‘Mövhumat qurbanları’ Kateqoriyası üçün Arxiv

Məşhur vegetarianlar sırasında XX əsrin qaniçən insanlarından biri olan Adolf Hitlerin adını tez-tez görmək mümkündür. Bu isə ümumi vegetarianlıq anlayışına heç də fəxr deyil. Lakin Hitlerin vegetarianlıq xurafatı artıq öz izahını çoxdan tapıb, sadəcə hələ də bir çoxlarının məlumatsızlığı bu mövhumatın hələ də aktual qalmasına səbəb olur. Belə isə bu yaxınlarda qarşıma maraqlı məqalələr və mənbələr çıxıb, onları sizlə paylaşmaq istərdim. (daha&helliip;)

Advertisements

Sənin dinin mənim dövlətim deyil!

İnsanlıq yarandığı gündən indiyədək hələ də inkişaf yolunu keçməkdədir və dünyanın sonu gələnə kimi də bu inkişaf, başqa sözlə desək təkamül davam edəcək. Bu müddət ərzində isə təbii ki, insan öz düşüncə və zəkasıyla həm fiziki, həm də ki, mənəvi tələbatlarını ödəmək üçün nələrsə yaratmaqdan heç zaman usanmayacaq.

Məlumdur ki, bəşər tarixinin inkişaf mərhələsinə insan mənəviyyatının da böyük təsiri olmuşdur. Müxtəlif inanclar, dinlər, etiqadlar, kultlar, tanrılar, bütlər, totemlər və s. inanc subyektləri üzərində qurulan insanın mənəvi aləmi hər zaman müqəddəs nələrinsə axtarışında olmuşdur. Bəs bütün bunların məntiqi nəticəsi nəyə gətirib çıxardıb? Nə üçün XXI əsr insanı hələ də bütün bu mövhumatdan əl çəkərək materialist dəyərlərin real olduğunu dərk etməyə çalışmır? Yoxsa ona bu imkan verilmirmi? Bütün bu sualların cavabına özümün gəldiyim qənaətə əsasən, aydınlıq gətirməyə çalışacağam. (daha&helliip;)

Yaxın zamanlarda daha çox üstünə düşdüyüm iki məsələ bu gün ölkədəki gündəmdə öz yerini alıb: həm dinin yaratdığı mövhumatçılıq, həm də ki, azad sözün olmaması. Bəli, məhz ötən yazımda İslam dünyasının geriliyinin səbəblərini yazmışdım, bunun bir çox tarixi səbəblərini də göstərmişdim, bu gün isə həmin məsələyə bir qədər də diqqət ayırmaq istədim. Ümid edirəm ki, sivil ölkədə yaşamaq istəyən hər bir kəs bu məsələyə öz münasibətini bildirəcək, kənardan tamaşa etməyəcək.

“Alma” qəzetində son günlərdəki ajiotaj doğuran yazılardan birinə diqqətinizi yönəltməyi vacib hesab etdim. Öncədən onu deyim ki, özüm bu qəzetin oxucusu sayılmıram, maraq dairəmə daxil deyil, sadəcə, ölkədəki azad sözün, azad mətbuatın mənfi vəziyyəti məni bu mövzuya fikir bildirməyə vadar etdi.

Çox maraqlı bir ölkədə yaşayırıq. Buranın hakimiyyəti kimi, insanları da müxtəlif və maraqlıdırlar. Axı bura Azərbaycandır! Bir müddət əvvəl bizim hakimiyyətin mexanizminə telekanalizasiya məhsulu kimi ən yağlı “şayba” rolunu oynayan “lider” telekanalizasiyasında insanların qarşısına günün günorta vaxtı porno ilə çıxdılar. Başqa vaxtı eyvanının altında bir qız dost-tanışınla oturanda “camaatın anası-bacısı baxır” deyib də üstünə cuman qeyrətli millət övladları bu hala göz yumdu, susdu. (daha&helliip;)

Əksər özünə müsəlman deyənlərin əlində bir arqument var ki, din düzgün şəkildə çatdırılmır. Qərbdə elm və incəsənət kilsənin icazə verdiyi üçün deyil də, ona rəğmən inkişaf etdi. Nəticədə, bu dindir, təməlində “sorğulama və şübhə etmə” deyir. Təvəkkül et deyilir. Təməli şübhə üzərində qurulan bir elmi necə dəstəkləmək olar? Ümumiyyətlə, dünyada insanın düzgün inkişafını əks etdirən bir din varmı? Din hər bir coğrafi məkanda elm və incəsənətə qarşı çıxıb. Deməli, doğru deyil, çünki dinin özü doğru deyil. Bundan əlavə, hər bir dinin bir digərini dəstəkləməsi ilə bağlı da bir yalan var ki, tarixə çönüb baxanda necə gülməli olduğunu görmək olar. Qərbli araşdırır, kəşf edir, tapır, müsəlman isə baxır ki, görüm bu tapılan şey Quranda neçənci səhifədə idi. Bundan sonra isə geri çəkilir və heç nə etmir.

