YAPana belə YAParlar…

Dərc edildi: Aprel 4, 2011 / Bura Azərbaycandır!

Ölkədə və ümumiyyətlə, cəmiyyətdə dayaz düşünən insanların sayı gündən-günə artmaqdadır sanki. Bilmirsən ki, burada KİV-ləri qınayasan, yoxsa başqa kimi. Axı bizlər də həmin məlumatları alırıq, niyə bu cür düşünmürük?

Bu barədə bir öncəki yazılarımda kifayət qədər fikir bildirdiyimi düşünürəm. Bu gün isə yazını qısa və konkret edərək birbaşa mətləbə keçmək istərdim.

İki gün öncə “2 Aprel – Qəzəb Günü” adlı müxalifətin aksiyası baş tutmuşdu. Hər zamankı kimi aksiyada tutulan insanları, müqavimət göstərənləri və hakimiyyətin həmişəki kimi fikir və söz azadlığına qarşı qərəzli mövqeyini daha qabarıq şəkildə göstərmək olar.

Bu hadisələrin fonunda müxtəlif fotolar çəkildi, videolar hazırlandı. Amma onların içində daha çox yaddaqalan bir video Əhməd Muxtar tərəfindən lentə alınıb. Bu yazının davamını oxu »

Şəffaf təhsil

Dərc edildi: Fevral 17, 2011 / Layihələr

Şəffaf təhsil?! Nədir şəffaf təhsil? Əslində, Azərbaycanda adı mövhumi anlam daşıyan bu ifadənin günün reallığından necə xəbər verdiyi hər kəsə məlumdur, ən əsas da müəllim və tələbələrə. İndiysə bir az bu haqda danışmaq istərdim.

İlk öncə gəlin, təhsil sisteminin özünə diqqət yetirək. Güclü təhsil sistemi hansı ölkələrdədir və onlarda bu sistemin olmasına səbəb nədir, bir az aydınlaşdıraq. Ölkədə təhsilin güclü olması orada gəncliyin inkişafı, inkişaf edən gəncliyin isə intellektual snob olmamasından xəbər verir. Hansı ölkələrə belə gənclik lazımdır? Söhbət öz haqqlarını bilən, onlar üçün hər zaman mübarizə aparan, intellektual və ən əsas da heç bir statusu olmayan adi bir tələbənin gələcəkdə ölkənin hakim təbəqələrində öz ağlı ilə idarəçi olması anlamına gələn gənclikdən söhbət gedir. Bu yazının davamını oxu »

Azərbaycanda gedən siyasi proseslər əhalinin maariflənməsi ilə paralel gedir desək, heç də yanılmarıq, məncə. Bu gün cəmiyyətin mütaliəyə marağı heç də 20-30 il öncəki kimi deyil. Bundan əmin olmaq üçün insanların qəzet, jurnal və kitablara olan tələbatına diqqət yetirmək kifayədir. Ən əsas da qəzetlərə olan marağın aşağı düşməsi növbəti çalınan həyəcan təbilindən xəbər verir. Məhz bu səbəbdən də hazırda Bakı Jurnalistika Məktəbinin iki tələbəsi olan Zaur ilə mən küçə sorğusu keçirtmək, insanların bu barədə fikirlərini öyrənmək qərarına gəldik.

Küçə sorğusunu müxtəlif yaş və peşəyə mənsub insanlar arasında keçirtməklə daha geniş məlumat almağa müəssər olmağa çalışdıq. Nəticəni isə öncədən təxmin etmişdik. Beləliklə, insanlarla qəzetlər arasında münasibət loru dildə desək, çox soyuqdur. Bunun bir çox səbəbləri var. Bu səbəblərdən ən qabarıq şəkildə özünü büruzə verənlərdən isə qəzetlərin daha çox yanlış informasiya verməsi, məlumatların qərəzli olması, heç bir yenilik və öyrədici keyfiyyətlərinin olmaması, ümumi interfeysin rəngsiz, cansıxıcı və ən əsas da axtarılanların orada olmamasıdır. Digər bir səbəb isə günümüzdə internetin mövcudluğu, məlumatları daha rahat və sürətli şəkildə xəbər agentliklərinin və ümumiyyətlə, KİV-lərinin internet səhifələrindən almaq imkanının olmasından irəli gəldiyini xüsusilə vurğuladılar. Bu yazının davamını oxu »

