‘Şəxsiyyətlər’ Kateqoriyası üçün Arxiv

Viktor Robertoviç Çoy

Dərc edildi: Avqust 15, 2011 / SOL musiqi, Şəxsiyyətlər

Bu gün 1962-ci ildə Leninqradda dünyaya göz açmış Viktor Çoyun vəfatından 21 il ötür. Bu müddət ərzində onun ifaları əvvəlki kimi dinlənilməkdə davam edir və nəsildən nəsilə ötürülür. Viktorun özü şəxsiyyət olaraq hər zaman mənə çox maraqlı olmuşdur. Xalqların qardaşlığını göstərən milliyəti (yarı rus, yarı koreyalı olması), SSRİ tarixində özünə məxsus musiqi cərəyanı və ən əsas da “Kino” qrupunu yaratması, xarici görünüşü, rəssamlıq qabiliyyəti, bəstəkarlığı və s. kimi amillər məndə ona qarşı simpatiya doğurub. 28 yaşında Latviyada (15 avqust 1990) faciəli bir şəkildə (avtomobil qəzası nəticəsində) bizləri tərk etməsinə baxmayaraq, özündən sonra tarixə adını yazdırmağı çox yaxşı bacarmışdır. Hətta, bəzi fanatları bu xəbəri həzm edə bilməyərək intihar etmişdilər. SSRİ-nin ayrı-ayrı hissələrindən yüzlərlə insan onun dəfni üçün yol qət etmişdilər. Ölümündən sonra onun adına bir neçə ölkədə küçələr, abidələr, hətta 2740 nömrəli asteroidə onun adını vermişlər. (daha&helliip;)

Yuri Alekseyeviç Qaqarin

Dərc edildi: Aprel 12, 2011 / Şəxsiyyətlər

Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.
1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağrılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. (daha&helliip;)

Mehdi Hüseynzadə

Dərc edildi: Yanvar 2, 2011 / Şəxsiyyətlər

Mehdi Hüseynzadə – “Mixaylo” ləqəbi ilə tanıdığımız bu insan öz cəsarəti ilə hər zaman mənim qürur mənbəyim, hətta idealım olub desəm yanılmaram.

1918-ci ilin dekabrın 22-sində Bakıda anadan olmuş Mehdi 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur.1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Mehdi Hüseynzadəni məhz “Mixaylo” kimi tanıdan bütün hadisələr onun iştirak etdiyi Böyük Vətən Müharibəsi dövrünə təsadüf edir. SSRİ ilə faşist Almaniyası arasında başlayan müharibəyə yollanan Mehdi 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanmış və faşistlər tərəfindən əsir alınmışdır. (daha&helliip;)

Bu gün Con Lennonun doğum günüdür! Qırx illik həyatını sözün əsl mənasında yaşayan bu şəxsiyyətin vəfatından otuz il keçməsinə baxmayaraq, hələ də gənclərin sevimlisi, yaşlı nəslin yaddaşındakı möhtəşəm bir şəxsiyyət, ən əsas isə azadlıq simvoludur.

Həyatı boyu insanlar arasında qardaşlığa, sülhə, bərabərliyə inanan, kinə, ədavətə, pul hərisliyinə nifrət edən bir insanın şəxsi göstəriciləri barəsində uzun-uzadı danışmağa ehtiyac görmürəm. Çünki Con sözün əsl mənasında insan idi və əsl insanın necə olmasına dair canlı nümunə idi. Bir çoxları müqəddəslərə inana bilərlər, mənim üçün isə Con Lennon həqiqətən də bir peyğəmbər idi. Son nəfəsinə kimi də bütün dünya insanlarını öz musiqisi ilə birləşdirə, aralarında sevgi yarada bilən biri idi. (daha&helliip;)

Unudulmaz Afşin…

Dərc edildi: Sentyabr 23, 2010 / Mövhumat qurbanları, Şəxsiyyətlər

Bu yazımı İranın məhşur 1000 Funerals qrupunun “şeytani musiqi yaratmaq” damğasıyla edam olunan üzvü Afşinə həsr edirəm… (12.04.2010)

Dan yeri sökülməkdədir…
Qaranlıq otağımdakı sükut pozulmağa başlayır,
Soyuq pəncərəmdə ilk şəfəq solğun parıldayır.
Bütün gecə yuxusuz qalan yorğun bədənim
Daxilimdəki əzabdan xəbər verən üz cizgilərim
Vermir mənə rahatlıq, itən gözlərimdəki parlaqlıq
Özünü yanağımdan düşən damlalarda əks etdirir
Onlarda da mənim kimi sakitcə ölüb gedir…

Baş-başa qaldığım cavabsız suallar
Pəncərəmin yanından vıyıldayan soyuq rüzgar
Mənimlə dil tapıb, danışmağa cəhd edir sanki
Dağılmış xarabalıqlar arasında itən şəxsi dünyamdakı
Heç nəyin əvvəlki tək olmadığını deməkdədir mənə.

