‘SOL musiqi’ Kateqoriyası üçün Arxiv

Boikot – “Korsakov” (tərcümə)

Dərc edildi: Oktyabr 10, 2011 / SOL musiqi

Dəmir pərdə qopdu artıq
Əlçatmaz Berlinin divarlarını dağıtdıq.
İndi isə birlikdə biz qardaş tək
“Burger King”də yeməyə gedək.

Birdən Lenin mavzoleydə oyansa,
Babaya cavab olaraq nə deyərdik?
Ona pendir parçalı çizburger verərdik
Axı amerikan imperializmi
Rusiya, Polşa və Berlinə də girdi.

Əsrdən çox davam etdi kommunizm mübarizəsi,
Və budur mübarizə burada bitir
Əgər ki Moskvada kapitalizm fahişəliyi hökmranlıq edir
Kuba xalqı əvəzində dirənməlidir.

Hazırki demokratiyada bizim nəyimiz var?
Dollar mafiyası burada olub havadar.
Hazırki demokratiyada bizim nəyimiz var?
Aclığın, səfaflətin sıxdığı bizim qaykalar.

Qaldırmayacağam daha heç bir bayraq qarşımda
Yoxdur vətən, yoxdur sərhəd, yoxdur qanun rahat yaşamağa
Ədalətlə çalışdığı torpaqları qalıb xalqımın
O yer ki, mən yaşamışam və sakit istərəm ölmək.

Hazırki demokratiyada bizim nəyimiz var?
Dollar mafiyası burada olub havadar.
Hazırki demokratiyada bizim nəyimiz var?
Aclığın, səfaflətin sıxdığı bizim qaykalar.

Viktor Robertoviç Çoy

Dərc edildi: Avqust 15, 2011 / SOL musiqi, Şəxsiyyətlər

Bu gün 1962-ci ildə Leninqradda dünyaya göz açmış Viktor Çoyun vəfatından 21 il ötür. Bu müddət ərzində onun ifaları əvvəlki kimi dinlənilməkdə davam edir və nəsildən nəsilə ötürülür. Viktorun özü şəxsiyyət olaraq hər zaman mənə çox maraqlı olmuşdur. Xalqların qardaşlığını göstərən milliyəti (yarı rus, yarı koreyalı olması), SSRİ tarixində özünə məxsus musiqi cərəyanı və ən əsas da “Kino” qrupunu yaratması, xarici görünüşü, rəssamlıq qabiliyyəti, bəstəkarlığı və s. kimi amillər məndə ona qarşı simpatiya doğurub. 28 yaşında Latviyada (15 avqust 1990) faciəli bir şəkildə (avtomobil qəzası nəticəsində) bizləri tərk etməsinə baxmayaraq, özündən sonra tarixə adını yazdırmağı çox yaxşı bacarmışdır. Hətta, bəzi fanatları bu xəbəri həzm edə bilməyərək intihar etmişdilər. SSRİ-nin ayrı-ayrı hissələrindən yüzlərlə insan onun dəfni üçün yol qət etmişdilər. Ölümündən sonra onun adına bir neçə ölkədə küçələr, abidələr, hətta 2740 nömrəli asteroidə onun adını vermişlər. (daha&helliip;)

Bella, ciao!

Dərc edildi: Noyabr 21, 2010 / SOL musiqi

Bu adi bir musiqi deyil, qəlbində oraq və çəkic möhürlənmiş hər bir insanın hər dəfə dinlədikdə oradakı bütün sözləri, notları tam içdən hiss etdiyi musiqidir. Bu musiqi solçunun dönməzliyini, hər bir anda insanlıq üçün, dünyada sevgi və sülh üçün özünü fəda edə biləcəyinin təzahürüdür.

Dünyada elə musiqilər var ki, yazıldığı gündən sonra bəşər tarixdə heç zaman məhv olmayıb, tarixə qarışmayıb, çünki həmin musiqinin canına məhz tarixin özü hopub, dünyanın sonu gəlməyənə kimi də onun sonu gəlməyəcək. Bəli, məhz “Bella, ciao” da bu musiqilərin sırasındadır.

İtaliya partizanlarına həsr olunmuş bu musiqi bir müddət sonra bütün dünyada məşhurlaşdı. Hər bir SOL əqidəli – anarxist, sosialist, kommunist və digər anti-faşist düşüncəli mübariz insanların çox sevdiyi və mübarizə ruhu aldığı musiqi olan “Bella, cioa”nun kim tərəfindən sözləri yazıldığı məlum deyil. Musiqinin isə folk musiqi olduğu bildirilir. (daha&helliip;)

AzSSR-in himni

Dərc edildi: Oktyabr 14, 2010 / SOL musiqi

Söz: Səməd Vurğun
Mus: Üzeyir Hacıbəyov

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Odlar yurdu! Bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Rəşadətli rus xalqının dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, güdrəti biz,
Qoy var olsun bu ittifaq – şanlı Sovet Vətənimiz!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərkəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!