İslam dünyası 12-ci yüzillikdən etibarən bu problemi “İslamda yenilik qapısı bağlandımı, yoxsa hələ də açıqdır” kimi suallarla müzakirə etməyə yönəldi. Bu müzakirə hələ də öz aktivliyini saxlamaqdadır. Bu arada, mövzunun əvvəlini oxuyub da qərəzli bir yazı olduğunu düşünən müsəlmanların nəzərinə bir faktı çatdırdıqdan sonra fikirlərimə davam etmək istəyirəm; İslam ölkələri dünya əhalisinin 25%-ini təşkil etdiyi halda, dünyadakı ümumi istehsalın cəmi 7%-ında payı var. 57 İslam ölkəsinin ümummilli gəlirinə təkbaşına Almaniya sahibdir. Vəziyyət budur. Texnoloji, elmi icadlar mövzsunda müsəlman ölkələrinin təsiri barəsində isə heç danışmaq istəmirəm. Bundan əlavə, məqalədə bəzi mənbələrə istinadlar olacaq, dəqiqlik üçün həmin mənbələrin də adlarını qeyd edəcəyəm. (daha&helliip;)


– ABŞ-da Roma Papasını onun kolleqaları tərəfindən törədilmiş pedofiliya faktlarını gizlətməkdə ittiham edən sənədlər tapılıb.

Viskonsin ştatında 200 oğlan uşağına qarşı seksual xarakterli hərəkətlərdə ittiham olunan amerikalı keşişin rütbəsini Vatikan Ruhaniləri əlindən almadı.

Amerikanın “The New York Times”ının yazdığına istinad olaraq, hazırda məhkəmə işinin araşdırılmasında istifadə olunan sənədlərə əsasən, pedofiliyaya 1950-ci ildən 1974-cü ilə qədər kar uşaqların məktəbində işləmiş keşiş Lourens Mörfi yönəlib. Din xadimləri arasındakı yazışmalardan məlum olur ki, onların əsas məqsədi kilsəni qalmaqaldan qorumaq olub. Nəticədə, Vatikan nümayəndələri Mörfini rütbəsindən uzaqlaşdırmadılar. (daha&helliip;)

Unudulmaz Afşin…

Dərc edildi: Sentyabr 23, 2010 / Mövhumat qurbanları, Şəxsiyyətlər

Bu yazımı İranın məhşur 1000 Funerals qrupunun “şeytani musiqi yaratmaq” damğasıyla edam olunan üzvü Afşinə həsr edirəm… (12.04.2010)

Dan yeri sökülməkdədir…
Qaranlıq otağımdakı sükut pozulmağa başlayır,
Soyuq pəncərəmdə ilk şəfəq solğun parıldayır.
Bütün gecə yuxusuz qalan yorğun bədənim
Daxilimdəki əzabdan xəbər verən üz cizgilərim
Vermir mənə rahatlıq, itən gözlərimdəki parlaqlıq
Özünü yanağımdan düşən damlalarda əks etdirir
Onlarda da mənim kimi sakitcə ölüb gedir…

Baş-başa qaldığım cavabsız suallar
Pəncərəmin yanından vıyıldayan soyuq rüzgar
Mənimlə dil tapıb, danışmağa cəhd edir sanki
Dağılmış xarabalıqlar arasında itən şəxsi dünyamdakı
Heç nəyin əvvəlki tək olmadığını deməkdədir mənə.

Əlimdəki qırıq qələm, qarşımdakı solmuş vərəq
Danışmağımı gözləyir, vəsiyyətimi edir tələb.
Ancaq söz gəlmir daxilimdən, böyük bir sükut içindəyəm
Notlardan yaratdığım dünyamı məhv etməkdəyəm.
Nəhayət yerimdən qalxıb, otağımda gəzinirəm.
Yaxınlaşıram pəncərəyə, nəzərim qaçır küçəyə
Gördüyüm dar ağacı məcbur edir düşünməyə.
Cəld tamamlayıram vəsiyyətimi, anlayıram vəziyyətimi…

Və budur, açıldı zindanımın qapısı,
İlk görsənən olur cəlladın qanlı qamçısı.
Son bir dəfə çönüb diqqətlə geriyə baxıram,
Suallardan yaranan evimdə son daşı tamamlayıram.
Fiziki öldürün məni, ay nadan əclaflar!
Qorxun etirazdan, üsyankar ağıllardan!
Bu gün mən ölürəm, sabah isə başqa bir cavan
Saxlamaq mümkün deyil çağlayan bulaqdırsa qan…
Mən isə istəmirəm kəndirlə boğulmağı,
Gitaramın simlərindən istərəm asılmağı.

Qollarım iplə bağlı, belim qamçıdan kəsik-kəsik,
Qanayan bədənimi qaldırırlar tez-tələsik.
Gözlərim qarşısında ucalan vahiməli dar ağacı
Mənim kimi minlərlə insana hər gün qucaq açır.
Necə belə soyuqqanlıdır anlamış deyiləm
Boğazıma dolanacaq kəndiri gözləyirəm.
Məni balası tək ağuşuna alan dar ağacı
Və sonumu bildirən beynimdəki sancı…..


İlk öncə son son iki gündə baş verən xəbərləri nəzərinizə çatdırmaq istərdim. Belə ki, CNN-nin verdiyi məlumata görə, Roma Papası XVI Benedikt 18 sentyabrda Böyük Britaniyaya səfər edərək keşiş-pedofillərin beş qurbanı ilə görüşüb. Londonda keçirilən XVI Benediktlə görüşə uşaq vaxtında Roma katolik kilsəsində keşişlər tərəfindən seksual zorakılığa məruz qalmış beş nəfər dəvət olunub.

Vatikanın rəsmi mətbuat orqanları görüşün təfərrüatlarını gizlətmir. Keşiş-pedofillərdən əziyyət çəkmiş Britaniya nümayəndəliyinin üzvlərindən biri isə qeyd etdi ki, “görüş adi keçdi – çox söz və heç bir iş”. O, qeyd etdi ki, XVI Benediktdən üzr istəməyi gözləmir, hansı ki, artıq bir neçə dəfə bunu edib, əvəzində konkret əməl gözləyir. (daha&helliip;)