Ştatlar qlobal nizam-intizamın, bərabərliyin təşkilində problemdən başqa bir şey deyil. Birləşmiş Ştatların kasıblara yardım proqramları haqqında çox eşitmişik, lakin acından ölüm halları hələ də davam edir. Axı necə olar bilər ki, insanlıq Marsa robot endirə bilir, səsin sürətindən 10 dəfə çox sürətlə hərəkət edə bilən reaktiv mühərriklər hazırlaya bilir, günəş tutulmasını 100 il sonra dəqiqəsinə kimi hesablaya bilir və s; lakin ölümə aparan aclığın qarşısını ala bilmir? Bu, tamamilə bədbəxtçilik, insanlığın yaralı yeridir! (daha&helliip;)

“McDonalds” haqqında bütün həqiqətlər!

1970-ci ildə amerikalılar bu yeməyə 6 milyard dollar bir ildə xərclədilər, 2001-ci ildə isə 110 milyarddan çox. Bu, yüksək təhsildən, kompüterlərdən, avtomobillərdən çoxdur. Kitablardan, filmlərdən, jurnallardan, qəzetlərdən, video və musiqidən gələn ümumi gəlirdən daha çox.

Hər gün, dünən və bu gün amerikalı 4 yetkin insan fastfudda nahar edir. Fastfuddan heç bir yana qaçmaq olmur, fərq etmir ki, sən orada gündə 2 dəfə yeyirsən və ya ümumiyyətlə, heç zaman hamburger dişləməmisən.

“Makdonaldz” bu gün ildə 90% yeni iş yerlərinə cavab verir. Hər il kompaniya miliyon insanı icarəyə götürür. Lakin ən böyük işverən kompaniya ən aşağı məvacibdir. İmmiqrantlarda isə daha betərdir.

Orta amerikalı hər həftə 3 hamburger və 4 porsiya kartof yeyir.

Hər 8-ci amerkalı nə vaxtsa “Makdonaldz”da işləyib.

“Makdonaldz” kartof, donuz və mal ətindən ABŞ-dakı hər kəsdən daha çox işlədir, toyuq isə yalnız “Kentukki frayed çiken”dən nisbətən azdır. (daha&helliip;)


Unicef-in rəsmi hesablamalarına görə hər 6 uşaqdan biri (158 milyon) 5-14 yaşlarında uşaq muzdlu əməyinə yönəlir. Daha çox küçələrdə əşyalar satmaq, evlər təmizləmək, və ya kiçik fabriklərdə işləyərək qanun keşikçiləri və müffətişlərin gözlərindən uzaqda həyat sürürlər.

Bir çox təşkilatların və ölkələrin istismarçılarla ciddi mübarizəsinə baxmayaraq, uşaq əməyi hələ də Hindistan və Qvatemala, ABŞ və Birləşmiş Krallıq kimi ölkələrdə davam etməkdədir.

Uşaq əməyi köklü yoxsulluqdan irəli gəlir. Bir çox kasıb ailələrdə uşaq əməyi ailənin vəziyyətinin daha da pisləşməməsinə yardımçı olur. Məhsul boykotları və fabrik reydləri çox zaman uşaq əməyinin daha ziyanlı tərəflərə – pul qazanmaq məqsədi ilə dağ-mədən sənayesi və fahişəliyə yönəlmələrinə gətirib çıxardır.

“Slate Magazine”in 1942-ci ildə işləyən uşaqlarla bağlı yerləşdirdiyi fotolarda körpə uşaqların həyatlarının bu gözəl zamanlarında necə istismara məruz qalaraq işləməkləri insanın ürəyini ağrıdır.

Uşaqlar daş atmasın, qarşımızda diz çöküb bulaşıq ayaqqabılarımızı təmizləsin deyirlər… Amma məsum bir uşağın əlləri belə bunların çirkabını təmizləməyə qadir deyil! Şərəfsiz kapitalist istismarçı itləri, uşaqları təhsilə göndərmək lazımdır, bu dərəcəyə gətirərək işləməyə yox!