Bugünkü ölkə gəncliyinin qəhrəmanlara ehtiyacı varmı?! Qəhrəman “aclığı” yaşayan gəncliyin bu yöndə seçimləri nə dərəcədə düzgün olur? Bunu yazmaqla məqsədim heç də kiminsə seçiminə qarışmaq deyil, sadəcə, kənardan baxanda necə görsəndiyi hər zaman maraqlıdır, məncə. Günümüzdə ölkənin Ramil Səfərov və Mübariz İbrahimov kimi qəhrəmanları da var. Birinci ermənini yatan yerdə baltalayan şizofren olduğunu, ikincinin isə heç nədən erməni tərəfə keçərək əsgərliyini yola verməyə çalışan bir neçə erməni gənci öldürən zabitin olduğu hər kəsə məlumdur.

Cəmiyyətdə vəziyyət o yerdədir ki, gənclik özünə “Kurtlar Vadisi”ndən Polad kimi birini də qəhrəman seçir, Mübariz kimisini də. Millətçilərin əlində “bağırmağa” səbəb olan bu haldan siyasətçilər geninə-boluna istifadə edirlər. Hətta, bir xatırlayın ki, seçkilər öncəsi hakimiyyət hansı murdarlığı etmişdi – seçkiyə bir gün qalmış uzun müddətdir düşmən tərəfdə meyiti saxlanılan Mübarizi Azərbaycana qaytararaq özünə müsbət imic qazanmağa çalışmışdı. Bunu hazırda Mübarizi sevən hər hansısa bir gənc oxuyursa, bir anlıq düşünsün onun nə etdiyini; düşünmək lazımdır ki, sabah sən də əsgərliyə gedəcəksən, səni zorlayan bu “ölkə hakimiyyəti” orduda elə bir vəziyyət yaradıb ki, həyata gəldiyinə, ümumiyyətlə, əsgər getdiyinə peşman olursan və sadəcə düşünürsən ki, “bircə bu cəhənnəmə bənzər əsgərlik müddətini başa vurum, normal həyata qayıdım, təhsilimlə çıxım bu ölkədən rədd olum ki, heç olmasa normal bir həyat yaşayım”. Lakin, bu anda nə olur, hansısa erməni əsgəri cənnətə getmək eşqinə düşür və evinə bir məktub yazır, sonra da keçir sənin tərəfə və səni öldürür. Budur, bütün həyatın bir gülləyə dəyməyəcək qədər bəsit bir şəkildə sona çatır. Planların, gələcək həyatın və s.-in üstündən yağlı bir xətt çəkilir. Hal bu ki, biz çoxumuza da məlum olan bəzi şeylər var: məsələn, erməni və azərbaycanlı əsgərlərin cəbhə bölgələrində bir-birilərinə siqaret verməsi, birlikdə çaydan su götürməyə düşməsi və s. halları çox tez-tez var. Çünki, onlar gəncdirlər, onlara bu iyrənc söhbətlər gərək deyil, onlar bir ömürlərini hansısa siyasətçilərə görə hədərə vermək istəmirlər. Bu yazının davamını oxu »

Sonuncu dəfə məzuniyyətim dövründə Gürcüstana getdiyim zaman bir çox maraqlı hadisələrin şahidi oldum. İlk görüşdən özümü Avropada hiss edirdim, son günə kimi də belə oldu. Həyatımda unudulmayacaq günlər oldu – Tiflisə vuruldum. Baxmayaraq ki, Gürcüstana ilk səfərim idi, lakin nədənsə mənə elə gəlirdi ki, Tiflis hər zaman belə gözəl olmayıb. Ora getməmişdən öncə isə bu ölkə barəsində ora gedib-gələn insanlardan çox müsbət fikirlər eşidirdim, lakin bir ölkəyə turist kimi getməklə, bir ölkədə yaşamaq arasındakı fərq mənə məlum olduğu üçün, qarşımda belə bir məqsədim vardı ki, gürcü xalqının məhz özündən müsahibə götürərək hazırki hakimiyyətə qarşı fikirlərini öyrənim. Bir sözlə, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır prinsipi.

Açığı, mən tamam başqa münasibət gözləyirdim, çünki Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra ölkədə baş verən dəyişikliklər kənardan çox xoş təsir bağışlayır, lakin biz Gürcüstanda yaşamırıq və sosial sferada olmadığımız üçün bütün bunlardan səthi məlumatlıyıq. Necə ki, gürcülər Əliyevlərin hakimiyyətindən ağız dolusu danışırlarsa, eləcə də ola bilsin ki, biz Saakaşvilini elə görürük.