Əlimdəki qırıq qələm, qarşımdakı solmuş vərəq
Danışmağımı gözləyir, vəsiyyətimi edir tələb.
Ancaq söz gəlmir daxilimdən, böyük bir sükut içindəyəm
Notlardan yaratdığım dünyamı məhv etməkdəyəm.
Nəhayət yerimdən qalxıb, otağımda gəzinirəm.
Yaxınlaşıram pəncərəyə, nəzərim qaçır küçəyə
Gördüyüm dar ağacı məcbur edir düşünməyə.
Cəld tamamlayıram vəsiyyətimi, anlayıram vəziyyətimi…

Və budur, açıldı zindanımın qapısı,
İlk görsənən olur cəlladın qanlı qamçısı.
Son bir dəfə çönüb diqqətlə geriyə baxıram,
Suallardan yaranan evimdə son daşı tamamlayıram.
Fiziki öldürün məni, ay nadan əclaflar!
Qorxun etirazdan, üsyankar ağıllardan!
Bu gün mən ölürəm, sabah isə başqa bir cavan
Saxlamaq mümkün deyil çağlayan bulaqdırsa qan…
Mən isə istəmirəm kəndirlə boğulmağı,
Gitaramın simlərindən istərəm asılmağı.

Qollarım iplə bağlı, belim qamçıdan kəsik-kəsik,
Qanayan bədənimi qaldırırlar tez-tələsik.
Gözlərim qarşısında ucalan vahiməli dar ağacı
Mənim kimi minlərlə insana hər gün qucaq açır.
Necə belə soyuqqanlıdır anlamış deyiləm
Boğazıma dolanacaq kəndiri gözləyirəm.
Məni balası tək ağuşuna alan dar ağacı
Və sonumu bildirən beynimdəki sancı…..


Herbert Markuze

Yeni solçuların vəziyyətinə dair

4 oktyabr 1968-ci ildə Nyu-Yorkun həftəlik “The Guardian” jurnalının 20 illiyinin bayram edilməsinə dair nitq.

Mən “Nyu-York Times”ın məni adlandırdığı tip adam deyiləm. Mən heç zaman özümü “yeni solçuların ideoloji rəhbəri” hesab etməmişəm, bundan əlavə, düşünmürəm ki, solçuların ümumiyyətlə, ideoloji rəhbərə ehtiyacı var. Onlara müəyyən edilmiş yeni ata fiquru gərək deyil. Və mənim qəti olaraq həmin “atacıq” olmaq fikrim yoxdur.

Mən yalnız Karlın [1] dediyini təkrarlayıram: “Biz gözləyə bilmirik və gözləməyəcəyik də”. Və mən özüm də şəxsən gözləyə bilmirəm. Təkcə yaşıma görə də yox. Ümumiyyətlə, mən düşünmürəm ki, biz nəyisə gözləməliyik, çünki heç nə dəyişmədiyi təqdirdə, irəlidə nəyəsə dözmək tamamilə mümkünsüzdür. Mən boğuluram.

Bu gün istərdim ki, hazırki yeni solçuların real imkanlarını, bunun nə dərəcədə mümkün olduğunu təsvir edim. Bunu etmək isə müəyyən bir nəzəri təhliletmə tələb edir ki, yeri gəlmişkən, mən heç də buna görə üzr istəyəsi deyiləm, belə ki, əgər  solçuların nəzəri araşdırmalara allergiyaları varsa, deməli, onlarda hər şey qaydasında deyil. (daha&helliip;)

Ulrike Meinhof

Dərc edildi: İyun 16, 2010 / Şəxsiyyətlər

Ulrike Maynhof

Doğum tarixi: 7 Oktyabr 1934-cü il

Doğulduğu yer: Oldenburq, Almaniya

Vəfat etdiyi tarix: 9 May 1976-cı il (41 yaşında)

Vəfat etdiyi yer: Ştuttqart, Qərbi Almaniya

Əsas təşkilatı: Qırmızı Ordu Fraksiyası

Ulrike Mariya Maynhof (Ulrike Marie Meinhof) almaniyalı sol düşüncəli mübariz idi. O, 1970-ci ildə Qırmızı Ordu Fraksiyası (Rote Armee Fraktion) ilə əməkdaşlıq etməmişdən öncə aylıq dərc olunan solyönümlü jurnal “Konkret”də jutnalist olmuşdur. O, 1972-ci ildə tutulmuş, çoxsaylı qətillərdə və kriminal assosasiyaların formalaşdırılması ilə bağlı ittiham edilmişdir. Məhkəmə qərarından öncə – 1976-cı ildə Maynhof öz həbsxana kamerasında vəfat etmişdir.

(daha&helliip;)

İnqilabçının doğum günü!

Dərc edildi: İyun 13, 2010 / Şəxsiyyətlər


14 iyun 1928 – 9 oktyabr 1967

Bu gün böyük inqilabçı Ernesto Çe Qevaranın anadan olmasından 82 il ötür. Bu illər ərzində tarix bir çox inqilablara və inqilabçılara şahid oldu. İxtisası həkim olmasına baxmayaraq, dərin savada malik Ernesto bu ədalətsizliklərə fikir verməyərək öz işində davam edə bilərdi, lakin öz xəyallarının zamanındakı mövcud rejimdə reallaşmayacağını gördü və mübarizə üçün partizan həyatına yönəldi. Son nəfəsinə kimi insanların hüquqları üçün mübarizəni qarşısına məqsəd qoyan Böyük Çenin bu gün də idealları bütün dünyaya tanışdır və onu nəsildən nəsilə ötürən insanlar var. O, sadəcə, qəhrəman partizan deyildi, o, içində insan sevgisi ilə alışıb-yanan biri idi. Bu cür insanlara böyük ehtiyac var, yoxsa insanlıq vəhşi kapitalın əlində tamamilə məhvə doğru gedəcək… Bəs daha bir Çe dünyaya gələcəkmi?!

Hasta Siempre Comandante…