‘Real Madrid Barselona tarix hesab çempionat’ Etiketlənmiş Yazı

1936-cı il. İspaniyada qardaş qanı axıdılan münaqişənin başlanğıcı. Ölkəni parçalayacaq vətəndaş müharibəsi. Hakimiyyətdə olan demokratik respublikaçılarla qarşı həmin dönəmdə İspaniyanın yenidən ənənəvi “sağ dəyərlərə” uyğun monarxiya, hərbiçi və katolisizmə qayıtmağını istəyənlər mübarizə aparırdılar.

Bütün münaqişələrdə olduğu kimi bunda da gündəlik fəaliyyətlərin təşkil olunması praktiki olaraq qeyri-mümkün olurdu. Futbol da bunun ilkin qurbanlarından birinə çevrilir. Hərbi dəstələr tərəfindən idarə olunan müxtəlif şəhərlərə ediləcək səfərlər zamanı komandaların təhlükəsizliyini qorumaq riskini gözə alaraq milli çempionatın oyunları dayandırılmışdı. Klublar öz çıxışlarını davam etdirmək üçün öz ərazilərindəki regional liqalarda iştirak etməyə başladılar. Bunu təşkil edənlərdən Kataloniya və Valensiya isə İspaniyanın cənubunda və Madriddə baş verən münaqişənin yaratdığı xaos və qırğınlardan uzaqda qalmışdılar.

Müharibənin başlanğıcında “Real Madrid” bu münaqişədən daha çox ziyan çəkən klublardan biri olaraq heç bir yarışlarda iştirak edə bilmirdi. “Madrid”in direktorlarından biri olan Pablo Ernandes Korondonun ideası yarandı. Klubun öz axarında, oyunçuların isə formada qalması üçün o, “Madrid”in 1936-cı ilin 4 oktyabrında start veriləcək Kataloniyanın regional liqasında qonaq komanda kimi iştirak etməsi üçün Kataloniya Futbol Federasiyasına müraciət etdi.

 Korondo “Real Madrid”in Kataloniya Çempionatında iştirakı üçün aparılacaq danışıqlara “Madrid”in kataloniyalı məşqçisi, eyni zamanda öz vətənində böyük hörmətə sahib olan Pako Brunu göndərdi. Brunun Kataloniyada iştirakı və “Madrid”in çempionatda çıxışı “Espanyol”, “Sabadel” və “Badalona” da daxil olmaqla parktiki olaraq bütün klublar tərəfindən müsbət qarşılandı və qəbul edildi.

 Hətta “Espanyol”un rəhbərliyi bir az da irəli gedərək “Madrid”ə öz stadionunda məşq etmək və ehtiyac olsa, tam futbol təchizatı ilə təmin etməyi də təklif etdi. Kataloniyanın Professional Futbolçular Assossasiyası da bu ideanı iki prinsipə görə təqdir etdi. Birincisi, ona görə ki, kataloniyalı futbolçular “Madrid”li həmkarlarına çətin zamanlarda onlarla həmrəy olduqlarını nümayiş etdirmək istəyirdilər. İkincisi isə, onlar elə hesab edirdilər ki, “Madrid” təmsilçisinin çempionatda iştirak etməsi turnirə olan marağı daha da yüksəldəcək, stadionlara daha çox tamaşaçılar üz tutacaq və matçlardan daha çox pul qazanmaqla futbolçuların məvaciblərini ödəyə biləcəklər. Bütün bunlardan arxayın olan Pako Bru hətta Kataloniya sahillərində yerləşən Masnou şəhərində “Madrid” futbolçularının qala biləcəyi böyük bir ev də kirayə götürmüşdü.

 20 oktyabrda Kataloniya Futbol Federasiyasının prezidenti Ramon Eropes “Madrid”in çempionatda iştirakını tam qanuniləşdirmək üçün bütün katalon klublarının prezidentlərini bir araya yığdı. Bütün klubların “Madrid”lə onun çempionatda iştirakını təsdiqləyən müqavilələri olduğu halda, təəssüflər olsun ki, yeganə böyük bir istisna vardı. “Barselona”nın təmsilçisi Rosendo Kalvet bəyan etdi ki, onun klubu “Madrid”in çempionatda iştirakına qarşıdır, buna səbəb olaraq Kataloniyanın ikinci liqasında iştirak edən kiçik klublara ziyan olacağını göstərdi. Kalvet “Madrid”in istifadə etdiyi bütün arqumentləri inkar etdi.

 Toplantı zamanı Eroles üzr istəyərək zəng etməli olduğunu bildirdi. Qayıdanda isə o bildirdi ki, naməlum mənbədən vacib məlumat alıb. Həmin mənbə iddia edirmiş ki, ikinci divizyonda iştirak edən klublar tərəfindən təsdiq olunmuş və “Madrid”in çempionatda iştirakına qarşı çıxılaraq imzalanmış ümumi bir sənəd Kataloniya Futbol Federasiyasına göndərilməkdədir və indilərdə gəlib çıxacaq. Sənədin gəlib çatması üçün toplantı təcili şəkildə dayandırıldı.

 Sənəd isə gəlib çatmaq bilmədi. Toplantı iştirakçıları isə bunun sadəcə müqavilənin imzalanmasını təxirə salmaq üçün Kalvetin və onun həmkarlarının bir hiyləsi olduğundan şübhələnirdilər. Yeddi gün ötdükdən sonra Epores Kataloniya Futbol Federasiyası adından çıxış edərək mətbuata bəyan etdi ki, “Real Madrid” Kataloniya Çempionatında iştirak edə bilməyəcək, buna səbəb olaraq isə kiçik katalon klublarına ziyan olacağını göstərdi.

 Lakin tarix bununla bitmədi. Eropesin ismarıcından sonra ikinci liqada iştirak edən kiçik katalon klubları özləri ümumi bir bəyənatla çıxış edərək bildirdilər ki, onlar heç zaman “Madrid”in çempionatda çıxışına qarşı olmayıblar və Kataloniya Futbol Federasiyası bu mövzuda heç onların fikirləri ilə də maraqlanmayıb. O zaman hər kəs əmin oldu ki, Eroles məhz “Madrid”in çempionatda iştirakının qarşısını almaq üçün “Barselona”dan olan həmkarları və Rosendo Kalvet tərəfindən rüşvətlə alınıb.

1906-cı ildən 1916-cı ilə qədər “Barselona”nın heyətində oynamış və “Madrid” klubunun baş məşqçisi olan Pako Bru özünü keçmiş klubu tərəfindən aldadılmış hiss etdi, hansı ki, sabiq klubunu hələ də çox sevirdi və “Madrid”ə pis xəbərlərlə qayıtmağa məcbur olduğunu anlayırdı. “Real Madrid” isə öz futbolçularına klubu tərk etmək, vətəndaş müharibəsi qurtarana kimi digər klublarda özlərinə yer tapmağa imkan yaratmaqdan başqa əlacı qalmadı.

Mənbə: elcentrocampista.com/2012/03/when-real-madrid-almost-joined-the-catalan-football-league