Gürcüstana çatdığım günün səhəri şəhərə çıxmışdım, Marcanaşvili küçəsindən hərəkət edərək parlament binasının qarşısına tərəf gedəndə uzaqdan böyük bir izdihamın olduğunu sezdim. Bir az daha yaxınlaşdıqdan sonra isə Gürcüstan müxalifətinin ənənəvi rəmzi ilə bəzədilmiş tribunanın olmasını, insanların əllərində şüarların olmasından anladım ki, mitinqin düz ortasındayam. “Fürsət, bu fürsət” deyərək orada jurnalistika üzrə təhsil alan dostum Azərdən öncədən götürdüyüm professional fotokamera ilə daxil oldum kütlənin içinə. Bu yazının davamını oxu »

Sənin dinin mənim dövlətim deyil!

İnsanlıq yarandığı gündən indiyədək hələ də inkişaf yolunu keçməkdədir və dünyanın sonu gələnə kimi də bu inkişaf, başqa sözlə desək təkamül davam edəcək. Bu müddət ərzində isə təbii ki, insan öz düşüncə və zəkasıyla həm fiziki, həm də ki, mənəvi tələbatlarını ödəmək üçün nələrsə yaratmaqdan heç zaman usanmayacaq.

Məlumdur ki, bəşər tarixinin inkişaf mərhələsinə insan mənəviyyatının da böyük təsiri olmuşdur. Müxtəlif inanclar, dinlər, etiqadlar, kultlar, tanrılar, bütlər, totemlər və s. inanc subyektləri üzərində qurulan insanın mənəvi aləmi hər zaman müqəddəs nələrinsə axtarışında olmuşdur. Bəs bütün bunların məntiqi nəticəsi nəyə gətirib çıxardıb? Nə üçün XXI əsr insanı hələ də bütün bu mövhumatdan əl çəkərək materialist dəyərlərin real olduğunu dərk etməyə çalışmır? Yoxsa ona bu imkan verilmirmi? Bütün bu sualların cavabına özümün gəldiyim qənaətə əsasən, aydınlıq gətirməyə çalışacağam. Bu yazının davamını oxu »

Mehdi Hüseynzadə

Dərc edildi: Yanvar 2, 2011 / Şəxsiyyətlər

Mehdi Hüseynzadə – “Mixaylo” ləqəbi ilə tanıdığımız bu insan öz cəsarəti ilə hər zaman mənim qürur mənbəyim, hətta idealım olub desəm yanılmaram.

1918-ci ilin dekabrın 22-sində Bakıda anadan olmuş Mehdi 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur.1937-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.

Mehdi Hüseynzadəni məhz “Mixaylo” kimi tanıdan bütün hadisələr onun iştirak etdiyi Böyük Vətən Müharibəsi dövrünə təsadüf edir. SSRİ ilə faşist Almaniyası arasında başlayan müharibəyə yollanan Mehdi 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanmış və faşistlər tərəfindən əsir alınmışdır. Bu yazının davamını oxu »

Bugünkü rus faşizminin analizi

Dərc edildi: Dekabr 17, 2010 / Dünya və Biz

Avropada güclü etirazların getdiyi dönəmdir. Fransada təqaüdlə bağlı islahatlara, Britaniyada ali məktəblərdə təhsil haqqının qaldırdılmasına, Yunanıstanda həmişə köləliyə qarşı etirazların geniş miqyas aldığı bir zamanda gündəmə Rusiya da daxil oldu, lakin üzqarası ilə. Dünyada baş verən geniş aksiyaların xəritəsinə Rusiya mənasız və qəddar, üzündən şovinizm yağan rus millətçiləri və sağçı futbol azarkeşlərinin Mərkəzi Asiya və Qafqazdan olan insanları əzişdirməkləri ilə daxil oldu. Bu yazının davamını oxu »

Sizlərin diqqətinizə 11 dekabrda Moskvada döyülmüş və talan edilmiş köhnə ittifaq ölkələrindən olan işçilərə AKM-in Novosibirskdə yerləşən təşkilatının üzvlərindən olan yoldaş Nikolay Pojarskinin müraciətini çatdırmaq istəyirəm.


