‘Layihələr’ Kateqoriyası üçün Arxiv

“Yüzdə bir saniyə”

Dərc edildi: Aprel 29, 2011 / Dünya və Biz, Layihələr

Qısametrajlı film kriteriyalarına görə ən görkəmli və məşhurlardan biri – 2007-ci ildə Manhettendə keçirilmiş “Qısametrajlı Filmlər Festivalı”nın qalibi. Cəmi 5 dəqiqə, lakin emosiyalar, hisslər və fikirlər bir çox iki saatlıq filmlərdə gördüyümüzdən daha artıqdır.

Bu film haqqında bir çox internet səhifələrdə müxtəlif rəylər oxudum. Bəziləri düşünürlər ki, buradakı fotoqraf qadın demokratik “mundarların” diqqətini Serbiyaya çəkmək məqsədi ilə, seyircilərin diqqətində qazanmaq məqsədi ilə onları manipulasiya edir. Bu cür filmləri çəkməyin “aşağı” bir hərətək olduğunu qeyd edirlər.

Bəziləri isə, əksinə, filmin çox yaxşı alındığını deyirlər. Dərindən yanaşdıqda, fotooperator olan bu qızın sırf öz işini gördüyünü, ortaya çıxacaq yekun nəticənin hər şeydən üstün tutduğunu və hətta balaca qızın həyatından da üstün tutduğunu qeyd edirlər. Və həmin anda heç onun ağlından belə keçmirdi ki, qız öldürülə bilər. O, yalnız çəkilişin hansı yolla və necə edərək daha əla keyfiyyətdə alınması haqqında düşünürdü. Və o, bunu etdi. Eyforiyada idi, başqa cür desək affekt vəziyyətində, yalnız fotoaparatın düyməsindən asılı halda idi… (daha&helliip;)

Şəffaf təhsil

Dərc edildi: Fevral 17, 2011 / Layihələr

Şəffaf təhsil?! Nədir şəffaf təhsil? Əslində, Azərbaycanda adı mövhumi anlam daşıyan bu ifadənin günün reallığından necə xəbər verdiyi hər kəsə məlumdur, ən əsas da müəllim və tələbələrə. İndiysə bir az bu haqda danışmaq istərdim.

İlk öncə gəlin, təhsil sisteminin özünə diqqət yetirək. Güclü təhsil sistemi hansı ölkələrdədir və onlarda bu sistemin olmasına səbəb nədir, bir az aydınlaşdıraq. Ölkədə təhsilin güclü olması orada gəncliyin inkişafı, inkişaf edən gəncliyin isə intellektual snob olmamasından xəbər verir. Hansı ölkələrə belə gənclik lazımdır? Söhbət öz haqqlarını bilən, onlar üçün hər zaman mübarizə aparan, intellektual və ən əsas da heç bir statusu olmayan adi bir tələbənin gələcəkdə ölkənin hakim təbəqələrində öz ağlı ilə idarəçi olması anlamına gələn gənclikdən söhbət gedir. (daha&helliip;)

Canlı Aləmin Mühafizəsi Alyansı 4 oktyabr – Beynəlxalq Heyvanları Mühafizə günü ilə bağlı icazəli aksiya keçirdi. Daha ətraflı Vüsalə Əlibəylinin reportajında. Reportajı BURADAN izləyə bilərsiniz:

Bu gün heç gözləmədiyim halda dostlarımdan biri mənə 4 Oktyabr – Heyvanların Mühavizə Gününün tədbir kimi keçirildiyi məkan barəsində xəbər verdi. Gənclik parkında həyata keçirilən bu tədbirdə iştirak etmək çox xoş oldu. Düzdür, PR işi düzgün getməmişdi heyvansevərlər bir o qədər də çox deyildi, daha doğrusu, gözlədiyimiz qədər idi, lakin dörd bir tərəfdən ora yolu düşən hər kəs addımını saxlayaraq bir anlıq yerləşdirilən şəkillərə, şüarlara, məlumatlara diqqət yetirirdilər.

Bir öncəki yazımda vurğuladığım kimi, bu tip tədbirlərin ölkəmizdə keçirilməsi çox vacibdir. Sivil ölkələrdə heyvanlara dair bir çox qanunlar qəbul olunub və dövlət tərəfindən ciddi şəkildə nəzarətə götürülüb, lakin bizim ölkədə hələ də bu prosedurlara düzgün şəkildə riayət olunmur.

Gələcək illərdə, ən əsas da bu tədbirdən sonra PR işinə xüsusi fikir verməyi qərar verdik. Məncə, ölkədə kifayət qədər heyvansevər insan var və onların qorunması üçün bir çox qərarların dövlət tərəfindən verilməsində aktiv mövqe tuta bilərlər, sadəcə, onları bir araya yığmaq lazımdır. Bugünkü tədbir isə buna təkan oldu.

Onu da qeyd etmək istərdim ki, Türkiyə ilə Azərbaycan arasında bütün türk dünyası üçün ilk ekoloji protokol imzalandı. Bundan sonra hər bir çağırışda bu ölkələrin birgə səyi olacaq.

Bütün heyvansevərləri gələcək tədbirlərimizdə bizlərlə birlikdə görmək ümidi ilə…

Sevgilərlə! =)

Söhbəti uzatmadan, birbaşa yazıya keçəcəyəm. Müəllif inadla iddia edir ki, nəyi qələt edərək səhv yazdığımı mənə göstərin, o zaman üzr istəyəcəyəm. Yaxşı, istədiyi kimi olsun.

Beləliklə, yazının başlığına bu cümləni artıraraq özünə haqq qazandırmağa çalışdı: “indi bəzi dostlar deyəcəklər ki, bu Həbib ölür də hər şeyi siyasiləşdirməyə”. Mən isə deyərdim ki, bu Həbib ölür də hər şeyə mız qoymağa, yazmaq xətrinə yazmağa.
Formal olaraq, Bloqosfer təşkilatçılarına təşəkkür edən bloqer daha sonradan içindəkiləri türkün məsəli, tökməyə başlayır. Birinci şikayətini Aznet məkanını “bloqosfer” qazının bürüməsini söyləməklə başlayır. Anlaya bilmirəm ki, hansı qazdan söhbət gedir, amma nədənsə beynində xoşxassəli bir qaz olduğunu heç düşünmürəm. (daha&helliip;)

Bloqosfer 2010-la bağlı bir neçə cümlə

Dərc edildi: Sentyabr 13, 2010 / Layihələr
Etiketlər:

10-12 sentyabr aralığında yolum Nabrana düşdü. Təbii ki, səbəbsiz deyildi, uzun zaman idi ki, maraqla gözlədiyim Bloqosfer 2010 layihəsində iştirak etmək imkanım var idi. İlk gündən başlayaraq yeni insanlar tanımaq və müxtəlif mövzularda yazan bloqer həmkarlarımı şəxsən tanımaq, onlarla ünsiyyətdə olmaq imkan yarandı. Əminliklə deyə bilərəm ki, ölkədəki normal gəncliyin böyük bir hissəsi orada idi. Əsas olan mənim təəssüratlarım deyil, hər zamankı kimi konkret məsələlərdir. (daha&helliip;)