11 dekabrda Moskvada talan edilmiş köhnə ittifaq ölkələrindən olan işçilərə kommunistlərin müraciəti.

Hörmətli qardaşlar!

Moskvada yaxın xaricdən gələn miqrantlara qarşı rus millətçiləri tərəfindən kütləvi çıxışlar oldu.

Rus millətçilərinin rəhbərliyi ilə, əsasını futbol azarkeşləri təşkil edən vəhşiləşmiş kütlə miqrantları döymüşdülər.

Biz hesab edirik ki, bu faşizmdir, hansı ki, internasional SSRİ 1945-ci ildə onun üzərində qələbə qazanmasına baxmayaraq, bu gün yenidən gündəmdədir. Bunun səbəbi isə, SSRİ-də baş verən əksinqilab oldu. Nəticədə, cəmiyyət sahibkar və qullar, ağa və nökər, işçi və kapitalist kimi təbəqələrə bölündü. Həmin kapitalistlər və sahibkarlar işçilərə öz maraqlarına görə birləşə bilməmələri üçün, bizləri bir-birimizdən uzaqlaşdırmağa çalışmaqla yanaşı, həm də milli əlamətlərinə görə ayrıseçkilik yaratmağa çalışırlar. Burjuaziyanın bu siyasətinə qarşı yalnız biz – SSRİ-dən olan işçilər sinfi həmrəylik göstərərək istismarçılıqla mübarizə apara bilərik.

Sizlərdən çoxu Rusiyaya heç də xoş həyat tərzindən gəlməmisiniz. Sizlərdən çoxunuz siyasətdən uzaq durmaq və sakitcə öz həyatını qurmaq istəyirsiniz. Lakin, rus millətçilərinin bu hərəkətləri davam etdiyi və buna heç bir münasibət göstərilmədiyi halda, bizim bu sakit həyatımız katorqaya çevrilə bilər. Belə baxanda, onsuz da köhnə SSRİ ölkələrindən gələnlərin həyatları hazırda katorqaya bənzəyir.

Bu səbəbdən də bizlər – Novosibirskidən olan kommunistlər, millətçilərə qarşı həlledici protestlərə çağırırıq və Moskvada döyülmüş qeyri-rus millətlərindən olan hər kəsə öz dərin ehtiramımızı çatdırırıq.

Bizim aksiyalarımıza gəlin! Bizim təşkilata qoşulun! Kapitalın ağalığı ilə mübarizə aparın! Bizim qəzetləri və vərəqələri oxuyun, onları istismar edilmiş qardaşlarımız – işçilər arasında paylaşın! Biz, sizləri Novosibirskdən olan kommunistlərə qoşulmağa dəvət edirik.

Bizim şüarlarımız:

Faşizm keçməyəcək!

Xalqlar arasında düşmənçiliyə yox!  Siniflər arasında sülh yoxdur!

Bütün ölkələrin və xalqların proletarları – birləşin!

Hörmətlə,
Nikolay Pojarski

Yazının dərc olunduğu mənbəyə BURADAN keçid ala bilərsiniz.

Bella, ciao!

Dərc edildi: Noyabr 21, 2010 / SOL musiqi

Bu adi bir musiqi deyil, qəlbində oraq və çəkic möhürlənmiş hər bir insanın hər dəfə dinlədikdə oradakı bütün sözləri, notları tam içdən hiss etdiyi musiqidir. Bu musiqi solçunun dönməzliyini, hər bir anda insanlıq üçün, dünyada sevgi və sülh üçün özünü fəda edə biləcəyinin təzahürüdür.

Dünyada elə musiqilər var ki, yazıldığı gündən sonra bəşər tarixdə heç zaman məhv olmayıb, tarixə qarışmayıb, çünki həmin musiqinin canına məhz tarixin özü hopub, dünyanın sonu gəlməyənə kimi də onun sonu gəlməyəcək. Bəli, məhz “Bella, ciao” da bu musiqilərin sırasındadır.

İtaliya partizanlarına həsr olunmuş bu musiqi bir müddət sonra bütün dünyada məşhurlaşdı. Hər bir SOL əqidəli – anarxist, sosialist, kommunist və digər anti-faşist düşüncəli mübariz insanların çox sevdiyi və mübarizə ruhu aldığı musiqi olan “Bella, cioa”nun kim tərəfindən sözləri yazıldığı məlum deyil. Musiqinin isə folk musiqi olduğu bildirilir. Bu yazının davamını oxu »